kimi adlanır və işarə edilir.
Qeyri-məhdud məsuliyyətli cəmiyyət və ya yoldaşlıq
elə təşkilati- hüquqi formasına
malik müəssisə və ya firmadır ki, cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı
üzrə öhdəhklərinə qeyri-məhdud sanballı (tutarlı, kifayət qədər) məsuliyyət
daşıyırlar. Hər bir şəxsin cəmiyyətə verə biləcəyi xeyir kimi qiymətləndirilir:
məsələn, pullar, əmlak, xidmət, nou-xau. Bu qoyuluşlar yoldaşlığın ümumi
mülkiyyəti sayıhr. Bu mülkiyyət əsasında və bütün iştirakçıların ümumi razılığı ilə
iş həyata keçirilir. Bu cəmiyyətin iştirakçıları hüquqi müstəqillik saxlayırlar,
yoldaşlığın özü isə hüquqi şəxs olmur. Bu cəmiyyətdə li- derhk kollektiv deyil,
şəxsi biznesə məxsusdur. Qeyri-məhdud məsuliyyətli yoldaşlıq, adətən müəyyən
vəzifələrin həll edilməsi üçün sahibkarlar arasında müvəqqəti saziş kimi istifadə
olunur.