57
baycanda kənd təsərrüfatı heyvanlarının helmint və helmintozlann zonalar üzrə
yayılması və helmintozlarla mübarizənin gücləndirilməsi üçün təkliflər'’
(S.M.Əsədov və b., 1975), "Zoonoz helmintozlar" (1981). "Baytarlıq
parazitologiyası" (1986, H.H.Hacıyev və b ) kitablanı göstərmək olar
A.Məmmədovun elmi kadr hazırlığında da fəaliyyəti diqqətəlayiqdir. Onun
rəhbərliyi ilə 5 eımlər namizədi hazırlanıb Elmi kadr hazırlığı məsələsində onu
17 doktorluq və çoxlu namizədlik dissertasiyası işlərində rəsmi opponent kimi
çıxış etməsi, Azərb.ETBİ-nin və Zoologiya institutunun müdafiə üzrə
ixtisaslaşdırılmış şuralarında fəal iştirak etməsi, 80-dən çox dissertasiya
avtoreferatlarına rəy verməsi müsbət cəhət kimi qeyd edilməlidir. 1991-cı ildə
A.Məmmədov "Azərbaycanda kənd təsərrüfatı heyvanları, quş və balıqların
başlıca parazıtar xəstəliklərini profilaktikasının elmi əsaslarının işlənılmə və
tətbiqi" adlı fundamental işlər silsiləsinə görə bir qrup alimlə birlikdə
Azərbaycan Dövlət Mükafatına layıq görülmüşdür
Səttarzadə Rəhim X eyrulla oğlu
(1910-1976)
Professor Rəhim Xeyrulla oğlu Səttarzadə ölkəmizdə atçılığın tarixinin və
inkişafı yollarının öyrənilməsi ilə məşğul olan ilk tədqiqatçı alim olmuşdur.
Onun elmı-tədqıqat işlərinin və yaradıcılığının əsas istiqamətini Azərbaycanda
yetişdirilən “Qarabağ" və “Diliboz” at populyasıyalarının genetik və bioloji-
təsərrüfat xüsusiyyətlərinin, onların yaxşılaşdırılması yollarının, bərpa olunması
nın və təkmilləşdirilməsinin elmi əsaslarının araşdırılması təşkil edir Alımın
rəhbərliyi ilə Ağdam atçılıq zavodunda “Qarabağ” at cinsi təkmılləşdırılərək
onun yeni zavod tipi, Ağstafa atçılıq zavodunda isə təmizqanlı minik atı
yetişdirilmiş, Qafqaz Qonuru, Simmental, Şvis, Qonur Latviya, Kastroma və s.
qaramal cinslərinin məhsuldarlıq xüsusiyyətləri və onların artırılması yollan
öyrənilmişdir. O, Qonur Latviya və Qırmızı Səhra
qaramal cinslərini Simmental və Şvis cinsləri ilə
mələzləşdirməklə
yeni
məhsuldar
cinsin
yardılınasına nail olmuşdur. Alim 1933-cü ildə
ADAU-nun zootexniklik fakültəsini. 1937-ci ildə
aspiranturanı bitirmiş, namizədlik dissertasiyası
müdafiə etmiş, 1938-1948-ci illərdə zootexnik fa
kültəsinin dekanı, 1949-1952-ci illərdə direktorun
tədris və elmi işlər üzrə müavini işləmişdir. O,
Moskvada
Timirzayev
adma
Akademiyada
“Azərbaycanın yerli və mələz atlannın təsərrüfat-
bioloji xüsusiyyətləri və atçılığın keyfiyyətcə yaxşılaşdınlması yollan" mövzusu
üzrə doktorluq dissertasiyasını 1958-ci ildə müdafiə etmişdir. 1959-cu ildə isə
ona professor elmi adı verilmişdir. R.Səttarzadə 1960-cı ildə Azərbaycan Kənd
Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir. R.Səttarzadə 2
dərslik və 2 monoqrafiyanın müəllifi olmaqla yanaşı elmə böyük səmərə gətirən
58
60-dan çox elmi əsər də yazmışdır. Onun "Atçılıq” adlı dərsliyi hələdə öz
əhəmiyyətim saxlayır və istifadə edilir. O, iki dəfə “Şərəf Nişanı” ordeni,
həmçinin medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə, ÜİKTN
sərgisinin ıkı döş nişanı ilə təltif olunmuşdur.
T urabov T uran M irzə oğlu
(1934-2001)
1957-cı ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Zootexniklik
fakültəsini bitirmiş, genetik, kənd təsərrüfatı elmləri doktoru, professor Turabov
Turan Mirzə oğlunun bütün nəzəri və praktiki əhəmiyyətli elmı-tədqıqat işləri
camışlann
bioloji,
genetik,
morfoloji
və
təsərrüfat xüsusiyyətlərinin
öyrənilməsinə həsr olunmuşdur. O, 1964-cü ildə “Azərbaycan camışlannın
məhsuldarlıq-tıpolojı xüsusiyyətlərinə görə qiymətləndirilməsi” mövzusunda
dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi
almış, 1966-cı ildən etibarən ADAU-nun «Kənd təsərrüfatı heyvanlarının
yetişdirilməsi və genetikası» kafedrasında dosent və professor vəzifəsində
işləmişdir. Almı 1992-cı ildə "Qafqaz camış cinsinin Azərbaycanda südlük
istiqamətdə yetişdirilməsinin genetik əsaslarının
öyrənilməsi” mövzusunda doktorluq dissertasiyasını
Sankt-Peterburq Kənd Təsərrüfatı Heyvanlarının
Yetişdirilməsi
və
Genetikası
Elmi
Tədqiqat
İnstitutunun
Elmi
şurasında
müvəffəqiyyətlə
müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru
elmi dərəcəsi, az sonra ona professor elmi rütbəsi
verilmişdir. T.Turabov 40 il müddətində həm
pedaqoji işlə, həm də elmi axtarışla məşğul olmuş,
130-a qədər elmi məqalə, tədris-metodiki vəsaitlər,
kitabçalar, «Biometriyamn heyvandarlıq təcrübəsində
tətbiqi» (1971). «Qafqaz camış cinsinin genetik parametrləri və seleksiya işində
onlardan istifadə» (1971), «Genetik məsələlər və onların həll olunma qay dası»
(1980), «Kənd təsərrüfatı heyvanlarının xüsusi genetikası», I və II- hissələr (1982,
1983), «Qafqaz camış cinsində seleksiya-damazlıq işləri» (1991), «Kənd
təsərrüfatı heyvanlarının genetikasından praktikum» (1994) və “Camışçılıqda da
mazlıq işi” adlı monoqrafiyasını nəşr etdirmişdir. Alim öz konfey müəllimləri
Ağaxan Ağabəyli və Zülfüqar Verdiyevin elmi irsinin layiqli davamçısı sayılır.
Əliyev Ağakərim İmamqulu oğlu
(1922 - 2009)
Azərbaycanda yüksək ixtisaslı kənd təsər
rüfatı
kadrlannın
hazırlanmasında
biologiya
elmləri doktoru, professor, tanınmış fızioloq,
59
məşhur akademik Abdulla Qarayevin yetirməsi və elmi irsinin ən layiqli
davamçısı Ağakərim İmanqulu oğlu Əliyevin böyük xidmətləri olub. O, 1947-
a ildə Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsinə
daxil olub, 1952-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1959-cu il namizədlik dissertasiyası müdafiə edib. 1962-ci ildə - kafedranın
dosenti, 2003-cu ildə doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri
doktoru elmi dərəcəsi almışdır. 2009-cu ildə
Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Komissiyasının qəran ilə anatomiya, farma
kologiya, terapiya və mamalıq kafedrası üzrə professor elmi adı verilmişdir.
A Ə liyev kənd təsərrüfatı heyvanları və quşlarının fiziologiyası fənni üzrə
damental-tətbiqi xarakterli monoqrafiyanın, çoxlu sayda dərslik,dərs vəsaitləri
və s. müəllifidir. Alimin sonuncu fundamental dərsliyi “Kənd təsərrüfatı
heyvanlarının fiziologiyası” hazırda ölkəmizin ali məktəblərində geniş istifadə
edilir.
Xəlilov Ənvər M ahm ud oğlu
(1922 -1 9 3 3 ).
1939 - 1943-cı illərdə AKTİ-da tələbə.
Azərbaycanda
kənd
təsərrüfatı
kadrlarının
hazırlanmasında
baytarlıq
təbabəti
elmləri
doktoru, professor Ənvər Xəlilovun olduqca
böyük xidmətləri olmuşdur. 0 , 1943-cü ildə
Azərbaycan
Dövlət
Aqrar
Universitetinin
baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu
ilə bitirərək həmin ildə aspiranturaya daxil
olmuş, 1946-cı ildə vaxtından əvvəl namizədlik
dissertasiyasını müdafiə etmişdir. Alim 1946-cı ildən etibarən ADAU-nun
“Patoloji anatomiya və hıstologıya” kafedrasının müdiri vəzifəsində çalışmışdır
1950-cı ildə Dosent, patoloji anatomiya, patoloji fiziologiya, farmakologiya və
parazıtologiya kafedrasının müdiri. O, 1965-ci ildə (VİEV) Ümumıttıfaq
Eksperimental Baytarlıq İnstitutunun elmi şurasında “Qoynlann lıstenozu”
mövzusunda doktorluq dissertasiyası müdafiə edərək baytarlıq elmləri doktoru
elmi dərəcəsi, 1967-cı ildə isə professor elmi adım almışdır. Ə.Xəlılovun
rəhbərliyi ilə 3 elmlər doktoru və 4 elmlər namizədi hazırlanmışdır Alim
ADAU-nun yerli komitəsinin sədri olmuş, bır neçə ictimai vəzifələrdə çalışmış
və dəfələrlə təltif edilmişdir. Onun elmi əsərləri Rusiya Federasiyası və s.
ölkələrin jurnallarında və külliyyatlarında nəşr olunmaqla, beynəlxalq konqres,
konfrans, simpozium və seminarlarda elmi və praktiki əhəmiyyəti olan
məruzələrlə çıxış etmişdir 1984 - 1989 -cu illər fakültə dekanı
60
Əhmədov Əmir M əm m ədbağır oğlu
(1 9 2 6 -....)
il
Məşhur alim, baytarlıq təbabəti və biologiya
elmləri doktoru, professor Əmir Əhmədovun
milli kənd təsərrüfatı və biologiya elmimizin
inkişafında çox böyük, təqdirəlayiq xidmərləri
olmuşdur. 1944 - 1946-ci illərdə AKTI - tələbə.
O.
1944-cü ildə Azərbaycan Dövlət Aqrar
Universitetinin baytarlıq təbabəti fakültəsinə
qəbul olmuş və II kursu bitirdikdən sonra 1946-cı
ildə akademik K.I.Skryabin adma Moskva Bay
tarlıq və Biotexnologiya Akademi} asının ba\1ar-
lıq təbabəti fakültəsində təhsilini uğurla davam etdirərək 1947 - 1949-cu illərdə
(Moskva Baytarlıq tələbə Akademiyası) 1949-cu ildə həmin fakültəm fərqlənmə
diplomu ilə bitirmiş və əyani aspiranturay a daxil olmuşdur. Alim namizədlik və
doktorluq dissertasiyalarını müdafiə etdikdən sonra ADAU-nun baytarlıq
təbabəti fakültəsinin “Baytar - sanitar ekspertizası” kafedrasımn müdiri vəzifə
sində çalışmış və həmin fənn üzrə ilk ali məktəb dərsliklərinin müəllifi
olmuşdur. Sonralar əmək fəaliyyətini Bakı ali məktəblərində davam etdirən alim
yenidən doğma Gəncə şəhərinə qayıdaraq ömrünün sonunadək Azərbaycan
Texnologiya Universitetində kafedra müdiri vəzifəsində işləmişdir
Ə
Əhmədovun rəhbərliyi ilə çoxlu sayda elmlər namizədi və doktorları hazırlan
mışdır. Onun fundamental xarakterli elmi əsərləri Rusiya Federasiyasının
jurnallarında və elmi külliyatlannda nəşr olunmuşdur. 1949 - 1951-cı illərdə
Moskva Baytarlıq Akademiyada aspirantura. 1951-ci ildə Namizədlik disserta
siyası, 1952-cı ildə AKTİ-da assıstent, 1954-cü ildən dosent, 1958-cı ildə doktor
müdafiə edib. 1960-ci ildə Qıda gigiyenasına aid beynəlxalq kompresdə iştirak
edib. 1952 - 1961-ci illərdə AKTİ-da Mikrobiologiya və baytarlıq sanitariya
ekspertiza kafedrasının müdiri 1961-ci ildə Özbəkistan KTİ kafedrasının müdiri
_____________________ (Səııı KTİ). 17 may 1961-ci ildə kafedranın
professoru.
M ustafayev M ustafa Ağa oğlu
(1926-1974)
wfea
7
Ölkəmizdə
baytarlıq təbabəti
kadrlarının
hazırlanmasında
biologiya
elmləri
doktoru,
professor Mustafa Mustafayevin çox böyük
xidmətləri olmuşdur. 1943 - 1948-ci ildə AKTİ -
tələbə. O, 1948-ci ildə Azərbaycan Dövlət Aqrar
Universitetinin
baytarlıq
təbabəti
fakültəsini
fərqlənmə diplomu ilə bitirərək həmin ildə patoloji
fiziologiya
fənni
üzrə
universitetin
əyani
aspiranturasına daxil olaraq 1951-cı ildən AKTİ-
61
nin patfıziologiya, patanatomiya kafedrasında assistent 1952-cı ildə namizədlik
dissertasiyasını müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcəsi
almışdır. 1952 - 1954-cü illərdə ADAU-nun "Patoloji anatomiya və patoloji
fiziologiya” kafedrasında assistent, 29 fevral 1956-ci ildə Fiziologiya,
patfıziologiya və farmakologiya kafedrasının dosenti elmi adı. 1954 - 1973-cü
illərdə isə dosent vəzifəsində çalışmışdır. Alim 15 dekabr 1970-cı ildə doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru elmi
dərəcəsi almış və kafedranın professoru vəzifəsində işləmiş, 1971-ci ildə
baytarlıq təbabəti fakültəsinin dekanı seçilmişdir. M.Mustafayev ADAU-nun
baytarlıq təbabəti fakültəsində kənd təsərrüfatı heyvanları və quşlarının patoloji
fiziologiyası fənninin tədrisi ilə məşğul olan ilk alim olmuşdur. Onun baytarlıq
təbabətinin aktual problemlərinə aid elmi əsərləri Rusiya Federasiyasının
mərkəzi jurnallarında və külliyyatlarında nəşr olunmuşdur. 7 iyul 1973-cü il -
AKTİ-nin Elmi Şurasının qəran ilə patanatonomiya, patfıziologiya və
parazitologiva kafedrasının professoru.
Quliyev Hacı Cəbrayıl oğlu
(1925-1982)
Azərbaycanda baytarlıq təbabəti kadrlarının
hazırlanmasında olduqca önəmli xidmətləri olan
məşhur alim və pedaqoq, baytarlıq elmləri doktoru,
professor Hacı Quliyev 1941-ci ildə Gəncə şəhərində
fəaliyyət göstərən 2 illik Pedaqoji İnstituta daxil olub,
1943-cü ildə həmin institutu fərqlənmə diplomu ilə
bitirərək Azərbaycan Dövlət Aqrar Universitetinin
baytarlıq təbabəti fakültəsinə qəbul olmuş və 1943 -
1948-ci illərdə AKTİ tələbə.
1948-ci ildə əla
qiymətlərlə təhsilini başa çatdırmışdır. O, 1948-ci ildə baytarlıq təbabəti
fakültəsində "Kənd təsərrüfatı heyvanlarının cərrahiyyəsi” kafedrasında həmin
ixtisas üzrə aspiranturaya daxil olub, 1949 - 1951-ci illərdə aspirantura
(vaxtından əvvəl) müdafiə edib. 1951-cı ildə kafedrasında assistent. 1951-ci ildə
namizədlik dissertasiyasını müdafiə etmiş və baytarlıq elmləri namizədi elmi
dərəcəsi almış, 1951-ci ildə “Anatomiya və hıstologiya”, 1952 - 1954-cü illərdə
“Cərrahiyyə və mamalıq” kafedrasında assistent, 18 may 1954 - 1964-cü illərdə
isə dosent vəzifələrində işləmişdir. H.Quliyev 25 oktyabr 1964-cü ildən həmin
kafedranın müdiri vəzifəsində çalışmış, 1969-cu ildə Xarkov Baytarlıq
İnstitutunun elmi şurasında doktorluq dissertasiyasını müdafiə edərək baytarlıq
elmləri doktoru elmi dərəcəsi, 19 iyun 1970-ci ildə Ali Attestasiya komitəsi
qəran ilə Baytarlıq elmləri doktoru, 19 mart 1971-ci ildə isə kafedrada professor
elmi adını almış, uzun müddət baytarlıq təbabəti fakültəsinin dekanı vəzifəsində
işləmişdir. Onun baytarlıq təbabətinin aktual problemlənnə həsr olunan elmi
əsərləri həm nəzəri, həm də prakriki cəhətdən xüsusi əhəmiyyətə malikdir. 23
fevral 1980-ci ildən - 1982-ci ilədək fakültə dekanı.
62
Əliyev Sadıq Yusif oğlu
(1927-1997)
1943-1948-cı illərdə AKTİ-da tələbə. Yüksək
intellektual səviyyəyə, erudisiyaya və elmi elitaya
malik olan, məşhur alim Sadıq Əliyevin milli
baytarlıq təbabəti, biologiya, parazitologiya və
zoologiya elmimizin inkişafında və kadrların
hazırlanmasında böyük və çox önəmli xidmətləri
olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət
Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsini
fərqlənmə diplomu ilə bitirdikdən sonra "Cərra
hiyyə” kafedrasının assistenti kimi saxlanılmış,
1948 - 1949-cü illərdə assıstent, ordınator. 1949 - 1954-cü illərdə əvvəlcə
Samux rayonunun Baytar həkimi zoobaytarlıq sahəsinin, sonra isə Azərbaycan
Respublikası
Kənd
Təsərrüfatı
Nazirliyinin
rayonlararası
baytarlıq
laboratoriyasının müdiri vəzifəsində işləmiş, 1954-cü ildə ADAU-nun əyani
aspiranturasına daxıl olub, 1954 - 1957-ci illərdə AKTİ-nin aspirantı. 1957-ci
ildə namizədlik dissertasiyasını müdafiə etmiş və universitetin təkmilləşmə
kursunun rəhbəri təyin edilmişdir. 1957 - 1958-ci illərdə AKTt - İxtilas artırma
kursunun müdiri. 1958-ci ildən biologiya elmlər namizədi. Alım 1959-cu ildə
ADAU-nun tədris şöbəsinin müdiri, 1959 - 1961 -cı illərdə AKTI Tədris hissə
rəisi. 1961-ci ildən “Zoologiya, baytar - sanitar ekspertizası və parazitologiya”
kafedrasının dosenti vəzifəsində çalışmış. 1961 - 1968-ci illərdə AKTİ -
Zoologiya, parazitologiya və baytarlıq sanitar eksprertıza kafedrasının dosent
1968-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti seçilmişdir
1968 - 1972-ci illərdə ADPİ-nin Zoologiya kafedrasının dosenti 1971-ci ildə
doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi
aldıqdan sonra 1972-cı il professor
1972 - 1976-cı illərdə ADPİ-nin
kafedrasının müdiri 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin
professoru, 1976-cı ildə isə “Zoologiya" kafedrasının müdiri vəzifəsində
çalışmışdır. S.Əliyev sonralar yenidən Gəncə şəhərinə qayıdaraq ADAU-nun
tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 1990-ci ildən AKTI
parazitologiya və baytarlıq sanitariya eksperıza kafedrasının müdiri.
Əliyeva Nəcibə Abbas qızı
(1927-2006)
Əliyeva
Nəcibə
Abbas
qızı
1948-ci
ildə
Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq
təbabəti fakültəsini bitınb, 1949-cu ilin mayına kimi
Tak-Muğal Zoobavtar məntəqəsində baytar həkimi vəzifəsində işləmiş, 1949-
1956-cı illərdə Azərbaycan Bioloji Kombinatında müxtəlif vəzifələrdə çalış
mışdır. 1956-cı ildə SSRİ “Xalq təsərrüfatı nailiyyətləri sərgisi”nin iştirakçısı
olmuş və sərginin bürünc medalı ilə təltif olunmuşdur. 1956-cı ildə Az.ETBİ-da
kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, 1957-ci ildə isə aspiranturaya qəbul
olmuşdur. 1960-cı ilin may ayında ADAU-nun elmi şurasında namizədlik
dissertasiyasını müdafiə etmiş və baytarlıq elmləri namizədi alimlik dərəcəsinə
layiq görülmüşdür. 1960-cı ildə institutun “Mikrobiologiya və virusologiya”
laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1962-ci ildə Keçmiş
SSRİ Ali Attestasiya Komissiyasının qəranna əsasən ona “Baytarlıq
mikrobiologiyası” ixtisası üzrə Baş elmi işçi diplomu verilmişdir. 1963-83-cü
illərdə o, ‘'Ümumi virusologiya." 1983-1991-ci illərdə isə “Ümumi virusologiya
və “Dabaq” laboratoriyalarının müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən
institutun Epizootologıva, mikrobiologiya, virusologiya, ımmunologiya və
mikologıya" laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1974-cü ildə
N .E.Bauman adma Kazan Dövlət Baytarlıq İnstitutunda “Azərbaycanda
buzovların
adenovirus infeksiyasınm
öyrənilməsinə
dair
materiallar”
mövzusunda baytarlıq elmləri doktoru alimlik dərəcəsi adı almaq üçün
dissertasiya mühafizə etmişdir. 1978-ci ildə Respublikada baytarlıq elminin
inkişafında xidmətlərinə görə Alı Sovetin Fəxri Fərmanı ilə təltif edilmişdir.
N. A.Əliyeva 104 elmi əsərin müəllifidir, Moskva, Kiyev, Kazan, Vladimir,
Tiflis vo s. şəhərlərdə keçirilən elmi konfranslarda məruzələrlə çıxış etmişdir.
Şirinov Fəxrəddin Behbud oğlu
(1930-2004)
Şirinov Fəxrəddin Behbud oğlu 1953-cü
ildə Azərbaycan Dövlət Aqrar Universitetinin
baytarlıq təbabəti fakültəsini bitirdikdən sonra
1953-1960-cı illərdə Ağstafa rayonlararası
laboratoriyanın müdiri vəzifəsində işləyib.
1960-cı
ildə
Azərbaycan
Elmi-Tədqiqat
Baytarlıq
İnstitutunda
“Quş
xəstəlikləri”
laboratoriyasının aspiranturasına daxil olub,
1963-cü ildə namizədlik disertasiyasının müdafiə etmişdir. 1961-1971—cı
illərdə həmin laboratoriyada aparıcı elmi işçi işləyib. 1971-cı ildən ömrünün
sonunadək “Quş xəstəlikləri” laboratoriyasının müdiri vəzifəsində çalışmış,
1978-ci ildə doktorluq disertasiyasını müdafiə etmiş və baytarlıq elmləri doktoru
elmi dərəcəsim almışdır. O, baytarlıq virusologiyası, mikrobiologiyası və
64
epızootologiya sahəsində görkəmli alim olmaqla heyvan və quşların ınfeksion
xəstəliklərinin və onlara qarşı 2 (27 AŞ və "Bakı" ştammlan), kolıbakterioza
qarşı formol vaksinin hazırlanması və istehsalata tətbiqinin, qaramal və camış-
ların pasterellyozuna qarşı formolvaksinin (Az ETBİ) təkmilləşdınlməsinin və
tətbiqinin elmi rəhbəri və müəllifi olmuşdur Azərbaycanda və xaricdə dərc
edilən 85 elmi məqalənin, 2 elmi ixtiranın və 2 kitabın müəllifidir. Hindistanda,
Macarıstanda və ABŞ-da elmi ezamiyyətdə olub, 1979-cu ildə Ümumdünya
Baytarlıq konqresində məruzə ilə çıxış edibdir. MDB ölkələri üzrə quş
xəstəlikləri sahəsində əlaqələndirmə, müdafiə, elmi-texniki şuraların üzvü olub,
"Şərəf nişanı” ordeni və beynəlxalq sərgilərin medalları ilə təltif olunub və ona
əməkdar baytar həkimi adı verilib.
Eyubov İkram Ziyəddin oğlu
(1925-2011)
Eyubov İkram Ziyəddin oğlu doğulduğu və
rəfaət etdiyi illər 1938-40-cı illərdə Qazax Müəllim
lər seminariyasında təhsil almış, bir müddət Tovuz
rayonunun Şamlıq orta məktəbində müəllimlik
etmişdir. O, 1945-cı ildə Azərbaycan Dövlət Aqrar
Universitetinin baytarlıq təbabəti fakültəsinə daxıl
olmuş, 1951- ci ildə onu fərqlənmə diplomu ilə
bitirmişdir. Elmə, elmı-tədqıqat işlərinə böyük ma
rağı olduğuna görə onu institutda müəllim saxla
mışlar. İnstitutda elmi-tədqiqat işləri istiqamətində
gənc alim kimi onun qarşısında yeni perspektivlər,
geniş imkanlar açılır. Bu imkanlar baytarlıq rentgenologiyası mövzusunda daha
geniş olur. Bu mövzu İkram Eyubovda böyük maraq doğurur. O, institutda
baytarlıq rentgenologiya kabinəsi yaradan və baytarlıq rentgenologiyası fənnini
tədris edən ilk müəllim olmuşdur. İ.Eyubov bu istiqamətə apardığı elmi
tədqiqatların nəticəsi kimi, həmin mövzuda yazdığı elmi işi (dissertasiyanı)
uğurla müdafiə edərək 1958-ci ildə baytarlıq elmləri namizədi elmi dərəcəsi
almışdır. Həmin ildən etibarən alimin taleyi “Şərəf nişanı” ordenli Azərbaycan
Elmi-Tədqiqat Baytarlıq İnstitutu ilə bağlanır. O, bu elm məbədinə baş elmi işçi
kimi dəvət alır. 1970- ci ildə professor İkram Eyubov “Ətraf mühit amillərinin
təsiri ilə qoyunlarda əmələ gələn endemik xəstəliklər (anemiva, ur, ataksiya) və
bunların profilaktikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək
baytarlıq elmləri doktoru elmi dərəcəsini alır. Bu əsər öz əhəmiyyəti, aktuallığı,
elmi dəyərinə görə tək Azərbaycan elminin deyil, həm də dünya elminin ən
dəyərli
nümunələrindəndir.
Alim
1972-1994-
illərdə
Az.ETBİ-nıın
“Yoluxmayan xəstəliklər”
laboratoriyasına rəhbərlik etmiş, 1994- cü ildə
Azərbaycan Dövlət Aqrar Universitetinin Qazax filialında kafedra müdiri
vəzifəsində çalışmış, 2005- ci ildə isə yemdən Az.ETBİ-na
qayıtmışdır.
65
İ.Eyubov
150- yə qədər elmi əsərııı. 5 kitabın, 5
səmərələşdirici təklifin
müəllifidir. Onun müəllifi olduğu baytarlığa aid qurğular ötən əsrin 70-80-ci
illərində SSRİ ‘ Xalq təsərrüfatları nailiyyətləri sərgisi"’ nin qızıl medalına lajiq
görülmüşdür. Alimin elmi əsərləri ABŞ -m Florida ştatından, Polşadan,
Macarıstandan istifadə üçün tələb olunmuşdur. Biotexnologiya və embrionun
transplantasiyası sahəsində fundanental tədqiqatlar aparan ilk alimlərimizdən
sayılır.
Xəlilov Bəhman Bəhram oğlu
(1930-2012)
Ölkəmizdə yüksək ixtisaslı aqrar sahə müt
əxəssislərinin hazırlanmasında və ADAU-nun inki
şafında onun məzunu olmuş, biologiya elmləri
doktoru, professor, ƏEX Bəhman Bəhram oğlu
Xəlilovun çox böyük və təqdirəlayiq xidmətləri
olmuşdur. Onun elmi-tədqiqat işlərinin əsas
qayəsini entomozlann genetik və bioloji xassə
lərinin öyrənilməsi və onlarla müvafiq mübarizə
tədbirlərinin metodikasının hazırlanması təşkil
edir. O, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı 1973-
1983-cü illərdə ADAU-nun rektoru olmuşdur. Bitki mühafizəsi üzrə tanınmış
alim həm də Rusiya Aqrar Elmi Akademiyasınm həqiqi üzvü olmuşdur. Onun
rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin
inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və
Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən
bir sıra tikinti işləri aparılmışdır. Ulu öndər Heydər Əliyevin böyük diqqət və
qayğısı nəticəsində 1978-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin «Azər
baycan Kənd Təsərrüfatı İnstitutunda kadr hazırlığının daha da yaxşılaşdın İması
və onun tədı is-maddi bazasının möhkəmləndirilməsi tədbirləri haqqında» birgə
qəran qəbul olundu. Bu qərarda tədris prosesinin, elmi tədqiqatlann, təlim-
tərbiyə işlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması proqramı nəzərdə
tutulmuşdur. Həmin qərarın tələblərinə uyğun olaraq Gəncə-Göygöl şəhərləri
arasında 300 hektarlıq sahədə ADAU-nun böyük kompleksinin tikilməsi planlaş-
dınlmışdı. 1979-cu ildən bu işlərə ciddi şəkildə başlanıldı, xeyli tikintilər və
kommunikasiya işlən həyata keçirildi, yataqxanalar, qazanxanalar tikildi, bir
neçə tədris korpusunun, dendroloji parkın, ippodromun əsaslan qoyuldu.
B.Xəlilov SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1979-cu il tarixli fərmanı
ilə yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında və kənd təsərrüfatı elminin
inkişafında xidmətlərinə görə «Şərəf nişanı» ordeni ilə təltif edilmişdir. O, çoxlu
sayda dərslik və dərs vəsaitləri hazırlamışdır.
Onun rəhbərliyi ilə bir neçə
namizədlik və doktorluq dissertasiyalan hazırlanmışdır.
66
Əsgərov Ələddin A bdulla oğlu
(1925-2013)
Azərbaycanda milli kənd təsərrüfatı kadrlarının hazırlanmasında çox böyük
xidmətləri olan, geniş diapozonlu elmi elitaya və intellektə malik, korifey
alimimiz, təbiətin və ətraf mühitin mühafizəsi üzrə ilk ali məktəb dərsliklərinin
müəllifi, baytarlıq elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, Prezident
Təqaüdçüsü (2010), akademik Həsən Əliyev adma Ekologiya Mükafatı Laureatı,
məşhur mikrobioloq, sanitar-gigiyenist, ekoloq, zooloq Ələddin Abdulla oğlu
Əsgərovun biologiya, ekologiya, təbiəti mühafizə və baytaarlıq təbabəti,
ümumilikdə isə kənd təsərrüfatı elmimizin inkişafında olduqca böyük və önəmli
xidmətləri vardır. Alimin apardığı fundamental-tətbiqi xarakterli elmi-təd
qiqatların müəyyən hissəsi heyvan və quşların pasterellyoz xəstəliyi zamanı
ayrılan P. multocida ştammlannın genetik xüsusiyyətlərinin, əlamət və xas
sələrinin, dəyişkənliyi, həssaslığı və davamlılığının və mübarizə tədbirlərinin
öyrənilməsinə həsr olunmuşdur. Onun rəhbərliyi ilə 20-yə qədər elmlər nami
zədi və 1 elmlər doktoru hazırlanmışdır. Alim 1951-ci ildə Azərbaycanda quşlar
arasında tüğyan edən xolera (pasterellyoz) xəstəliyinə qarşı peyvənd materialı -
yarım maye formal vaksin hazırlayaraq onun səmərəsi mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir. O, 1965-ci ildə baytarlıq elmləri doktoru elmi
dərəcəsi və professor elmi adını almışdır. 1965-ci ildə onun təşəbbüsü ilə
Azərbaycan Dövlət Aqrar Universitetində «Zoolo
giya, gigiyena və baytar- sanitar ekspertizası»
kafedrası yaradılmış və 2009-cu ilin sentyabr
ayına kimi ona rəhbərlik etmişdir. Ə.Əsgərov
1976-1981 və 1991-1995-cı illərdə baytarlıq təbabəti
fakültəsinin dekanı vəzifəsində işləmişdir. O, 600-
dən artıq müxtəlif səpkili əsərlərin, o cümlədən 400
elmi xarakterli və 200-dəıı artıq ıctımaı-sıyasi mə
qalənin müəllifidir. Onun müxtəlif sahələrə həsr
edilmiş
60-dan
artıq
kitabı
(dərsliklər,
monoqrafiyalar, dərs vəsaıtlən, elmi-bədii kitablar)
nəşr edilmişdir. O, təbiəti və təbii sərvətləri
mühafizə, ətraf mühitin mühafizəsinə aid, eləcə də «Müasir ekologiya» (I və II-
hissələr, 2004, 2007) və «Davamlı İnsan Tnkişafi» (2009) fiındamentalali məktəb
dərsliklənnm ilk müəllifidir Ə.Əsgərovun milli kənd təsərrüfatı, xüsusilə baytarlıq
təbabəti, zootexniya, ətraf mühitin mühafizəsi, təbiəti və təbii sərvətlərin mühafizə,
ekologiya və Davamlı İsan İnkişafı sahəsindəki xidmətləri elm və təhsilimizin
tarixinə qizıl hərflərlə yazılıb
Babayev Adil Namazalı oğlu
(19 39-2004)
67
Yüksək intellektual səviyyə və geniş diapozonlu elmi elitaya malik olan, mükəmməl
elmi-pedaqoji fəaliyyəti və dərin biliyi ilə səciyyələnən, mahir pedaqoq, morfoloq,
anatom biologiya elmləri namizədi, dosent Adil Babayevin ölkəmizdə aqrar sahə üzrə
yüksək ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətləri olub. O, 1957-ci ildə
AIMU-nun baytarlıq təbabəti fakültəsinə daxil olmuş, 1962-ci ildə isə həmin
universiteti qırmızı diplomla bitirdikdən sonra ilk əmək fəaliyyətinə Gədəbəy rayonunda
baş baytar həkim kimi başlamış, 1969 - 1979-cu illətdə Şuşa Kənd Təsərrüfatı
Texnikumunda müəllim işləmişdir. Texnikumda yerli komitənin sədri vəzifəsində
çalışmış, mütəmadi olaraq şerləri çap olunmuşdur. 0 , 1967 - 1968-d illərdə ADAU-nun
“Anatomiya fiziologiya və histologiya” kafedrasında aspiranturaya daxil olub, məşhur
professor R B.Rüstəmovun rəhbərliyi ilə “Camışlann barmaq və diz əzələ qollan
hissəsində maqistral arteriyaların yaş xüsusiyyətləri” mövzusunda elmi tədqiqatlar
apararaq, 1973-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
A.Babayev 1972-ci ildən ADAU-nun “Anatomiya, fiziologiya və histologiya”
kafedrasında assistent, sonra isə dosent vəzifəsində çalışmışdır. Alimin 30-dan çox elmi
əsərləri, elmi metodik göstərişləri, dərslikləri və dərs vəsaitləri (“Heyvan anatomiyası
terminləri lüğəti”, rusca-azərbaycanca-labnca, 1991; “Camışçılığm əhəmiyyəti”, 1986;
“Heyvan” anatomiyasının sümük bəhsi”, 2001 və s.) vardır. Onun elmi əsərləri Rusiya
Federasiyasının nüfuzlu mərkəzi jurnallarında, elmi külliyadannda nəşr olunmaqla
dünya anatomlannın diqqətini cəlb etmişdir.
A.Babayev sabiq SSRİ-nin bir çox Respublikalarında, mərkəzi şəhərlərdə
(Moskva, Kiyev, Sankt-Peterburq, Səmərqənd, Alma-Ata və s.) keçirilən elmi-
praktiki konfranslarda, konqreslərdə, simpoziumlarda və seminarlarda kənd
təsərrüfatı heyvanlarının, xüsusilə iri buynuzlu heyvanların anatomiyasına dair
çox zəngin və maraqlı elmi məruzələrlə çıxış etmiş, dünya alimlərinin rəğbətini
qazanmışdır. O, 2003-cü ildə Gəncədə keçirilən Gəncə-Qars baytarlıq
simpoziumda çox maraqlı mövzuda çıxış etmişdir. Zəngin biliyi ilə seçilən alim
həm tələbələrin, həm də bütün universitet kollektivin böyük rəğbətini
qazanmışdır. Alimin elmi pedaqoji irsi sanki genetik olaraq qızı tərəfindən
davam etdirilib. Pürhani Tamara Adil qızı 2011-ci ildə “Camışlarda baş
skeletinin ekoloji və yaş xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə
edərək biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Tamara
xanımın həyat yoldaşı professor Pürhani Səfər Həsən oğlu iqtisad elmləri
doktoru və professorudur. Respublikamızda informatika və avtomatlaşdırma
üzrə məşhur alimdir, hazırda Milli Aviasiya Akademiyasında kafedra müdiri
vəzifəsində çalışır. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasında Ekspert Şurasının üzvü, Beynəlxalq Ekologiya və
Həyat fəaliyyətinin təhlükəsizliyi Akademiyasının həqiqi üzvüdür, Azərbaycan
Müəllimlərinin I qurultayının və YAP-ın I qurultayının nümayəndəsi olub.
Dəfələrlə Təhsil Nazirliyinin Azərbaycan həmkarlar təşkilatlan Konfedera
siyasının fəxri fərmanları ilə təltif edilib.
Dostları ilə paylaş: |