91
təsərrüfatının davamlı inkişafına çox güclü neqativ təsir göstərməsidir. Dünyada
ərzaq çatışmazlığının qarşısının alınmasında genetika elminin, o cümlədən
baytarlıq təbabəti genetikası və biotexnologiyanın olduqca böyük rolu vardır.
Bu baxımdan alimlər genetikanın nəzəri və praktiki məsələlərinə, genetika
mühəndisliyindən bitkilərin, heyvanların, mikroorqanizmlərin seleksiyasında,
heyvanların xəstəliklərinin müalicə və profilaktikasında səmərəli üsulların tətbiq
edilməsindən geniş istifadə olunmasına, biotexnologiyanın son nailiyyətlərinə geniş
yer verilməsinə önəmli yer verirlər. Ərzaq ehtiyatı problemlərinin davamlı və
dayanıqlı surətdə həll edilməsində kənd təsərrüfatı heyvanları və quşlann
xəstəliklərinin qarşısının alınması üçün irsi xəstəliklərlə mübarizə apanlmasmda,
ətraf mühitin mühafizəsində və ekoloji disbalansın aradan qaldırılmasında,
genetikanın və onun bir şaxəsi olan baytarlıq təbabəti genetikasının və
biotexnologiyanın müstəsna əhəmiyyəti vardır. Müasir genetika elmi sahəsində
fundamental kəşflərin edilməsi, yeni mütərəqqi üsullarla elmi tədqiqatların
aparılması heyvan, bitki və mikroorqanizmlərin seleksiyasında və ərzaq
çatışmazlığının qarşısının alınmasında ümdə rol oynayır. Məhz bu elmlərin dinamik
inkişafi sayəsində yeni yüksək məhsuldar buğda, arpa, vələmir, qarğıdalı,
günəbaxan, çuğundur, kartof, yonca, üzüm
sortlan yaradılmışdır. Bitkiçilikdə
totipotentlik hadisəsi istənilən somatik hüceyrənin bitkiyə başlanğıc verməsi,
mikroklonal çoxalma üsulu ilə fillokser xəstəliyinə çox davamlı üzüm sortunun
yaradılması, genlərin köçürülməsi yolu ilə
ildə 7 metr inkişaf edən və çox yüksək
oduncaq məhsulu verən evkalipt ağacı
növünün, yüksək məhsuldar qaramal, camış,
qoyun, keçi, donuz, quş, an cinslərinin yaradılması genetika mühəndisləiyinin
mütərəqqi nailiyyəti hesab olunur. Genetika mühəndisliyinin biotexnoloji
proseslərdə geniş istifadə edilməsi nəticəsində ərzaq və yeyinti məhsulları
sənayesinin inkişafına çox mühüm zəmin yaradılmışdır. Yüksək texnologiyalar
tətbiq olunmaqla Escherichia coli bakteriyasının 1- treonin amin turşusu və vitamin
B
2
- riboflavin sintez edən sənaye ştammlan, o cümlədən lizin, somatotropin (boy
hormonu), sellülazahhk və s. bakteriya növləri alınmışdır. Hazırda artıq çörək emalı
üçün yeni mayalar, yeyinti sənayesində işlədilən müxtəlif zülallar (yumurta zülalı-
ovalbumin, əzələ zülalı- miozin və s.), həmçinin biotexnoloji üsulla heyvan və
quşlann infeksion xəstəliklərinin spesifik prfilakhkası üçün yeni, müasir standartlara
uğyun, yüksək immunegenliyə malik, orqanizm üçün tamamilə təhlükəsiz vaksin və
immun serumlar sintez olunur. Genetikanın üsullarından baytarlıq təbabəti və
heyvandarlıq təcrübəsində aşağıdakı məqsədlər üçün daha çox istifadə edilir:
- xəstəliklərə davamlı və yüksək rezistenthyə malik olan heyvan, quş və an
cinslərinin və xətlərinin yetişdirilməsində;
- Heyvan, quş və anlann mənşəyinin təyin olunmasında;
- Dölün keyfiyyətinə görə törədicilərin qiymətləndirilməsində;
- Törədicilərin sitogenetik attestasiyası zamanı;
- Vəhşi xəzdərili heyvanlann genetik xüsusiyyətlərinin öyrənilməsində.
Müasir baytarlıq təbabəti genetikası və biotexnologiyaelmi aşağıdakı əsas
problemlərin öyrənilməsi ilə məşğuldur:
92
- Kifayət qədər insulin, interferon, antibiotiklər, viatminlər, əvəz olunmayan
amin turşuları, yem və qida zülalları, əlavələri, bitkilərin mühafizəsi üçün
preparatlar və s istehsalı;
- Ontogenezdə genlərin tənzimlənməsi, informasiyası və idarə edilməsi;
- Genlərə təsir etməklə onun idarə olunmasını və tənzimlənməsini nəzarətə almaqla
heyvanların, quşların və balıqların məhsuldarlığının və xəstəliklərə davamlılığının
artmlması, arzuolunmayan (anomal) əlamətlərin qarşısının almması;
- Mutasiya prosesinin idarə edilməsi texnologiyasının işlənib hazırlanması
yolu ilə mütərəqqi, əlverişli, səmərəli irsi dəyişkənliyə nail olmaqla yeni
mikroorqanizm ştammlannm, bitki növlərinin, heyvan, quş və an cinslərinin
yaradılması və onların xəstəliklərinin qarşısının alınması;
- Heyvanlarda cinsiyyətin tənzim olunması (bu proses hələlik ipək qur
dunun cinsiyyətinin tənzimlənməsi üçün mümkün olmuşdur);
- Heyvanlarda genlərin surətinin alınması üçün somatik hüceyrələrdən alı
nan xüsusi genetik materialın yumurta hüceyrəsinə köçürülməsi (bu mani-
pulyasiya hələlik amfıbiya, balıq və siçanlarda uğurlu nəticələr verib);
- Genetik surətin alınması yolu ilə yüksək məhsuldar-elit və xəstəliklərə
davamlı heyvan, quş və an cinslərinin yetişdirilməsi;
- Radiasiyanın, kimyəvi mutagenezin və ekoloji fəsadların mutagen təsirindən
insan və heyvanlann irsiyyətinin mühafizəsi problemleminin həll olunması;
- Heyvanlann və quşlann irsi xəstəlikləri ilə kompleks mübarizə üsullarının
öyrənilməsi və rasional mübarizə tədbirlərinin işlənib hazırlanması.
Son illər nəzəri və eksperimental tədqiqatlann təhlili sübut edir ki, canlı
aləm Günəş sisteminin inkişafının başlanğıc mərhələsində qeyri-üzvi birləş
mələrlə üzvi birləşmələrin sintezindən yaranmış və kimyəvi evolyusiya
(evolutio-latınca çevrilmə, təkmilləşmə, təkamül mənasım verir)
nəticəsində
formalaşmışdır. Kimyəvi evolyusiya təlimi
dünya şöhrətli alim Lui Paster
tərəfindən irəli sürülmüş və sonralar akademik A.İ.Oparin tərəfindən inkişaf
etdirilərək müasir elmdə dərin kökü olan təlim kimi etiraf edilmişdir. Bu gün
artıq dünyanın tanınmış alimləri bu təlimi yüksək qiymətləndirməklə onu
məmnuniyyətlə dəstəkləyirlər. Həmin təlimə görə cansız maddələrin canlı
maddələrə çevrilməsindən yaranan zülal kolloid kompleksi mühitdəki suyu
özünə çəkərək (adsorbsiya) hüceyrə membranını əmələ gətirir. Sonra xüsusi
hüceyrə komponentləri-koatservatlar (koatservatio-latınca koma, toplanü,
toplanma deməkdir) sintez olunur, onlardan isə ilk canlılar-protobiontlar
(«protos»-yunanca ilk, «bions»-canlı deməkdir) yaranır. Bu prosesin sonu
hüceyrənin və çoxhüceyrəli orqanizmlərin evolyusiyası ilə nəticələnir.
Kimyəvi evolyusiya təliminin əsaslı olmasını qədim meteoritlərin astroidlərinin
(daş qəlpələrinin) səthində hopmuş vəziyyətdə öz xüsusiyyətlərini indiyədək
saxlayan üzvi birləşmələrin (hətta amin turşularının) tapılması bir daha təsdiq edir.
Bu təlim bir daha sübut edir ki, hər bir canlı yalnız fərdi inkişaf qanunauyğunluqları
əsasında özünəməxsus olan genlərin, molekullann birləşməsi, təkamülü və cinsiyyət
hüceyrələrinin qarşılıqlı assimilyasiyası nəticəsində formalaşır, öz nəslini saxlayır.
Beləliklə, kimyəvi evolyusiya təlimi bir daha Ç.Darvinin insanın əcdadının meymun
93
olması nəzəriyyəsini tamamilə təkzib edərək elmi cəhətdən onun əsassız olduğunu
təsdiqləyir (sxem 1).
QEYRİ ÜZVÜ BİRLƏŞMƏLƏR
i
ÜZVİ BİRLƏŞMƏLƏR
i
İLKİN BULYON
i
KOATSERVATLAR
i
PROTOBİONTLAR
ÇOX MOLEKULLU BİOLOJİ SİSTEMDƏN ƏVVƏL
YARANAN TÖRƏMƏLƏR
i
DNT
1
HÜCEYRƏ
ÇOX HÜ CEYRƏL^ ORQANİZMLƏR
Sxem 1. Kimyəvi evolyusiyanın sxemi (V.İ.Oparinə görə, 1923)
Məlum həqiqətdir ki, elmin inkişafi, cəmiyyətin inkişafı ilə əlaqədar
olmalıdır. Buna görə də o dövrdə Ç.Darvin və digər təkamül təlimçilərinin
xidməti böyük idi. Belə ki, heyvan aləmini öyrənmək, sistemləşdirmək, onlann
quruluşunda, çoxalmasında, inkişafında həyat şəraitinin, xarici mühit amillərinin
rolunu, oxşarlıq və fərqləndirici əlamətləri müəyyən etmək, öyrənmək və s.
olduqca vacib idi. Heyvan aləminin öyrənilməsi də mövcud dövr ilə əlaqədar
olmuşdur. Dünyanın məşhur bioloqları, genetikləri, arxeoloqları, hazırda
materiyanın canlı aləminin və biomüxtəlifliyin təkamül prosesinin geniş və
ətraflı öyrənilməsi sahəsində daha geniş diapozonlu və qlobal xarakterli elmi-
tədqiqat işləri aparır.
94
II FƏSİL
İRSİYYƏTİN SİTO LO Jİ ƏSASLARI
«Hər bir hüceyrə diktator rolu oynayan
nnklein turşusuna malik mikrokosmosu xatır
ladır; lakin xərçəng zamanı o, qaniçən, talan
çı zülmkara-müstəbidə, istibdadçıya (des-
pola), virusla yoluxduqda isə-ölkəni qeyri-qa
nuni zəbt edən qiyamçıya, qarətçiyə (ıtzur-
patora) çevrilir.»
(U.M.Stenli, Nobel m ükafatı laureatı)
2.1. Ümumi məlumat
Dahi rus fizıoloqlan İ.P.Pavlov və I M Seçenovun təliminə görə insan və
heyvan orqanizmi vahid bioloji sistem olmaqla xarici mühit amilləri ilə qırılmaz
dialektik vəhdət və əlaqənin hesabına həyat fəaliyyətini dayanıqlı surətdə davam
etdirir. Bu əlaqə sinir və humoral yolla (hormonlar, neyrosekretlər. metabolizm
məhsulları, vitaminlər, mediatorlar, makro və mıkroelementlər) həmin sistemlər
tərəfindən təmin olunur. Xarici mühit amillərindən əsasən atmosfer havası və
qidalar (yemlər), eləcə də su mənbələri, torpaq ehtiyatları, ərazinin ekoloji
durumu orqanizmə təsir edir. Həmin amillərin təsirindən orqanizmidə gedən
fizioloji və bıokimyəvi proseslərin (metabolizm. hərəki, sekretor. hormonal,
fermentatıv. neyro-humoral və s.) baş verməsinə baxmayaraq orqanizm həmin
təsirə uyğunlaşır-adaptasiya olunur. Hüceyrələrdə, orqanlarda, toxumalarda,
ümumilikdə isə bütün orqanizmdə baş verən proseslərin hamısı mərkəzi sinir
sisteminin tamamilə nəzarəti altında icra olunur və sinir-humoral yolla
tənzimlənir. Xarici mühitdən daxıl olan
adekvat
(orqanizmin uyğunlaşdığı və
ona mənfi təsir göstərməyən) və
qeyri- adekvat
(orqanizmə güclü neqativ təsir
göstərən və fizioloji proseslərin normal ahəngini pozan) qıcıq amilləri
analizatorlarm (dəri, görmə, eşitmə, dad, qoxu bilmə, vestibulyar)
reseptorları
tərəfindən qəbul edilərək
afferent
(mərkəzəqaçan-hissi) sinirlərlə mərkəzi sinir
sisteminə ötürülür, orada ona qarşı analiz və sintez hazırlanır və
efferent
95
(mərkəzdən qaçan-hərəki) sinirlərlə icraçı-işçi orqana göndərilərək müvafiq
cavab reaksiyası yaranır. Analizator
termini ilk dəfə İ.M.Seçenov tərəfindən
elmə daxil olmaqla funksional cəhətdən bir-biri ilə qırılmaz surətdə bağlı olan və
3 əsas hissədən-periferik, keçirici (aralıq, nəqledici) və mərkəzi (baş, onurğa
beyni və qabıq maddədən)-ibarət olan mürəkkəb quruluşlu xüsusi sistemdir.
Periferik hissə qıcıqlan qəbul edən eksteroreseptorlar (xarici), interoreseptorlar
(daxili) və proprioreseptorlardan
(skelet əzələləri, bağlar, vətərlər və oynaqların
reseptorlan) ibarət olmaqla təkamül prosesi zamanı onlar həmin qıcıqlandırıcı
amillərə adaptasiya olunur. Aralıq
(keçirici hissə) periferik hissədən qəbul edilən
impulslan əvvəlcə mərkəzi sinir sisteminə, oradan isə müvafiq işçi orqanlara
ötürür. Mərkəzi hissə
baş və onurğa beyin hüceyrələrindən ibarət olub,
reseptorlardan daxil olan impulslan analiz və sintez edərək müvafiq cavab
reaksiyası hazırlayır, beyin qabığında isə sinir oyanmalan yeni keyfiyyət kəsb
edərək hiss etmə prosesini təmin edir. Bu proseslərin hamısı genetik müstəvi
çərçivəsində baş verir və genlərin nəzarəti altında idarə olunur və tənzimlənir.
Mərkəzi sinir sisteminin bütün şöbələrinin, o cümlədən onun ali şöbəsi sayılan
baş-beyinin böyük yanmkürələrinin fəaliyyətinin əsasını refleks təşkil edir.
i?e/7eAs-(latınca-reflexus-əks olunan, geriyə qayıdan) orqanizmin reseptorlann
qıcıqlanmasına qarşı mərkəzi sinir sisteminin iştirakı ilə verdiyi mürəkkəb, cəld
və təcili cavab reaksiyası olub, elmə ilk dəfə ftansız alimi Rene Dekart
tərəfindən daxil edilib. Fiziologiya elminə refleks təlimini XVIII-əsrdə
İ.Praxanski və P.Uenzer daxil etmişdir, sonralar isə t.M. Seçenov, İ.P.Pavlov,
Ç.Şerrinqton, İ.Beritov və R.Anoxin tərəfindən daha ətraflı və geniş tərzdə
öyrənilmişdir. İ.P.Pavlov bütün refleksləri 2 əsas qrupa- şərtsiz
(anadangəlmə,
genetik, nəsildən nəsilə verilən) və şərti
(həyatda qazanılan) növlərə bölmüşdür.
Şərtsiz refleksə uşağın, yaxud körpə heyvanların doğulan kimi anasını əmməsi,
heyvanlararın hərəkət etməyə (ayağa durmağa meyl göstərməsi, inək və
qoyunların yalamaqla balasını qurutması, körpə heyvanların mələməsi və s.),
şərti refleksə isə müəyyən şərtlərə qarşı (tanış olan yemləri gördükdə ağız suyu
və mədə şirəsinin ifrazı və s.) aiddir. Bioloji əhəmiyyətinə görə reflekslərin qida
(həzm), tənəffüs, müdafiə, cinsiyyət, səs, orientasiya, lokomator, poznotonik
və
s. növləri vardır. Mərkəzi sinir sisteminin şöbələrinin refleksdə iştirak
etməsindən asılı olaraq onun spinal
(onurğa beyin neyronlan iştirak edir),
bulbar
(uzunsov beyin iştirak edir), mezensefal
(orta beyin iştirak edir),
diensefal
(aralıq beyni iştirak edir) və kortikal
(böyük beyin yanmkürələrinin
iştrakı ilə gedir) növləri ayırd edilir. Reseptorlann (sinir uclannın) yerləşmə
yerinə görə isə reflekslər ekstroreseptiv və interorezeptiv
növlərə bölünür.
Reflekslərin hamısının maddi əsasını refleks qövsü (refleksin keçdiyi yol-
afferent, aralıq və efferent neyronlar) təşkil edir. İmpulslann refleks qövsündən
keçməsi üçün sərf olunan vaxt (qıcığın verilməsindən-təsir göstərməsindən
cavab reaksiyasının əmələ gəlməsinə qədər olan dövr) refleks vaxtı (latent dövr)
adlanır və ən sadə reflekslər zamanı 0,001-0,003 saniyə təşkil edir. Refleks vaxtı
qıcıqlanmanın gücündən və mərkəzi sinir sisteminin funksional vəziyyətindən
asılıdır. Qüvvətli qıcıqlanma zamanı refleks vaxtı qısa, yorğunluq zamanı uzun
96
olur, sinir mərkəzlərinin oyanmasının artması zamanı isə qısalır. Qıcıqlanma
(qıcıq amillərinin reseptorlara təsiri) və oyanma
(qıcığın təsir göstərdiyi yerdə
əmələ gələrək sinir lifləri ilə yayılma prosesi) sinir lifləri
vasitəsi ilə həyata
keçirilir. Sinir liflərinin əsas xassələrinə oyanma, lingimə, labillik, oyanmanın
sinirlərdə nəql olunması, sinir oyanmasının polyarlıq qanunu (impulsun
sinir lifinin hansı hissəsində əmələ gəlməsi və hansı istiqamətdə nəql
edildməsi), parabioz (müxtəlif amillərin təsirindən sinir lifinin funksional
qabiliyyətinin itməsi və əlverişli şəraitdə onun bərpa olunması) və s. aiddir.
Qeyd olunanların məntiqi nəticəsi ondan ibarətdir ki, sinir sisteminin ali
orqanizmlərin bioloji varlıq kimi mövcud olmasında, onun genetik statusunun
sabitliyinin təmin edilməsində, bütün fizioloji və biokimyəvi proseslərin
icrasında və tənzimlənməsində, nəslin davam etməsində, populyasiyanın
dayanıqlı inkişafında rolu əvəzolunmazdır və ən aparıcı prioritetdir. Sinir
sisteminin funksional fəaliyyəti isə onun maddi əsasını təşkil edən neyronlann-
sinir hüceyrələrinin nüvəsində yerləşən xromosom dəstləri və onlara məxsus
olan quruluş, məlumat-informasiya, nəqliyyat, operator-funksional və
nəzarətçi genlərin daimi nəzarəti altında olur,
bütün prosesləri onlar
stimullaşdırır və tənzimləyir, son nəticədə isə ali orqanizmlər materiyanın canlı
varlığı kimi formalaşır və dinamik həyat fəaliyyətini davam etdirir, öz nəslini
saxlayır və populyasiyasını inkişaf etdirir. Beləliklə, orqanizmin canlı varlıq
kimi mövcud olması, onun genetik statusunun təmin edilməsi, daxili mühitinin
təmin olunması üçün olduqca geniş areallı zəmin yaranır.
Orqanizm
- onu cansız materiyadan əsaslı surətdə fərqləndirən həyati vacib
proseslərin (maddələr mübadiləsi-metabolizm, böyümə, çoxalma, inkişaf, sinir
sistemi vasitəsilə qıcıqlanmaya cavab vermə, hərəkət etmə, özünə məxsus
davranış qabiliyyəti və s.) məcmuundan ibarət mürəkkəb sistem olub, hüceyrə,
toxuma, orqan və üzvlər sistemindən təşkil olunan canlı bir varlıqdır. Onun tək
və çoxhüceyrəli növləri vardır. Sonuncuların ən xarakterik və fərqləndirici
xüsusiyyəti homeostaza və homeokinezə malik olmasıdır.
Homeostaz
-
orqanizmin genetik və daxili mühitinin-fıziki-kimyəvi
sabitliyinin-konstantının (reaksiyası-pH, qanın və limfa mayesinin tərkibi,
osmotik və arterial təzyiqi, bədən temperaturu, su-duz mübadiləsi, turşu-qələvi
müvazinəti, zülal, karbohidrat, yağ, duzlar və ion tərkibi-elektrolitlərin - Na, K,
Ca, Mq, P, C1 miqdarı və s.) nisbətən saxlanması, tənzim olunması prosesindən
ibarətdir. Əgər homeostazın genetik sabitliyi mövcud olmasaydı, onda insan və
ali çoxhüceyrəli heyvanların yaşaması və həyat fəaliyyəti qeyri-mümkün olardı.
Bu termin biologiya elminə ilk dəfə Amerika filosofu və riyaziyyatçısı İ.Kennon
tərəfindən daxil edilib. Heyvanlar arasında ən təkmilləşmiş və formalaşmış
homeostaz məməlilərə və quşlara məxsusdur. Orqanizmdə müxtəlif maddələrin
nisbətən sabit saxlanması əsasən qan, limfa, haram ilik mayesi-likvor və
bağırsaq şirəsində-ximusda və s. maye mühitdə təmin olunub. Homeostazın
pozulması neyro-humoral yolla tənzimlənir və bərpa olunur. Məsələn, homo-
yoterm (mühitdən asılı olmayaraq sabit temperatura malik olan) heyvanların
hüceyrələri yalnız homeostazın sabit olduğu şəraitdə öz normal funksiyalarını
97
dayanıqlı və dinamik surətdə davam etdirir. Həmin hüdudun astanasının-
sərhəddinin pozulması orqanizmin həyat fəaliyyətinin dəyişilməsi, hətta məhv
olması ilə nəticələnir. Homeostaz həzm traktı və tənəffüs sistemində, qan və
limfa dövranında, qaraciyərdə, sümük iliyində baş verən proseslərin hesabına
təmin edilir. Belə ki, daxili mühitə həzm sistemindən zülallar, karbohidratlar,
yağlar, su, duzlar və vitaminlər, ağciyərlərdən 0 2, qaraciyərdən onun özündə
sintez olunan bəzi maddələr (öd turşuları və s.), cinsiyyət vəzilərindən
hormonlar, sümük iliyindən qanın formalı elementləri, ürəkdən mediatorlar
(asetilxolin, yaxud noradrenalin-simpatin), böyrəklərdən isə renin fermenti daxil
olur. Daxili mühitdən isə böyrəklər vasitəsilə su, ammonyak, sidik cövhəri və
turşusu, müxtəlif qcyri-üzvi maddələr, həzm traktı ilə-duzlar, sidik cövhəri və
digər aralıq məhsulları, ağciyərlərlə C 0 2 və s. qazlar ekskresiya-xiric edilir. Bu
olduqca mürəkkəb proseslər daimi və fasiləsiz olaraq davam edir və orqanizmin
homeostazı təmin olunur. Homeostazın təmin edilməsində ən başlıca funksiyam
hüceyrə mübadiləsi yerinə yetirir. Daxili mühitə maddələr yalnız hüceyrə
membranı ilə daxil olur, mübadilə məhsullan-metabolitlər isə hüceyrədən
çıxaraq hüceyrəarası mayedə hər hansı bir maddənin çatışmaması, yaxud artıq
olması hüceyrələrin funksiyasını ya gücləndirir, ya da tormozlayır. Məsələn,
daxili mühitdə zülallar çatışmadıqda hüceyrələrdə onların sintezi güclənir, artıq
olduqda isə-əksinə proses baş verir. Hüceyrəarası mayedə zülalların artıq olması
hüceyrənin ribonukleaza fermentini fəallaşdırır və həmin ferment RNT-yə təsir
etdiyi üçün o, zülal sintezində iştrakım dərhal dayandırır. Daxili mühitin daimi
sabitliyi neyro-humoral yolla tənzimlənir.
H omeokinez-
orqanizmin dəyişilmiş xarici mühit şəraitində həyat
fəaliyyətini davam etdirməsi üçün olduqca vacib və həyati əhəmiyyətli
funksiyalann-eneıjinin ayrılması, lokomator fəallıq (hərəkətetmə)- daimi
saxlanmasından ibarət olub, bəzən homeostazın dəyişildiyi, yaxud ondan asılı
olmayan şəraitdə baş verir. Orqanizmin homeostazınm və homeokinezin
dayanıqlı davamiyyəti və saxlanması üçün ən vacib şərtlərdən biri maddələr
mübadiləsidir.
Maddələr mübadiləsi
(metabolizm) - xarici ətraf mühitdən orqanizmə
müxtəlif maddələrin daxil olması və əmələ gələn parçalanma aralıq
məhsullarının orqanizmdən xaric edilməsindən ibarət olmaqla, bu zaman
yaranan potensial eneıji ayrılaraq kimyəvi, mexaniki, istilik və elektrik
eneıjisinə çevrilir. Həmin sərbəst enerji növləri orqanizmdə əzələ işinin həyata
keçirilməsi, genetik sabitliyin, bədən temperaturunun daimi dinamik saxlanması,
hüceyrənin quruluş və funksiyalarının, onun böyümə və inkişafının təmin
olunması üçün istifadə olunur. Metabolizm iki bir-biri ilə həm dialektik vəhdətdə
olan, həm də əks istiqamətdə gedən prosesdən-assimilyasiya-anabolizm və
dissimilyasiya-katabolizm ibarətdir.
Anabolizm -
xarici mühitdən orqanizmə daxil olan ən bəsit maddələrin
hüceyrələr tərəfindən mənimsənilməsi və onlardan daha mürəkkəb birləşmələrin
hasil olunmasıdır.
Dostları ilə paylaş: |