Naxçivan döVLƏt universiteti 1967



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə150/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   146   147   148   149   150   151   152   153   ...   190
əksini tapır.  
   Fiziki  inkişaf  dedikdə,  morfo  –  funksional  əlamətlərin  məcmusu  nəzərdə  tutulur  ki,  bu  da 
hərəkətlərin  mənimsənilmə  tempi  və  səviyyəsi,  eləcə  də  fiziki  keyfiyyətlərin  inkişafı  ilə  təzahür 
olunmaqla, uşaqların bioloji inkişafını xarakterizə edir. bununla əlaqədar olaraq şübhəsiz ki, fiziki 
inkişaf  fərdin  spesifik  xüsusiyyətlərindən  biri  hesab  olunmaqla,  özündə  mühiti  və  genetik 
faktorlarla  qanunauyğun  şəkildə  əlaqəli  olan  bu  bioloji  prosesi  əks  etdirir.  Bütövlüklə 
orqanizmin,  onun  ayrı  –  ayrı  hissə  və  orqanlarının  böyüməsi  ilk  öncə  bu  prosesin  sürəti  və 
davametmə müddəti ilə xarakterizə olunur.  
                                         Hərəkətlərin mənimsənilməsi  
   Müxtəlif hərəkətlərin inkişafı cüzi irsi gösrəticilərə istinadən təcəssüm olunmaqla, tədricən 
daha zəngin və  rəngarəng olur. Yeni hərəkətlər fərdi təcrübədə qazanılmış şərti hərəki reflekslərin 
əsasında formalaşır. Burada hərki sistemlərin digər – görmə, eşitmə, vestibulyar və s. analizatorlarla 
qarşılıqlı təsirinin böyük rol oynaması vurğulanır.  
   Hərəkətlərin mənimsənilmə  səviyyəsini müəyyən edən uşaq orqanizminin inkişaf sürətinin 
artmasının  əsasən  iki  dövrü  məlumdur.  Birinci  4  yaşından  7  yaşına  kimi  olan  dövr,  ikinci  isə  bir 
qədər gec – yeniyetməlik dövrünü əhatə edir. İkinci inkişaf dövrünün sürəti müxtəlif fərdlərdə ayrı 
–  ayrı  zaman  kəsiklərində  baş  verir  (bir  qismində  1.5  –  2  il  ərzində  inkişafın  yüksək  templi 
göstəriciləri  ilə  xarakterizə  olunmaqla,  digərlərində  isə  3  -5  il  civarında),  lakin  intensiv  inkişaf 
dövrünün uşaqlarda başlanğıc müddəti olduqca fərqli olur (M.İ.Romanenko; D.A.Farber – 1988). 


147 
 
   Nisbətən  mürəkkəb  hərəki  vərdişlərdən  biri  də  yeriş  hesab  olunur.  Uşaq  bu  vərdişə 
həyatının  ikinci  ilində  yiyələnməyə  başlayır.  Bundan  sonra  isə  yaşla  əlaqədar  olaraq  hərəkətlərin 
koordinasiyası  təkmilləşir  ki,  bu  da  ona  yeriş  və  ayaq  üstə  durma  zamanı  əl  və  ayaqların 
köməyindən istifadə etmədən tarazlığın saxlanılmasına imkan yaradır. Tədricən addımın uzunluğu 
böyüyür,  hərəkətin  tempi  və  yeriş  zamanı  təzahür  olunan  büdrəmələr  azalır.  Belə  ki,  8  yaşlı 
uşaqlarda addımın uzunluğu 52.7 – 55.0 sm, 12 yaşlılarda 58.9 – 62.2 sm, lakin 14 yaşlılarda isə 
64.3 – 73.9 sm - ə çatmaqla, demək olar ki, yaşlı göstəricilərinə bərabər olur. Bu 8 yaşına kimi ilk 
növbədə addımın  böyüməsi  ilə, lakin bu  yaşdan  sonra isə addımın  uzunluğunun mütəmadi olaraq 
stabilləşməsi ilə yanaşı olan hərəkət tempinin yüksədilməsi ilə əlaqədardır ki, bütün bu sadalananlar 
da yaşlılar üçün xarakterikdir.  
   Qaçış  elementləri  uşaqlarda  iki  yaşından  sonra  meydana  çıxmağa  başlayır.  Qaçışın 
təkmilləşdirilməsi zamanı uçuş fazasının uzanması və istinad müddətinin azaldılması baş verir. 10 
yaşına kimi uçuş müddəti 2 dəfədən artıq çoxalır. Yaşla əlaqədar olaraq tədricən qaçışın sürəti də 
artır. Belə ki, 8 yaşlı uşaqlarda qaçışın maksimal sürəti 5.05 m/san olduğu halda, bu göstərici 15 – 
16  yaşlılarda  7.59  m/san  təşkil  edir.  Bununla  belə  7  –  8  yaşlı  uşaqlarda  qaçışın  yüksək  sürətini 
davam  etdirmək  imkanları  (sürət  dözümlülüyü)  yeniyetmə  və  gənclərə  nisbətən  daha  az  inkişaf 
etmişdir. Məhz buna görə də bu yaşlarda olan idman məşqçi qaçışın maksimal sürətini artırmaqla 
yanaşı, eləcə də xüsusi sürət dözümlülüyünün artırılmasını təmin edir (P.Q.Levitan 1973). 
    Tullanmalar  –  mürəkkəb  hərəki  vərdişlərdir  ki,  bunun  da  uzunluğu  və  hündürlüyü  əzələ 
koordinasiyasının təkmilləşdirilməsi,  əzələ qüvvəsi  və cəldliyin  inkişafı hesabına daha da  çoxalır. 
Tullanmaların ən yaxşı dövrünün 13 yaşlı oğlanlarda olması qeyd olunur, növbəti illərdə isə (17 – 
18 yaş) inkişaf nəticələri zəifləyir. Hündürlüyə tullanmanın (iki ayaqla təkanla)yaşla əlaqədar təhlili 
göstərdi ki, 8 yaşdan 10 yaşına kimi olan nəticələrin illik artımı təxminən 2 sm təşkil edir. Ən çox 
artımın isə 10 – 13 yaş arasında olması vurğulanır ki, bunun da 4.3 sm olması qeyd olunur. Gənc 
idmançılarda idman məşqinin təsiri  altında tullanmaların daha çox intensiv artımı 10  yaşından 16 
yaşına kimi olan dövrü əhatə edir.  
   Uşaqlarda,  əlalxüsus  çiyin  qurşağı  və  əl  nahiyyəsində  hərəkətlərin  koordinasiyasının  və 
əzələ qüvvəsinin inkişafı atma imkanlarına tez bir zamanda nail olmaq şəraiti yaradır ki, bunun da 
oğlanlarda daha gözəçarpan şəkildə müşahidə olunmasını vurğulamaq lazımdır. Bu halda horizontal 
hədəfə  atma  zamanı  sərrastlığın  daha  əhəmiyyətli  dərəcədə  olan  inkişafının  9  –  10  yaş  arasında 
olması qeyd olunur. Atma dəqiqliyi 13 – 15 yaşa kimi cüzi şəkildə artır, bundan sonra isə demək 
olar ki, dəyişilməz olaraq qalır.  
                                           Fiziki keyfiyyətlərin inkişafı 
   Hərəkətlərin  təşəkkül  tapması  və  dayaq  hərəkət  aparatının  müxtəlif  şöbələrinin 
təkmilləşməsi  ilə  yanaşı,  eyni  zamanda  sürət  (cəldlik),  qüvvə,  dözümlülük,  çeviklik  və  elastiklik 
kimi hərəki keyfiyyətlər də inkişaf edir. Ontogenezdə hərəki keyfiyyətlərin formalaşması mürəkkəb 
irsi  qarşılıqlı  əlaqə  və  mühiti  amillərə  görə  qeyri  –  bərabər  və  heteroxron  formada  baş  verir  ki, 
bunlar  da  orqanizmin  müxtəlif  sistemlərinin  inkişafından  bilavasitə  asılıdır.  Məsələn,  sürət 
keyfiyyətinin  inkişafı  mərkəzi  sinir  sisteminin  müxtəlif  şöbələrində  sinir  proseslərinin 
mütəhərrikliyi,  sinir  -  əzələ  aparatının  fəaliyyət  xüsusiyyətləri  və  sürətli  əzələ  lifləri  ilə  müəyyən 
olunur.  Əzələ  qüvvəsinin,  sümük,  əzələ  toxumasının  inkişafı  və  bu  şiddətli  inkişafın  reallaşdığı 
vərdişə  münasib  hərəkətlərin  təkmilləşməsi  ilə  aydın  şəkildə  əlaqədardır.  Dözümlülüyün 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin