Ərdəşir Babəkan
77
haqqında nağıl edirlər ki, bir gün o, bir ərəbə
hakimindən soruşdu:
–Gündə nə qədər yemək lazımdır?
Dedi:
–Yüz dirəm ağırlığıında.
Dedi:
–Bu qədərdən nə güc olar?
Dedi:
–Bunun gücü səni ayaq üstə saxlayır. Ondan çox isə artıq yük
olar!
Beyt
Yemək lazım yaşamaqçün, deməkçün,
Səncə həyat lazım ancaq yeməkçün?!
117
7. Hekayət
İki Xorasanlı dərviş yol yoldaşı olub səfərə çıxdılar. Biri arıq idi,
iki gündən bir yeyərdi. Digəri kök idi, gündə üç dəfə nahar edərdi.
Təsadüfən bir şəhərə girəndə onları casus güman edib tutdular və hər
ikisini zindana saldılar. İki həftə sonra günahsız olduqları aşkar oldu.
Onları azad etmək istərkən kögün öldüyünü, arığın isə salamat
qaldığını gördülər.
Camaat bu işə təəççübləndi. Orada bir alim var idi, dedi: –
Bunun əksi təəccüblü olardı; çünki kök çox yeyən idi, aclığa dözmə-
yib öldü, arıq az yeyən idi, aclığa tab gətirib, xilas oldu.
Şer
Adam az yeməyə edərsə adət,
Çətinlik zamanı tab edə bilər.
Qarınpa firavan yaşayar, amma,
Darlığa düşəndə acından ölər.