15
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2015, № 7 (72)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2015, № 7 (72)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2015, № 7 (72)
ETİBAR MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
KÖNÜL BAYRAMOVA
Azərbaycan Dövlət Aqrar Universiteti
UOT:576.121
XIRDABUYNUZLU HEYVANLARDA AVİTELLİNOZUN YAYILMASI
Açar sözlər: avitellina, xırdabuynuzlu heyvan, sestod, invaziya, koproloji müayinə
Key words: avitellina, small cattle, cestodes, invasion, coprologic researches
Ключевые слова: авителлина, мелький рогатый скот, цестод, инвазия, копрологиче-
ские исследования
Naxçıvan MR-in müxtəlif ərazilərində qoyunlar arasında avitellinoz geniş yayılmış və
heyvandarlıq təsərrüfatlarına nəzərəçarpacaq dərəcədə zərər vurur (1). Helmintozun törədicisi
Avitellinidae ailəsinə aid edilən Avitellina centripunctata (Rivota,1874) sestodudur. Helmintin əsas
sahibləri xırdabuynuzlu və iribuynuzlu heyvanlar, həmçinin vəhşi gövşəyənlər hesab edilir. Sahibin
nazik bağırsağında lokalizasiya edən sestod, çox sürətələ böyümə qabiliyyətinə malikdir. Dolaşmış
kəndiri xatırladan sestod, daha çox quzuların nazik bağırsağında keçməzlik yaradaraq, onların
tələfatına səbəb olur. Xəstəlik iti gedişli olmaqla, çox vaxt yoluxmuş heyvanlarda sinir pozğunluqları
da müşahidə edilir.
Avitellinalar biohelmint olduqlarından, onların inkişafında müxtəlif torpaq həşəratları aralıq
sahibi kimi iştirak edir. Müxtəlif ədəbiyyatlarda avitellinaların inkişafında torpaq onurğasızlarından
ayaqquyruqluların, otlaq gənələrinin və bəzi torpaq buğumayaqlılarının iştirakı haqqında məlumatlara
rast gəlinir (3,5).
Apardığımız tədqiqatlarda avitellinaların sürfə mərhələsinin inkişafında həşəratlar sinfinin
(İnsecta) ayaqquyruqlular (Collembola) dəstəsinə aid edilən bəzi növlərin (Drepanura, Willwosia,
Lepidocyrtus) iştirak etdiyi müəyyənləşdirmişdir (2).
Helmint, süd rəngli, lentşəkilli quruluşa malik olmaqla, 3 hissədən - başcıq (skoleks), boyuncuq
və çoxsaylı buğumlardan (strobila) ibarətdir ki, bunlar ümumi uzunluğu əmələ gətirir. Helmintin
uzunluğu 1054 mm-ə qədər, eni isə 2,05 mm, skoleksdə olan 4 ədəd yaxşı inkişaf etmiş sormaçların
diametri 0,66-0,68 mm olur. Skoleksdən sonra kifayət qədər uzun olan boyuncuq başlayır ki, bu
tədricən strobilaya keçir (3). Boyuncuq hissədə buğumlar inkişaf edir və strobilada hermofrodit
buğumlara çevrilirlər. Son buğumlar heyvanların kalı vasitəsilə otlaq sahələrinə ixraç olunur. Burada
isə, buğumlardan azad olan külli miqdarda helmint yumurtası aralıq sahibləri, torpaq həşəratları
tərəfindən yeyilir. Aralıq sahibin orqanizmində yumurtadan çıxan sürfə müxtəlif inkişaf mərhələləri
keçirilərək, invazion-sistiserkoid mərhələsinə çatır.
Muxtar Respublikanın aran bölgəsindəki (Şərur, Sədərək və Kəngərli rayonları) fərdi və
fermer təsərrüfatlarında saxlanılan xırdabuynuzlu heyvanlarda avitellinozun yayılma dərəcəsini
müəyyən etmək üçün, 2014-cü ildə koproloji və helmintoskopik müayinələr aparıldı. Aprelin
sonlarından başlayaraq, noyabrın sonlarınadək qeyd edilən ərazilərdə otarılan heyvanların düz
bağırsağından kal nümunələri götürülməyə başladı. Aparılan müayinələrdə mayın sonlarında
götürülmüş nümunələrdə helmint yumurtaları və çox kiçik ölçülərə malik buğumların azad olduğu
müşahidə edildi. Kal kütləsinin üzərinə yapışmış kiçik ölçülü buğumlar, 10 dərəcə böyütmə imkanı
olan əl lupalarının köməyi ilə müəyyənləşdirildi.
Təsərrüfatlardan müxtəlif yaş qruplarına aid (3 aylıq-2 yaş aralığında) heyvanlardan götürülmüş
550 kal nümunəsi laboratoriyada Fülleborn üsulundan istifadə edilməklə koproloji müayinələrlə
16
yoxlanıldı. Bundan əlavə, qeyd olunan ərazilərdəki təsərrüfatlarda kəsilmiş 82 xırdabuynuzlu
heyvanın nazik bağırsağındakı möhtəviyyat götürülərək, laboratoriyada ardıcıl yuma üsulu ilə
helmintoloji müayinə edildi. Bu zaman ilk növbədə helmintlərin skolekslərini təfriq etməyə çalışdıq.
Qeyd etmək lazımdır ki, araşdırmalar zamanı müayinə edilən kal nümunələrində digər
anoplosefalyatoz törədicilərinə (monieziyalar), eləcə də müxtəlif strongilyat törədicilərinin yumurta və
sürfələrinə də rast gəlinirdi. Həmçinin, kəsilmiş heyvanların bağırsaqlarında monieziyaların skoleks və
buğumları da müşahidə edildi. Bağırsaqdan tapılan helmint nümunələri isə helmint təyinediçiləri, eləcə
də perfokart təyinediciyə əsaslanaraq müəyyənləşdirildi və təfriq edildi (4). Laboratoriyada
helmintlər 2 %-li formalin məhlulunda konservləşdirildi.
Koproloji müayinələrin nəticələri 1-ci cədvəldə verilmişdir.
Cədvəl 1
S
№
Rayonlar
Kal
nümunələrinin
sayı
Yoluxmuş
heyvan sayı
Yoluxma
faizi
1
Şərur
220
83
37,7
2
Sədərək
205
98
47,8
3
Kəngərli
125
60
48,0
Cəmi:
550
241
43,8
Cədvəldən göründüyü kimi, hər üç rayonun təsərrüfatlarında saxlanılan heyvanlarda
avitellinozla yoluxma kifayət qədər yüksək olmuşdur (orta yoluxma 43,8%). Qeyd edək ki,
koproloji müayinə üçün götürülən nümunələrdə helmint yumurtaları ilə yoluxma dərəcəsi ilin
fəsillərindən asılı olaraq, müxtəlif aylarda fərqli olmuşdur. Belə ki, quzularda buğumların xaric
olması və kalda müşahidə edilən helmint yumurtalarının daha intensiv ixracı mayın sonu, iyunun
sonlarına təsadüf etdiyi halda, yaşlı heyvanlarda helmintozla intensiv yoluxma sentyabr- oktyabr
aylarında müşahidə edildi. Noyabrın sonlarında götürülmüş kal nümunələrində, eləcə də bağırsaq
möhtəviyyatında helmintin yumurta və buğumlarına rast gəlinmədi.
Tədqiqatın gedişində kəsilmiş 82 heyvanın nazik bağırsağındakı möhtəviyyat yuyulmaqla,
süzülüb, laboratoriyada müayiə edildi. Nəticələr 2-ci cədvəldə verilmişdir.
Cədvəl 2
S
№
Rayonlar
Bağırsaq
nümunələrinin
sayı
Helmintlərin
sayı
(ədəd)
İnvaziyanın
intensivliyi
1
Şərur
48
92
1,9
2
Sədərək
20
36
1,8
3
Kəngərli
14
21
1,5
Cəmi:
82
149
1,8
Cədvəldən göründüyu kimi, invaziyvnın intensivliyi də tədqiq edilən heyvanlarda
nəzərəçarpacaq dərəcədə yüksəkdir. Yəni, hər bir heyvanın bağırsağında orta hesabla 2 ədəd yetkin
helmintin olduğunu göstərir. Araşdırmalar zamanı yaz aylarında daha çox cavan heyvanların,
payazda isə yaşlı heyvanların avitellinalarla yoluxduğu müəyyən edildi.
17
Aparılmış tədqiqatlar nətiçəsində müəyyən edilmişdir ki, Naxçıvan MR-in aran
bölgələrində, Şərur, Sədərək, Kəngərli rayonlarında saxlanılan və yaylaqlara köçürülməyən
heyvanlarda avitellinalarla yoluxma kifayət qədər yüksəkdir.
Dostları ilə paylaş: |