29
Toplanmış ilbizləri bir hissəsi kompressor üsulu ilə tədqiq edilmişdir. Yoluxma faizi
aşağıdakı cədvəldə əks olunmuşdur.
Cədvəl ; Şirin su ilbizlərinin fassiolanın sürfə mərhələsi ilə yoluxması
Ilbizlərin
növləri
Fassiola sürfələri
Tədqiq
edilmişdir
Yoluxmuşdur
Yoluxma faizi
Planorbis planorbis
560
3
0.53
Radix aurocularis
1350
38
2.81
Calba truncatula
850
4
0.47
Ph.acuta
250
-
-
Cəmi
3010
45
1.15
Fassiolanın aralıq sahiblərinin yoluxma faizlərinin müəyyənləşdirilməsi ilə əlaqədar
tərəfimizdən 3010 fərd su ilbizi kompressor üsulu ilə tədqiq olunmuş və yoxlanılmış 4 növ su
ilbizindən üçünün fassiola sürfələri ilə yoluxması aşkar olunmuşdur.
Aşağıda həmin növlərin yoluxma faizləri və növün təsviri verilmişdir.
Qalba truncatula (Mulle,1774)-Sinif Qastropoda yarım sinif Pulmonata (ağciyərli) Dəstə
Basommatophora (oturaq gözlülər) ailə Limnaedie (Laramberque, 1928), cins kalba (schrank,1803)-
çapaq nazik xətlənmişdir. Köndələn konusvari xətlər sağa istiqamətlənib. Ölçüsü hündürlüyü
12mm, eni 5.5mm-dir. Sarğıların sayı 6-ya çatır. Naxçıvan
MR-in hər yerində su, bulaq, çiçəkli sulu
sahələrdə çox yayılıb. Qəmişli milçək və mığ-mığ olan sahələrdə isə sayı azalır. Biotopların sayı
yayılma sahələrində 1m
2
– də 150-280-ə çatır. Müayinə olunmuş 850 fərddən 4-də F.hepatikanın
sürfələri ilə yoluxma müəyyən edilib.
Ph.acuta çanaq hissəsi hamar parlaq möhkəm buynuz qatından ibarət olmaqla sarğılar sola
sarınmaqla 5 sarğılıdır, başlanğıc iti uclu olmaqla qurtaracaq ağızcıq pülənmiş kimi geniş açılıb,
hündürlüyü 13, eni 8 mm-dir. Naxçıvançayın Vayxır- Biçənək aralığında rast gəlinir. Yoxlanmış
250 fərd ilbizdə yoluxma olmamışdır.
Planorbis Planorbis Sieversi (Mousson-1873) Planorbidae ailəsinə, Planorbis (Muller-1774)
cinsinə mənsubdur. Çanaq nazik spiralvari köndələn xətlənmiş yastı dairəvi formalı olub,
hündürlüyü 35, eni isə 16 mm-dir. Naxçıvançay, Arpa çayın düzən sahələrində, Araz boyu
sahələrdə yayılmışdır. Müayinə olunmuş 560 fərddən 3-də yoluxma aşkar edilib.
Radix auricularia (Linnueus-1758)-C.trancatula ilə bir ailədə birləşir, çanağın hündürlüyü 25,
eni 25 mm-dir. Çanağın ağız hissəsi qulağı xatırladır Naxçıvanda çay yatağı üzərində tikilmiş
göllərəd, su tutarlarında, durğun su və bataqlıq yerlərdə məskənləşib.
Suvarma sistemlərinin qurulması nəticəsində sistemdən axan suların yığıldığı yerlərdə su
ilbizlərinin daimi yaşayış yerləri yaranmışdır və bu yerlərdə şirin su ilbizlərinin biotopları əmələ
gəlir. Düzən və çay ətrafı cillik və çəmənliklərdə bir neçə ilbiz növləri toplanıb analiz edilmişdir.
Kiçik və qulaqvari su ilbizləri Naxçıvançay əhatəsində olan Vayxır, Uzunoba, Kültəpə, Tunbul
kanalında, Əlincə çay ərazisinin körpüsü ətrafında, Aza çayının Aza kəndi sahəsindən toplanaraq
fassiola ilə yoluxma dərəcələri aşkarlanmışdır.
Yayılma dərəcəsi və biotopların sayına görə ilbizlərin say və biotopu bir-birindən fərqlənir.
Belə ki, Liminea auriocularia bataqlıq gölməçələri kiçik suvarma arx və kanallarında çox da dərin
olmayan sularda məskənləşmişdir.
Naxçıvan MR-in düzən yerlərində xüsusi ilə Qaraçuq kanalında, Arpa çay kanalında
qulaqvari ilbizlər digər kiçik gölməçə ilbizlərinə nisbətən üstünlük təşkil edir, nisbətən yuxarı
zonalara qalxdıqca kiçik gölməçə ilbizlərinin yayılma biotoplarının sayı artır. Qulaqvari ilbizlər
əsasən kanalların beton divarlarında suyun daha sürətlə axan yerlərində daha çox müşahidə
(lauricularım) olunur. Kiçik gölməçə ilbizi L.trancatula əsasən lilli sularda və daha çox suvarılan su
altında qalan sahələrdə müşahidə olunur. Bir çox sahələrdə isə hər iki növdən olan su ilbizlərinin
yayılması müşahidə olunur. Belə sahələrdə adətən bir növün digərlərindən daha çox üstünlüyü
30
müşahidə olunur. Belə ki, su altında qalan sahələrdən su çəkildikcə xırda sucuq- bataqlıq qaldıqda
kiçik gölməçə ilbizi sayı çoxalır, əksinə hidrofil xarakterli L.auricularia – qulaqvari gölməçə ilbizi
isə azalır. Bütün bunlar onu göstərir ki, qidalanma və şəraitdə asılı olaraq su ilbizlərinin artıb
çoxalması ekoloji vəziyyətdən asılı olur. Nəticə etibarı ilə suvarılan və su altında qalan sahələrdə
fassiola giganticanın aralıq sahibi əsasən qulaqvari gölməçə ilbizi təşkil edir.
Belə nəticəyə gəlinir ki, muxtar respublikanın aşağı düzən su basan və suvarma sistemləri
daha çox olan ərazilərdə fassiolanın aralıq sahibi çox yayıldığından bu zonalarda heyvanlar da
fassiolyozun daha intensiv və ekstensivliyi müşahidə olunur.
Naxçıvan MR-də əvvəllər fassiolyoz x/b heyvanlarda (Naxçıvan şəhərində 1.04%, Şərur
rayonunda 25.9%) 19%( E.M.Seyidov 1963) təşkil edirdisə suvarma kanallarının genişləndirilməsi
nəticəsində bizim tədqiqatlara əsasən bu rəqəm x/b.lu heyvanlar arasında 12.5 i/b-lu mal qara
arasında isə 9.5-10%-ə çatır. ən çox invaziyanın ekstensivliyi Naxçıvançay, Arpa çay, Aza çayın
aşağı düzən zonalarında qeyd olunur.
Naxçıvançayın Vayxır ərazisində su paylayıcı qurğudan irəlidə suyun yığılıb qaldığı ərazidə
aparılan tədqiqat nəticəsində əsasən “3” növ su ilbizinin L.truncatula, L.auricularis, Phisa acuta
aşkar edildi. Həmin ilbizlərin çay kənarında heyvan yatağı yaxınlığında və durğun suda sıxlığı 1m
2
–də 15-20 eksempilyar təşkil edir. Qəmişlik və cilliklərdə isə kiçik göl ilbizləri üstünlük təşkil edir.
Toplanmış ilbizlərdən 3010 fərd müayinəsi zamanı L.auricularia, L.truncatulanın fassiolanın
sürfələri ilə yoluxma faizi 0.47 və 2.81%, Planorbis planorbis 0.53% olmuşdur.
Naxçıvan MR ərazisində göstərilən aralıq sahiblərinin yayılması sayəsində fassiolanın hər
iki növü (F.hepatiga) adi fassiola və gigantica yayılmışdır. Ilin nəmişli və yağmurlu olmasından
asılı olaraq biri digərindən az və ya yüksək intensivliyə malik olur. Çay və kanal ərazilərdə
fassiolyoz invaziyasının daha çox yayılması həmin ərazilərin yaxınlığından şirin su ilbizlərinin
biotoplarının çoxluğu ilə bağlıdır. Qulaqvarı çox yayılan ərazilərdə F.gigantica kiçik gölməçə ilbizi
çox olan ərazilərdə adi fassiola çox yayılmışdır.
Bütün sürünənlərdə (qarın ayaqlılarda) – ilbizlərdə mayalanma daxildə gedir. Mayalanma
iki yolla- erkək- dişi və hermofrodit mayalanma vardır. Su ilbizlərinin bir çoxu hermofrodit yolla
çoxalması məlumdur. Bu hal çox vaxt özünü doğrultmur. O cəhəddən ki, hermofrodit vəzi (
cinsiyyət üzvü) eyni bir vaxtda həm erkək (sperma), həm də dişi yumurta istehsal edə bilmir.
Bizim təcrübələrimizdən su ilbizlərinin yaşayış tərzinin öyrənilməsi ilə əlaqədar 15.09.1999-
cu ildə evdə balıq olan akvariuma salınmış 12 ədəd su ilbizi həyat öroseslərini dəyişmədən
yaşamağa davam edərək 2-3 gündən sonra akvariumun şüşə divarlarına qalxaraq suyun səthinə
yaxın sahələrdə akvarium şüşəsinin 4tərəfində də bir- biribdən 5-10 sm aralı olmaqla qlaf ilə
örtülmüş yumurta qoymuşdur. Qlafın böyüklüyü 1-3mm diametrində olmaqla hər birinin içərisində
ikraya bənzər çiy formalı 7-15ədəd yumurta qoyaraq molyuskalar yenidən suyun dibinə enmişdir.
Həmin yumurtalar bir-birinə zəncir kimi düzülməklə şəffaf şəkildə qlafda qalmaqla 1 həftə sonra
böyüməyə başlaması hiss olunur. Göründüyü kimi su ilbizləri hər hansı bir şərait yaranan kimi nəsil
artırmaq üçün yumurta qoymaq imkanına malikdir. Akvariumda suyun temperaturu 15-25
0
arası
davamında akvariumun divarındakı yumurtalardan 12-ci gündən embrionlar formalaşmağa
başlayaraq ilkin cavan molyuskalar çıxmağa başladı.
Təbii şəraitdə Naxçıvan MR ərazisində cavan molyuskaların təbiətdə görünməsi may
ayından başlayaraq müşahidə olunur. Ana (qışlamanı keçirmiş) ilbizlər isə martın ortalarından
başlayaraq aktivləşməyə başlayır.
Naxçıvanın yuxarı alp çəmənliklərində (Göygöl, Batabat, Yelli yurd, Tüklü çimən) il boyu
soyuq hava keçirdiyindən şirin su və tiorpaqda yaşayan ilbizlərə rast gəlinməyib.
Dostları ilə paylaş: