91
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2015, № 7 (72)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2015, № 7 (72)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2015, № 7 (72)
GÜLTƏKİN ƏLİYEVA
Nax. MR Doğum Mərkəzi
GÜNEL NƏZƏRLİ
Naxçıvan Dövlət Universiteti
UOT:614.2
DÖLYANI MAYEDƏKİ DƏYİŞİKLİKLƏRİN KLİNİK DƏYƏRLƏNDİRİLMƏSİ
Tədqiqatın məqsədi- Dölyanı mayedə baş verən dəyişikliklərin hamiləliyin gedişinə təsirini
araşdırmaq
Tədqiqatın obyekti- Naxçıvan Doğum mərkəzi bizə müraciət edən 207 qadın arasından seçilən 43
qadın
Tədqiqatın aparılma yeri- NDU tibb fakültəsi Naxçıvan Doğum mərkəzi
Ana dölü xarici təsirlərdən qoruyur, bu ana bədənindəki dölün ikiqat qoruma örtüyü, qarnın
önyan divarı, çanaq sümükləri, bunları içdən örtən döl kisəsi və dölyanı maye ilə
mümkündür. Amneotik maye dölü əhatə edərək onu qoruyan, həyat fəaliyyətində xüsusi rol
oynayan bioloji aktiv maddədir. Açıq rəngli, şəffaf, ağımtıl, zəif spesifik iyli mayedir. 97%
sudan ibarətdir. Qanda olan maddələrin hamısını özündə saxlayır.. Dölyanı maye dölü əhatə
edərək, onu xarici təsirlərdən qoruyur. Onun hərəkətini asanlaşdırır. Temperaturanı tənzim edir.
Dölü müəyyən miqdar su və mineral duzlarla təmin edir. Amnion qişasının embriona
yapışmasının qarşısını alır. Dölün simmetrik inkişafına kömək edir. Doğuşa yaxın dölün son
vəziyyətini almasına, bu vəziyyətə uyğunlaşmasına yardımçı olur. Doğuş prosesində öndə
gələn hissənin – başın önündə toplanaraq, uşaqlıq boynunun açılmasına xidmət edir. Döl
kisəsi yırtılandan sonra dölyanı maye doğuş yolunu isladaraq, dölün irəliləməsini asanlaşdırır
Beləliklə, dölyanı maye ana və döl arasındakı rabitə zonasıdır demək olar. Yəni hanilə qadının
orqanizmində,döl-ana arasındakı ABO,və Rh uyğunsuzluğu,dölün bətndaxilində xəstələnməsinə
səbəb olan bakterial,viral xəstəliklər dölyanı mayedə kəmiyyət və keyfiyyət dəyişiklinə səbəb olur.
Erkən hamiləlikdə dölyanı mayenin əsas yaranma mənbəyi təkqatlı epitel hüceyrələrindən
ibarət amnion qişasıdır, daha sonra dölün sidiyi, dəri ifrazatı da qarışır. Dölyanı mayenin
miqdarı 7 həftəlikdə 20 sm
3
, 20 həftəlikdə 300-400 sm
3
, hamiləliyin sonunda isə 1 litrə çatır.
Dölyanı maye ilk 15-ci həftəsinədək həftədə 25 ml, 15-18-ci həftələr arasında isə 50 ml artır.
Böyrək anomaliyaları, çatmamazlıqları olan döllərdə, ağ ciyərlərin inkişaf ləngiməsi varsa,
dölyanı maye normadan çox az olar. Bir tərəfədən də dölyanı mayenin azlığı dölün ağ
ciyərlərinin normal inkişaf etməməsinə səbəb olar Hamiləliyin 20-30-cu həftələri arasında
dölyanı mayenin miqdarı ən çox olan və USM-də yaxşı görünən vaxtıdır. Son 3 ayda dölyanı
maye artmır, Dölyanı maye hər 3 saatdan bir dəyişikliyə uğrayır, bir tərəfdən əmələ gələn
maye digər tərəfdən sorulur, hamiləliyin sonuna yaxın döl bədəninin dərisi ilə 450-500 sm
3
maye sora bilir. Bu mayenin bir hissəsi dölün böyrəklərindən filtrasiya olunub, onun sidiyinə
çevrilir. Bir hissə dölyanı maye döl tərəfindən udulur, bağırsaqdan adsorbsiya olunur, dölün
qan dövranına daxil olur və plasenta ilə yenidən ananın orqanizminə daxil olur. Dölyanı
mayenin miqdarını qiymətləndirmək dölün inkişafı, hamiləliyin gedişi haqda düzgün nəticə
çixartmağa imkan verir.
Bu səbəbdən dölyanı mayedəki dəyişikliklərin dəyərləndirilməsi məqsədi ilə tədqiqat aparmağa
qərar verdik.
Dostları ilə paylaş: