ır, o isə bunların heç birinə inanmır, onun dedikləri də mənim işimə
yaramır.
Beyt
Bir kəs ki, Qurana inanmayır heç
Cavabı odur ki, çavab vermə keç!
152
153
5. Hekayət
Həkim Calinus
90
gordü ki, bir nadai bir alimin yaxasından tutub
onu təhqir eləyir.
Dedi:
– Əgər o, alim olsaydı, nadanla işi bu dərəcəyə çatdırmazdı.
Şer
Ağıllı olanlar heç vaxt vuruşmaz,
Alim nadanlara heç də baş qoşmaz.
Sözünü acıqla söyləsə nadan,
Ağıllı dindirər onu mehriban.
İki alim qoymaz bir tük qırılsın,
İstəməzlər sülhə zəncir vurulsun.
Hər iki sözləşən olarsa çahil,
Ehtiram zəncirin tez qırarlar bil
Birinə bir nadan çirkin söz dedi.
O biri təmkinlə belə söylədi:
Sən məndə çox eyib axtarma hədər.
Bilməzsən eybimi mən bilən qədər!
6. Hekayət
Səhbani-Vail
91
fəsahətlə danışmaqda misilsiz idi. Belə ki, bütün
il boyu danışsaydı, onun sözlərində təkrar görməzdin. Əgər bir sözü
ikinci dəfə deməyə məçbur olsaydı, başqa ibarələrlə ifadə edərdi.
Bunu da deyim ki, saray xadimlərinə layiq xasiyyətlərdən biri də
məhz bundan ibarətdir.
Şer
Əgər söz olarsa incə və şirin,
O sözü eşidən deyər afərin.
Bir dəfə dedinmi, təkrar etmə sən,
Xoş olar halvanı bir kərə yesən.
154
7. Hekayət
Eşitmişəm ki, alimlərdə demişdir:
–Başqas ın ın sözünü kəsib dan ıışmaq, öz qanmazl ığ ın ı etiraf
etmək deməkdir.
Şer
Hər sözün ey alim, baş–ayağ ı var,
Sözün
aras ına söz qatma zinhar.
Ağ ıll ı sakitlik görməsə bir an,
Dil aç ıb bir söz də söyləməz inan.
Dostları ilə paylaş: |