163
Cədvəl 14.
Kənd təsərrüfatı heyvanları və quşlarında təsərrüfatca dəyərli əlamətlərin irsiliyi
(T.M.Turabov, 1997)
Əlamətlər
h2
Əlamətlər
h2
1. iri buynuzlu qaramal
Sağım
0,0-0,67
Süddə yağlılıq
0,18-0,88
Süd yağı
0,0-0,78
Süddə quru maddə
0,6-0,78
Süddə zülal
0,4-0,56
Laktasiyamn sabitliyi
0,1-0,30
Laktasiya müddəti
0,19-0,26
Ətin keyfiyyəti
0,16-0,73
2.Camış
Sağım
0,18-0,29
Südün yağlılığı
0,20-0,26
Doğumlar arası dövr
0,17-0,54
Laktasiya müddəti
0,13-0,21
Canlı kütlə
0,17-0,25
Qurutma dövrü
0,12-0,21
Qurutma dövrünün
0,5-0,60
davamiyyəti
Bala dövrünün davamiyyəti
0,22-0,50
3. Donuz
150-180 günlükdə canlı kütlə
0,2
Gövdənin uzunluğu
Budun böyüklüyü və forması
0,3
Piyin qalınlığı
Balavermə qabiliyyəti
0,6
0,4-0,6
0,14-0,2
4. Qoyun
Çirkli yun qırxımı
0,3-0,5
Təmiz yun qırxımı
0,5-0,7
Yunun uzunluğu
0,4-0,55
Yunun sıxlığı
0,3-0,4
Yunun qalınlığı
0,4-0,5
Sağım
0,2-0,5
Canlı kütlə
0,35-0,4
Balavermə qabiliyyəti
0,11
5.
Toyuq
Yumurta vermə qabiliyyəti
0,11-0,35
Yumurtanın çəkisi
0,3-0,7
Yumurta zülalılımn çəkisi
0,2-0,6
Yumurta qabığının qalınlığı
0,10-0,30
164
Yumurta vermə yaşı
| 0,12-0,50
|
|
4.2. Dəyişkənliyin növləri, genetik aspektləri
və öyrənilmə üsulları.
Dəyişkənlik bütün canlı orqanizmlərə məxsus olan əsas parametr olmaqla,
yeni məhsuldar heyvan, quş cinslərinin, bitki sortlannın yetişdirilməsi və
mikroorqanizm ştam m larinin alınması üçün səmərəli üsul sayılmaqla onun
mutasiya, kombinasiya, korrelyasiya və modifikasiya dəyişkənliyi kimi növləri
vardır.
Mutasiya (mutasion) dəyişkənliyi.
Mutasiya prosesi irsiyyət dəyişkənliyinin
ən əsas və ilkin mənbəyi hesab olunmaqla təkamülün başlıca amilidir. Mutasiya
nəticəsində yeni nəsillərdə onlann valideynlərində əvvəllər mövcud olmayan
yeni əlamət və xassələr müşahidə olunur. Canlı aləmdə endogen-daxili və
ekzogen-xarici amillərin təsiri nəticəsində baş verən irsiyyət dəyişkənliyi, yaxud
yaranan yeni irsiyyət forması
mutasiya
adlanır. Bu proses DNT və xromosom
kariotiplərinin quruluşunda baş verən kəskin dəyişikliklərin yaranması
nəticəsində olur, həm hüceyrənin qumluşunda, həm də onun komponentlərinə
çox neqativ təsir göstərir.
Mutasiya,
mahiyyətcə DNT-nin və kariotipin
quruluşunda baş verən dəyişkənlikdən ibarət olmaqla, ilk dəfə botanik Hüqo de
Friz tərəfindən bitkilərdə qəflətən baş verən dəyişikliklər zamanı müşahidə
olunmuş, sonralar isə S.Koıjinski, N.Timofeyev, A. Serebrovski N.Dubinin,
M.Lobaşov və b. tərəfindən daha ətraflı öyrənilmişdir. Heyvanlarda mutasiyalar
müəyyən ardıcıllıq və sürətlə baş verir və
mutagenez
adlanır. Təbii şəraitdə baş
verən mutagenez prosesi
spontan,
süni yolla yaranan isə
induksiya
mütasiyası
adlanır və hər iki halda həm generativ, həm də somatik hüceyrələrdə müşahidə
edilir. Cinsiyyət (generativ) hüceyrələrində yaranan mutasiyalar gələcək
nəsillərə verildiyi halda, somatik mutasiyalar qeyri-irsi olur, yalnız mutant
heyvanın özünün əlamətlərinə təsir göstərir. Mutasiyamn iki tipi -
xromosom
və
gen mütasiyası
vardır.
Xromosom mutasiyasında
xromosomlann say və
quruluşu,
gen (nöqtəvi) mutasiyasında isə DNT-nin quruluşu
dəyişilir.
Mutasiyamn hər iki tipi heyvanlarda həyat fəaliyyətinin, məhsuldarlığın
pozulması,
xəstəliklərə qarşı davamlılığın azalması və s. neqativ hallarla
nəticələnir. Çünki bu zaman hüceyrələrin bölünməsi, xromosomlann normal
qaydada paylanması, zülallann və fermentlərin sintezi pozulur.
Xromosom
mutasiyaları - zamanı kariotipin ya miqdarca, ya da quruluşca, həm də hər iki
göstəricinin eyni vaxtda dəyişilməsi ilə səciyyələnir.
Kariotipin miqdarca
mütasiyası
-kariotipdə xromosomlann miqdannın dəyişilməsindən ibarət
olmaqla onun
heteroploid
(diploid xromosom dəstinə görə xromosomlann
sayının ümumi dəyişilməsi),
aneuploid
(xromosomlann miqdannın hüceyrədə
artması və ya azalması) və
poliploid
(tam xromosom dəstinin tək və ya cüt
rəqəmlərlə artması) növləri vardır. Poliploid hüceyrələr
triploid (üçə bölünən),
tetraploid (dördə bölünən), pentaploid (beşə bölünən)
və
heksaploid (altıya
bölünən)
ola bilər.
Xromosomun quruluş mütasiyası
- xromosomun
165
formasının, ölçülərinin, düzülüşünün, bəzi fraqmentlərin itməsi və əlavə
olunması ilə xarakterlənir və onun aşağıdakı növləri vardır:
-
Translokasiya
- xromosomun ayrı-ayrı fraqmentlərinin onun bir
hissəsindən digər hissəsinə keçməsi, müxtəlif xromosomlar arasında mübadiləsi
prosesindən ibarətdir.
-
Inversiya
- xromosom daxili aberrasiyadan (kariotipdə quruluş
dəyişikliyi) və xromosomun fraqmentlərinin 180° çevrilməsindən ibarətdir.
-
Delesiya
- xromosomun orta
fraqmentinin itməsindən və onun
qısalmasından ibarətdir.
-
Çatmamazhq
- xromosomun sonuncu (quyruq) fraqmentinin itirilməsidir.
-
Duplikasiya
- bir xromosomun (intraxromosom dublikasiya), yaxud
müxtəlif xromosomlann (interxromosom duplikasiya) fraqmentlərinin ikiləşməsi
ilə səciyyələnir.
Dairəvi xromosomlar -
iki qurtaracaq fraqmentinin əmələ gəlməsi
nəticəsində formalaşır.
-
Izoxromosomlar -
xromosomlann üfiqi və horizontal bölünməsi
nəticəsində baş verir.
Gen mutasiyası
- mahiyyət etibarilə mutagen amillərin təsirindən
xromosomlardakı genlərin quruluşunun, tərkibinin və fiınksiyalannın pozulması
nəticəsində orqanizmlərin irsi əlamət və xassələrinin dəyişikliyə məruz
qalmasından ibarət olub, təsir xarakterinə görə dominant, yaxud resessiv
formalarda təzahür edir. Lakin mutant genlər əksər hallarda resessiv effektli
formasında olur, normal allel dəyişilmiş genin təsirinə təzyiq göstərir və onu
nisbətən zəiflədir. Mutant genlərin zülal və fermentlərin sintezinə nəzarəti və
təsiri 5 tip
mutantlar-hipomorf hipermorf, antimorf, neomorf, amorf-yaxadır.
H ipom orf mutantlar
- resessiv vəziyyətdə gen mutasiyası yaranarkən
mutant alleli üçün həmin biokimyəvi maddələr səciyyəvi olmaqla, onların sintezi
oxşar dominant allellərin hesabına baş verir.
H iperm orf mutantlar
- sintez olunan biokimyəvi maddələrin miqdarına
görə fərqlənməklə, onların nəzarəti altında həmin maddələrin miqdarı azalmır,
əksinə artır.
A ntim orf mutantlann
təsirindən əmələ gələn maddə həmin genin təsirinə
və sintez olunma prosesinə ləngidici təsir göstərir.
N eom orf mutantlar
- mutant allelərin orqanizmdə sintez olunan biokimyəvi
maddələrin sintezi prosesinə nəzarət etməklə, mutant olmayan allellərin sintez
etdiyi maddədən spesifik xassələrinə görə tamamilə fərqlənir.
A m orf mutantlar
- mutant genlərin təsirindən bəzən orqanizmdə həmin
genin xarakterinə uyğun olan spesifik maddələrin əmələ gəlməməsi ilə
səciyyələnir və amorf mutasiyalar baş verir.
Hazırda gen mutasiyalannın yaranmasının molekulyar mezanizmi daha
geniş və ətraflı öyrənilmiş və DNT molekulunun strukturunda, müvafiq
nöqtələrdə-genlərdə 6 dəyişkənlik tipi aşkar olunmuşdur:
166
1.
Transversiyalar və tranzisiyalar -
nukleotidlərin digərləri ilə əvəz
olunması. Transversiyalar zamanı purin pirimidinlə, yaxud da pirimidin purinlə,
tranzisiyada isə purinin biri digəri ilə və ya bir pirimidin digəri ilə əvəz olunur:
A - T X
j
T T - A
▲ A - T
T-A |
C - Ç * * Ç - C
* C - Ç < « — М>С *
Tranzisiya
Transversiya
2. DNT-nin zəncirinə ayn-ayn nukteotidlərin əlavə, yaxud daxil olması.
3. Ayn-ayn nukleotidlərin tamamilə itməsi-delesiyası.
4.
Əsas nukleotid
qruplannın itməsi- delesiyası.
5.
İnversiya -
nukleotidlərdə ayn-ayn əsasların 180° çevrilməsi.
6.
Transpozisiyalar
-genin tərkibində bir cüt əsasın köçürülməsi.
Müvafiq zülallann sintezi zamanı baş verən gen mutasiyalan aşağıdakı
mexanizmlə həyata keçirilir:
Dəyişilmiş DNT ardıcıllığı
-Depişilmiş mRNT
dəyişilmiş polipeptid
zənciri
<
Zülalın quruluşunun dəyişməsi
Dəyişilmiş ferment
Kənd
təsərrüfatı
heyvanlannın
cins,
xətt
və
populyasiyalannda
mutasiyaların yayılması bilavasitə onların təsərrüfat və bioloji əlamətlərinin
xarakteri ilə müəyyən olunduğu üçün mutasiyalar dəyərli, zərərli və neytral
formada mövcud ola bilər. Məsələn, qaragül qoyunlarının rənginin qara
olmasına baxmayaraq, mutasiya nəticəsində yeni nəsil törəmələrində başqa
rənglər də peyda olur və onlar dünya bazarında çox böyük maraq doğurur. Məhz
buna görədir ki, selesiyaçı alim və mütəxəssislər rəngli qoyun cinslərindən ibarət
sürülərin yaradılmasına çox böyük önəm verirlər. Gen mutasiyalan adətən
zərərli formada yaranmaqla heyvan və quşlarda eybəcərliklərə, anomaliyalara
malik olan fərdlərin yaranmasına ciddi zəmin yaradırlar. Kariotipin miqdar
anomaliyaldannın əsasını meyoz zamanı xromosomlann uyğunsuzluğu təşkil
edir və ən çox dişi fərdlərdə baş verir. Meyoz bölünmə zamanı xromatidlərin
uyğunsuzluğu nəticəsində
trisomiya
və
monosimiya
prosesləri müşahidə edilir.
Validenylərin cinsi hüceyrələrində baş verən mutasiya trisom və monosom
embrionlann doğulmasma səbəb olur. Somatik mutasiyalar kateqoriyasına
mozaisizm
yaxud
miksoploidiya,
həmçinin
ximerizm
aiddir. Mozaisizm
orqanizmdə iki və ya daha çox normal, yaxud anomal xromosom dəsti olan
hüceyrə klonlanmn əmələ gəlməsi zamanı baş verir.
Spontan mutagenezin səbəb və amilləri.
Spontan mutasiya orqanizmin
genotipi,
yaşı, fizioloji xüsusiyyətləri, təbii radiasiya fonu, ətraf mühitin
temperaturu və s. amillərdən asılı olaraq baş verir. Heyvanlarda gen və
xromosom mutasiyasına səbəb olan süni mutagenez isə mutagen (mutasiya
törədən) amillərin təsirindən yaranmaqla üç sinfə - fiziki, kimyəvi və bioloji
sinfə bölünür.
167
Fiziki mutagerılərə -
ionlaşdıncı radioaktiv şüalanma, ultrabənövşəyi
şüalar, yüksək temperatur, qlobal iqlim anomaliyalan, təbii fəlakətlər və s.
aiddir. İonlaşdıncı şüalara rentgen və Y(qamma) - şüalan, p (beta) -
hissəcikləri, protonlar, neytronlar və s. aiddir. Hüceyrələrin şüalanması
nəticəsində hidrogen atomunun (H) və hidroksil qrupunun (OH) sərbəst
radikallan aynlaraq, dərhal yeni birləşmələr, o cümlədən hidrogen peroksid
(H
2
O
2
) əmələ gətirir. DNT molekulu və kariotipdə əmələ gələn həmin
birləşmələr hüceyrənin genetik aparatının funksiyalarının dəyişilməsinə,
xromosom aberrasiyalanna və nöqtəvari mutasiyanın əmələ gəlməsinə zəmin
yaradır. İonlaşdıncı (radioaktiv) şüalanmanın təsirindən xromosomlann quruluşu
kəskin dəyişilərək gen mutasiyası törədir. Radioaktiv şüalanma nəticəsində
somatik hüceyrələrin bölünməsi prosesinin pozulması nəticəsində orqanizmdə
yaman keyfiyyətli şiş törəmələri və ölüm baş verir. Radiasiyanın əsas mənbəyi
isə atom və hidrogen bombalannın, reaktorlannın, generatorlarının partlaması,
texnogen qəzalar və s. sayılır.
Kimyəvi mutagerılərə
- sənaye və kənd təsərrüfatında geniş tətbiq olunan və
süni
mutasiya törədən
kimyəvi
birləşmələr
aiddir.
Bu
qrup
alkil
birləşmələrindən- dimetil və dietil sulfat, iprit və onun törəmələri, nitrozometil,
nitrozoetil, etilmetansulfat, foltrin, fosfemid ibarətdir. Həmin birləşmələrin
təsirindən DNT-yə metil, propil və s. radikallar daxil olaraq metilləşmə və
etilləşmə prosesi törədir və mutagen effekt alınır. Bitkiçilikdə tətbiq olunan
pestisidlər, herbisidlər, mineral gübrələr həm gen, həm də xromosom
mutasiyaları törədir. Kimyəvi mutagenlər orqanizmin hüceyrələrində çox geniş
spektirli xromosom aberrasiyası ilə nəticələnir. Onlann törətdiyi mutasiyalann
mexanizminin öyrənilməsində rus alimləri İ.Rapport və M.Lobaşovun çox
böyük xidmətləri olmuşdur.
Bioloji mutagenlər.
Heyvanlarda mutasiya törədən sadə birhüceyrəli
orqanizmlər (ibtidailər, qan parazitləri, amöb, bakteriyalar, göbələklər,
aktinomistlər), parazitlər, helmintlər, bitki ekstaktlan, diri vaksinlər, bioloji
mutagenlər sinfini təşkil etməklə onlann təsirindən hüceyrələrə yad (yabanı)
DNT daxil olur və çox geniş spektirli mutasiya törədir. Məsələn, donuzlann
lixoradka (isitmə) virusu ilə süni yoluxdurulan buzov, quzu, çəpiş və çoşqalann
kariotipi öyrənilərkən onlarda müxtəlif tipli xromosom aberrasiyalan (delesiya,
xromosomlann dağılması, fraqmentlərə parça-lanması, poliploidiya və s.) və
anomaliyalar aşkar olunmuşdur. Eksperimental olaraq sübut edilmişdir ki,
təbabət və baytarlıq təbabətində işlədilən dərman preparatlan (bəzi yem
əlavələri, konservantlar, antibiotiklər, sulfanilamidlər, nitrofiıranlar, tiazin
birləşmələri və s.) olduqca güclü mutagen təsirə malikdir. Buna görə də qeyd
olunan preparatların, həmçinin bioloji stimulyatorlann, zəhərli və toksiki
birləşmələrin mutagen təsiri müəyyən edilməli və lazım gəldikdə təbabət və
baytarlıq təbabətində onlar təlimat əsasında işlədilməlidir. Qeyd etmək lazımdır
ki, süni mutagenez yolu ilə seleksiya nəticəsində yüksək məhsuldar və
xəstəliklərə davamlı heyvan cinsləri və bitki sortlanmn yetişdirilməsi genetika
elminin yeni əlverişli və mütərəqqi üsulu kimi dəyərləndirilməlidir. Akademik
168
İ.Ovçinnikova görə kimyəvi mutagenez yolu ilə Rusiyada 100-dən çox yüksək
məhsuldar və xəstəliklərə davamlı yeni buğda, arpa, vələmir, yonca sortlan
yetişdirilmişdir. Ətraf mühit amillərinin (litosfer, hidrosfer, atmosfer) zəhərli,
zərərli kimyəvi birləşmələr və tullantılarla çirklənməsi də ağır genetik fəsadlar
törətdiyi üçün heyvan, quş, balıq və bal anlarım həmin mutagenlərin neqativ
təsirlərindən qorumaq artıq günün ən vacib tələbi hesab olunur. XIX və XX-
əsrlərdə insanın antropogen fəaliyyəti nəticəsində yaranan ekoloji disbalans və
neqativ fəsadlar planetimizin təbii mənzərəsini kəskin surətdə dəyişdiyi üçün
heyvanlar arasında bəzi mutagen və teratogen mənşəli patologiyalar mövcud
olmuşdur. Ətraf mühiti çirkləndirən mtratlar əvvəlcə nitritlərə, sonra isə fəal
nitrozoaminlərə çevrilərək heyvanlarda gen və xromosom mutasıyalan törədir.
İntensiv kənd təsərrüfatı texnologiyalarının geniş tətbiq olunduğu heyvandarlıq
təsərrüfatlarında ən güclü mutagen təsirə malik olan preparat nitrit birləşmələri
sayılır. Radioaktiv izotoplar və ağır metallar ətraf mühit amillərində öz fəallağını
uzun müddət saxlayaraq əvvəlcə bitki orqanizmlərinə, sonra isə onlarla
yemlənən heyvan, quş, balıq, bal arısı orqanizmlərinə keçir, nəticədə onların
yeyinti məhsulları ilə qidalanan insan orqanizmi güclü mutagen təsirə məruz
qalır. Heyvanların müasir yeni nəsillərində mutagen amillərin təsirində spontan
abortlar, ölü və anomal balaların doğulması hallannın diapozonu gündən-günə
daha da genişlənir.
Kombinasiya (kombinasion) dəyişkənliyi -
çarpazlaşma zamanı sonrakı
nəsillərdə yeni əlamət və xassələrin müşahidə olunduğu irsiyyət dəyişkənliyidir.
Bu zaman valideyinlərə məxsus olmayan əlamətlər müşahidə olunmur, valideyin
formalarının yalnız genlərinin kombinasiya və rekombinasiyası baş verir.
Kombinasiya dəyişkənliyi
əsasında çoxlu heyvan cinsləri (Orlov at cinsi,
Kostroma qaramal cinsi, zərif yunlu Altay qoyun cinsi, Avstraliya zebu cinsi və
s.) yaradılmışdır. Bu üsulla yaradılan yeni zebu cinsləri isti iqlim şəraitinə,
gənələrə qarşı davamlı, avropa qaramal cinslərinin süd məhsuldarlığı isə çox
yüksək olur.
Korrelyasiya (korrelyativ)
dəyişkənliyi zamanı irsiyyətin və ətraf mühit
amillərinin təsiri altında orqanizm tam vahid varlıq kimi inkişaf etməklə hər
hansı bir orqan və toxumanın dəyişilməsi digərlərinin quruluş və funksiyasının
dəyişilməsinə səbəb olur. Dəyişkənliyin bu növünün baytarlıq təbabəti
təcrübəsində olduqca böyük əhəmiyyəti vardır. Yüksək məhsuldar südlük və
ətlik qaramal cinsləri arasında çox böyük korrelyativ uyğunsuzluq mövcuddur.
Buna baxmayaraq toyuqlarda eymerioza (koksidioza) qarşı davamlılıq ilə
onların bədən kütləsi arasında müsbət korrelyasiya uyğunluğu vardır.
Modifikasiya (modifıkasion)
- mühit şəraitinin təsirindən yaranan, genotipi
dəyişməyən və təbiətdə olduqca geniş yayılan qeyri-irsi fenotipik dəyişkənlik
növüdür. Dəyişkənliyin bu növü əsasən orqanizmin yaşadığı mühit şəraitində
ətraf mühit amillərinin dəyişilməsi və təsiri nəticəsində baş verir. Eyni yumurtalı
əkizlərin eyni genotipə malik olmasına baxmayaraq onlar müxtəlif şəraitdə
yaşadıqda əlamətlərinə görə bir-birindən kəskin surətdə fərqlənirlər. Belə ki,
erkək bal arılarının mayalı yumurtadan inkişaf etməsinə baxmayaraq sürfə
169
mərhələsində onların keyfiyyətindən asılı olaraq bəzən işçi, yaxud ana anlar
peyda olur. Ana anlann südü ilə yemlənən dişi anlar isə ana anlara çevrilir.
Heyvanlarda kəmiyyət göstəriciləri (süd, ət, diri kütlə, bala, yun, və s.
məhsuldarlığı) mühit amillərinin təsirindən böyük dəyişikliyə uğramaqla
modifikasiya dəyişkənliyi nəticəsində yaranır. Keyfiyyət əlamətləri (qan
qruplan, rezus amili, zülal tipləri, rəng və s.) isə əsasən irsiyyətin nəzarəti
altında saxlanılır. Mühit şəraiti heyvanlarda bəzən genetik fərdlərədə fenotipə
zəmin yaradır. Bu zaman genotipi eyni olan yüksək və aşağı məhsuldar fərdlərdə
məhsuldarlıq eyni olur. Bunu nəzərə alaraq əlverişsiz mühit şəraitində fenotipə
görə seçmə və seleksiya işlərinin aparılması məqsədəuyğun hesab edilmir.
Heyvan və quşların baytarlıq təbabəti tələblərinə uyğun bəslənməsi nəinki
birinci, hətta sonrakı nəsillərdə də fərdlərin normal inkişafına və məhsuldarlığına
olduqca neqativ təsir göstərir. Orqanizmlərin xarici və daxili quruluşunun
daimiliyinin sabit saxlanması kariotipin, DNT-nin və onun sahələri sayılan
genlərin ən başlıca xassəsi hesab edilir. Genetik materialın morfofiınksionlal
davamlılığı bütün irsi əlamətlərin gələcək nəsillərə verilməsini təmin edir və
növün əlamətlərinin yüz illərlə davam etməsi üçün zəmin yaradır. Lakin bu
sabitlik nisbi xarakter daşıyır, daxili və xarici amillərin təsirindən genetik
materialda mutasiya dəyişkənliyi baş verir.
Dəyişkənliyin öyrənilmə üsulları. Dəyişkənliyin öyrənilməsi üçün
variasion statistika, kəmiyyət və keyfiyyət əlamətləri, seçmə məcmuu və s.
üsullarından istifadə edilir.
Variasion (variasiya) statistika (biometriya, bioloji
statistika)
biologiyada riyazi üsullardan istifadə olunmasına əsaslanmaqla onun
əsas mövzusunu bioloji obyketlərin qruplan təşkil edir. Müəyyən bioloji
obyektlər qrupu məcmu-cəm hesab olunur. Məsələn, üzərində təcrübə aparılan
heyvanların cinsi, sürüsü, müəyyən törədicinin xətləri, ailəsi, dişi fərdləri,
onların qanında eritrosit və leykositlərin miqdarı məcmunu təşkil edir. Məcmu
vahidlərdən və üzvlərdən ibarət olur. Qoyun sürüsü üçün
hər bir baş qoyun
vahid
hesab olunur. Cəmə daxil olan vahidlərin miqdan
cəm obyekti
adlanır və n
hərfi ilə işarə edilir. Cəmin vahidi müəyyən əlamətlərlə (inəklərdə süd
məhsuldarlığı, südün yağlılıq faizi, süddə kazeinin - süd zülalının, şəkərin-
laktozanın miqdarı, diri kütlə, buynuzun olub olmaması, qanda eritrositlərin və
hemoqlobinin miqdan və s.) xarakterizə edilir. Müəyyən müşahidələr və
ölçülərin miqdan da cəm sayılır. Öyrənilən hər hansı bir əlamətin cəmi variant
adlanmaqla vı; v2; v3..., ümumi halda isə vi (burada i - variantın sıra nömrəsini
göstərir) ilə işarə olunur. Tutaq ki, 3 baş inəyin birinci laktasiyada süd
məhsuldarlığı müvafiq olaraq 40, 43, 39 olmuşdur. Bunlar variantlar olmaqla Vı
= 40, v2 = 43, v3 = 39 təşkil edir. Ayrı-ayn variantlar arasındakı fərq
dəyişkənlik, yaxud variasiya adlanır. Variantlar arasındakı fərq miqdar və
keyfiyyət əlamətlərinə əsasən hesablanır. Miqdar əlamətləri (antitellərin titri,
diri kütlə, ət, süd, yumurta məhsuldarlığı və s.) ölçülür, hesablanır və rəqəmlərlə
ifadə edilir. Keyfiyyət göstəriciləri isə sözlərlə (rəngi qaradır, ağdır, sandır,
qırmızıdır, qara-aladır və s.) qeyd olunur. İki fərqli variant alternativ formada
(heyvanın cinsiyyəti erkək və ya dişidir, heyvan buynuzlu və ya buynuzsuzdur,
Dostları ilə paylaş: |