Viruslu C hepatiti (VCH)
Törədici – RNT-tərkibli virus hissəciyidir, Flaviviridae
ailəsinə, Hepacivirus cinsinə aiddir. Virusun 30-dan artıq geno-
tip ləri və subtipləri vardır. Çox güman ki, virusun genotipi xəs-
tə liyin ağırlıq dərəcəsini və interferonterapiyaya həssaslığını t ə-
yin edir. Orqanizmdə virusun uzunmüddətli persistensiyası onun
fərqləndirici xüsusiyyəti olub, xronikləşmənin yüksək s ə viy yə-
si ni müəyyən edir.
Etiologiyası. Viruslu C hepatitinin (VCH) törədicisi lipoidli
super kapsidi olan bir saplı RNT-tərkibli kiçik virusdur. HC v i-
rusu 1989-cu ildə kəşf edilmişdir. VCH-li xəstəni aşkar etmək
üçün onun qan zərdabında immunferment reaksiyası ilə C hepa-
titinin törədicisinə qarşı yaranmış əkscisimlər axtarılır. Bu əksci-
sim lər virus genomunun qeyri-quruluşlu sahəsinə qarşı yönəl-
miş dir və HC virusu ilə yoluxmanı və çox vaxt qan zərdabında
RNT tərkibli hepatit C virusunun olmasını göstərir. Bu üsuldan
dün yanın əksər laborato riyalarında istifadə edilir, ancaq onun bir
sıra qüsurları vardır:
1. Bu əkscisimlər HC virusu ilə yoluxduqdan 20 həftə sonra
əmələ gəlir.
2. HC-lə yoluxması sübut olunmuş 15% xəstələrdə HC viru-
suna qarşı əkscisimlər əmələ gəlmir.
3. Sağlam donorların 50%-də səhv müsbət nəticə əldə edilir.
Müayinənin sonrakı mərhələsində əlavə üsullardan – rekom-
binant antigenlərlə immunoblottinq və neytralizasiya reaksiya-
480
sından istifadə edilir. Hər iki sınaq müayinənin həssaslığını artırır
və HC virusuna qarşı əkscisimlərin aşkar edilməsini t əs diq ləmək
üçün istifadə edilir.
Yüksək risk qruplarına aid olan xəstələrin (məsələn. narko-
man ların) 90%-də diaqnozun təsdiqlənməsi zamanı əlavə sınaq-
lardan istifadə edilir. Buna baxmayaraq, sağlam donorlarda alın-
mış müsbət nəticələrin ancaq 50%-i əlavə sınaqlarla təsdiq
edilir. Hazırda daha həssas və spesifik reaksiyalar tətbiq edilir.
Bu sınaqlar nüvəyə və virusun səthi antigenlərinə qarşı yaranmış
əks cisimləri aşkar edir.
HC virusuna qarşı əkscisimlərin olması əksər hallarda xəs-
tənin yoluxmasını göstərir. HC virusuna qarşı xəstələrin 70%-
nin qan zərdabında əkscisimlərin olması zəncirvari polimeraza
reaksiyasının (ZPR) vasitəsilə HC RNT-nin qanda tapılması ilə
eyni zamanda müəyyən edilir. Bundan başqa retrospektiv müa-
yinə HC virusuna qarşı əkscisimlərin aşkar edilməsi ilə qan kö-
çür mədən sonra xəstə lərdə viruslu hepatitin baş verməsi ara-
sında əlaqənin olduğunu gös tər di. Beləliklə, müasir diaqnostik
reaksiyalar vasitəsilə HC virusuna qarşı əkscisimlərin müəyyən
edilməsinin çox hallarda virusun replikasiyası ilə uyğun gəlməsi
müşahidə olunur. Müəyyən edilmişdir ki, HC virusuna qarşı əks-
cisimlərin əmələ gəlməsi ləng gedir: orta hesabla yoluxmadan 20
həftə və ya hepatitin klinik əlamətlərinin başlanmasından 15 həf-
tə sonra. Bəzi xəstələrdə əkscisimlər 1 il ərzində əmələ gəlir, a n caq
85% xəstə lərdə qanköçürmədən sonra baş vermiş viruslu h e pa titdə
yoluxmadan 6 ay sonra əkscisimlər meydana çıxır. Əks cisimlər
orqanizmdə 4 ilə qədər saxlanılır. HC virusuna qarşı əkscisimlərin
olmaması C hepatiti diaq nozunu rədd e t məyə əsas vermir.
İspaniyada aparılan tədqiqatlar göstərmişdir ki, HC virusunu
aşkar etmək üçün istifadə edilən reaksiyalar qanköçürmədən
sonra baş verən hepatitlərin sayının 50%-ə qədər azalmasına
səbəb oldu.
HC virusu əsasən qanla təmas (qanköçürmə zamanı və qan
pre paratlarını vena daxilinə yeritməklə istifadə edilməsi) nəti cə-
sində yayılır. Bundan başqa, HC virusunun aşağıdakı yo lux ma
481
yolları mövcuddur: cinsi əlaqə vasitəsilə, perinatal (anadan uşa-
ğa) yolla. Həşəratların dişləməsi vasitəsilə də HC virusunun k e-
çi rilməsi ehtimal edilir.
Homoseksual kişilərdə HC virusunu gəzdirənlərin miqdarı
4%-dən artıqdır, bu, ümumi populyasiyada olduğundan 2 dəfə çox-
dur. Bundan əlavə, homoseksual kişilərin 75%-də hepatit B virusu-
nun markerləri vardır və virus cinsi əlaqə zamanı asanlıqla onlar-
dan sağ lamlara keçə bilər.
HC virusu ilə yoluxmuş hemofiliyalı kişilərin 100 nəfər
müayinə olunmuş qadınla rında, partnyorlarında HC virusu tapıl-
mamışdır. Bununla yanaşı, göstərilir ki, seksual partnyorların
çox hissəsi hepatit C-yə görə risk qrupuna aiddir. Ona görə çox-
lu partnyorları olan HC ilə xəstələr “təhlükəsiz seks” qaydala-
rına əməl etməlidirlər.
Aparılmış tədqiqatlar göstərir ki, HC virusu bətndaxili inki-
şaf dövründə dölə keçir. Yenidoğulmuşlarda HC virusuna qarşı
anadangəlmə əkscisimlər olur, ancaq onlarda HC virusunun t ö-
rət diyi hepatit əlamətləri nadir hallarda təzahür edir.
HC virusu ilə yoluxmuş xəstələrdə çətin müəyyən edilən, çox
vaxt sarılıqsız keçən kəskin viruslu hepatit xəstəliyi qeydə alınır
və onların 70%-də xəstəlik xronik hala keçir. Xronik C hepatitli
xəstələrin 40-60%-də xəstəlik qaraciyərin sirrozuna keçir, sonra-
lar belə xəstələrin 20%-də hepatosellulyar karsinoma inkişaf edə
bilər.
HC virusuna qarşı əkscisimləri olan donorların qaraciyər
toxumasının histoloji müayinəsi göstərdi ki, onların 17%-də his-
toloji dəyişikliklər tapılmayıb, 14%-də cüzi dəyişikliklər aşkar
edilib, 20%-də xronik persistə edən hepatit, 38%-də xronik fəal
hepatit, 8%-də isə qaraciyər sirrozu aşkar olunmuşdur. Hesab
edilir ki, qaraciyərin xəstəliyi alkoqolizm və ahıl yaşla birgə g e-
dirsə, onun gedişi daha ağır olur. Avropa ölkələrində və ABŞ-ın
bir sıra mərkəzlərində aparılan tədqiqatlar göstərir ki, a l ko qol
təsirindən zədələnmiş qaraciyəri olan xəstələrin 1/3-də HC viru-
suna (və ya HC RNT) qarşı əkscisimlər tapılır. Bir sıra Avropa
və Yapon tədqiqatçılarının məlumatlarına görə, hepatosellulyar
482
karsinoması olan xəstələrin 95%-də HC virusuna qarşı əks ci-
simlər aşkar edilmişdir.
İnfeksiya mənbəyi – xəstəliyin kəskin və xronik forması ilə
xəs tə və ya virusgəzdirəndir. Yoluxmuş şəxslərin qan zərdabı və
plaz ması xəstəliyin klinik əlamətləri meydana çıxmazdan bir
neçə həftə əvvəl və xəstəliyin bütün dövründə (xronik mərhələ)
y o lux durucudur.
Yoluxma mexanizmi Viruslu B hepatitində olduğu kimidir.
Lakin yoluxma mexanizmini həyata keçirən yoluxma yollarının
özünə məx sus xüsusiyyətləri vardır ki, bunu törədicinin ətraf
mühitdə nisbətən aşağı davamlılığı və yoluxmaq üçün yüksək
dozanın o l ması ilə əlaqələndirirlər.
İnsanların hepatit C-yə təbii həssaslığı eyni deyildir və m ü-
əy yən dərəcədə infeksion doza ilə təyin olunur. Hepatit C-nin
törədicisinin yayılmasında başlıca yoluxma yolu – parenteral
yol dur və əsasən narkotik preparatların venadaxili yeridilməsi
zamanı realizasiya olunur. Cinsi və məişət yoluxma yolu viremi-
yanın səviyyəsinin aşağı olması nəticəsində az əhəmiyyət daşı-
yır.
VCH antroponoz yoluxucu xəstəliklərə aiddir. Hepatit C - də
inkubasiya dövrü 2 həftədən 26 həftə (35-140 gün) arasında
dəyişir, orta hesabla 6-8 həftə (56-70 gün) təşkil edir, yəni HB-
nin inkubasiya dövründən qısadır. Virus populyasiyası və sahibin
heterogenliyi klinik gedişin müxtəlifliyinə səbəb olur. Xəstəlik
əla mətsiz, kəskin, sarılıqla və sarılıqsız keçir. Xəstəliyin səciy-
yə vi əlaməti tez (25-dən 62%-ə qədər) xroniki xəstəliyə keç mə-
sidir.
Epidemik prosesin inkişafına görə HC HB-yə yaxındır. C h e-
pa titnin əsas epidemioloji təzahürləri B hepatitində olduğu kimi-
dir. Qanköçürmədən sonra və parenteral yolla keçən əksər h epa-
titlər viruslu C hepatit (VCH) hesabına baş verir. Bununla yanaşı,
VCH digər yollarla da keçə bilər. Yoluxma ən çox qan k öçür-
məklə əlaqədardır, ancaq zərərsizləşdirilməmiş alətlərlə (qanla
çirklənmiş) parenteral əməliyyatlar aparıldıqda da y o lux ma baş
verir.Yoluxma üçün tərkibində 10
-6
ml virus olan qan kifayətdir.
483
Vertikal yolla anadan yenidoğulmuşlara HC keçməsi və sıx məi-
şət şəraitində yoluxmanın baş verməsi sübut edilmişdir.
Xəstəlik müayinə aparılan bütün ölkələrdə aşkar edilmişdir.
VHC-yə qarşı da VHB zamanı aparılan tədbirlərdən istifadə edi-
lir, yəni profilaktik və əksepidemik tədbirlər kompleksi eynidir.
Laborator diaqnostikası. Viruslu hepatitlərin spesifik diaq-
nosti kasında geldə presipitasiya, ikili immundiffuziya, immu-
noelektro fez, immun elektron mikroskopiya, mikroskopik, h e maq -
qlü tinasiya, passiv hemaqqlütinasiya, bərk geldə r a dio im munoloji,
enzimnişanlama, immun flüoressensiya üsullarından istifadə edilir.
Viruslu hepatitlərin diaqnostikasında biokimyəvi üsullardan
istifa də edərək aldolaza və transaminazanın səviyyəsi təyin edi-
lir, bilirubin, timol və süleyma sınaqları qoyulur. Hepatitli xəs tə-
lər də, bir qayda olaraq, aminotransferaza və aldolazanın aktiv-
liyi və bilirubinin səviyyəsinin artması müəyyən edilir.
Hepatit D (delta-infeksiya)
Törədici – delta-agent təksaplı RNT molekuluna malikdir,
onun xarici qişası viruslu B hepatitin törədicisinin səthi antigeni
(HBs-antigen) ilə qurulmuşdur.
İnfeksiya mənbəyi. İnsan orqanizmində viruslu hepatit B
olma dıqda viruslu hepatit D-yə yoluxmaq mümkün deyildir, v i-
rus lu hepatit D və B-də infeksiya mənbəyi eynidir. Viruslu h epatit
D ilə infeksiyalaşmış və HBsAg gəzdirənlər və viruslu hepatit
B-nin xronik formaları ilə xəstələr mühüm epidemioloji əhə-
miyyət daşıyırlar. Yoluxma B hepatiti virusunun tək yüksək deyil,
həm də aşağı replikasiya aktivliyində mümkündür. Yoluxdurucu-
luq dövrü – delta-antigenlə infeksiyalaşma anından etibarən xəs-
tə nin qanı yoluxdurucudur.
Yoluxma mexanizmi B hepatitinə oxşardır.
Təbii həssaslıq B hepatiti ilə xəstələrin və ya virusgəz di-
rənlərin olması ilə müəyyən edilir. Delta-virus infeksiyasının iki
əsas variantı ayırd edilir: B hepatiti virusu və delta-virusla eyni-
anlı yoluxma anında delta-antigenlə birgə kəskin B hepatiti in kişaf
edir (koin feksiya). HBsAg gəzdirənlərin delta-infeksiya vi rusu ilə
484
yoluxması zamanı hepatit B-nin virusgəzdirənlərinin kəs kin
(super) delta-infeksiyası aşkar edilir.
İnkubasiya dövrü6həftədən6ayaqədər uzanır.
Əsas epidemioloji təzahürləri viruslu B hepatitində olduğu
kimidir. Aparılan əksepidemik və profilaktik tədbirlər də B hepa-
ti tində həyata keçirilən tədbirlərdən fərqlənmir.
İİV-İnfeksiya /QİÇS
İnsanın immunçatışmazlıq virusu (İİV) əsasən təmas mexa-
nizmli antroponoz xəstəliyi törədir. O, immun sistemin z ə də lən -
məsi ilə səciyyələnir ki, bu da qazanılmış immunçatış mazlıq
sindromunun (QİÇS) inkişaf etməsinə və ikincili xəstəlik lərdən
ö lü mün baş verməsinə gətirib çıxarır.
Törədici. İİV retroviruslar (Retroviridae) ailəsinə, ləng ge dişli
viruslar (Lentivirus) yarımailəsinə aiddir. Lentivirusların 7 növü
məlumdur ki, onlardan 6-sı heyvanlar üçün patogendir və yalnız
1-i (İİV) insanda xəstəlik törədir. İnsanın immunça tışmazlıq
virusu – İİV (Human immundificiency virus – HIV) 1983-cü ildə
Fransada limfadenopatiya ilə xəstənin qanında leyko sit lər dən ayırd
edilmişdir.
Virusun 2 serotipi təsvir olunmuşdur: İİV-1 və İİV-2, onlar
bir-birindən struktur və antigen xüsusiyyətlərinə görə fərq lə nir-
lər. İİV-1 daha böyük epidemioloji əhəmiyyət daşıyır ki, hazırda
məhz bu serotip dominantlıq edir. 1-ci serotipin ştamları 3 qrupa
b ö lün müşdür: M, N, O. M qrupunda 10 subtip aşkar edilmişdir
ki, onlar belə göstərilir: A, B, C, D, F1, F2, C, G, K.
Təbii şəraitlərdə İİV qurumuş substratda bir neçə ay ərzin də,
b ö yük miqdarda virus hissəcikləri olan mayelərdə, məsələn, qan,
eya kulatda bir neçə gün, dondurulmuş qan zərdabında bir neçə il
qalır.
56
0
C temperaturda 30 dəqiqə qızdırılma virusun infeksion
tit rinin 100 dəfə azalmasına səbəb olur, 70-80
0
C-də virus 10 d ə-
qi qədən sonra məhv olur; 70%-li etil spirtinin və 6%-li hidrogen
peroksidin təsiri ilə 1 dəqiqəyə məhv olur.
İnfeksiya mənbəyi. İnfeksiya mənbəyi – xəstəliyin istənilən
mərhələsində, o cümlədən inkubasiya dövründə olan İİV-yolux-
485
muş şəxsdir. İİV bütün bioloji mayelərdə (qan, sperma, uşaqlıq
yolu şirəsi, ana südü, tüpürcək, göz yaşı, tər və s.) ola bilər və
trans plasentar səddi keçə bilər. Lakin virus hissəciklərinin bio-
loji mayelərdə miqdarı müxtəlifdir, bu da onların epidemioloji
əhə miyyətini fərqləndirir.
Yoluxma mexanizmi. İİV aşağıdakı mexanizmlərlə ötürülür:
təbii – təmas, şaquli və süni (artifisial). Virusun yoluxma mexa-
niz mi müxtəlifdir: cinsi, transplasentar, parenteral (inyeksiya, t ra n -
s fuziya, transplantasiya). Dominantlıq edən yoluxma mexa nizmi
təmas mexanizmi olub, cinsi yolla həyata keçir. cinsi yolla ö tü -
rülmənin rolu sperma və uşaqlıq yolu şirəsində virusun yük sək
q a tılığı ilə şərtlənir.
İİV-in kişi-kişi, kişi-qadın və qadın-kişi istiqamətində ötürül-
məsi mümkündür.
İİV zamanı yoluxmuş hamilə qadınların 25-35%-də şaquli y o-
luxma mexanizmi realizasiya olur. Uşağın yoluxması doğuş aktı
za manı, həmçinin südlə əmizdirdikdə baş verir, bu zaman virus
təkcə yoluxmuş anadan körpəyə deyil, həm də yoluxmuş uşaq-
dan əmiz dirən qadına keçə bilər.
İmmunçatışmazlıq virusu infeksiyalaşmış qanın və ondan h a-
zır lanmış məhsulların (eritrosit kütləsi, trombositlər, təzə və don -
durulmuş plazma) köçürülməsi zamanı ötürülür. İİV-sero po zitiv
donorlardan qanı köçürdükdə resipiyentlər 90% halda yo lu-
xurlar. Normal insan immunoqlobulini və albumin təhlükəli d e-
yil dir, çünki bu preparatların alınması texnologiyası və xammala
nə zarət mərhələləri İİV ilə yoluxmanı aradan qaldırır.
Stasionar şəraitində İİV-nin parenteral yoluxma yolu pasi-
yent lərin və tibb heyətinin yoluxma ehtimalı ilə assosiasiya edir.
Bu yola “inyeksion” narkomanlar arasında daha çox rast gəlinir.
Nisbətən nadir, lakin mümkün yoluxma variantlarına orqan-
ların, toxumaların transplantasiyası və qadınların süni maya lan dı rıl-
ması aiddir. İİV-nin hava-damcı, qida, su, transmissiv yolla ö tü rül-
mə si sübut olunmamışdır.
İİV-infeksiyanın yayılmasında demoqrafik, tibbi, sosial, iqti-
sadi, mədəni və davranış amilləri mühüm rol oynayır.
486
Risk qrupları. İİV ilə infeksiyalaşma riski əhalinin müxtəlif
qrupları üçün eyni deyildir. Onların arasında yüksək yoluxma ris-
kinə məruz qalan qrupları ayırd etmək olar: homo-, biseksua listlər,
“in yek sion narkomanlar”, qan və onun preparatlarının resi pi yent-
ləri, fa hişələr, tüfeyli həyat keçirənlər, azad məhəbbət t ə rəf darları,
meh man xanaların heyəti, beynəlxalq uçuş xətlərinin he yəti, hərbi
qul luq çular, dənizçilər, immiqrantlar, qaçqınlar, möv sümi fəhlələr,
turistlər.
Tibb işçilərinin yoluxma riski onun ixtisasından, vəzifə sin-
dən, infektin dozasından, infeksiyalaşmış qanla təmas dərə cə sin-
dən asılıdır. Müəyyən edilmişdir ki, peşə yoluxması törədici ilə
çirklənmiş iti tibb alətləri ilə təsadüfən zədələndikdə, az hallarda
qanın selikli qişalara və ya dəriyə düşməsi zamanı baş verir.
İİV-ə qarşı həssaslıq yüksəkdir və fərdlərin geno-, feno tipik
polimorfizmi ilə müəyyən olunur. Virusun 3 geni (CCR5, CCR2
və SDF1) təsvir olunmuşdur ki, onlar molekulların sintezinə n ə-
za rət edir və sahibin hüceyrələrinə İİV-nin daxil olmasında işti-
rak edirlər.
Epidemik prosesin xüsusiyyətləri. İİV-infeksiyanın bütün
qitələrdə yayılması, qeydə alınmış şəxslərin, xəstələrin və QİÇS-
dən ölmüş insanların sayının artması ilə xarakterizə olunur.
İlk dəfə qazanılmış immunçatışmazlıq sindromu (QİÇS)
1981-ci ildə təsvir olunmuşdur. Uzun illər İİV-infeksiya və onun
son mərhələsi olan QİÇS təkcə homoseksualistlərin və narko-
manların xəstəliyi hesab edilirdi. Hazırda İİV/QİÇS mühüm
tibbi-sosial problemdir, belə ki, bütün dünyada xəstə və yolux-
muş şəxslərin sayı durmadan artır.
XX əsrin 80-ci illərində İİV-infeksiya ilə qeydə alınmış hadi-
sələrin əksəriyyəti mərkəzi Afrika və ABŞ-ın payına düşürdü.
2000-ci ilin sonundan etibarən bütün qitələr epidemiyaya cəlb
olunmuşdur.
90-cı illərin ortalarına qədər İİV-nin yoluxmasında əsasən
cinsi yol əsas idi ki, bu da İİV-infeksiya zamanı epidemik prose-
sin özünəməxsusluğunu müəyyən edir. 1996-cı ilin ikinci yarı-
sından etibarən İİV-nin aparıcı yoluxma yolu dəyişir. Birinci
487
yer də “inyek sion” yol durur ki, o da narkomanlar arasında üs -
tün lük təşkil edir – onlar psixi-fəal maddələri venadaxili yeri-
dirlər. İİV ilə infeksiyalaşmış hamilə qadınların sayı da artmışdır
ki, bu da İİV-infeksiyalaşmış analardan doğulmuş uşaq ların s a-
yı nın artmasına gətirib çıxarır.
Xəstələnmə haqqında məlumatlar kifayət qədər sürətlə d ə yi-
şir, onların dürüstlüyü işlədilən diaqnostik sistemlərdən və m ü a-
yi nə olunan kontingentlərdən asılıdır. Ən yüksək letallıq həm çi-
nin gənc yaşda qeyd olunur. İnfeksiyanın inkubasiya müddəti
uzun müd dətlidir, o, 2-7 həftədən 3 aya qədər, ayrı-ayrı hallarda
– 1 ilə qədər davam edir. Xəstələnmə halları “yuva” xarakterində
olub, bir infek siya mənbəyinin, məsələn, cinsi partn yorun və ya
k eç mişdə qan, sperma donoru olan şəxsin ətrafında qruplaşır.
Laborator diaqnostikası. İİV-infeksiya diaqnozunu təsdiq
etmək üçün virusoloji, molekulyar-genetik (ZPR) və Seroloji (İFA,
immun blottinq) metodlardan istifadə edilir. Standart və daha çox
işlədilən prosedur – İFA-da İİV-ə qarşı əkscisimlərin a ş kar edil-
məsidir.
İİV-ə qarşı əkscisimlər yoluxma anından etibarən 2 həftədən
3 aya qədər olan dövrdə əmələ gəlir. Bəzi hallarda bu müddət 6
aya qədər uzanır. İFA zamanı birinci müsbət nəticə aldıqda müa-
yinə daha 2 dəfə İFA test-sistemin müxtəlif seriya ları ilə aparılır.
Əgər bu vaxt müsbət nəticə alınmışsa, qan zər da bını immun blot-
tinq metodu ilə müayinəyə göndərirlər. İm mun blottinqin nəti cə-
ləri müsbət, şübhəli və mənfi qiymət ləndirilir.
İİV-infeksiyanın diaqnostikası zamanı zəncirvari polime ra za
reakiyasının qoyulması üçün test-sistemdən istifadə edilir. Xəs-
tə liyin erkən mərhələsində İİV-nin yüksək miqdarı proqnostik
cəhətdən pis əlamət sayılır ki, bu da virusun aqressivliyindən
xə bər verir.
Uşaqlarda anadangəlmə İİV-infeksiyanı təyin etmək və ya is -
tis na etmək üçün uzunmüddətli müşahidə dövrü (3 ildən az) t ə ləb
olu nur. Uşaqda İİV-ə qarşı əkscisimlər doğulduqdan ilk 6-12 ay
ərzində İİV-ifeksiyanı aşkar etməyə imkan vermir, belə ki, bu, ana-
nın əkscisimləri ola bilər. Uşaqda 18 yaşda yalnız əks ci sim lərin
aşkar lanması İİV-infeksiyanın olmasını göstərir.
488
Xəstəyə ilk dəfə aşkar edilmiş İİV-infeksiya diaqnozu xəbəri
verildikdə psixoloji yardım göstərilməlidir.
Profilaktik və əksepidemik tədbirlər. İİV-infeksiya ilə m ü-
ba rizə kompleks şəkildə aparılmalıdır. ÜST ekspertləri aparılan
tədbirləri 4 əsas qrupa bölürlər:
– İİV-nin cinsi və perinatal ötürülməsinin qırılması;
– köçürülən qanın və onun preparatlarına nəzarətin apa rıl-
ması;
– cərrahi və stomatoloji müdaxilələr zamanı İİV-nin ötürül-
məsinin qarşısının alınması;
– İİV-infeksiyalı şəxslərə, onların ailə üzvlərinə və ətraf d a kı-
lara tibbi yardım göstərilməsi və sosial dəstəyin verilməsi.
Ölkədə İİV-infeksiya üzrə mübarizə və profilaktika xüsusi
xidmət idarələri tərəfindən yerinə yetirilir ki, buraya QİÇS-lə m ü -
ba rizə Mərkəzi, skrininq laboratoriyalar, psixi-sosial məslə hət və
k ö nüllü (anonim) müayinə kabinetləri daxildir.
Tibb heyəti arasında İİV-nin profilaktikası. Bu məqsədlə
a şa ğıdakı normativ qaydaların yerinə yetirilməsi vacibdir:
• tibbi əhəmiyyətli istənilən əməliyyatı yerinə yetirdikdə MPM
işçisi xələt, ləçək, birdəfəlik maska (lazım gəldikdə – eynək və
ya qoruyucu lövhə) geyinməli, dəyişək ayaqqabısı olmalıdır –
şöbədən, laboratoriyadan, əməliyyat kabinetindən onlarla çıx-
maq qadağan edilir;
• əllərin qan, qan zərdabı və ya digər bioloji mayelərlə çirk lən-
məsi baş verə biləcəyi bütün əməliyyatlar ikiqat rezin tibb əlcək-
lə rində aparılmalıdır. Bir dəfə çıxarılmış rezin əlcəklər əl lərin
çirklənməsi ehtimalı olduğu üçün təkrarən istifadə edilmir. İş pro-
se sində əllər 70%-li spirt və ya virulisid təsirə malik hər han sı
digər dezinfeksiyaedici preparatla zərərsiz ləşdirilir;
• bütün tibb mütəxəssisləri kəsici və deşici alətlərlə (iynələr,
skalpel, bor maşınlar, separasiya lövhələri və s.) işlədikdə təhlü-
kə sizlik qaydalarına əməl etməlidirlər; əlcəklərin və əllərin d e-
şil məsi və kəsilməsindən qorunmaq lazımdır;
• dəri örtükləri zədələndikdə təcili olaraq əlcəklər dezinfek siya
vasitələri ilə işlənməli və təcili çıxarılmalıdır; yaradan qanı ç ı-
xar maq, sonra axar su altında əlləri sabunla yumaq, 70%-li
489
spirtlə silmək və yaraya 5%-li yod məhlulu sürtmək lazımdır.
Əllər qanla çirkləndikdə onları təcili şəkildə 30 saniyə müd-
dətində dəri antiseptiki (70%-li spirt, 3%-li xloramin məhlulu,
yodonat, sterillum, okteniderm, oktenisept, xlorheksidin və s.) ilə
isladılmış tamponla silmək, sonra iki dəfə isti su və sabunla
yumaq və fərdi dəsmalla (salfet) quruyana qədər silmək lazımdır;
• qan və ya digər bioloji mayelər gözün selikli qişasına düş-
dükdə onları təcili su və ya 1%-li bor turşusu ilə yumaq lazımdır;
burnun selikli qişasını – 1%-li protarqol məhlulu ilə i ş lə mək,
ağzın selikli qişasını – 70%-li spirt məhlulu və ya 0,005%-li
kalium-permanqat məhlulu, 1%-li bor turşusu ilə y a xa lamaq
lazımdır;
• əllərdə yara olduqda, dərinin eksudativ zədələrində və ya nəm
dermatit zamanı tibb işçiləri müəyyən müddət pasiyentlərə qul-
luqdan kənarlaşdırılır və onlara qulluq zamanı işlədilən əşya larla
təmas aradan qaldırılır. Zərurət olduqda dərinin bütün zədə lən-
miş yara sahələri örtülməlidir;
• işçi stolların üzəri iş gününün sonunda (qanla çirklənmə z a-
manı – dərhal) virulisid xassələrə malik dezinfeksiyaedici vasi tə-
lər lə işlənməlidir. Əgər onların səthi qan və ya qan zərdabı ilə
çirklənmişsə, prosedurlar iki dəfə – həmin an və 15 dəqiqə f a silə
verməklə yerinə yetirilir;
• infeksiyalaşmış material döşəməyə, divarlara, mebelə, ava-
dan lığa düşdükdə çirklənmiş yerlərin üzərinə dezinfekiyaedici
vasitələr tökülür, sonra dezinfeksiyaedici məhlulda isladılmış ə s ki
ilə silinir. İstifadədən sonra həmin əski içərində dezin fek siyaedici
maddə olan qaba qoyulur və avtoklavda zərərsiz ləş dirilir.
• qida qəbul etmək, siqaret çəkmək və kosmetik vasitələrdən
istifadə etmək yalnız bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi
izolyasiya olunmuş yerlərdə icazə verilir.
Bütün işçi yerlər (məsələn, stomatoloji kabinet) dezinfek-
siyaedici məhlul və ilkin tibbi yardım dərman qutusu ilə təmin o lun-
malıdır. Tibb işçilərinin yoluxmadan qorunması və pasiyent lərin
yoluxmasının qarşısının alınması məqsədilə stomatoloji ə mə -
liyyatlar zamanı aşağıdakı tədbirlərə riayət olunmalıdır:
490
• hər xəstəni müayinə etdikdən və ya infeksiyalaşmış materi-
alla yoluxma ehtimalı olan əməliyyatdan sonra əlləri səylə y u-
maq lazımdır;
• yüksək yoluxma riskli əməliyyatlardan sonra (parenteral
ə mə liy yatlar, güclü xoralaşmış selikli qişalarla və dəri ilə təmas
zamanı) cərrahi təmizləyici məhlullar işlətməklə əllər səylə y u-
yulmalıdır. Onlar olmadıqda – sabunla yumalı, sonra 70%-li spirt
məhlulu ilə işlənməlidir;
• orta və aşağı riskli əməliyyatlarda (zədələnmiş selikli qişalar
və dəri ilə təmas) əlləri adi sabunla yumaq kifayətdir;
• işdən əvvəl qoruyucu eynəklər və ya plastmas lövhələr, qoru-
yucu maska taxmaq lazımdır;
• birdəfəlik əlcəklərin istifadəsi mütləqdir;
• dərinin eksudativ zədələnmələri olan həkimlər invaziv ə mə-
liy yatları yerinə yetirməməlidirlər;
• pasiyentdə İİV-infeksiyadan şübhələndikdə həkim-stomato-
loq cərrahi xələt və papaq (ləçək) geyinməlidir;
• iti alətlərlə (skalpel, birdəfəlik iynələr, borlar, disklər, endo-
dontik alətlər) işlətdikdə xüsusi təhlükəsizlik tədbirlərinə əməl
olunmalıdır;
• birdəfəlik alətlər yalnız bir dəfə işlədilməlidir;
• pasiyentlərin əməliyyatdan əvvəl ağzını yaxalaması prose-
durlar zamanı aerozolda olan mikroorqanizmlərin sayını azal dır –
təkcə su ilə qarqara aerozollarda mikroorqa nizm lərin sayını 75%-ə
qədər, xüsusi qarqara vasitələrindən istifadə zamanı isə 98%-ə
qədər azaldır.
Dostları ilə paylaş: |