93
Əgər bulanıq maye hamiləliyin erkən həftələrində (6 Həftə) rast gəlinirsə hamiləliyin
pozulmasına göstəriş ola bilər, çünki belə hamiləliyin başa çatma ehtimalı az,anadangəlmə
xəstəliklərlə doğulma ehtimalı isə çoxdur. Yaşılımtıl dölyanı maye dölün hipoksiyasına ,
mekoniumun suya qarışması nəticəsində bətndaxilində pnevmaniyanın inkişafına işarədir.
Çəhrayı rəng isə dölyanı mayeyə qan qarışdığını göstərən təhlükəli, təcili tədbirlər tələb
edən əlamətdir. Parlaq sarı rəng ana ilə döl arasında Rezus və ya ABO uyğunsuzluğu
zamanı- rast gəlinir. Bu dölün həyatı təhlükəsi olduğuna işarədir. Dölyanı mayenin tərkibi
hamiləliyin həftəsindən asılı olaraq dəyişir. Yağlar, karbohidratlar, zülallar, vitaminlər,
mineral maddələr, hormonlar, fermentlər, immunoqlobulinlər, oksigen, karbon qazı, dölün dəri
elementləri, tükcüklər aşkarlanır. Bilirubin öd piqmentidir, hemoqlobinin parçalanmasının
aralıq məhsuludur. Dölyanı mayedə hamiləliyin normal gedişində 1,3 mkmol/L az olur.
Doğuşa yaxın dölyanı mayedə bu göstərici azalır – 0,41 mkmol /L. Bilirubinin dölyanı mayedə
yüksəlməsi ABO və RH konflikt zamanı eritrositlərin kütləvi surətdə məhvi ilə əlaqədardır.
Yuxarıda qeyd etdiyimiz kimi Qanda olan maddələrin hamısınına dölyanı mayedə rast
gəlmək olur. Məsələn dölyanı mayedə zülalın aşkarlanması Dölün qara ciyərinin vəziyyətini
göstərir. Dölün normal vəziyyətində hamiləliyin birinci dövründə 2-17 q/L, II dövründə isə 1,8-
7,1 q/L, olur. Dölün hemolitik xəstəliyində 2 dəfə artıq, aşağı olması isə, ana və dölün qara
ciyər xəstəliyinə işarədir.
Keratin – zülal mübadiləsi məhsuludur. Dölyanı mayedə 170-270
mkmol/L artması 290-dək dölün hipotrofiyasına işarədir. Normadan aşağı olması isə dölün
yetkin olmaması və dölün hemolitik xəstəliyini göstərir.
Sidik turşusu – zülal mübadiləsinin
aralıq məhsuludur. Normada dölyanı mayedə 0,4-0,48 mkmol/L, 2 dəfə artması 0.86-1 mkmol
adi formalı toksikozları
göstərir, azalmasının isə diaqnostik əhəmiyyəti yoxdur.
Dostları ilə paylaş: