186
populyasiyamn həm quruluşunu, həm də heteroziqotlann sayını müəyyən etmək
mümkün olur. Seçmə apanlmadığı tərzdə populyasiyamn genetik sabitliyi daimi
təmin olunur. Populyasiyalarda gedən mikrotəkamül prosesi qidalanma,
saxlanma, seçmə və mühit şəraitindən asılıdır. Populyasiyamn təbii şəraitdə
allellərin təsiri nəticəsində formalaşan təbii və yaradılmış spesifik mühit
şəraitində süni seçmənin nəticəsində formalaşan süni növləri vardır. Təbii seçmə
nəticəsində yaranan populyasiyalar da öz növbəsində
yerli (lokal ekoloji)
və
coğrafi növlərə
bölünür.
Dominant homoziqotlann qismi pAA, dominant heteroziqotlann qismi 2
p.qAa, homoziqot resessivlərin qismi isə qaa olur:
pA
qa
PA
p2 AA
p.qAa
qa
p.qAa
2
q aa
Tutaq ki, sürüdəki 1000 baş boz quzunun, 200 başı qara rəngə malikdir.
Qanuna müvafiq olaraq:
q2aa = 20:10=0,20
q a=0,20=0,447
Mendel qanuna əsasən: pA+qa=l
Bizim misalda bunu yerinə qoysaq 1-0,447=0,553 olacaqdır. Əgər genotipin
bir qismini tapsaq (AA), onda PAA=Vp2AA = V0,5532 =0,3058. Bu zaman
heteroziqotlann qismi:
2 pq bu cür olacaq: 2p.qAa=2.0,553.0,447=0,4944 təşkil edəcək.
Sürüdəki boz və qara quzulann populyasiyadakı tərkibi (nisbəti %-lə)
aşağıdakı kimi olacaq:
AA=0,3058, yaxud 30,58% (306 baş)
Aa =0,4944, yaxud 49,44% (494 baş)
aa =0,20, yaxud 20,00% 20,00% (200 baş)
Cəmi: 100%, yaxud 1000 baş (T.M.Turabov, 1997).
187
5.2.2. Populyasiyada genetik
təkam ülün əsas amilləri
«Qayalı dağlardan duman yüksəlir,
Ulduzlar havanın bağrını dəlir,
Xəyalım gecəni salama gəlir,
Çapdırır atını bir başa dünya.»
(Səməd Vurğun)
Kənd təsərrüfatı heyvanları və quşlarının populyasiyasında genlərin miqdarı
həmişə dəyişilir. Bu hal populyasiyanın sonrakı nəsillərində genetik müayinə
zamanı daha qabanq müşahidə olunur. Həmin dəyişikliklər isə genetik
təkamülün əsas məğzini təşkil edir. Təkamülün ən başlıca amilləri
mutasiya,
təbii və süni seçmə, miqrasiya, genlərin dreyfi
və s. ibarətdir. Lakin
populyasiyada
genetik dəyişikliyin əsas səbəbəi
mutasiya
hesab edilir. Hər bir
genin
spontan
mutasiyasının
aşağı
sürətlə getməsinə
baxmayaraq,
populyasiyanın ümumi genlərinin mutasiyası çox geniş vüsətlə baş verir.
Valideynlərin cinsiyyət hüceyrələrində yaranan mutasiya gələcək nəsillərin
genetik quruluşunda olduqca kəskin dəyişikliklər əmələ gətirir. Sayı sabit
saxlanılan və seçməyə məruz qalmayan populyasiyalarda baş verən mutasiya
əksər hallarda dərhal itirilir. Sonrakı nəsillərdə müstəsna hal kimi bəzi mutasiya
əlamətləri müşahidə olunur. Populyasiyanın genetik quruluşu əsasən təbii və
süni seçmələr zamanı formalaşır və dəyişikliyə uğrayır.
Təbii seçmənin
əsas
təsir mexanizmi yüksək
məhsuldar və balavermə qabiliyyətinə
malik olan,
tezyetişən, ətraf m ühit şəraitinə daha sürətlə uyğunlaşan
fərdlərin
çoxalmasının olduqca böyük üstünlük təşkil etməsindən ibarətdir.
Süni seçmə
zamanı isə populyasiyada əsas əhəmiyyəti yalnız
məhsuldarlıq
təşkil edir.
V.İ.Vlasovun fikrincə təbii seçmə populyasiyanın ontogenezinin bütün
mərhələlərində-qametlərin əmələ gəlməsindən orqanizmin tam inkişafina qədər-
davam edir. Təbii seçmə seleksiya zamanı məhsuldarlıq əlamətlərinə görə süni
seçmənin sürətinə və gedişinə tamamilə əks istiqamətli təsir göstərir və onu
kölgədə qoyur. Buna görə də heyvanların seçilməsi zamanı təkcə onların
məhsuldarlığı deyil, həm də ətraf mühitin təsirinə uyğunlaşma dərəcəsi nəzərə
alınmalıdır. S.M.Çerşenzon təbii seçmənin intensivliyinin əsas kriteriyası kimi
müqayisə olunan qrupların ətraf mühitə uyğunlaşma dərəcəsi arasındakı fərqi
götürərək, onu
seçmə əmsalı
adlandırmış və vahidlə ifadə etmişdir. Məsələn, aa
genotipinə malik olan nəslin fərdlərinin AA, yaxud Aa nəslin fərdlərinə nisbətən
10% az nəsil verməsi hər iki qrupun ətraf mühitə uyğunlaşma ehtimalının AA və
Aa genotipi üçün vahidə, aa-fərdləri üçün isə - 0,9-a bərabər olduğunu göstərir.
Baytarlıq təbabəti genetikası baxımından neqativ təsirə malik olan mutasiya,
xüsusilə onun resessiv tipi seçmənin səmərəliliyinə mühüm təsir göstərən başlıca
188
amil sayılır. Riyazi analizin nəticəsi göstərir ki, seçmə zamanı resessiv mutant
genin sayının yükəsk intensivliyə malik olması çox sürətlə azalaraq minimal
həddə çata bilər. Məsələn, letal genlərin sayanı azaltmaq üçün (0,3-dən 0,2-yə
qədər) populyasiyanın növbəti iki nəsli kifayətdir. Populyasiyalann genetik
quruluşu həm təsadüfi genetik proseslərin təsiri nəticəsində, həm də genlərin
dreyfi zamanı dəyişikliyə uğraya bilər. Kiçik (az saylı) populyasiyalarda
genlərin dreyfi daha intensiv olur. Belə ki, təcrid olunmuş azsaylı qaramal,
qoyun populyasiyalarında genetik-avtomatik proseslərlə əlaqədar olan nadir
mutasiyaların səviyyəsi yüksək olur.
Miqrasiya
(heyvanların bir coğrafi
relyefdən digərinə köçürülməsi) prosesi zamanı da müxtəlif heyvan
populyasiyalarında mutasiya baş verir. Import olunan, xüsusilə törədici
heyvanlar mutasiyanın daşıyıcısı olmaqla yerli populyasiyalarda genetik
anomaliyalan yayır və heyvandarlığın intensiv inkişafına çox güclü maneçilik
törədir. Buna görə də alimlər mutasiyalı törədicilərdən istifadə olunmasını
səmərəsiz üsul hesab edirlər.
Seçmənin populyasiyalann quruluşuna təsiri.
Populyasiyalann genetik
quruluşuna təsir edən başlıca amil təbii və süni seçmə olmaqla, onun təsiri
nəticəsində populyasiyalann tərkibində genetik kəmiyyət və keyfiyyət
dəyişkənlikləri baş verir. Resessiv homoziqot fərdlərin populyasiyalardakı
qismini artırmaq məqsədilə dominant homoziqot (AA) və heteroziqotlar (Aa)
sürüdən çıxdaş edilir. Seçmənin bu üsulu xəzdəriçilikdə daha geniş tətbiq edilir
və qiymətli resessiv genotiplər seleksiya məqsədilə saxlanılır. Seçmə dominant
heteroziqotları saxlamaq və resessivləri (AA və Aa) çıxdaş etmək məqsədilə
apanldıqda, alman qismi artır, növbəti nəsillərdə isə get-gedə azalır, yaxud
müəyyən müddət bərabər səviyyədə qalaraq seçmənin tələbatını ödəyir,
dominant (AA) və resessiv (aa) genotiplərin nisbəti bərabərləşir və tənzimlənir.
Bu cür süni seçmədən əsasən boz-qaragül qoyunlarının populyasiyalarında daha
çox istifadə olunur.
Populyasiyalarda seçmənin
aşağıdakı tipləri vardır:
1.
Sabitləşdirici seçmə
- zamanı populyasiyalarda genetik əlamət bir neçə
nəslə ötürülərək eyni səviyyədə saxlanılır və mühitə yaxşı uyğunlaşa bilməyən
fərdlər çıxdaş olunur. Nəticədə populyasiyalann genetik quruluşunun sabitliyi
təmin edilir, əlamətin dəyişkənlik meyli çox azalır və orta kəmiyyətə müvafiq
olur. Seçmənin bu tipi bəzən vəhşi və ev heyvanlan üçün o qədər də böyük
əhəmiyyət kəsb etmir.
2.
istiqamətli seçm ə-
kənd təsərrüfatı heyvanlarının seleksiyası zamanı
olduqca böyük əhəmiyyətə malik olmaqla alman yeni nəsil törəmələrinin
fenotipik əlamətlərinə ciddi təsir göstərir və arzu olunan nəticələrə nail olunur.
Heyvanları seçərkən fenotipik cəhətdən mühit şəraitinə daha sürətlə uyğunlaşan
fərdlər seçilməli və məqsədyönlü taylaşdırma aparılmalıdır. Çünki seçmənin bu
formada aparılması nəticəsində populyasiyalarda arzu olunan genetik əlamətlər
möhkəmlənir və seçmə çox rasional olur.
3.
Fasiləli (arasıkəsilən-dizputiv) seçməyə
misal olaraq süd məhsul
darlığına və südün yağlılığına görə inəklər arasında 2 istiqamətli-fasiləli
189
seçmənin aparılmasını göstərmək olar. Belə ki, südlük istiqamətli qaramalın
seçməsi apanlarkən populyasiya 2 fərqli qrupa-yüksək süd məhsuldarlığına, az
yağlılığa və aşağı süd məhsuldarlığına, yüksək yağlılığa malik olanlara bölünür.
Beləliklə, bu zaman populyasiya mələz, yaxud hibrid subpopulyasiyalanna
ayrılaraq bir-birindən əlamətlərinə görə kəskin surətdə fərqlənirlər. İstənilən
formada aparılan seçmələr xarici mühit amillərinin təsirindən asılı, əsas
əlamətlər və orqanlar isə seçmənin təsirinə daha çox həssas olur və dəyişikliyə
məruz qalır. Populyasiyalarda aparılan seçmənin onun genetik quruluşunun
dəyişilməsinə və səmərəliliyinə yetişdirmə üsullarının daha güclü təsir
göstərməsini nəzərə alaraq çarpazlaşdırma və qohumlar arasında cütləşməyə
(inbridinq) xüsusi üstünlük verilir. Bu zaman populyasiyada genetik tarazlıq
pozulduğundan panmiksiya prinsipi öz gücünü tamamilə itirir. Həm
heyvandarlıqda,
həm
də
bitkiçilikdə
çarpazlaşdırma
apanlarkən
populyasiyalarda heteroziqot fərdlər yaranır və onların məhsuldarlıq əlamətləri
müsbət istiqamətdə dəyişilir. Inbridinqdə isə proses əksinə baş verir, homoziqot
fərdlərin sayı üstünlük təşkil edir, balavermə və həyat fiınksiyalan çox azalır,
bəzən isə onlar məhv olurlar. Beləliklə, genofondda arzu olunmayan əlamətlər
qiymətli və arzu olunan əlamətlərlə əvəz olunur, seçmənin səmərəsi yüksək olur
və yaxşılaşdırma müsbət istiqamətlərə yönəldilir.
Qan qatma çarpazlaşdırma
apanldıqda alman I-nəsil mələzlər arasında az
məhsuldar, xəstəliklərə qarşı davamsız olan heyvanlar çıxdaş olunur, onlann
üzərində əsaslı seçmə apanlır, yaxşılaşdıncı törədicilərdən istifadə olunur,
populyasiyanın genofondunun sabitliyi təmin edilir və seleksiya rasional nəticə
verir. Seçmənin populyasiyaya təsirini yekunlaşdıraraq bu zaman 3 əsas üsula
istinad olunur:
1. Dominant əlamətlərə çox üstünlük verərək onları saxlamaq və
resessivləri çıxdaş etmək:
p2 AA+2rqAa+q2
2. Resessiv əlamətlərə üstünlük verərək onları saxlamaq və dominantlan
çıxdaş etmək:
p2+2pqAa+q2aa
3. Heteroziqot fərdləri saxlamaqla bərabər hər iki homoziqotlann tədricən
çıxdaş edilməsi:
p2 +2pqAa+q2
Populyasiyalann genotiplərinin xarici mühit amillərinə göstərdiyi
reaksiya
norması
onlann inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, yaxşı və
intensiv yemləmə və bəsləmə şəraitində populyasiyanın potensial genetik
imkanları biruzə verdiyi halda, pis, qeyri-intensiv yemləmə zamanı həmin
imkanlar tamamilə nəzərə çarpmır.
Qohumluqda cätləşmə
apanlarkən populyasiyalann genetik strukturunda
dəyişikliklər
baş
verməklə,
homoziqot
genotiplərin
nisbəti
artır,
heteroziqotlarınkı isə çox azalır. Heyvanın hər hansı bir əlaməti 2 allel genlərlə
(dominant A, resessiv a) tamamlandıqda populyasiyada 3 genotip formalaşır
190
(АА, Аа, аа). Populyasiya
sərbəst çarpazlaşdtrma (panmiksis
) səviyyədə
olduqda Xardi- Vaynberq qanununa əsasən genotiplər bu cür olur:
p2 AA+2pqAa+q2bb
Ümumiyyətlə, qohümlüqda cütləşdirmə aparılan zaman, bir qayda olaraq
heteroziqot genotiplər azalır, homoziqotlar isə çoxalır və genotiplərin nisbəti
dəyişilir. Hazırda populyasiya genetikası özünün çox geniş diapozonla və
dinamik tərzdə inkişaf edən mərhələsinə qədəm qoymuşdur. İnsan və
heyvanların irsi xəstəliklərinin öyrənilməsində, heyvan, bitki və mikroorqanim-
lərin səmərəli seleksiya işlərinin aparılmasında populyasiya genetikasının xüsusi
rolu və əhəmiyyəti vardır. Populyasiyanın genetikası aşağıdakı üsullarla
öyrənilir:
1.
Genetik analiz üsulu
ilə valideynlərin fenotipik keyfiyyətləri və nəslin
ayn-ayrı qruplarında əlamətlərin irsən keçməsi öyrənilir.
2.
Kariotipin sitogenetik üsulu ilə
populyasiyanın ayn-ayn fərdlərində
inkişafa və məhsuldarlığa neqativ təsir göstərən anomaliyalar öyrənilir. Bu üsul
ən çox damazlıq buğa və qoçların qiymətləndirilməsi məqsədilə xromosom
anomaliyalannın aşkarlanmasında və qarşısının alınmasında tətbiq olunur.
3.
Ekoloji-fizioloji üsul
- xarici mühit millərinin populyasiyanın
vəziyyətinə,
davamlılığına,
inkişafına,
fenotiplərin
mövcud
şəraitə
uyğunlaşmasına, genetik potensialın əlamət və xassələrlə özünü biruzə
verməsinə təsiri öyrənilir.
4.
Riyazi üsul
- populyasiyanın genetik struktur dinamikasının, növün sıxlıq
dərəcəsinin, nəsildə baş verən genetik proseslərin modelləşdirilməsinin və
perspektivliyinin müəyyən edilməsində geniş istifadə olunur. Bütün növdaxili
populyasiyalann genetik quruluşu və genefondu vardır.
Genefond
(genetik fond,
baza)-populyasiyanın ayn-ayn fərdlərinin bütün genlərinin məcmusudur.
Populyasiyanın genetik quruluşu
isə növün fərdlərinə mənsub olan genin,
yaxud onun allellərinin yığımı (dəsti), yayılması və tezliyindən ibarətdir.
Inbridinqin resessiv letal genlərin yayılmasına təsiri. Genetik cəhətdən
qohumluq əlaqəsi olan heyvanların cütləşməsi
inbridinq adlanmaqla
bu üsuldan
cins heyvandarlıq təsərrüfatlannda ğələcək nəsillərdə bu və ya digər qiymətli
əlamətlərin möhkəmləndirilməsi məqsədilə geniş istifadə olunur. Qohumluq
əlaqəsi olan heyvanlarda həmişə allel cütlərin uyğunluğu mövcud olur. Bu
uyğunluq nə qədər çox olarsa, onda qohumluq dərəcəsi daha yaxın olur. Hər bir
heyvan genotipdə həm homoziqot, həm də heteroziqot vəziyyətində allel genlərə
malik olur. Heteroziqot vəziyyətində adətən zərərli mutant resessiv genlər
yerləşir. İnbridinq zamanı heteroziqot vəziyyətində mutant resessiv genləri
daşıyan qametlərin artması və onların homoziqot vəziyyətinə keçməsi ehtimalı
yüksəlir. Bu ehtimal cütləşmədə iştirak edən qohumluq əlaqəsi olan heyvanların
qohumluq dərəcəsi ilə düz mütənasib olub, S.Raytanın nisbətən dəyişilmiş
düsturu ilə təyin edilir:
191
Fx=[ (I)n + n ,-l (1+fa) 2
Burada,
F x- inbridinq nəsil əmsalını;
n - ana tərəfdən qohumluq əlaqəsini;
П]—
ata tərəfdən qohumluq əlaqəsini;
fa-isə ümumi inbridinq əmsalını göstərir.
Beləliklə, inbridinqin tətbiqi nəticəsində genlərin çoxalma intensivliyi
dəyişilir, resessiv homoziqotlann yayılması ehtimalı artır,
inbred depressiya
yaranır. Bu zaman heyvanların yaşama müddəti, məhsuldarlığı və balavermə
qabiliyyəti çox azalır, anomal fərdlərin doğulması daha yüksək faiz təşkil edir.
Bunu nəzərə alaraq heyvandarlıqda inbridinqdən istifadə edilməsinə yol
verilməməlidir.
Heyvanlarm populyasiyasında genetik yüklənmə.
Genetik yüklənm ə -
mövcud populyasiyada heteroziqot vəziyyətində iştirak edən letal genlərin
sayından ibarətdir. N.P.Dubininə görə genetik yük geniş mənada homoziqot
vəziyyətində yaranan letal genlərlə bərabər, həm də orqanizmin ətraf mühitə
uyğunlaşmasını azaldan, neqativ təsir göstərən bütün mutasiyalar kompleksindən
ibarətdir. Genetik yükün
mutasion
və
seqreqasion
növləri mövcuddur.
Mutasion genetik yük -
mutasiya,
seqreqasion genetik yük —
isə müxtəlif
genotipə malik
olan
valideynlərin
çarpazlaşması
zamanı
genlərin
parçalanmasından ibarətdir. Genetik yükün dərəcəsi letal ekvivalentlərin miqdarı
ilə ifadə olunur. Bir letal ekvivalent 100% ölümə səbəb olan bir letal, yaxud 50%
ölüm törədən iki letal genə bərabər hesab olunur və Morton düsturu ilə təyin
edilir: loqeS =A+BF, burada S-nəslin diri qalan hissəsini, F-inbridinq əmsaılım,
A-təsadüfi çarpazlaşma zamanı populyasiyanın ölmüş hissəsini (F=0), B-
populyasiyanın tam homoziqotluğu zamanı ölüm faizinin artmasım (F=l)
göstərir. Genetik yükün populyasiyalarda hesablanması ilə həm ətraf mühit
amillərinin heyvanların ölümündə rolu, həm də bu prosesdə irsiyyətin iştirak
etmə dərəcəsi müəyyən olunur.
Populyasiyaların genetik adaptasiyası və homeostazı. Heteroziqot
vəziyyətində populyasiyalarda mövcud olan irsi dəyişkənlik, xüsusilə mutasiya
genetik quruluşu sürətlə dəyişdiyinə görə onlar ətraf mühitə dərhal uyğunlaşır.
Mutasiya prosesi həm də populyasiyalarda genetik polimorfizm (allellənn
sayının müxtəlifliyi, dominantlığa görə homoziqotluq, resessiv genlərə görə
homoziqotluq və s.) törədir. Polimorfizm həm də populyasiyaların mövcud
olması mexanizmini müdafiə edir.
Heteroziqotluq dəyişilən ətraf mühitə
uyğunlaşmam intensiv sürətdə təmin etdikdə seçmə heteroziqotun xeyrinə
yönəlir və balanslaşdınlmış polimorfizim əmələ gəlir, populyasiyada nəsildən
nəsilə ötürülən müxtəlif genotip və fenotiplərin nisbətində bərabərlik yaranır.
Populyasiyaların öz genetik quruluşunu sabit saxlaması xassəsini təmin edən
proseslər genetik
homeostaz
adlanır
Heyvanların irsi əlamətlərinin miqdarca növbələşməsinin xüsusiyyətləri.
Genetikada əlamətləri əsasən iki sinifə - keyfiyyət və kəmiyyətə bölürlər. Onlar
192
həm dəyişkənliyin xarakterinə, həm də nəslin növbələşmə xüsusiyyətlərinə görə
bir-birindən fərqlənir. Keyfiyyət əlamətləri fasiləli, kəmiyyət əlamətləri isə
fasiləsiz dəyişkənliyə uğramasr ilə səciyyələnir. Keyfiyyət dəyişkənliyi
dom inant, yaxud resessiv əlamətlərin parçalanması zamanı xüsusi sərhəd əmələ
gətirir. Bunun əsas səbəbi isə onlann yalnız bir allel gen tərəfindən nəzarətdə
saxlanmasıdır. Kəmiyyət əlamətləri isə genlərin parçalanması zamanı aydın
nəzərə çarpan sərhəd əmələ gətirmir və olduqca sürətli dəyişkənliyə uğraması ilə
müşayət olunur. Bu əlamətlər nəslin növbələşməsi zamanı çox mürəkkəb
xarakter akr və hər bir əlamətə xromosomlarda bir deyil, çoxlu sayda lokuslar
tərəfindən nəzarət olunur.
Nəslin bu cür növbələşməsi zamanı hər hansı bir əlamətin çoxlu sayda
genlər tərəfindən nəzarətə alınması prosesi
polimeriya
adlanır, onun inkişafı isə
dominant və resessiv genlərin nisbətinin bərabər olmasından, digər genetik
amillərdən və ətraf mühitin modifikasiya törətmə təsirindən asılı olur.
Populyasiyalarda kəmiyyət dəyişkənliyi həm genetik, həm də paratipik (xarici
mühit) dəyişkənliklərin baş verməsi nəticəsində yaranır.
5.2.3. Əlamətlərin növbələşməsi
anlayışı və növbələşmə əmsalı
Müxtəlif miqdar (kəmiyyət) əlamətləri genetik dəyişkənlik zamanı eyni
dərəcəli dəyişkənliyə uğramayaraq, hər hansı bir əlamətin genotipik
dəyişkənliyinə xarici mühitin təsiri heç də həmişə eyni olmur. Heyvanlarda
seçmə zamanı yeni nəsillərdə baş verən kəmiyyət dəyişkənliklərinin valideyn
lərin əlamətlərinə hansı dərəcədə uyğun olmasının çox böyük əhəmiyyəti vardır.
Bu zaman yeni nəslin məhsuldarlıq üzrə mövcud olan əlamətlərinin
validenlərinki ilə uzlaşması da nəzərə alınır. Populyasion genetikada kəmiyyət
əlamətlərinə görə aparılan seçmənin səmərəliliyinin qiymətləndirilməsi zamanı
əlamətlərin və qametlərin
növbələşməsi
anlayışına xüsusi diqqət verilir (şəkil
25,26,27). Əlamətlərin növbələşməsi fenotipdə onlann genetik determinasiyası
dərəcəsini göstərir, bu zaman həm də əlamətlərin valideynlərdən və xarici
mühitdən asılılığının nisbəti də nəzərə alınır. Kəmiyyət əlamətlərinin genetik
determinasiya dərəcəsi
növbələşmə əmsalı
ilə ifadə olunur və başlıca olaraq
aşağıdakı düsturlarla hesablanır:
1. h2=2r, burada h2- növbələşmə əmsalı, r - isə birbaşa yaxın qohumluq
əlaqəsi olan qohumlarda (ana - qız və s.) miqdar əlamətlərinin əmsalını ifadə
edir.
2. h2=2R, burada R-birbaşa qohumluq əlaqəsi olan fərdlərin arasındakı
fenotipik reqressiya əmsalını göstərir.
Hazırda genetiklər belə nəticəyə gəlmişlər ki, ayrı-ayn keyfiyyət əlamətləri
növbələşmə prosesində mürəkkəb poliqon xarakter daşıyır və heyvanların
xəstəliklərə qarşı rezistentliyinin formalaşmasında mühüm rol oynayır. Nəslin
193
növbələşmə dərəcəsi təyin olunarkən kəmiyyət əlamətlərində tətbiq edilən
yuxarıdakı düsturlara istinad olunur.
H eyvanlarda xeyirli əlamətlərin növbələşməsi. Heyvanların xeyirli
təsərrüfat əlamətlərinə inəklərin süd məhsuldarlığı, südün yağlılıq faizi, şəkərin
(laktoza), kazeinin (süd zülalı) miqdarı, qoyunlarda yun qırxımı, ət çıxan,
quşlarda isə - yumurtlama dərəcəsi, ət artımı məhsuldarlığı aiddir. Həmin
əlamətlərə görə aparılan seçmənin səmərəliliyi növbələşmədən, nəsillər
arasındakı intervaldan və s. asılıdır.
Dostları ilə paylaş: |