68
Əliyev Cəlal Əlirza oğlu
(1928)
Dünya şöhrətli görkəmli alim, Respub
likanın Əməkdar Elm Xadimi, Azərbaycan Milli
Elmlər Akademiyasının akademiki, Rusiya Kənd
Təsərrüfatı Elmlər Akadcmiyasınm həqiqi üzvü.
Azərbaycan
Milli
Elmlər
Akademiyasının
Botanika
İnstitutu
və
Kənd
Təsərrüfatı
Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutu
şöbələrinin rəhbəri, biologiya elmləri doktoru
Cəlal Əlirza oğlu Əliyevin milli və dünya
biologiya
elminin
inkişafında,
tərəqqisində
misilsiz xidmətləri olmuşdur. O, «Mikroelementlərin buğdanın inkişafına və
məhsuldarlığına təsiri»
mövzusunda namizədlik,
«Bitkilərin
fotosintez
fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı» mövzusunda isə
doktorluq dissertasiyası müdafiə etmişdir, 500-dən artıq elmi əsərin, 20
monoqrafiya və kitabın müəllifi olmaqla, onun rəhbərliyi və köməkliyi ilə 250-
yə qədər alim, o cümlədən 70-dən artıq elmlər namizədi və 10-dan çox elmlər
doktoru hazırlanmışdır. Həyatın yaranması, üzvi aləmin əmələ gəlməsi, təbiətin
əvəzolunmaz inkişafı prosesi fotosintez hadisəsi ilə bağlıdır. Fotosintez
prosesinin öyrənilməsi uzun müddət dünya alimlərinin diqqət mərkəzində
olmuşdur. Təsadüfi deyil ki, bəşəri əhəmiyyətli bu problemin tədqiqi sahəsində
kəşflərə görə indiyə kimi 5 Nobel mükafatı laureatı olmuşdur. Azərbaycan elmi
tarixində mühüm yer tutan böyük alim, ictimai xadim, C. Əliyev təbiət elminin
bu sahəsinə maraq göstərmiş və bu sahə onun elmi yaradıcılığının fundamental
tədqiqat obyektinə çevrilmişdir. Aparılan fundamental tədqiqatların nəticəsində
7-8 t/h məhsuldarlığa və yüksək dən keyfiyyətinə malik, Azərbaycanın taxıl
əkıııı sahələrinin böyük hissəsini təşkil edən, Türkmənistan, Özbəkistan və
Gürcüstanda yaxşı nəticələr verən «Qaraqılçıq-2», «Mırbəşır-50», eləcə də
«Vüqar», «Şıraslan-23», «Bərəkətli-95», «Qobustan», «Əlincə-84», «Əzəmətli-
95», «Qiymətli-2/17», «Əkinçi-84», «Nurlu-99», «Ruzi-84», «Tale-38»,
«Tərtər» və s. kimi bir sıra bərk və yumşaq buğda sortlannm yaradılması alimin
ən böyük elmi nailiyyətidir. Hal-hazırda Alimin rəhbərlik etdiyi kollektiv
dünyanın ən öncül laboratoriyaları səviyyəsində elmi-tədqiqat işlərini davam
etdirir. Onun elmı-təşkilatçılıq fəaliyyəti sayəsində XX əsrdə biologiyanın ayrı-
ayrı sahələrinin yüksək səviyyədə inkişafı XXI əsrdə Azərbaycan biologiya
elminin dünya elminə inteqrasiyası üçün zəmin yaratmışdır. Nəticə etibarilə
hazırda ölkəmizin alimləri dünyanın öncül elmi laboratoriyaları ilə əməkdaşlıq
şəraitində öz tədqiqatlarını davam etdirir və yeni elmi nailiyyətlər əldə edirlər. C.
Əliyevin görkəmli bioloq kimi elmi irsinin ən yeni və mühüm sahələrindən birini
də bioetika, elm və texnologiyaların etikası problemləri təşkil edir. Onun ümumi
biologiya, biotexnologiya, biokimya, bitki seleksiyası və s. sahələr üzrə apardığı
çoxsaylı və sanballı elmi tədqiqat işləri dünya mətbuatında geniş əksini
69
tapmışdır. Təsadüfi deyildir ki, ilk dəfə olaraq YUNESKO-nun xətti ilə
Azərbaycanda "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" üzrə Milli
Komitə yaradılarkən onun ilk sədri C. Əliyev seçilmiş və bu günə qədər də o, bu
vəzifədə öz işlərini böyük uğurla davam etdirir. Alimin əldə etdiyi yeni sortlar,
yazdığı qiymətli əsərlər, yaratdığı seleksiya məktəbi, zəngin buğda genefondu
Azərbaycan
xalqının milli sərvətidir və artıq ölkəmizdə çörəyə ehtiyacın
ödənilməsi istiqamətində C.Əliyev məktəbi vardır. Alimin buğdanın seleksiyası
sahəsində əldə etdiyi nailiyyətlər onun elmi fəaliyyətinin ancaq bir hissəsidir
Onun bitki fiziologiyası, fotosintez nəzəriyyəsi, biokimya, biofizika, molekulyar
biologiya, gen mühəndisliyi, hüceyrə seleksiyası və biologiya elminin digər
sahələrində də əldə etdiyi nailiyyətlər gələcək nəsillərə irs qalacaq. Bu ırsı
yaşatmaq, qoruyub gələcək seleksiyaçılar nəslinə çatdırmaq seleksiya
məktəbinin hər bir üzvünün, Azərbaycam gələcəkdə qüdrətli bır dövlət görmək
istəyən hər bir azərbaycanlının müqəddəs borcu olmalıdır.
Ələkbərov Urxan Kazım oğlu
(1943)
Müasir biologiya, xüsusilə genetika elmi və
Davamlı İnsan İnkişafı sahəsində həm ölkəmizdə,
həm də xaricdə məşhur bioloq kimi tanınan,
biologiya elmləri doktoru, akademik. Urxan Kazım
oğlu Ələkbərov hazırda ölkəmizi dünyada məş
hurlaşdıran, tanıtdıran görkəmli alimlərimizdən
biridir. O, 300-dən çox elmi əsərin, o cümlədən 15
monoqrafiyanın, kitab, dərslik və dərs vəsaitinin,
28 müəllif şəhadətnaməsinin, 7 patentin müəllifidir.
Onun əsərləri Türkiyə, Rusiya, ABŞ, Almaniya,
Fransa, İngiltərə, İtaliya, Yunanıstan, Kanada və b. ölkələrdə nəşr olunmaqla
böyük elmi marağa səbəb olmuşdur. Həmin əsərlər arasında biologiya və
genetikaya aid olan dərsliklər və dünyada ilk dəfə olaraq «Davamlı İnsan
İnkişafına» həsr olunmuş orta və alı məktəblər üçün
tədris proqramı və
dərslikləri xüsusi qeyd etmək lazımdır. Alimin 2005-ci ildə nəşr olunan
«Davamlı İnsan İnkişafının təmini üçün ətraf mühitin idarə olunması» qısa kursu
ABŞ universitetlərində dərs vəsaiti kimi istifadə olunur. Bu əsər ingilis dilinə
tərcümə edilərək BMT və təşkilata üzv olan bütün ölkələrin internet saytında
yerləşdirilmişdir. BMT bunların haqqında 2004-2005-ci illərdə informativ
məlumatlar yaymış və bu fəaliyyəti «innovativ ideya və təsir» kimi
qiymətləndirmişdir. U.Ələkbərov dünyada ilk İnsan İnkişafı Mərkəzinin
yaranmasının təşəbbüskarı və 2002-cı ildən onun rəhbəri, BMT-nin «İnsan
İnkişafı» Proqramının və hesabatların hazırlanması üzrə ekspertidir. Onun elmi
yaradıcılığının əsas prioritetini genofondun mühafizəsinin nəzəıi-praktiki
əsaslarının antimutagenez fenomeni əsasında ətraf mühitin çirklənməsi
70
nəticəsində cari və uzunmüddətli neqativ genetik fəsadların qarşısının alınması,
təbii populyasiyalann davamlılığında gen mühafizə sistemlərinin rolunun, ətraf
mühitin çirklənməsi və qocalma ilə bağlı genetik aparatın tənzimləmə
funksiyasının pozulma proseslərinin əhəmiyyətim müəyyən edib və onlann
tənzim edilməsinin öyrənilməsi kimi elmin yem istiqamətinin formalaşdırılması
təşkil edir. Alimin antimutagcncz fenomeni haqqındakı ilk məlumatı 1952-ci
ildə dərc edilmişdir. U.Ələkbərovun elmi maraq dairəsinin əsas istiqaməti anti-
mutagenez, irsi dəyişkənlik prosesinin tənzimlənmə mexanizmi, mutagenez,
kanserogenez, qocalmanın idarəolunmasının öyrənilməsi istiqamətinə yönəl
dilmişdir. Alimin rəhbərliyi ilə 25 elmlər namizədi və 4 elmlər doktoru hazır
lanıb. O, hazırda elmi-pedaqoji fəaliyyətinin ən məhsuldar dövrünü yaşamaqla,
genetika elminin və biologiyanın digər sahələrinin əsas prioritetinin öyrənilməsi
istiqamətində qlobal elmi axtarışlarını uğurla davam etdınr və Dövlət İdarəetmə
Akademiyasınm rektorudur.
M əmmədova Siddiqə Rza qızı
(1925)
Bitki mühafizəsi elmi sahəsində fundamental
elmi-tədqiqatların apanlmasında entemologiya üzrə ilk
azərbaycanlı qadın akademik, biologiya elmləri doktoru
Siddiqə Rza qızı Məmmədovanın böyük xidmətlən
olmuşdur
O. ADAU-nun Aqronomluq fakültəsini
fərqlənmə diplomu ilə bitirdikdən sonra, entomologiya
kafedrasında baş laborant vəzifəsində çalışmış və 1952-
ci ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərə
cəsi almışdır.
Alim 1956-cı ildən 1963-cü ilə qədər ADAU-da assistent, dosent vəzifələrində,
1963-cü ildən indiyədək isə Azərbaycan ET Bitki Mühafizəsi institutunun direktoru
vəzifəsində işləyir. S.Məmmədova 1971-ci ildən biologiya elmləri doktorudur, 1973-
cü ildə professor, 1983-cü ildə Azərbaycan MEA-nrn müxbir üzvü, 2001-ci ildə isə
həqiqi üzvü seçilmişdir. 0 , hazırda AMEA-nın biologiya bölməsi üzrə yaradılan
Koordinasiya Şurasının bitkiçilik, bitki mühafizəsi üzrə sədridir. Alim 2008-cı ildən
ADAU-da doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış
Müdafiə Şurasının sədridir. O, 205-dən artıq elmi əsərin, o cümlədən, 5 tədris
vəsaitinin, 2 soraq kitabının, 3 monoqrafiyanın, 7 ixtiranın, 2 pestisidlonn katoloqunun
müəllifidir. S.Məmmədova «Şərəf Nişanı», «Qırmızı Əmək Bayrağı», «Şöhrət»
ordenləri, «Əməkdə İgidliyə görə», «Əmək Veteranı» medalları ilə təltif olunmuşdur.
O, 1985-ci ildə II çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.
Məşhur və tanınmış Azərbaycan alimi, mıkrobioloq, tibb elmləri doktoru,
Azərbaycan Tibb Universitetinin «Tibbi mikrobiologiya və immunologiya»
kafedrasının müdiri, professor Qarayev Zakir Ömər oğlunun milli mikrobiolo
giya elmimizin inkişafında çox böyük xidmətləri olmuşdur. O, 1968-ci ildə
«Polien antibiotiklərinin immunogenezə təsiri» mövzusunda namizədlik, 1974-
cü ildə isə «Antibiotiklərin orqanizmin immunoreaktivliyinə təsir mexanizminin
öyrənilməsi» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri
doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Alimin yaradıcılığının əsas
pnontet istiqamətini mikrobiologiya, mikologiya, immunologiya, dərin
mıkozlar, assosiativ (müxtəlif infeksion agentlər tərəfindən törədilən qanşıq)
ınfeksıyalar, patogen mikroorqanizmlərin genetikası, dəyişkənliyi, antibiotiklərə
həssaslığı, davamlılığı, nozokomial infeksiyalann öyrənilməsi sahəsində
aparılan fundamental-tətbiqi xarakterli elmi tədqiqat işləri təşkil edir. Elmi araş
dırmalar nəticəsində alim qeyd olunan infeksion agentlərin bioloji, epidemiolojı.
patogenetik, genetik xüsusiyyətlərini, patogenlik və vinılentlik dərəcəsim,
yayılma arealını və s. ətraflı öyrənmiş, mikrobiologiya, immunologiya və
mikroorqanizmlərin genetikası sahəsində elmi-praktiki cəhətdən çox böyük
əhəmiyyət kəsb edən elmi yeniliklər aşkar etmişdir. O, 1968-1969-cu illərdə
ATU-nun Mərkəzi Elmi Tədqiqat laboratoriyasının müdiri, 1974-1975-cı illərdə
Sankt-Peterburq Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tədqiqat
Laboratoriyasının baş elmi işçisi, 1975-1982-ci illərdə direktoru, 1982-1993-cü
illərdə sabiq SSRİ Səhiyyə Nazirliyinin və ÜST-ün Mikologiya və Dənn
Mikozlar Elmi Mərkəzinin direktoru, 1993-1994-cü illərdə Azərbaycan Elmi-
Tədqiqat Mikrobiologiya və İmmunologiya institutunun direktoru vəzifəsində
işləmişdir. Alim 1998-2001-ci illərdə İstambul Universitetinin Tibb fakültəsində
«Mikrobiologiya və immunologiya» kafcdrasımn professoru olmuş, 2004-cü
ildən etibarən isə ATU-nin «Tibbi mikrobiologiya və immunologiya»
kafedrasına rəhbərlik edir. O. 2009-cu ildə Bakıda keçirilən «3-cü Avrasiya
Klinik Mikrobiologiya. İmmunologiya və İnfeksion xəstəliklər» Beynəlxalq
Konqresinin Prezidenti olmuşdur. Z.Qarayevin rəhbərliyi ilə 41 nəfər elmlər
namizədi və 29 nəfər elmlər doktoru hazırlanmış, hazırda isə xeyli dissertasiya
işlərinə rəhbərlik edir. O, 300-dən artıq elmi məqalə və əsərin, tədris-metodiki
və dərs vəsaitlərinin, o cümlədən «Tibbi mikrobiologiya və immunologiya»
(2010), «Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya» (2011)
adlı fundamental ali məktəb dərsliklərinin müəllifidir. Z.Qarayev hazırda
yaradıcılığının ən çiçəklənən, məhsuldar mərhələsini yaşayaraq, mikrobiologiya
elminin qlobal əhəmiyyətli prioritetləri üzrə elmi-tədqiqat işlərini davam etdirir
və daha geniş diapozonlu axtarışlar apanr.
72
Milli biologiya və təbabətşünaslıq elmimizin inkişafında, tədrisi və
təbliğində biologiya elmləri doktoru, Azərbaycan Tibb Universitetinin «Tibbi
biologiya vo genetika» kafedrasının müdiri professor Nəcəfov Canbaxış Əli
oğlunun çox böyük xidmətləri olmuşdur. C.Nəcəfov 1980-ci ildə Moskva
şəhərində «Yemləmə rejiminin və selen mikroelementinin balbas qoyunlarının
embrionunuıı və skelet əzələlərinin inkişafına təsiri» mövzusunda dissertasiya
işini müdafiə edərək biologiya elmləri namizədi. 1996-cı ildə isə «Onurğalı
heyvanlarda somatik əzələlərin müqayisəli embrional histogenezı» adlı
doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi
dərəcəsim almışdır. Alimin elmi-pedaqoji yaradıcılığı çox sahəli və rəngarəng
olmaqla, biologiya elminin ən prioritet sahələrini (biologiya, zoologiya,
botanika, genetika, tibbi biologiya, cmbriologıya. histologiya, anatomiya, uşaq
anatomiyası və fiziologiyası, fiziologiya, ekologiya, ətraf mühitin mühafizəsi,
ekoloji genetika və s.) əhatə edir. O, 150-yə qədər elmi məqalələrin, tədris
proqramı, dərs vəsaitləri, dərsliklər və kitabların müəllifidir. Onun hazırladığı
tədns-metodiki vəsaitlər («Orta məktəblərdə botanikanın tədnsı metodikası», 2000-
2011; «Reproduktiv sağalmanın əsaslan». 2002; «Orta məktəblərdə insanın
anatomiyası, fiziologiyası və gigiyenasının tədrisi metodikası», 2003, «Orta
məktəblərdə ümumi biologiyanın tədrisi metodikası», 2004; «Uşaq anatomiyası vo
fiziologiyası», 2004; «Yenidənhazırlanma və ixtisasartırma təhsili üçün tədns plan
vo proqramlan», 2004; «Tibbi biologiya və genetikanın praktik məşğələ albomu», 1
və 2-ci hissələr, 2004, 2007; «İnkişafın biologiyası və genetikası» (azərbaycan və
rus dillərində), 2009; «Tibbi biologiya terminləmnn izahlı lüğəti» (azərbaycan və
rus dillərində). 2010 və s.) ölkəmizin alı və orta məktəblərində istifadə olunan
qiymətli vəsaitlər və kitablardır. O, həm də 1 monoqrafiyanın (rus dilində, 2007),
eləcə də «Tibbi biologiya və genetika» (laboratoriya məşğələləri, 2008). «Tibbi
biologiya və genetikanın əsaslan», I və II-cildlər (2010) adlı fundamental ali məktəb
dərsliklərinin müəllifidir. C.Nəcəfovun rəhbərliyi ilə 5 namizədlik və 1 doktorluq
dissertasiyası hazırlanıb. Alim hazırda yaradıcılığının ən məhsuldar dövrünü
yaşamaqla biologiyanın və təbabətin prioritet elmi istiqamətləri üzrə fündamental-
tətbiqı xarakterli, qlobal miqyaslı elmi tədqiqatlar və axtanşlar apanr. C.Nəcəfovun
kafedrada düzəltdityi heyvanat aləmi muzeyi çox zəngin və nadir eksponatlara malik
bir muzeydir. Onun Hindistandan çox çətinliklə gətirdiyi fil və 2 turan pələngi
skeletləri həmin muzeyi olduqca məşhurlaşdırır və dəyərləndirir. Çünki, həmin
skeletlər dünyanın çox nadir muzeylərində mövcuddur.
Ağayeva Em ma M üzəffər qızı
(1951)
Azərbaycan baytarlıq təbabəti mikrobiolo
giyası və immunologiyası üzrə ilk qadın elmlər
doktoru, Azərbaycan Tibb Universitetinin «Tibbi
mikrobiologiya və immunologiya» kafedrasının
professoru Ağayeva Emma Müzəffər qızının ölkəmizdə mikrobiologiya, immu-
nologiya, immunogenetika, molekulyar biologiya, gen mühəndisliyi və
biotexnologiya elmlərinin öyrənilməsində, tədrisində və inkişafında xüsusi və
təqdirəlayiq xidmətləri vardır. 0 , 1974-cü ildə Azərbaycan Dövlət Aqrar
Universitetinin baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən
sonra 1975-ci ildə İnstitutun Elmi Şurasınm qərarı ilə Moskva şəhərindəki sabiq
Ümumittifaq Eksperimental Baytarlıq İnstitutunun mikrobiologiya, virusologiya
və immunologiya ixtisasları üzrə əyani aspiranturaya daxil olmuş və 1981-ci ildə
namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək baytarlıq təbabəti
elmləri namizədi alimlik dərəcəsi almışdır. 0 , «Mikroorqanizmlərin tipizasiyası
və tipospesifık serumun (zərdab) alınmasına aid hazırlanan sabiq Ümumittifaq
miqyaslı tövsivyənin» müəllifi olmuşdur. E.Ağayeva 1982-cı ildə ADAU-nun
«Epizootologiya. mikrobiologiya və virusologiya» kafedrasının assistenti. 1987-
ci ildə isə dosenti vəzifəsində işləmiş, 2000-cı ildə Bakı şəhərində
mikrobiologiya, virusologiya, immunologıya və mikologiya ixtisasları üzrə
doktorluq dissertasiyası müdafiə edərək baytarlıq elmləri doktoru elmi dərəcəsi
adma layiq görülmüşdür. Alim əvvəlcə (2003) Azərbaycan Tibb Universitetinin
«Tibbi biologiya və genetika» kafedrasında dosent, sonra isə (2004) «Tibbi
mikrobiologiya və immunologiya» kafedrasının professoru vəzifəsinə seçilmiş
və hazırda həmin kafedrada öz elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir.
Onun elmi-tədqiqat işlərinin əsas qayəsi müasir biologiya elminin ən prioritet,
mürəkkəb, lakin planetar və bəşəri əhəmiyyətli, hazırda dinamik inkişaf edən,
mütərəqqi elm sahələri-molekulyar biologiya, immunologiya, immunogenetika.
gen mühəndisliyi, biotexnologiya və s təşkil edir. O, həm də ATU-da qeyd
edilən müasir və çətin elm sahələrinin tədrisi ilə məşğuldur Alımın ali
məktəblər üçün hazırladığı fundamental dərsliklər «Biotexnologiya və gen mü
həndisliyi», 2010 (azərbaycan və rus dillərində), «Molekulyar biologiya üzrə
(mikrobiologiya, immunologiya, gen mühəndisliyi) terminlər lüğəti» (2010) və
s. onun yaradıcılığının şah əsərləri sayılır. O, həm də ölkəmizdə elmı-pedaqojı
alim kadrların hazırlanmasında çox böyük xidmətlər göstərərək, hazırda bır neçə
dissertasiya işlərinə elmi rəhbərlik edir, eləcə də bir monoqrafiya, 200-ə qədər
elmi əsər, tədris vəsaitləri və metodik tövsiyələrin müəllifidir. E.Ağayeva ATU-
nun mikrobiologiya, allergologiva, ep i dem i o log ıya və gigiyena üzrə Dissertasiya
Şurasının üzvü kimi də universitetin ictimai həyatında çox fəal iştirak edir.
Hazırda alimin çox geniş dipozonlu elmi-pedaqoji yaradıcılıq planlan vardır. O,
hazırda biologiya elminin qeyd edilən müasir sahələri üzrə öz elmi-pedaqoji
yaradıcılq işlərini çox uğurla davam etdirir.
M ustafayev Q ara Teyfur Oğlu
(1931)
Ölkəmizdə və xarici ölkələrdə nüfuzlu alim kimi
tanınan məşhur bioloq, professor, Beynəlxalq Peda
74
qoji Elmlər Akademiyasının akademiki, Həsən Əliyev adma Ekologiya Mükafatı
Laureatı, «Şərəf Nişanı» ordenli, BDU-nun «Onurğalılar zoologiyası»
kafedrasının müdiri Qara Teyfiır oğlu Mustafayev çoxşaxəli və olduqca geniş
diapazonlu elmi yaradıcılıq yolu keçmiş, milli elimizə və beynəlxalq biologiya
elminə mühüm töhfələr vermişdir. O,
«Omitofaunanın keyfiyyət və
kəmiyyətinin kompleks landşaft-ekoloji təhlili», «Ekoloji rayonlaşdırmanın
prinsipləri», «Faunanın keyfiyyəti və kəmiyyəti ilə yaşama yerinin antropogen
təkamülü arasında paralelizm», «Quru sahə heyvanlarına ətraf mühit amillərinin
təsir mexanizmi», «Nadir və nəsli kəsilmək qorxusu yaranan heyvanların
qoruqdan kənarda saxlanmasının kompleks tədbirlər sistemi» və s. yeni elmi
konsepsiyalarının, «Quru sahə heyvanlarının obyektiv yem xarakteri şkalası»,
«Heyvanların sinantroplaşması şkalası», «Heyvanlarm yem əlaqəsi spektri»
şkalalarınının müəllifidir. Q.Mustafayev həm də «Biotik əlaqələrin üçbucaqlı-
qoşaxətli forması» qanununun, «Ekologiya sxemlərdə», «Ekoloji hüquq» (1999),
«İnsanın ekologiyası» (1999), «Ekologiya» (2001), «Onurğalı heyvanlarm
ekologiyası» (2001) kitabları və çoxlu sayda dərsliklərin müəllifidir. Alimin
apardığı bütün elmi tədqiqat işlərinin əsas qayəsini ətraf mühit amillərinin çirk
lənməsinin fauna və omitofaunaya neqativ təsiri nəticəsində onların genetik
modifıkasiyaya uğraması, bəzi genetik əlamətlərdə dəyişkənliklərinin baş
verməsi və qarşısının alınması üçün yeni üsulların tətbiq olunması təşkil edir.
Alim müasir ekologiya və biologiyanın ən qlobal və aktual problemlərinə həsr
olunmuş yeni elmi axtarışlar sahəsində elmi-tədqiqat işlərini uğurla davam
etdirir. Onun elmi rəhbərliyi ilə çoxlu sayda elmlər namizədi və doktorları
hazırlanmışdır. Q. Mustafayev ümumi biologiya, zoologiya, omitologiya,
teriologiya, ümumi, tətbiqi, regional, insan və heyvanların ekologiyası sahəsində
ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda tanınan, məşhurlaşan, 600-dən
çox elmi əsəri olan, olduqca zəhmətkeş, 38 nəfər alim yetişdirmiş bir elm
fədaisidir. «İndiki dövrdə Q.Mustafayev kimi çox alimləri olan xalq xoşbəxtdir»
(«Qaranın zirvə yolları» əsərinin, 2009, müəllifi jurnalist Tofiq Abdullayev). O,
1959-cu ildə «Azərbaycanda quşlann bəzi kütləvi növlərinin ekologiyası»
mövzusunda namizədlik, 1985-ci ildə isə Moskva Dövlət Universitetində
«Azərbaycan yerüstü ekosisteminin quşlan» (rus dilində) mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmişdir. Alimi şöhrətləndirən həm də onun bir sıra yeni
elmi konsepsiyaları («Omitofannanın keyfiyyət və kəmiyyətinin kompleks
landşaft-ekoloji təhlili», «Faunanın keyfiyyəti və kəmiyyəti ilə yaşama yerinin
antropogen təkamülü arasında paralelizm», «Quru sahə heyvanlarına ətraf mühit
amillərinin təsir mexanizmi», «Nadir və nəsli kəsilmək qorxusu yaranan
heyvanlarm qoruqdan kənarda saxlanmasının kompleks tədbirlər sxemi» və s.)
olmuşdur.
75
Quliyev R auf Ələkbər oğlu
(1938)
Milli biologiya elmimizin inkişafında xüsusi
xidmətləri olan tanınmış alim, biologiya elmləri
doktoru, professor, akademik N.İ.Vavilov adma
mükafatın laureatı, Bakı Dövlət Universitetinin
«Genetika və darvinizm» kafedrasının müdiri Raııf
Ələkbər oğlu Quliyev ölkəmizdə genetika və
seleksiya elminin
inkişafı
üçün
elmi-praktiki
cəhətdən səmərəli və fundamental-tətbiqi xarakterli
tədqiqatların müəllifidir. 0 , 1988-ci ildə «Pambıq
hibridlərində və təkrarən təsir edilmiş mutantlarda mutasiya dəyişkənliyi»
mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. R.Quliyev «Genetika»
(2002), «Təkamül təlimi» (2009) ali məktəblər üçün dərsliklərin, «Genetikanın
əsasları ilə bitkilərin seleksiyası», «Təkamül təlimi» (2010, rus dilində) dərs
vəsaitlərinin, «Pambığın mutasion seleksiyasında genotipın rolu» (1994) adlı
monoqrafiyanın, ümumilikdə isə 110 elmi məqalə və əsərlərin müəllifidir. Onun
rəhbərliyi ilə 5 elmlər namizədi, 1 elmlər doktoru hazırlanıb, 4 nəfərin
namizədlik dissertasiyası (onlardan 2 nəfəri İran İR-nın vətəndaşıdır) isə
müdafiə olunmaq ərəfəsindədir. Alim genetikada mutagenez proseslərinin
mexanizminin öyrənilməsi sahəsində elmi axtarışlarını davam etdınr, genetikaya
dair yeni dərsliklər, dərs vəsaitləri və tədris - metodiki vəsaitlərin hazırlanması
sahəsində yaradıcılıq işlərini uğurla davam etdirir.
Bəşirov Eyyub Balaməmməd oğlu
(1926)
Ölkəmizdə heyvandarlıq və zootcxniya elminin
inkişafı sahəsində tanınmış alim Eyyub Balaməmməd
oğlu Bəşirovun təqdirəlayiq xidmətləri vardır. O,
1951-ci ildə Moskvada Timiryazev adma Kənd Təsər
rüfatı Ümumittifaq Heyvandarlıq İnstitutunun aspi
ranturasını bitirib, 1954-cü ildə, elmlər namizədi
alimiik dərəcəsi almışdır. Alim
1954-cü ildən
Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda
şöbə müdiri, direktor müavini vəzifələrində işləmiş,
1961-ci ildən heyvandarlığın elmi əsaslarla inkişaf etdirilməsi və süni
mayalanmanın tətbiqinə kömək məqsədiylə, SSRİ hökumətinin qərarı ilə
Hindistanda, Əlcəzairdə, Çilidə, Əfqanıstanda olmuş, Sovet mütəxəssisləri
76
qrupuna rəhbərlik etmişdir. O, 1967-ci ildən yeni yaradılrmış Azərbaycan dövlət
Damazlıq və Süni Mayalanma Mərkəzi stansiyasında direktor işləmişdir, 2000-cı
ildən ictimai əsaslarla Respublika Heyvandarlar Cəmiyyətinin sədri kimi
fəaliyyətini davam etdirir. Aqrar sahənin inkişafındakı xidmətlərinə görə «Şərəf
nişanı» ordeninə, Respublika Ali Sovetinin Fəxn fərmanına və bir sıra medallara
layiq görülmüş, damazlıq işinin təşkilinə və bu sahədəki elmi nailiyyətlərinə
görə İtaliyada beşinci Dünya bioloq alimlərin və Moskvada Qarşılıqlı İqtisadı
Yardım Şurası ölkələrinin beynəlxalq elmi simpoziumlarının yubiley medalları
və mükafatları ilə təltif edilmiş, 1997-ci ildə Beynəlxalq Encrji-informasıya
Elmlər Akademiyasının, 2004-cü ildə «Vektor» Beynəlxalq Elmi mərkəzinin
«XXI əsrin tanınmış alimi» diplomuna layıq görülmüş, Rusiya Keyfiyyət
Problemləri Akademiyasının həqiqi üzvü seçilmişdir, rus, fransız, ərəb, fars,
ingilis və ispan dillərini bilir. E.Bəşirov 125 nəşr edilmiş elmi əsərin, 2 dərslik, 3
monoqrafiya və 3 təlimatın müəllifidir. Onun elmi əsərləri dünyanın bır sıra
dillərinə tərcümə edilmiş və elmi kəşflərindən istifadə olunur. O, 6 elmlər
namizədi dissertasiyasına rəhbərlik etmişdir.
(
J)
Babayev M əcnun Şıxbaba oğlu
(1940)
Azərbacynanın müasir milli biologiya və genetika
elminin ən layiqli nümayəndəsi, ölkəmizdə və onun
hüdudlarından kənarda - beynəlxalq arenada tanınan,
məşhur alim, biologiya elmləri doktoru, Bakı Dövlət
Universitetinin ‘Təkamülün genetikası” kafedrasının
professoru, Rusiya Ekologiya Akademiyasının həqiqi
üzvü Babayev Məcnun Şıxbaba oğlu 1974-cü ildə
"Buğdada bir sıra yeni N-nitroza-N-alkil sidik
cövhərlərinin genetik aktivliyinin tədqiqi" mövzusunda namizədlik, 1991-cı ildə
isə “Spontan və radiasion - induksion mutagenez zamanı antıoksıdantlann
müdafiə effekti” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O,
müasir genetika elminin nəzəri və praktiki cəhətdən çox böyük əhəmiyyətə
malik olan ən aktual və ciddi problemlərinə həsr edilmiş 220-dən çox elmi
əsərin, o cümlədən 36 dərslik, dərs vəsaiti, tədris proqramı, metodiki göstəriş və
elmi-kütləvi kitabların müəllifidir. “Ekoloji genetika” (2004), “Genetikadan
praktikum” (2006). “Biologiyanın tədrisi metodikası” (2008) kimi fundamental
dərslikləri. "Genetikadan məsələlər” (izahlı lüğət ilə, 2006) və s. dərs vəsaitləri
müəllifin gərgin əməyinin nəticəsi kımı dəyərləndirilməlidir
Genetika elminin müasir roblemlərinə həsr olunmuş elmi ixtiralarına görə
alimə üç müəlliflik şəhadətnaməsi verilmişdir. M.Babayev 9 ıl Respublika
Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının biologiya
şöbəsinin üzvü olmuşdur. O, 2008-ci ildən etibarən BDU-nun qiyabi və əlavə
təhsil üzrə prorektoru vəzifəsində işləmişdir. M.Babayev hazırda genetika
77
elminin ən aktual problemlərinə həsr olunmuş fundamental tətbiqi xarakterli və
mühüm nəzəri əhəmiyyət kəsb edən müasir problemlərə aid elmi axtarışlarını
uğurla davam etdirir. Onun rəhbərliyi ilə çoxlu sayda genetika elminin qlobal
problemlərinə həsr olunmuş dissertasiya işləri hazırlanmış və bəziləri isə
hazırlanmaq üzrədir.
Abdullayev Q ənbər Q ara oğlu
(1954)
Qənbər Abdullayev
1976-cı
ildə ADAU-nin
zootexnik fakültəni fərqlənmə diplomu ilə bitirib, təyinatla
Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutuna elmi
işə göndərilmişdir. O, 1980-ci ildə Moskva şəhərində
Ümumıttifaq Heyvandarlıq İnstitutunun "Qoyunçuluq"
laboratonyasının əyani aspiranturasına daxil olmuş, 1983-
cü ildə aspiranturanı bitirib. Lenin adma Ümumıttifaq
Kənd Təsərrüfatı Akademiyasının göndərişi ilə Azər
baycan Kənd Təsərrüfatı İnstitutuna pedoqojı işə
göndərilmişdir. 1983-cü ildən 1985-ci ilədək ADAU-nun "Kənd təsərrüfatı heyvan
larının yemləndirilməsi və südçülük ışı" kafedrasında assıstent vəzifəsində işləmişdir.
1984-cü ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi
almış, 1985-ci ildə "Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi" kafedrasının
assistenti, 1991-ci ildən isə həmin kafedranın dosenti vəzifəsində işləmiş, 1993-cü ildə
Ümumrusiya Heyvandarlıq İnstitutunun ıxtısaslaşdınlmış müdafiə şurasında doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə etinış və həmin il elmlər doktoru elmi
dərəcəsi almışdır, 1994-cü ildə Zoomühəndıslık fakültəsinin dekanı vəzifəsinə
seçilmiş, 1997-ci ildə professor elmi adı almışdır. Alım 1998-ci ildə Ümumrusiya
Aqrar Təhsil Akademiyasının akademiki, 1999-cu ildə isə təkrar Zoomühəndislik
fakültəsinə dekan vəzifəsinə seçilmişdir. Q Abdullayev 140-dək elmi əsərin, o
cümlədən 2 dərslik, 3 dərs vəsaiti, 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun
rəhbərliyi altında 4 nəfər elmlər namizədi elmi dərəcəsi almış, 1 nəfər işini müdafiəyə
təqdim etmiş, 2 nəfər doktorluq dissertasiya ışı isə müdafiəyə təqdim edilmişdir.
Alimin rəhbərliyi ilə 3 nəfər dissertant işlərim davam etdirir, 5 nəfər magistr dərəcəsi
almışdır. O, ADAU-da fəaliyyət göstərən 02131-№-lı Namizədlik Dissertasiya
Müdafiəsi Şurasının həmsədridir. Alım 2004-cü ildə Təhsil Naziriiyiynin və Kənd
Təsərrüfatı Nazirliyinin Fəxri fərmanlan, 2005-ci ildə isə "Təhsil Nazirliyi
Kollegiyasının" qəran ilə "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif olunmuşdur. O,
hazırda ADAU-nun "Heyvandarlıq və heyvandarlıq məhsullarının istehsalı texno
logiyası" kafedrasının müdiri vəzifəsində işləyir, 2008-cı ildə Azərbaycan
Respublikası «Avropa Nəşr Mətbu Evi» təşkilatının ılın ən yaxşı Vətənpərvər
Tədqiqatçı alimi Qızıl Mükafatı ilə təltif olunmuşdur.
Q Abdullayev hazırda
ölkəmizdə daha yüksək məhsuldar endemik qoyun cinslərinin genetik və təsərrüfat
xüsusiyyətlərinin öyrənilməsi, seleksiyası və yetişdirilməsi sahəsində elmi axtanşlannı
78
uğurla davam etdirir O, 2011-cı ildə Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin «Damazlıq
Şurası»nın sədri seçilmişdir.
Novruzov Vaqif Seyfəddin oğlu
(1943)
Vaqif
Novruzov
1966-cı
ildə
BDU-nun
biologiya və kənd təsərrüfatı istehsalının əsaslan
fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1970-ci
ildə namizədlik, 1985-ci ildə isə doktorluq disser
tasiyası müdafiə etmiş, 1978-ci ildə baş elmi işçi.
1986-cı ildə dosent, 1989-cu ildə professor elmi adları almışdır. Alim 1982-
2002-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində dosent, professor, elmi
işlər üzrə prorektor, rektor əvəzi vəzifələrində işləmişdir. O, 2003-2006-cı
illərdə Gəncə Dövlət Universitetinin "Botanika” kafedrasının professoru
vəzifəsində işləmiş, 2006-cı ildən isə həmin kafedraya rəhbərlik edir. Onun
botanikanın, genetikanın və immugenetikanın nəzəri, praktiki və metodik
problemlərinə dair 200-dən çox əsəri çap olunub. O, 2004-cü ildə Tempus
proqramı çərçivəsində Avropa Universitetlərinin iş təcrübəsini öyrənmək üçün
Almaniyanın Hohenheym Universitetinin dəvəti ilə Almaniya, Fransa və
Avstriyada Azərbaycan Dövlət Aqrar Universitetini təmsil etmişdir. V.Novruzov
1996-2008-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Alı
Attestasiya Komissiyası "Biologiya və kənd təsərrüfatı elmləri üzrə” Ekspert
şurasının üzvü olmuşdur, hazırda Azərbaycanın "Qırmızı kitabının” yem
nəşrinin redaksiya heyətinin üzvüdür. Uzun müddətli və səmərəli elmı-pedaqojı
fəaliyyətinə görə V.Novruzova Azərbaycan Respublikası Prezidentinin 22
sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar
Elm Xadimi” fəxri adı verilmişdir. V.Novruzovun ölkəmizdə gənc alimlərin
yetişdirilməsi sahəsində xüsusi xidmətləri vardır. O, hazırda biologiya və
genetika elminin qlobal və aktual problemləri sahəsində öz elmi axtanşlarinı
uğurla davam etdirir.
Seyidəliyev Nizami Yaqub oğlu
(1955)
Azərbaycanın müasir genetik və seleksiyaçılan
arasında elmi-pedaqoıi fəaliyyətinə görə seçilən,
həmişə elmi axtarışda olan alimlərimizdən biri də
Nizamı Seyidəliyevdir. O, 1977-ci ildə ADAU-nun
aqronomluq fakültəsinə daxil olub, 1982-ci ildə həmin
fakültəni fərqlənmə diplomu ilə bitirərərk sabiq SSRİ
Kənd Təsərrüfatı Nazirliyinin təyinatı ilə “Texniki
bitkilər, genetika və
seleksiya” kafedrasında müəllim
saxlanılmışdır.
N.Seyidəliyev 1983-cü ildə aspiranturaya daxil olmuş və 1988-ci ildə
Özbəkistanda yerləşən Ümumittifaq Elmi Tədqiqat Pambıqçılıq İnstitutunda
79
namizədlik dissertasiyasını müdafiə etmişdir. Alim pambıq bitkisinin struktur
göstəricilərinə təsir edən faktorların tədqiqatına böyük maraq göstərmiş. 1984-cü
ildən genetika və seleksiya işləri istiqaməti ilə dissertasiya mövzusunun planına
uyğun olaraq elmi axtarışlara başlamış və həmin vaxtdan Rusiyanın. Ukray
nanın, Özbəkistanın və s. SNQ respublikalarının qabaqcıl ali təhsil mütəxəs
sisləri ilə sıx əlaqə saxlamış, tez-tez həmin ölkələrdə elmi ezamiyyətlərdə olmuş
və məşhur alimlərlə elmi əməkdaşlıq etmişdir. O, 1983-2008-cı illərdə ADAU-
da aqronomluq fakültəsinin dekan müavini, kafedra müdiri, dekan, məsul katib
vəzifəsində çalışmış, 1978-1985-ci illərdə Respublikamızdan xaricə gedən tələbə
inşaat dəstələrinə ( Krasnodar, Stavropol. Volqoqrad, Həştərxan. Arxangelsk və
Kirov vilayətləri) rəhbərlik etmişdir. N. Seyidəliyev 170-ə yaxın elmi əsənn,
dərsliklərin, dərs vəsaitlərinin, genetikaya aid proqram və metodik göstərişlərin
müəllifidir. Onlardan 18-i xarici ölkələrdə nəşr edilmişdir. Onun yazdığı
“Genetika-100 sual və 100 cavab” (dərs vəsaiti, 1992), “Genetika, seleksiya və
toxumçuluq” (dərslik, 2010) geniş oxucu kütləsi tərəfindən maraqla qəbul
edilmişdir. O, 2010-cu ildə Azərbaycan Respublikasının Mil və Qarabağ
bölgələrində “Pambığın məhsuldarlığım artıran gübrə normalarının, bitki
sıxlığının və suvarmaların müəyyənləşdirilməsi” mövzusunda doktorluq
dissertasiyası işləmiş, ilkin müdafiə edərək AAK-na təqdim etmişdir. Alım
apardığı tədqiqatda bütün kompleks aqrotexniki tədbirlərlə yanaşı adi
maqnitləşdirilmiş su ilə suvarmanı müqayisəli öyrənmiş, nəticədə qrunt suyu
nisbətən yuxanda yerləşən və şoran torpaqlarda maqnitləşdirilmiş su ilə
suvarmanın daha səmərəli olduğunu elmi əsaslarla sübut etmişdir. Belə yüksək
nəticənin əldə olunması bir çox xarici ölkələrin aqrar yönümlü jumallannda elmi
əsər kimi nəşr olunmuşdur. N. Seyidəliyev hazırda Azərbaycan Dövlət Aqrar
Universitetində “Elm və texnika” üzrə prorektordur. O,
2000-cı ildən
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “Özəl bölmənin
inkişafına yardım Agentliyinin” xətti ilə “Kənd Təsərrüfatının inkişafı və
kreditləşməsi” layihəsində “İnformasiya və məsləhət xidməti” komponenti
çərçivəsində işləmiş. 2008-ci ildən isə Dünya Bankının eksperti təyin
olunmuşdur.
Yusifov Nazim M əhəmməd oğlu
(1940)
Respublikamızda kənd təsərrüfatı mütəxəssislərinin
hazırlanmasında böyük və önəmli xidmətləri olan
alimlərimizdən biri də kənd təsərrüfatı elmlən doktoru,
professor Nazim Yusifovdur. O. 1959-1964-cü illərdə
Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsini
bitirmişdir, təhsil aldığı dövrdə Moskva şəhərində
keçirilən Tələbələrin Ümumıttifaq Konfransında 1 dərəcəli
diplomuna layiq görülmüş və mükafatlandırılmışdır. Alim 1964-cü ildə ADAU-nun
80
"Üzvi və bioloji kimya" kafedrasında laborant, 1967-ci ildən isə həmin kafedrada
assistent, az sonra isə dosent vəzifəsində çalışmışdır. Onun apardığı fundamental elmi-
tədqiqat işlərinin nəticələri "Azərbaycan yem ehtiyatlarının biokimyəvi xüsusiyyətləri"
adlı monoqrafiyada (1988)geniş və ətraflı şəm olunmuşdur. O, 1991-ci ildə Ukraynanın
Xarkov səhərində yerləşən Ukrayna Elmi Tədqiqat Bitkiçilik İnstitutunun Elmi
şurasında doktorluq dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru elmi
adma layiq görülmüşdür. 1998- ci ildən Kimya kafedrasında professor vəzifəsində
çalışır. Universitetdə işlədiyi 45 il ərzində alim laborant, assistent, dosent, vəzifəsində
çalışmış, professor, kafedra müdiri vəzifələrinədək yüksəlmişdir. N.Yusifov iki
dərsliyin, 130-dan çox elmi əsərin, 1 monoqrafiya, 6 dərs vəsaiti, 4 metodik göstəriş, 7
proqram, 4 tövsiyə və 3 kitabçanın müəllifidir. Hazırda ADAU-nun "Kimya"
kafedrasına rəhbərlik edir və universitetdə ‘Tədrisə nəzarət” şöbəsinin müdiridir. O, bir
neçə namizədlik dissertasiyasının elmi rəhbəridir.
Allahverdiyev Rübail Nəcəf oğlu
(1940)
Respublikamızda aqrar kadrlann hazırlanmasında
böyük xidmətləri olan tanınmış şair-alim, patoloq.
patofızıoloq,
ckopatoloq
və
biokimyaçı
Rübail
Allahverdiyev 1964-cü ildə ADAU-nun baytarlıq təbabəti
fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir O. 1966-cı
ildə “Bioloji kimya”üzrə əyani aspiranturaya daxil olaraq
professor Qəhrəman Xəlilovun rəhəbərlıyı ilə "Ontoge-
nezdə
camış
qanında
amınturşulannm
dəyişmə
dinamikasf’nı öyrənmiş, 1970-cı ildə həmin mövzuda namizədlik dissertasiyası
müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır, 1975-cı ildən
ADAU-nun dosenti, 2009-cu ildən isə professoru vəzifəsində işləyir, universitetin
ictimaii işlərində fəal iştirakı ilə fərqlənib Alim 1964-1966-cı illərdə ADAU-nun
komsomol komitə katibi (raykom səlahiyyətli), 1971-1975-ci illərdə partiya
komitəsinin katibi, sonra "Kadr uğrunda” qəzetinin baş redaktoru olmuşdur,
Azərbaycan yazıçılar birliyinin üzvüdür, 10 şeir kitabının müəllifidir, 2009-cu ildə
‘Tələsdikcə gecikirəm” şeirlər toplusuna görə “Rəsul Rza” mükafatı almışdır. O,
1985-1993-cü illərdə müxtəlif fənlən birləşdirən fiziologiya, patofiziologiya, farma
kologiya, histologiya, anatomiya və patoloji anatomiya kafedralarında müdir
işləmişdir. Onun elmi istiqaməti “Ultrasəsin baytarlıqda bioloji stimuləedici kimi
istifadə edilmə”sidir. Bu sahədə ultrasəs almış dovşanın qanzərdabı bioloji
stimuləedici kimi tövşüyə edilmişdir Bioloji stimuləedici heyvanların müxtəlif
xəstəliklərində (anemiyalar, dıstrofiyalar, immunopatiyalar) uğurla tədbiq edilir. Bu
sahədə 60-dan çox məqalə yazılıb, dərc edilmişdir. RAllahverdiyev 1974-cü ildən
baytarlıq
təbabəti
fakültəsində
"Kənd təsərrüfatı
heyvanlarının
patoloji
fiziologiyası”, baytarlıq təbabəti əczaçılığı ixtisasında isə “Patologiya” fənnindən
mühazirələr oxuyur. Bu fənnlər üzrə 6 dərs vəsaiti və 3 dərsliyin müəllifidir, bir sıra
Dostları ilə paylaş: |