hərəkətlərin (ştanq, izometrik hərəkətlər, boks döyüşünün bəzi elementləri və s.) icrası zamanı olmasını qeyd etmək olar, lakin sürət-qüvvə imkanları boksçunun qüvvəli və cəld hərəkətləri zamanı meydana çıxır. Əzələ qüvvəsinin səviyyəsi hərəkət aparatının inkişafı ilə şərtləndirilən dörd qrup göstərici
ilə müəyyən olunur. Birinci – anatomok-morfoloji; sümük və oynaq-bağ aparatının möhkəmlik
dərəcəsi və xarakteri; əzələ diametrinin ölçüləri (əzələ liflərinin işçi hipertrofiyası). İkinci –
biokimyəvi: enerji təminatı sistemlərindən olan ATF – in (adenozintrifosfat turşusu) həm fosfogen
sistemi, eləcə də anaerob və aerob enerji yaranmasının qlikolitik mexanizmi hesabına bərpası;
təqəllüs zülallarının xüsusiyyətləri; qanda hemoqlobinin və əzələlərdə mioqlobinin artımı. Üçüncü –
biomexaniki: qüvvənin tətbiqi nöqtəsi, miqdarı və istiqamətləndirilməsi; oynaq bucaqları; qolun
uzunluğu; daha böyük əzələlərdən istifadə hesabına hərəkətlərin icrası; əzələlərin dartqı qüvvəsi;
əzələlərin uzunluğu; qüvvənin məşqi zamanı bədənin müxtəlif vəziyyətlərinin seçimi. Dördüncü –
fizioloji, iki hissəyə ayrılır: əzələ kompozisiyasını (sürətli və sürətsiz əzələ liflərinin nisbəti) özündə
əks etdirən periferik və əzələdaxili (fəal hərəki vahidlərin miqdarı, bu kateqoriyanın tezliyi, zamanla
əlaqədar olaraq bu aktivliyin sinxronlaşdırılması), əzələlərarası uyğunluğun mərkəzi sinir
mexanizmləri, icra olunan hərəkətlərin (boksda bu, təmrinlərin yüksək dərəcəli qavranılma
texnikasıdır) quruluşuna müvafiq olaraq onların təkmilləşməsidir. Qüvvəyə hərəkət anında,
həmçinin iradi şiddətin təzahür olunması da təsir göstərir (Y.M.Kots – 1986).
Yaşla əlaqədar olaraq əzələ qüvvəsinin artımı əsas etibarı ilə əzələ kütləsinin çoxalması