Naxçivan döVLƏt universiteti 1967



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə94/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   90   91   92   93   94   95   96   97   ...   190
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


91 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 7 (72) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 7 (72) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 7 (72) 
 
GÜLTƏKİN ƏLİYEVA 
 Nax. MR  Doğum Mərkəzi 
  
GÜNEL NƏZƏRLİ   
Naxçıvan Dövlət Universiteti 
UOT:614.2 
 
DÖLYANI  MAYEDƏKİ  DƏYİŞİKLİKLƏRİN  KLİNİK DƏYƏRLƏNDİRİLMƏSİ 
 
Tədqiqatın  məqsədi-  Dölyanı  mayedə  baş  verən  dəyişikliklərin  hamiləliyin  gedişinə  təsirini 
araşdırmaq   
Tədqiqatın obyekti- Naxçıvan Doğum mərkəzi bizə müraciət edən 207 qadın arasından seçilən 43 
qadın  
Tədqiqatın aparılma yeri- NDU tibb fakültəsi Naxçıvan Doğum mərkəzi 
Ana  dölü  xarici  təsirlərdən  qoruyur, bu  ana  bədənindəki  dölün  ikiqat  qoruma  örtüyü, qarnın  
önyan    divarı,  çanaq    sümükləri,    bunları    içdən    örtən    döl    kisəsi    və  dölyanı    maye    ilə  
mümkündür.  Amneotik    maye  dölü  əhatə  edərək  onu  qoruyan,  həyat  fəaliyyətində  xüsusi  rol 
oynayan  bioloji  aktiv    maddədir.  Açıq    rəngli,  şəffaf,  ağımtıl,  zəif    spesifik    iyli    mayedir.  97%  
sudan  ibarətdir. Qanda  olan  maddələrin hamısını  özündə  saxlayır.. Dölyanı  maye dölü  əhatə  
edərək, onu  xarici  təsirlərdən  qoruyur. Onun  hərəkətini  asanlaşdırır. Temperaturanı  tənzim  edir. 
Dölü    müəyyən    miqdar    su    və    mineral    duzlarla    təmin    edir.  Amnion    qişasının    embriona  
yapışmasının  qarşısını alır. Dölün  simmetrik  inkişafına  kömək  edir. Doğuşa  yaxın  dölün  son  
vəziyyətini    almasına,  bu    vəziyyətə    uyğunlaşmasına    yardımçı    olur.  Doğuş    prosesində    öndə  
gələn    hissənin  –  başın    önündə    toplanaraq,  uşaqlıq    boynunun    açılmasına    xidmət    edir.    Döl  
kisəsi  yırtılandan sonra  dölyanı maye  doğuş  yolunu  isladaraq, dölün irəliləməsini  asanlaşdırır 
Beləliklə, dölyanı  maye  ana  və  döl  arasındakı  rabitə  zonasıdır demək  olar. Yəni hanilə qadının 
orqanizmində,döl-ana  arasındakı  ABO,və  Rh  uyğunsuzluğu,dölün  bətndaxilində  xəstələnməsinə 
səbəb olan bakterial,viral xəstəliklər dölyanı  mayedə kəmiyyət və keyfiyyət dəyişiklinə səbəb olur.  
Erkən    hamiləlikdə    dölyanı    mayenin  əsas    yaranma    mənbəyi    təkqatlı    epitel    hüceyrələrindən  
ibarət    amnion  qişasıdır, daha  sonra  dölün  sidiyi,  dəri  ifrazatı  da  qarışır. Dölyanı   mayenin 
miqdarı  7 həftəlikdə  20 sm
3
, 20 həftəlikdə  300-400 sm
3
, hamiləliyin  sonunda  isə  1 litrə çatır. 
Dölyanı  maye  ilk  15-ci  həftəsinədək  həftədə  25 ml, 15-18-ci  həftələr  arasında  isə  50 ml  artır. 
Böyrək    anomaliyaları,  çatmamazlıqları    olan    döllərdə,  ağ    ciyərlərin    inkişaf    ləngiməsi    varsa, 
dölyanı   maye  normadan  çox  az  olar. Bir   tərəfədən  də  dölyanı   mayenin    azlığı   dölün   ağ 
ciyərlərinin  normal  inkişaf  etməməsinə  səbəb  olar  Hamiləliyin  20-30-cu  həftələri   arasında  
dölyanı  mayenin  miqdarı  ən çox  olan  və  USM-də  yaxşı  görünən  vaxtıdır. Son  3 ayda  dölyanı  
maye  artmır, Dölyanı maye  hər  3 saatdan  bir  dəyişikliyə  uğrayır, bir  tərəfdən  əmələ  gələn  
maye  digər  tərəfdən  sorulur, hamiləliyin  sonuna  yaxın  döl  bədəninin  dərisi  ilə  450-500 sm
3
  
maye  sora  bilir. Bu  mayenin  bir  hissəsi  dölün  böyrəklərindən  filtrasiya  olunub, onun  sidiyinə  
çevrilir. Bir  hissə  dölyanı  maye  döl  tərəfindən  udulur, bağırsaqdan  adsorbsiya  olunur, dölün  
qan  dövranına  daxil  olur  və  plasenta   ilə   yenidən  ananın  orqanizminə  daxil olur. Dölyanı  
mayenin  miqdarını  qiymətləndirmək  dölün  inkişafı, hamiləliyin  gedişi  haqda  düzgün  nəticə  
çixartmağa  imkan  verir.  
Bu səbəbdən dölyanı mayedəki  dəyişikliklərin dəyərləndirilməsi məqsədi ilə  tədqiqat  aparmağa 
qərar  verdik. 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin