5.3.Ərazi maliyyəsinin mahiyyəti və rolu
20-ci əsrdə dünyanın hər yerində dövlət quruluşu və idarəetmənin demokratik
prinsiplərinin inkişafı sürətləndi. Bir çox ölkələrdə dövlət quruluşunun zəruri
demokratik elementi yerli özünüidarələr yarandı və onun da mahiyyəti ondan
ibarətdir ki, idarəetməni əhali özü sərbəst seçdiyi nümayəndəli orqan tərəfindən
həyata keçirir. Regional idarəetmə və icra orqanları onlara həvalə olunmuş
vəzifləri yerinə yetirmək üçün əmlak və maliyyə-büdcə hüquqları da alırlar.
Demokratiya şəraitində dövlətin maliyyə sisteminin ən vacib tərkib
hissələrindən biri də regionun maliyyəsidir və regionun maliyyəsi regional
büdcələri əhatə edir, müvafiq ərazinin tələbatı
n
ı
n
ödənilməsi üçün istifadə edilir.
Regional büdcələr əhaliyə sosial-mədəni xidmət ilə bağlı olan geniş tədbirlər
dairəsinin maliyyələşdirilməsini təmi
n
edir.
Beləliklə, ərazi maliyyəsi-ərazilərin iqtisadi və sosial inkişafı məqsədilə milli
gəlirin bölgüsü və yenidən bölgüsünü təmin edən iqtisadi münasibətlər sistemidir.
Axırıncı onilliklər ərzində bir çox ölkələrdə iqtisadi və sosial proseslərinin
regionlaşması müşahidə olunur. Bu proseslərin idarə olu
n
ması vəzifələri getdikcə
daha çox mərkəzi dövlət orqanları səviyyəsindən regional orqanlara keçir. Ona
görə də regionun maliyyəsinin rolu güclənir, onun istifadə sferası isə genişlənir.
Regionun maliyyəsinin həcmi artır və hətta bir çox ölkələrdə dövlətin maliyyə
ehtiyatlarının ən çox hissəsinə çevrilir.
T.V.Brayçeva qeyd edir ki, «Mahyyə-məcmu ictimai məhsulun bölgüsü və
təkrar bölgüsü prosesində pul fondları ilə bağh olan impe- rativ xarakterli pul
münasibətləri sistemidir.Maliyyə sistemi və münasibətlərinin yaranmasının
səbəbləri və funksiyaları aşağıdaklardır:
1.
Dövlət aparatının yaranması;
2.
Əmtəə-pul münasibətləri
n
i
n
inkişafı;
3.
Pul formasında müxtəlif vergi və ödəmələrin formalaşması.
Maliyyə siyasətinin funksiyaları aşağıdakılardır:
a) pul vəsaitlərinin xüsusi fondlarda toplanması;
b)
bu fondlardan istifadə edilməsi;
c)
bütün pul vəsaitlərinin hərəkətinə nəzarət.
Dövlətin maliyyə siyasəti iki qarşıhqlı prosesi əhatə edir:
1.
Mahyyə resurslarımn dövlət idarəetmə qurumunda toplanması;
2.
Maliyyə vəsaitlərinin dövlət tərəfindən həyata keçirilən müxtəlif sosial-
iqtisadi proqramlara və tədbirlərə sərf edilməsi. Bu proseslərin biri dövlətin
gəhrlərini, digəri isə xərclərini əks etdirir.
3.
Dövlət regionun mahyyəsi vasitəsilə aktiv sosial siyasəti həyata
keçirir. Regional hakimiyyət orqanlarına yerli büdcələri formalaşdırmaq
üçün vəsait ayırmaqla, dövlət bələdiyyədə xalq təhsili, səhiyyə, əhaliyə
kommunal xidməti, tikinti və yolların saxlanması kimi məsələlərin
maliyyələşməsini təmin edir. Yerli büdcədən mahyyələşən tədbirlərin dairəsi
getdikcə genişlənir. Yerli büdcələrin vəsaiti hesabına yalnız ümumtəhsil
məktəbləri deyil, həm də ali və orta ixtisas təhsili məktəbləri, iri səhiyyə
obyektləri, daxili təhlükəsizhk, qanunvericilik, ətraf mühitin qorunması
sahəsindəki tədbirlər də maliyyələşdirilir. Regionların mahyyəsi vasitəsilə
dövlət tarixi, coğrafi, hərbi və digər səbəblərdən öz iqtisadi və sosial inkişaf
səviyyəsinə görə başqa regionlardan geri qalan ərazilərin iqtisadi və sosial
inkişafının bərabərləşdirilməsini həyata keçirir. Bu cür geriqalmaları aradan
qaldırmaq məqsədilə regional proqramlar hazırlanır. Bu proqramların həyata
keçirilməsi üçün vəsaitlər müvafiq inzibati ərazi vahidlərinin büdcələrinin
gəlir mənbələri, həmçinin yuxarı büdcələrin vergiləri hesabına formalaşır.
Bu zaman yerh büdcələrə dövlət büdcəsinin vergilərindən ayırmalar və
subvensiyalar, yəni yuxarı büdcələr tərəfi
n
dən müəyyən məqsədlər üçün
(səhiyyənin inkişafı, yol tikintisi, kommunal obyektlər və s.) maliyyə
resurslarımn aynhnası nəzərdə tutulur.
4.
Ərazi maliyyəsini həm də ərazinin iqtisadi və sosial inkişafı üçün
istifadə olunan pul vəsaitlərinin məcmusu kimi xarakterizə etmək olar.
Regionun maliyyəsinin əsas inkişaf istiqaməti sosial və qismən də istehsal
infrastrukturunun maliyyələşməsindən ibarətdir. Onun maliyyələşməsinin
əsas mənbələri büdcə ayırmaları və təsərrüfat subyektlərinin (müəssisələrin,
təşkilatların) vəsaitləridir.
Ərazi maliyyəsinin əsas tərkib hissəsi regional büdcələrdir, ffa- zırkı
şəraitdə regional hakimiyyət orqanları regionların kompleks inkişafını,
onların tabeliyində olan ərazilərdə istehsal və qeyri-istehsal sahələrin
proporsional inkişafını təmin etmək kimi mühüm vəzifələri yerinə
yetirməlidir. Onların iqtisadi və sosial sahədə koordinasiya funksiyaları xeyli
genişlənir. Bu amillər regional hakimiyyət orqanlarının maliyyə bazasının
genişləndirilməsini və möhkəmləndirilməsini,regional maliyyə resurslarının
əmələ gəlməsi və istifadəsi ilə bağlı, habelə ərazi maliyyə resursalmm
formalaşması və istifadəsi metodlarının təkmilləşdirilməsi ilə əlaqədar bir
sıra problemlərin həllini zəruri edir.
Regionun maliyyəsinin digər tərkib hissəsi - təsərrüfat subyektlərinin
vəsaitləridir:
-bələdiyyə mülkiyyətində olan müəssisələrin maliyyə resursları (bir qayda
olaraq buraya kommunal müəssisələr aid edilir);
-müəssisələrin, firmaların, təşkilatların sosial-mədəni və mənzil- kommunal
obyektlərinin maliyyələşdirilməsinə yönəldilən maliyyə resursları. Öz
işçilərinə sosial yardım göstərmək məqsədilə təsərrüfat subyektləri yaşayış
binaları və mənzillər, məktəbəqədər uşaq tərbiyə müəssisələri və istirahət
obyektləri tikir və ya alırlar. Bizim ölkədə yeni şəhərlərdə, xüsusilə də
tikilməkdə olan müəssisələrin bazasında yaranmış şəhərlərdə demək olar ki,
bütün sosial infrastruktur sahələri müəssisələrin tabeliyində olması
xarakterikdir. Buna görə də regionun maliyyəsinin tərkibində, adətən
müəssisələrin sosial inkişafa yönəldilən vəsaiti daha çox xüsusi çəkiyə malik
olur.
Ərazi maliyyəsinin digər bir vacib hissəsi regional büdcədənkənar fondlardır.
Bu fondlar müəssisələrin və əhalinin könüllü ayırmaları və payları, xüsusi yığımlar
və s. mənbələr hesabına formalaşır. Büdcədənkənar fondlar əksər hallarda
məqsədli xarakter daşıyır.
Azərbaycan Respublikasının inkişafının indiki mərhələsində təsərrüfat və
mədəni quruculuqda regional hakimiyyət orqanlarımn rolu daima artır. Onlar
tabeçiliklərində olan ərazidə təsərrüfat və sosial-mədəni quruculuğa rəhbərhk
sahəsində geniş hüquqlara malikdirlər, yaşayış binalarının tikintisinə və səhiyyəyə
rəhbərlik edir, şəhər və kəndlərin abadlaşdırılması ilə bağlı tədbirlər həyata
keçirirlər, yol tikintisi sahəsində işləri təşkil edirlər. Bununla belə, ərazi, icra və
nümayəndəh orqanlarının yerlərdə cəmiyyətin iqtisadi və mənəvi inkişafı ilə bağlı
yaranan məsələlərin hə
ll
i
n
də rolunu artırmaq zəruridir. Bu isə həmin hakimiyyət
orqanlarının hüquqlarının genişləndirilməsini və mədəni-maliyyə bazasımn
inkişafını tələb edir.
Qanunda regional hakimiyyət orqanları ilə onların ərazisində yerləşən
müəssisələrin arasındakı qarşılıqlı münasibətlər qaydaya salınmışdır. Bu
münasibətlər qarşılıqlı müqavilə əsasında qurulur. Bütün müəssisələr öz
mənfəətinin bir hissəsini yerli büdcəyə verməli, öz vəsaitləri ilə yerrli büdcənin
formalaşmasında iştirak etməlidirlər. Regionların yerli hakimiyyət orqanlarına
yuxarı hakimiyyət orqanları ilə razılaşdırılmadan ərazinin tələbatını ödəmək üçün
müəssisələr yaratmaq, onların fəaliyyətinin istiqamətini dəyişmək, yerh
təsərrüfatları idarə etmək üçün regiondaxili və regionlararsı, sahədaxih və
sahələrarası orqanlar yaratmaq hüquqları verilmişdir.
Qanunda yerli hakimiyyət orqanlarının planlaşdırma və maddi- texniki
təchizat sahəsində hüquqları da müəyyən edilmişdir. Regionların yerli özünüidarə
hakimiyyət orqanları onlara verihniş səlahiyyət daxilində ərazilərin sosial-iqtisadi
inkişafı planlarını işləyib hazırlayırlar. Bu zaman yuxarı hakimiyyət orqanların
planlarımn formalaşmasına və yerinə yetirilməsinə müdaxiləsinə yol veri
lm
ir.
Yerli regional hakimiyyət orqanlarımn yeni hüquqları içərisində onların
xarici iqtisadi əlaqələrdə iştirak hüquqlarını qeyd etmək vacibdir. Bu cür əlaqələr
hə
min
hakimiyyət orqanları tərəfindən valyuta ilə özünüödəmə prinsipi əsasında
həyata keçirilir. Eyni zamanda, regional hakimiyyət orqanları onların ərazisində
yerləşən müəssisələrin xarici iqtisadi əlaqələrinin genişlənməsinə, ixrac bazasımn
inkişafı sahəsində rəqabətqabiliyyətli məhsulların istehsalının, iş və xidmətlərin
inkişafına köməklik göstərirlər.
«Bələdiyyələrin statusu haqqmda» Azərbaycan Respublikasının Qanununda
yerli özünüidarənin maliyyəsi haqqında məsələlər ayrıca bir bölmədə qeyd
edilmişdir ki, burada bir sıra yeni müddəalar təsbit olunmuşdur. Yerli
özünüidarənin maliyyə ehtiyatlarımn tərkibi müəyyən edilmişdir. Bu resurslar
regional orqanların büdcə və büdcədənkənar vəsaitləri, kredit vəsaitləri,
özünüidarənin valyuta vəsaitləri hesabına formalaşır.
«Bələdiyyələrin statusu haqqmda» Azərbaycan Respublikasının Qanununda
bələdiyyələrin maliyyə və kredit fəaliyyətinin tənzimlənməsi məsələlərinə xüsusi
fikir verilmişdir. Qanunun 46-cı maddəsində göstərilir ki, Azərbaycan
Respublikası qanunlarına uyğun olaraq bələdiyyələr, bələdiyyə bankları və digər
maliyyə-kredit idarələri yarada bibrbr. Lakin maliyyə, xüsusilə də maliyyə
bazarının inkişafının müasir vəziyyəti bələdiyyələrin maliyyə mənbələrinin
formalaşmasında qiymətli kağızların rolunu məhdudlaşdırır. Bələdiyyələrin
maliyyə fəaliyyətində qiymətli kağızların belə mövqeyini onunla izah etmək olar
ki, bir tərəfdən qiymətli kağızlar bazarının özü məhdudluq xüsusiyyətinə malikdir,
digər tərəfdən isə bələdiyyələrlə bəzi idarəetmə orqanları arasında səlahiyyət
bölgüsündə dəqiqlik yoxdur. İqtisadi proseslərin dinamikliyi baxımından
Azərbaycanda qiymətli kağızlar bazasının təhlili göstərir ki, mövcud reallıq dəyişib
bilər. Belə ki, bazar iqtisadiyyatını quran və dünya iqtisadiyyatına sürətlə
inteqrasiya olunan nəzəri cəhətdən bu cür ehni yanaşma praktiki fəaliyyətdə də öz
əksini tapır. Ölkə, dünya maliyyə sistemindən, qiymətli kağızlar bazarından
kənarda qala bi
lm
ir.
Müasir dövrdə sahibkarların ağır vəziyyətə düşməsi, yeni müəssisələrin ləng
yaranması, mövcud müəssisələrin isə fəaliyyətləri
n
i
n
məhdudlaşması vəsait
çatışmazlığı ilə əlaqədardır. Vəsait çatışmazlığı hətta bəzi müəssisələrin
fəaliyyətini məhdudlaşdırmağa məcbur edir.
Bələdiyyələr öz maliyyəsini həm müvafiq bələdiyyə ərazisində, həm də onun
hüdudlarından kənarda fəaliyyət göstərən və Azərbaycan Respublikasının rezidenti
olan kredit təşkilatı ilə qarşılıqlı əlaqəli şəkildə təşkil edirlər. Bələdiyyələrlə kredit
və sığorta təşkilatları arasında qarşılıqlı münasibətlər müqavilə əsasında həyata
keçirilir.
Yerli özünüidarəetmə orqanları yerli maliyyənin və maliyyə- kredit
təşkilatlarının inkişafını stimullaşdırır.
Maliyyə siyasətinin mahiyyəti iqtisadi ədəbiyyatlarda müxtəlif formalarda şərh
edilir. Adətən maliyyə siyasəti maliyyə sistemi vasitəsilə həyata keçirilən
tədbirlərin məcmuu ki
mi
qiymətləndirilir. Lakin göstərmək lazımdır ki, bu tədbirlər
mahyyə siyasətini bütünlükdə əhatə edə bilməz, onlar yalnız bu siyasətin həyata
keçirilməsi aktları kimi çıxış edirlər. Maliyyə siyasəti bu tədbirlərin həyata ke
çirilməsindən qabaq formalaşır və göstərilən maliyyə tədbirləri vasitəsilə həyata
keçirilir. Buna görə də maliyyə siyasətini iqtisadi strategiyanın həyata
keçirilməsinə yönəldilən tədbirlərin məcmuu
kim
i qiymətləndirmək lazımdır.
Maliyyə siyasəti hər şeydən əvvəl müəyyən bir iqtisadi məqsədlərə çatmaq
üçün maliyyədən istifadə olu
n
ması prosesidir. Dövlət makroiqtisadi məqsədlərə -
iqtisadi tarazlığın təmin edilməsinə, iqtisadi artıma, sosial-iqtisadi inkişafın
reallaşdırılmasma çatmaq üçün müxtəlif maliyyə vasitələrindən istifadə edir.
Maliyyə siyasətinin əsas məqsədi - maliyyə ehtiyatlarının həcmini və
istifadəsinin səmərəliliyini artırmaqdan ibarətdir.
Maliyyə siyasətinin vacib fəaliyyət istiqamətlərindən biri də maliyyə
ehtiyatlarını istehsal sahələri arasında düzgün bölüşdürməklə onlardan səmərəli
istifadəni təmin etməkdir.
Qanunda ilk dəfə olaraq qeyd edilmişdir ki, müvafiq ərazilərdən yaranan və
istifadə olunan maliyyə resusrlarmm həcminin müəyyən edilməsi üçün regional
hakimiyyət orqanları tərəfindən ümumi ərazi maliyyə balansı tərtib olunur.
Bununla əlaqədar dövlət və ictimai orqanlar, müəssisələr və təşkilatlar müvafiq
ərazi mahyyə balansımn tərtib olunması üçün zəruri məlumatları yerli
özünüidarələrə təqdim etməyə borcludurlar.
Qanunda regional hakimiyyət orqanları tərəfindən yerli büdcənin təsdiq
olu
nm
ası və istifadə edihnəsi, yuxarı orqanlann büdcə məsələlərinə qarışması həddi
haqqında vacib müddəa təsbit olunmuşdur.
Ümumregional tədbirlərin maliyyələşdirilməsi üçün müəssisələrin və regional
hakimiyyət orqanlarının maliyyə resusrlarmm birləşdirilməsi, büdcədənkənar
fondların maliyyə resurslarının, həmçinin valyuta fondları
n
ı
n
yaradılması və
istifadəsində regional orqanların hüquqları qanuni olaraq ilk dəfə təsdiq
olunmuşdur.
Dostları ilə paylaş: |