Naxçivan döVLƏt universiteti 1967


böyüməsinə  mənfi  təsir  göstərir



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə158/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   154   155   156   157   158   159   160   161   ...   190
böyüməsinə  mənfi  təsir  göstərir.  Ona  görə  də  yeniyetmələr  üçün  istənilən  fiziki  yüklənmələr 
konkret həddə məhdudlaşdırılmalı və yaşa müvafiq olaraq ciddi şəkildə dozalaşdırılmalıdır, belə ki, 
yüksək əzələ gərginliyi ilə təzahür olunan fiziki təmrinlərin yalnız 17-18 yaşdan sonra tətbiq 
olunması məsləhət görülür (S.B.Tixvinskiy, S.V.Xruşov; Y.M.Kots-1986).  
   Belə  bir  anlayış  mövcuddur:  əzələlərin  maksimal  qüvvəsi  (MQ)  və  maksimal  iradi  qüvvə 
(MİQ). MQ süni yolla – elektrostimulyasiya metodu ilə müəyyən olunur. Bu halda MQ növbəti üç 


151 
 
şərtlə aşkara çıxarılır: 1) bütün hərəkət vahidlərinin fəallaşması, 2) sakit tetanus şəraiti, 3) sakitlik 
vaxtı əzələlərin uzunluğuna nisbətdə olan əzələ təqəllüsü.  
   MİQ dinanometr vasitəsilə müəyyən olunur ki, burada üzərində təcrübə aparılan şəxsin iradi 
şəkildə maksimal əzələ gərginliyi hesabına müqavimətə üstün gəlmək imkanları təzahür olunur. Bu 
halda  inkişaf  edən  iradi  səyin  səviyyəsi  hərəkət  aparatının  inkişafı  ilə  şərtləndirilməklə,  yuxarıda 
sadalanan dörd qrup göstəricidən asılıdır. 
   Yaşla  əlaqədar  olaraq  ayrı-ayrı  əzələlərin  MİQ-nin  qeyri-bərabər  inkişafı  baş  verir  ki,  hər 
bir dövrdə müxtəlif əzələlərin qüvvəsinin nisbəti (topoqrafiya) dəyişir və özünəməxsus əzələ profili 
formalaşır. Əgər 8 yaşdan 10 yaşa kimi MİQ-in artımı nisbətən bərabər gedirsə, artıq 11 yaşda onun 
artım tempi  yüksəlir. Qüvvənin daha intensiv artımının 13-14 yaşdan 16-17 yaşa kimi olan dövrü 
əhatə etməsi qeyd olunur. Sonrakı illərdə isə (18-20) yaşa kimi onun inkişaf tempi zəifləyir. Daha 
böyük  əzələlərdə  MİQ  bir  qədər  gec  artır.  Artıq  16-17  yaşda  əzələ  qüvvəsinin  topoqrafiq 
formalaşması yaşlılara xarakterik şəkildə yekunlaşır. Qüvvə tələb edən məşqlərin aparılmasında 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin