116
Qucaqlama refleksi -
törədicinin
dişi fərdin üzərinə qalxması və ön
ətrafları ilə onu qucaqlamasından ibarət olub, ayqırlarda və donuzlarda çox
güclü, buğa, təkə və qoçlarda isə nisbətən zəif nəzərə çarpır. Bu refleks də irsi və
növdaxili xarakter daşıyır, bəzi variasiyalara malikdir, eyni vaxtda birləşmə
refleksii yaranır, törədicinin fəal hərəkəti nəticəsində penis vaginaya daxil olur
(immitsio), onun dinamiki hərəkəti (friksio) nəticəsində termiki və mexaniki
reseptorlan qıcıqlanır və eyakulyasiya başlayır.
Vaginal myalanma
qrupuna aid
olan heyvanlarda koitus qısa, eyakulyasiya sinxron olmaqla, sperma balalıq
boynuna daxil olur. Bu qrupun tipik nümayəndələri iri və xırda buynuzlu
heyvanlar, bütün antilop növləri və dovşanlar sayılır.
Balalıq mayalanması
qrupuna aid olan heyvanlarda sperma bir başa
balalığa daxil olur (at, eşşək, donuz, pişik, itlər və tülkülər), onlarda koitus
nisbətən uzun çəkir, eyakulyat asinxron xarakterlidir. Göründüyü kimi, müxtəlif
mayalanma tipinə malik olan heyvanlarda cinsiyyətli aktı fərqli xüsusiyyətə
malikdir (cədvəl 4).
Cədvəl 4.
Müxtəlif mayalanma tipinə malik olan heyvanlarda cinsiyyət aktının fərqlənməsi
(A.P.Studensov və b., 1980)
C insiyyət aktı (koitus)
Balalıq mayalanması
Vaginal mayalanma
Koitusun müddəti
Uzun
Qısa
Eyakulyasiya
Dəqiqələrlə hesablanır
Saniyələrlə hesablanır
Eyakulyatm həcmi
Böyük
Kiçik
Spermiyalann
konsentrasiyası (qaühğı)
Azacıq
Böyük
Əlavə cinsiyyət vəziləri
Yaxşı inkişaf etmişlər
Z əif inkişaf etmişlər
Vaginal tipli mayalanm aya m alik olan heyvanlarda koitusun qısa
m üddətli olm asının səbəbi spermiyanın xaya artım ından genişlənm iş am-
pulabənzər toxum aparan kanala daxil olub oradan vaginaya gətirilm əsi za
manı birləşm ə refleksinə qədər ləngim ənin baş verm əsidir. Spermiyanın
ləngim əsinin səbəbi isə məhz toxum çıxarıcı kanalın genişlənmiş ampu-
layabənzər quruluşa malik olm asıdır. Buğa, qoç və təkədə cinsiyyət aktı
ilə eyakulyasiya eyni vaxtda baş verərək 2-10, antiloplarda isə-10-15
saniyə davam edir. A yqırın və eşşəyin cinsiyyət aktı 1-3 dəqiqə,
eyakulyasiya isə-5-10 saniyə, donuzda bu göstəricilər müvafiq olaraq 10-
15 və 7-8 dəqiqə davam edir. D əvələr cinsiyyət aktını yatılı vəziyyətdə
117
arxa-arxaya birləşm əklə davam etdirir, proses 13-14 dəqiqə davam edir.
Bütün heyvanlardan fərqli olaraq cinsiyyət reaksiyası erkək dəvələrdə
olduqca aqressiv formada keçir. Bu proses əsasən ilin soyuq qış aylarında
baş verir. Həmin dövrdə erkək dəvə yemdən tamamilə im tina edir, çox
güclü, köpüklü tüpürcək əmələ gəlir, insanlara hücum edir və uzaq
m əsafədən onlara tüpürür. El arasında buna «nər qızıb» deyirlər. N ər
insan üçün çox təhlükəli olduğu üçün həmin dövrdə bir neçə gün onun ön
ətraflarını möhkəm çidarlayır, cinsiyyət reaksiyası tamamilə söndükdən
sonra onu çidardan azad edirlər. Buna oxşar reaksiya buğada, xüsusilə
kələdə də müşahidə olunur. Hövrəgəlm ə aktı başladıqda kələ olm adıqda
cam ışlar onu axtarır, bəzən isə onu tapana qədər uzaq məsafəyə m iqrasiya
edir. İtdə və digər yırtıcı vəhşi ət yeyən heyvanlarda (canavar, tülkü,
çaqqal, yenot və s.) koitus nisbətən uzun, bəzən isə 2 saata qədər davam
edir və bu müddət ərzində onlar birləşm iş vəziyyətdə olur. Şirlər də
koitusu yatılı vəziyyətdə keçirir. Lakin koitus zamanı erkəklər sakit
davrandığı halda, dişilər ona qarşı olduqca aqressivlik göstərir, sanki
onunla
dava etməyə
çalışır.
İnsanda koitus
sinir tipindən və
tem peram entlik dərəcəsindən asılı olaraq ayrı-ayrı fərdlərdə bir-birindən
xeyli fərqlənir və m üxtəlif müddət davam edir.
Çoxalma prosesi ilə əlaqədar bütün reaksiyalar sonda myalanm a və ən
həlledici, olduqca mürəkkəb və nəslin davam çısı, irsiyyətin ən dayanıqlı
daşıyıcı sayılan
boğazlıqla
yekunlaşır.
Boğazlıq (qraviditas) -
irsiyyətin
sitoloji əsası sayılan xromosom və genlərin vasitəsilə əlamət və xassələrin
valideynlərdən gələcək nəsil törəm ələrinə keçməsi prosesinin əsas və ən
birinci təm inatçısı sayılan mürəkkəb fizioloji prosesdir. Bu proses
ziqotanın əmələ gəlm əsindən balanın doğulm asına qədər dişi fərdlərin
orqanizmində baş verir və praktiki olaraq onun başlanğıcı sonuncu
mayalanm a hesab olunur. Boğazlıq balalıqda bir və ya bir neçə dölün
inkişaf etm əsindən asılı olaraq
birdöllii (ilk doğuş)
və
çoxdöllü
(əgər baş
versə sonrakı təkrar doğuşlar) formaya böölünür. Gedişinə görə
boğazlığın
fizio lo ji
(ana və dölün normal fizioloji vəziyyətinin davam
etməsi) və
patoloji
(ananın və inkişafda olan dölün orqanizmində gedən
fizioloji proseslərin pozulması və patologiya ilə müşayət olunması)
formaları ayırd edilir. Ana bətnində dölün inkişafında 3 əsas mərhələ
mövcuddur:
1.
B lastosisitlər (blastula) m ərhələsi-
mayalanm adan ziqotanın
yum urtalıq (fallopi) borusundan balalığa daxil olması və inkişafı ilə
xarakterlənir və 10 gün davam edir.
2.
E m brional (rüşeym ) dövrü
rüşeymin balaətrafı pərdələrlə (ətənə
ilə) birləşm əsi ilə səciyyələnir, 11-ci sutkadan 40-cı sutkaya qədər davam
edir.
3.
F etal (döl) d ö vrü -
dölün böyümə və inkişafı ilə səciyyələnir və
doğuma qədər olan m ərhələni əhatə edir. Bəzi m üəlliflər (A .P.Studensov
və b., 1980) heyvanların boğazlığına d ig ər-p o stfetal-d ö v rü də (doğumdan
118
fizioloji yetişkənliyə qədər olan dövr) əlavə edirlər. Əlbəttə, bu dövr bir
növ məcazi m əna daşıyır. Boğazlığın m üddəti inəkdə -285 (240-311),
qoyun və keçidə-150 (146-160), donuzda 114 (110-140), m adyanda -340
(307-412), eşşək d ə- 380 (360-390), dəvədə-365 (335-395), cam ışda-307
(300-315), itdə və canavarda - 62 (59-65), fıldə-660, su itində-456,
zürafədə-420, Şimal m arallannda-225 (195-243), ayıda-200, pələngdə-
154, pişikdə-58 (55-60), dovşanda-51 (50-52), gəm iricilərdə-22 (20-25)
sutkadır. Ümumiyyətlə, heyvanların çoxalm a funksiyalarının göstəriciləri
bir-birindən xeyli fərqlənir (cədvəl 5).
Cədvəl 5.
Heyvanların çoxalma funksiyalarının əsas göstəriciləri (A.A.Sisoyev, 1980)
H e y v a n
ın n ö v ü
İlk mayalan
manın
optimal
müddəti
(aylarla)
Cinsiyyət
tsiklinin
davamiyyəti
(günlərlə)
Hövrə-
gəlmənin
davamiyyəti
(saatlarla)
Ovulyasiyanın
müddəti
Boğazlığın
orta
hesabla
müddəti
(günlərlə)
At
36-48
20-21
48-114
Hövrəgəlmənin
sonuna 1-2 gün
qalmış
340
İnək
16-18
18-22
12-18
Hövrəgəlmənin
sonuna 10-15
saat qalmış
285
Qoyun
və keçi
12-15
16-17
24-3 6
Hövrəgəlmənin
1-ci sutkasının
sonuna qalmış
150
Donuz
8-11
20-21
48-7 2
Hövrəgəlmənin
2-ci sutkasında
114
Canlı orqanizmlər öz nəslini çoxalma yolu ilə davam etdirməklə bütün
əlamət və xassələrini gələcək nəsillərə ötürür. Hüceyrənin bölünməsi çox
119
mürəkkəb fizioloji proses olmaqla orqanizmlərin qeyri-cinsi və ya vegetitiv
çoxalmasının əsas məğzini təşkil edir. Tək hüceyrəli orqanizmlərdə çoxalma
prosesi başlanğıc ana hüceyrənin iki qız hüceyrəyə bölünməsi nəticəsində baş
verərək
sadə,
yaxud
amitoz bölünmə
adlanır. Çoxhüceyrəlilərdə isə çoxalma
prosesi mürəkkəb və mərhələli xarakter daşıyaraq hüceyrələrin iki qız hüceyrəyə
bölünməsi ilə müşayət olunur və
mitoz,
yaxud
kariokinez
bölünmə adlanrr.
Kariokinoz-hüceyrənin nüvəsinin və sitoplazmasının bölünməsi proseslərindən
ibarətdir. Təkamül prosesi zamanı orqanizmin əlamət və xassələrinin nəslə
ötürülməsi üç əsas mexanizmlə -
mitoz, meyoz
və
mayalanma
- həyata keçirilir
(sxem 3,4,5).
120
Sxem 3.
Çoxalmanın formaları
121
ТАМ BÖLÜNMƏ
(Holoblastik)
B ərabər
Q c \ ri-bərabər
Q eyri-b?rabər
Sınxron
A sin xron
A sinxron
n a t a m a m
b ö l ü n m ə
(Merioblastik)
1
U ısk o d ia l
A sin xron
1
i
▼
t
S elo b la stııla
Sentrolesital
A m fib la stııla
B lastosista
(N eştərç ? )
(Q u rb ağa)
ı in sa n )
t
Q aşlar
Sxem 4. Embnonal ıııkişafm bölüıımə mərhələləri (C Nəcəfov vəb.. 2010)
M Г-Z O D FR M A
Mczcnxima
Splanxıwtoml’romezonefral Nefrolom
Somitbr
Splanxnotema
kanal
Vliotom
Sklerotnm
Dcrmalom
'F
▼
t
t
•>
Qatı hüceyrə
Mezoic1i
Yımıtırta
Böyrək
ləri Birləşdi
Böyrəkıistü
у ı xarici
cpıtclisi
rici toxuma
vəzin qabıq
bonınun
Toxum
Damarlar.
qalı. Ürəyin
cpıtclisi.
yıxancı
Mikroqliya
əzələ toxu
Uşaqlığın
kanalın
ması
epitelisı
epi tel isi
i
i
i
İninə-
Sümiik
Dərinin
zolaqlı vəqığırdaq birləşdirici
(skelet)
toxuması toxuma
əzələ
əsası
toxuması
Sxem 5. Mezodermamn differensiasiya prosesinin sxemi (C.Nəcəfov və b.. 2010)
2.4. Mitoz və onun xüsusiyyətləri
Orqanizmlərin inkişafının, orqan və toxumaların dıffercnsıasıvasının əsasını
hüceyrələrin çoxalması, həmçinin bir hüceyrə nəslinin digəri ilə əvəz olunması
122
təşkil edir. Bədənin bütün somatik hüceyrələrini müxtəlif nəsillərin hamısında
eyni miqdarda genetik material təşkil edir. Həmin genetik material xüsusi
bölünmə mexanizminə -
mitoza
malikdir. Mitoz prosesində iki əsas mərhələ -
interfaza
və
xüsusi mitoz
ayırd edilir
İnterfaza-
mitozun sələfi olmaqla üç mərhələ-snttez
önü (presintetik) (Ç2),
sintez (S), postsintez-sintezdən sonrakı (ÇJ
- ilə müşayət olunur. Çı-mərhələsində
(presintetik) hüceyrədə onun quruluşunu və bölünməsini təmin edən zülal, RNT və
s. toplanır. Bu mərhələ nisbətən uzun müddət (10 saatdan bir neçə günə qədər)
davam etməklə mRNT (məlumat RNT-si), fermentlər və digər hüceyrə
komponentlərinin sintezi və DNT molekulunun sintezinə hazırlıq mərhələsi sayılır.
S - mərhələsində DNT sintez olunmaqla xromosomlann autoreproduksıyası (öz-
özünə ikiləşməsi) başlayır və ikinci xromatidlər əmələ gəlir. Bu zaman proses 6-10
saat davam etməklə nüvədə DNT molekulu 2 dəfə artır, zülal və RNT sintezi davam
edir. Ç2. mərhələsində DNT-nin və zülalların sintezi davam edir, cneqı toplanır. Bu
mərhələ 3-4 saat çəkməklə xromosomlann ikiləşməsi ilə nəticələnir və fərqli
xarakter daşıyır (ikiləşmə xromosomlann daxilində eyni zamanda baş vermir,
bəzilərində tez, digərlərində isə gec baş verir) İnterfazadan sonra hüceyrənin
bölünməsi prosesi -
mitoz
başlayır.
Mitotik proses
orqanizmin növündən, fizioloji
vəziyyətindən, toxumadan, mühit amillərindən asılı olaraq 30 dəqiqədən 3 saata
qədər davam edir. M.Babayevə və M.Məcidova görə hüceyrə tsiklinin və onun ayn-
ayn vaxt kəsiklərinin (dövrlərinin) ümumi davametmə müddəti yalnız müxtəlif
orqanizmlərdə deyil, həm də eyni orqanizmin müxtəlif orqanlarının hüceyrələrində
də xeyli dərəcədə variasiya edir (dəyişilir). Lakin bır orqanın hüceyrələri üçün bu
qiymət nisbi sabitliyə malik olur (cədvəl 6).
Cədvəl 6.
Mitotik tsikl və onun dövrlərinin davametmə müddəti (saatlarla), (M.Babavev,
M.Məcidov, 2006).
N öv
Mitotik
tsikl
Mitoz
G,
S
C,.
Çol noxudu (20'C)
əsas kok
15.0
1.2
0.8
7,8
5.2
«an köklər
18.1
1.0
3,7
8.0
5,1
\oxu d (2 2 'D
19.3
2.3
6.7
8,0
2.3
Qarğıdalı
Sakitlik mərkəzin lııı-
170,0
6.0
135.0
16,0
I3.0
çevrələri
kok usküyıınıın periferik
hüceyrələri
22.5
2,2
6.3
в, 7
7.3
S-i v H ıı
r.äzik bağırsaq epitclisi
18.75
1,0
9,5
7,5
0,75
c ıymız təbəqənin epıtelisi
rən epi tel isi
72.(1
585,6
0,75
—
8.5
1.0
L - hüceyrələr
3,8
528
39
1.6
S:? fihroblosları)
20,0
1,0
9 11
ö 7
3,1
123
İnterfaza
- nüvənin sakitlik mərhələsi adlanmasına baxmayaraq bu
zaman hüceyrənin nüvəsində çox mürəkkəb dəyişikliklər baş verir və
bölünmə prosesi başlayır. Mitoz bir-birini ardıcıl olaraq əvəz edən beş əsas
faza - mərhələ (profaza, prometafaza, metafaza, anafaza, telofaza) ilə
müşayət olunur (şəkil 7,8). Profaza
mərhələsində xromosomlar görünməyə
başlayır və nüvənin qişası əriyir, nüvənin daxilində yumağı xatırladan
torvari xromatin teli əmələ gəlir və onlar xromosomlara çevrilir. Profaza
mərhələsi nüvəciklərin və nüvənin qlafının həll olması, onun plazmasının-
karioplazmanın sitoplazm a ilə qarışması və mikroplazmamn
əmələ gəlməsi
ilə səciyyələnir. M etafazada
- xromosomlar hüceyrənin ortasında düzülür,
ekvatorial lövhədə iy tellərinə qarşı perpendikulyar yerləşir, onların
forması və sayı aydın müşahidə olunur. Bu mərhələ çox qısa mühitdə başa
çatır, sentramer b ir xətt üzrə metafaza (ekvatorial) lövhəsində yerləşir,
sentriollar arasındakı iy telləri xromosomun sentromeri ilə birləşir.
Anafazada
- hər bir xromosomun iki xromatidi əks istiqamətlərdə qarşı-
qarşıya yerləşir, bütün xromosomlarda eyni vaxtda sentrom erlər bölünür,
xrom atidlər iki sərbəst xromosoma çevrilir. Sentromerlərin bölünməsi başa
çatan kimi xromosomlar dərhal hüceyrənin qütblərinə çəkilir və bu prosesi
iy telləri idarə edir. İy telləri qısaldığından xromosomların yarısı çox
sürətlə və nizamlı surətdə hüceyrənin bir, yarısı isə digər qütbünə çəkilir,
onların sayı valideyin hüceyrələrindəkinə bərabər olduğu üçün gələcək
nəsil törəmələrində də sabit saxlanılır. Bu prosesin m üxtəlif səbəblərdən
pozulması
nəticəsində
xromosomların
sayının
dəyişilməsi
bəzi
anomaliyaların yaranmasına səbəb olur. Telofaza
mərhələsində hüceyrənin
xromosomları qütblərə doğru yığılmaqla onlar uzanır, sitoplazma iki yerə
bölünür, bir ana hüceyrədən iki qız hüceyrə əmələ gəlir və onların hər
birində ana hüceyrədəki miqdarda xromosom olur.
Qametogenez və meyoz.
Bir xromosom dəsti olan hüceyrə haploid
(haplos- sadə), ikiqat xromosom dəsti olan hüceyrə isə diploid
(diplos-
ikiqat) adlanır. Hüceyrənin cinsiyyətli bölünməsi mürəkkəb proses olmaqla
bu zaman xromosomların miqdarı yarıya qədər azalır. M ayalanma zamanı
xromosomların başlanğıc miqdarı bərpa olunur. Canlı orqanizmlərin
cinsiyyət hüceyrələrinin inkişafı prosesi qametogenez, erkək fərdlərdə
spermogenez, dişilərdə isə -ovogenez
adlanır.
M itoz
- qeyri-cinsi çoxalma təbii seçmə yolu ilə somatik hüceyrələrin
çoxalması zamanı möhkəmlənmiş mürəkkəb proses olub DNT mole-
kullarının və xromosomların reduplikasiyası (ikiləşməsi) və bərabər sürətdə
qız hüceyrələrə keçməsindən ibarətdir.
124
Şəkil
7. Heyvan hüceyrəsinin 4 xromosoınla mitotik (haploid ıniqdar=2) bölün
məsinin sxemi (K.Villi, B.Dete, 1975)
A - interfaza (sakitlik mərhələsi);
B - ilkin profaza (sentriolalar ayrılıb);
Vvə Q - son profaza;
D - metafaza;
E - ilkin və son anafaza
Z - telofaza; (nüvə qişası əriyir, sitoplazmanın bölünməsi başlayır).
1- xromosom;
2 - sentromer;
3 - nüvəcik;
4 - nüvə;
5 - nüvə qişası;
6 - sentriol;
7 - ulduz və çıxıntılar
125
Şəkil 8.
Milozun mərhələləri (B.Qutman və b.. 2004).
Beləliklə, hüceyrənin cinsi çoxalması mürəkkəb mərhələlərlə müşayət
olunan bır prosesdir. İnsanın kariotipində iki xromosom dəsti (23) olduğundan
insanlar diploid orqanizmlər hesab olunur. Bu prosesi sxematik olaraq aşağıdakı
kimi şərh etmək olar:
D iploid (2n) fa za
H aploid (İn) fa za
Hüceyrə tsikli zamanı nüvənin bölünməsi ilə əlaqədar olaraq, sitoplazma da
iki yerə bölünür, nəticədə iki qız hüceyrə yaranır, heyvan hüceyrələrində
126
ekvatorial səthində get-gedə dərinləşərək sitoplazmanı iki yerə bölən xüsusi
şırım əmələ gəlir və
sitokin ez
adlanır. Mitozdan əlavə hüceyrənin başqa
bölünmə tipləri də - amitoz, endomitoz və politeniya - mövcuddur.
A m ito z bölünm ə
-
hüceyrə nüvəsinin 2 yerə bölünməsi prosesində iy
tellərinin yaranmaması, 2 yaxud daha artıq nüvələrin fraqmentasiyası baş
verməklə, əsasən patoloji və yüksək differensiasiya olunması toxumalarda
(kanserogen-xərçəng, degenerasiyaya uğramış əzələ hüceyrələrində, ibtidailərdə
və s.) müşahidə olunur.
E n dom itoz
-
hüceyrənin bölünməsi zamanı nüvənin qlafı sabit qalır, nüvədə
xromosomlann sayı ilkin saya nisbətən xeyli, bəzən isə on dəfələrlə artıq olur.
Bu proses bitki və heyvan toxumalarının intensiv funksiyaya (hiperfunksiya)
malik olan hüceyrələrində daha çox baş verir.
P oliten iya
-
xromosomlann həddindən artıq ikiləşməsi, bir-biri ilə
birləşməsi, diametrinin böyüməsi (tellərin sayımn çox artması, 1000-2000 ədədə
çatması) nəticəsində giqant (nəhəng) xromosomlann yaranmasından ibarətdir.
Bu hadisə əsasən bitki toxumalannda və bəzi həşəratlann ağız suyu vəzilərinin
hüceyrələrində baş verir.
Dostları ilə paylaş: |