147
Nisbətən mürəkkəb hərəki vərdişlərdən biri də yeriş hesab olunur. Uşaq bu vərdişə
həyatının ikinci ilində yiyələnməyə başlayır. Bundan sonra isə yaşla əlaqədar olaraq hərəkətlərin
koordinasiyası təkmilləşir ki, bu da ona yeriş və ayaq üstə durma zamanı əl və ayaqların
köməyindən istifadə etmədən tarazlığın saxlanılmasına imkan yaradır. Tədricən addımın uzunluğu
böyüyür, hərəkətin tempi və yeriş zamanı təzahür olunan büdrəmələr azalır. Belə ki, 8 yaşlı
uşaqlarda addımın uzunluğu 52.7 – 55.0 sm, 12 yaşlılarda 58.9 – 62.2 sm, lakin 14 yaşlılarda isə
64.3 – 73.9 sm - ə çatmaqla, demək olar ki, yaşlı göstəricilərinə bərabər olur. Bu 8 yaşına kimi ilk
növbədə addımın böyüməsi ilə, lakin bu yaşdan sonra isə addımın uzunluğunun mütəmadi olaraq
stabilləşməsi ilə yanaşı olan hərəkət tempinin yüksədilməsi ilə əlaqədardır ki, bütün bu sadalananlar
da yaşlılar üçün xarakterikdir.
Qaçış elementləri uşaqlarda iki yaşından sonra meydana çıxmağa başlayır. Qaçışın
təkmilləşdirilməsi zamanı uçuş fazasının uzanması və istinad müddətinin azaldılması baş verir. 10
yaşına kimi uçuş müddəti 2 dəfədən artıq çoxalır. Yaşla əlaqədar olaraq tədricən qaçışın sürəti də
artır. Belə ki, 8 yaşlı uşaqlarda qaçışın maksimal sürəti 5.05 m/san olduğu halda, bu göstərici 15 –
16 yaşlılarda 7.59 m/san təşkil edir. Bununla belə 7 – 8 yaşlı uşaqlarda qaçışın yüksək sürətini
davam etdirmək imkanları (sürət dözümlülüyü) yeniyetmə və gənclərə nisbətən daha az inkişaf
etmişdir. Məhz buna görə də bu yaşlarda olan idman məşqçi qaçışın maksimal sürətini artırmaqla
yanaşı, eləcə də xüsusi sürət dözümlülüyünün artırılmasını təmin edir (P.Q.Levitan 1973).
Tullanmalar – mürəkkəb hərəki vərdişlərdir ki, bunun da uzunluğu və hündürlüyü əzələ
koordinasiyasının təkmilləşdirilməsi, əzələ qüvvəsi və cəldliyin inkişafı hesabına daha da çoxalır.
Tullanmaların ən yaxşı dövrünün 13 yaşlı oğlanlarda olması qeyd olunur, növbəti illərdə isə (17 –
18 yaş) inkişaf nəticələri zəifləyir. Hündürlüyə tullanmanın (iki ayaqla təkanla)yaşla əlaqədar təhlili
göstərdi ki, 8 yaşdan 10 yaşına kimi olan nəticələrin illik artımı təxminən 2 sm təşkil edir. Ən çox
artımın isə 10 – 13 yaş arasında olması vurğulanır ki, bunun da 4.3 sm olması qeyd olunur. Gənc
idmançılarda idman məşqinin təsiri altında tullanmaların daha çox intensiv artımı 10 yaşından 16
yaşına kimi olan dövrü əhatə edir.
Uşaqlarda, əlalxüsus çiyin qurşağı və əl nahiyyəsində hərəkətlərin koordinasiyasının və
əzələ qüvvəsinin inkişafı atma imkanlarına tez bir zamanda nail olmaq şəraiti yaradır ki, bunun da
oğlanlarda daha gözəçarpan şəkildə müşahidə olunmasını vurğulamaq lazımdır. Bu halda horizontal
hədəfə atma zamanı sərrastlığın daha əhəmiyyətli dərəcədə olan inkişafının 9 – 10 yaş arasında
olması qeyd olunur. Atma dəqiqliyi 13 – 15 yaşa kimi cüzi şəkildə artır, bundan sonra isə demək
olar ki, dəyişilməz olaraq qalır.
Fiziki keyfiyyətlərin inkişafı
Hərəkətlərin təşəkkül tapması və dayaq hərəkət aparatının müxtəlif şöbələrinin
təkmilləşməsi ilə yanaşı, eyni zamanda sürət (cəldlik), qüvvə, dözümlülük, çeviklik və elastiklik
kimi hərəki keyfiyyətlər də inkişaf edir. Ontogenezdə hərəki keyfiyyətlərin formalaşması mürəkkəb
irsi qarşılıqlı əlaqə və mühiti amillərə görə qeyri – bərabər və heteroxron formada baş verir ki,
bunlar da orqanizmin müxtəlif sistemlərinin inkişafından bilavasitə asılıdır. Məsələn, sürət
keyfiyyətinin inkişafı mərkəzi sinir sisteminin müxtəlif şöbələrində sinir proseslərinin
mütəhərrikliyi, sinir - əzələ aparatının fəaliyyət xüsusiyyətləri və sürətli əzələ lifləri ilə müəyyən
olunur. Əzələ qüvvəsinin, sümük, əzələ toxumasının inkişafı və bu şiddətli inkişafın reallaşdığı
vərdişə münasib hərəkətlərin təkmilləşməsi ilə aydın şəkildə əlaqədardır.
Dözümlülüyün
Dostları ilə paylaş: