Tatar
79
müharibəsində bir iyid ağır yaralanmışdı. Biri ona dedi:
–Filan
tacirdə dərman var, istə, bəlkə verdi.
Deyirlər ki, o tacir xəsislik və paxıllıqda məşhur imiş.
Beyt
Süfrəsində çörək deyil, günəş olsaydı əgər,
İşıqlı gün görməz idi bu dünyada bir nəfər
İgid dedi.
–Dərman istəsəm, ya verəçək, ya verməyəcək; versə ya xeyir
edəcək, ya etməyəcək. Demək, elə bir tacirdən dərman istəməyin özü
mənim üçün zəhər içmək kimi bir şeydir.
Beyt
Minnətlə alınsa alçaqdan təam,
Yeyib kökəlsə də alçalar adam.
Atalar
demişlər: «Abırını alıb, dirilik suyu versələr, ağıllı adam
onu almaz, çünki zillətlə yaşamaqdansa, izzətlə ölmək yaxşıdır».
Beyt
Xoş sifətli bir adamdan alıb qanqal da yesən
Çox yaxşıdır bədsifətin verdiyi bal, şəkərdən.