148
dövrü; 2) Tək – tək hərəkətlərin sürəti; 3) Hərəkətlərin tezliyi (tempi). İkinci və üçüncü göstəricilər
motor komponentinə aiddir. Sürət keyfiyyətlərini əgər başqa sözlərlə ifadə etsək, onda bu
qıcıqlandırıcılara qarşı cəld şəkildə reaksiya verməklə hərəkəti icra etmək və yüksək tempi
saxlamaq imkanlarıdır. Onu da nəzərdən qaçırmaq olmaz ki, “sürətlilik” təkcə bədənin və onun ayrı
– ayrı hissələrinin vəziyyətinin cəld dəyişilməsi deyil, bu həmçinin digər göstəricilərə də aiddir.
Məsələn, qüvvənin dəyişilmə sürətinin öyrənilməsi elə bir hərəkətlərdə zəruridir ki, orada qısa vaxt
çərçivəsində böyük qüvvə tətbiq etmək tələb olunur. Bu sürətin təzahür olunması, xüsusilə boksda
zərbələrin endirilməsi zamanı böyük əhəmiyyət kəsb edir.
Yuxarıda sadalanan hər bir sürət keyfiyyəti komponentinin də öz xarakterik xüsusiyyətləri
mövcuddur. Hərəki reaksiyanın latent dövrü (HRLD) – qıcıqlandırıcının aşkara çıxması ilə ona
qarşı verilən ilkin cavab fəaliyyətinədək olan dövrdür ki, bu da bir neçə tərkib elementindən ibarət
olmaqla, onların hər birində gedən müvafiq proseslərin sürətindən asılıdır. Vaxtın hesablanması
reseptorda baş verən oyanmadan başlayır, sonra oyanma mərkəzəqaçan sinirlə MSS - ə ötürülür,
burada alınmış siqnalın analiz və sintezi həyata keçirildikdən sonra, hazır olan impuls
mərkəzdənqaçan sinirlə əzələlərə çatdırlır ki, bununla da oyanma və əzələlərin təqəllüs etməsi
başlayır.
Yaşla əlaqədar olaraq latent dövrü qeyri – bərabər şəkildə azalır: 9-11 yaşa kimi tez, növbəti
illər isə, xüsusən də 13-14 yaşdan sonra zəif formada. Məşqin təsiri ilə HRLD – nün daha çox
azalmaları 9-12 yaşda müşahidə olunur. 13-14 yaşlı yeniyetmələr müxtəlif hərəkətlərin icrası
zamanı hərəki reaksiyanın latent dövrü yaşlı göstəricilərinə yaxınlaşmaqla 110-250 ms civarında
olur. Eynilə bu yaşda məşq edən şəxslərin məşq etməyənlər üzərində üstünlüyü xüsusilə çoxdur. Bu
ərəfələrdə məşq edilmədikdə, növbəti illər müşahidə olunan geriliyi aradan qaldırmaq çox çətin olur
(A.P.Laptev; İ.P.Deqtyarov; Y.B.Nikiforov – 1987).
Çoxsaylı tədqiqatlar nəticəsində məlum olmuşdur ki,
sadə və mürəkkəb hərəki
Dostları ilə paylaş: