səyyar tədqiqat_metodundan istifadə edir. Bu metodun köməyilə öyrənilən obyektin
planlaşdırılan strukturu və hədləri, əhalinin həyat şəraitində, keyfiyyətində ərazi
fərqlər, ərazinin mənimsənilməsi səviyyəsi, əhalinin və istehsahn ətraf mühitlə
qarşılıqlı əlaqələri araşdırılır.
Region daxili
n
də başdan-başa səyyar tədqiqatları aparmaq mümkün
ohnadıqda tipik obyektlərin seçmə müşahidəsi aparılır ki, buna da
açarlar metodu deyilir. Onun mahiyyəti ondan ibarətdir ki, burada sonradan həm kompleks
şəkildə, həm də əşya üzrə tədqiq etmək üçün tipik obyektlər, «açarlar» seçilir. Əldə
edilən nəticələr tipik bütöv hadisələr və proseslər üzrə yayılır. Məsələn,
urbanizasiya proseslərini tipik urbanizasiyalaşmış rayonları öyrənmək, kənd
yerlərində əhalinin həyat səviyyəsini ayrı-ayrı yaşayış məntəqələrini, kənd
təsərrüfatına yararlı torpaqları, meşə massivlərini və s. kompleks öyrənməklə dərk
etmək olar.
Statistik metodun tərkib elementi olaraq regionların xarakteristikası zamanı