A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə41/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

 
 
 
XI Mövzu 
Son orta əsrlər və yeni dövrün əvvəllərində beynəlxalq münasibətlər 
 
Məlum olduğu kimi, XIV-XVI yüzilliklər nəinki Avropada, habelə  Şərqdə  də  mərkəzləşmiş feodal 
dövlətlərinin yaranmasında mühüm mərhələ hesab edilir. XVI əsrdə İngiltərə hələ ancaq adalardan ibarət olub, 
3,5-4 mln əhaliyə malik idi. Ancaq burada mərkəzləşmiş feodal dövlətlərinin yaranması 1066-cı ilə aid edilir. 
Son dərəcə böyük əraziyə  və  əhaliyə malik Rusiya imperiyası beynəlxalq münasibətlərdə dominantlıq etmək 
imkanlarına malik deyildi və Avropa  siyasətinə təsir  göstərmirdi. XVI əsr Avropasının əsas dövlətləri Fransa 
və İspaniya sayıla bilər.  
Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin 
müəyyənləşməsində Portuqaliyanın da rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən 
dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını  şərtləndirdi. Dünya ticarəti ilə birlikdə isə  təbii 
ehtiyatdan məhrum, qiymətli metalların təsadüfən müəyyənləşdiyi Avropada zənginləşmə prosesi başladı. Bu 
proses burjua istehsalını şərtləndirdi.  
Tədqiqatçılardan Tarle qeyd edirdi ki, Avropanın beynəlxalq münasibətlərdə dominantlıq etməsi öz 
başlanğıcını coğrafi kəşflər nəticəsində yaranmış dünya ticarətindən götürür. Kapitalist istehsalı üsulunun ən 
qədim vətəni İtaliya hesab edilir. İlk burjua millətçilərinin vətəni də buradır. Burjua istehsalı nəticəsində tarixi 
vətən anlayışı  və onun qorunması leksikona daxil olur. Dövlətlərin ticarət marağı meydana gəlir. Dəniz 
yollarının açılmasının digər nəticəsi dünya müstəmləkə sisteminin yaranması oldu. Lakin müstəmləkə 
siyasətində İngiltərə Portuqaliya, İspaniya və Fransadan sonra sonuncu yerdə gəlirdi.  
XIV-XV  əsrlərdə Portuqaliyanın tədricən Afrikanın qərb sahilləri boyu apardığı ekspedisiyalar artıq 
XVI  əsrin ortaları üçün Portuqaliya mülklərinin Yaponiyanın sahillərinə  qədər yayılmasına gətirib çıxardı. 


 
66
1516-cı il də Habsburqlar sülaləsindən olan I Karlın hakimiyyətə  gəlməsi Avropanın siyasi həyatına təsir 
göstərdi. Belə ki, Maksimilian Habsburqun nəvəsi olan I Karl nə özünə  qədərki, nə  də özündən sonrakı 
nəsillərin malik olmadığı şöhrəti qazandı və 1519- cu ildən etibarən Müqəddəs Roma imperiyasının imperatoru 
seçildi. Məhz bu dövrdə  İspan imperiyasının  şimal hüdudları  İngiltərə  və Skandinaviyaya qədər Avropa 
ölkələrini, qərb hüdudları isə qərb və Mərkəzi Amerikanın şərqini əhatə edirdi. 
V Karl adını almış bu imperatoru “günəş kral” adlandırırdılar. XIX əsrin ortaları etibarən məlum oldu 
ki, iki qat diplomatiyadan istifadə və dini müharibələrin qızışdırılması V Karlın adı ilə bağlıdır. Dünya ticarəti 
meydana gəldikdən sonra onun mərkəzinə çevrilən Antverpen və Amsterdam şəhərlərini illik gəliri İspaniyanın 
tarixi ərazilirinin verdiyi illik gəlirə bərabər idi. 17 Niderland əyaləti isə İspaniyanın bütün müstəmləkələrinin 
verdiyi gəlirə  bərabər gəlir verirdi.Habsburqların möhləknəməsində  cənubi Almaniya burjuaziyasının və 
tacirlərinin böyük rolu olmuşdur.Almaniyanın  ən qədim bankir evi sayılan Fuggerlər bankir evi İspan 
Habsburqları ilə qadın xəttilə qohum idi. 
Cənubi Almaniya bankir evinin başçısı Yakov Fugger 1523-cü ildə V Karla yazmışdır:”  İndi hamıya 
gün kimi aydındır ki, əgər mənim köməyim olmasaydı Siz Müqəddəs Roma imperiyasının imperatorunun tacını 
başınıza qoya bilməzdiniz.” Müqəddəs Roma imperiyasının imperatoru o demək idi ki, İspaniyadan başlamış 
Almaniya, İtaliya, Amerika koloniyaları, Niderland, Neopolitankrallığı və Sardiniya onun hakimiyyətində idi.  
Ancaq V Karl bununla kifayətlənmir, bütün katolik dünyasını birləşdirmək istəyirdi. Məhz onun 
dövründə inkvizisiya məhkəməsi bütün Avropada tüğyan etmişdi. Məhz onun göstərişilə, katoliklərlə 
protestantlar arasında başlamış dini müharibələr 20 ildən çox Avropada bütün dövlətlərarası münasibətlərə təsir 
göstərmiş, V Karlın yaratdığı intriqalar olduqca çətinliklə aradab qaldırılmışdı. Məhz V Karl bu nəhəng 
imperiyanı saxlamaq üçün başlıca diqqəti diplomatik işə və intriqaya vermişdi.  
Lakin Roma papasının hesabdan silinməsi V Karl diplomatiyasına ağır zərbə vurdu. Papanın təhriki ilə 
həm Almaniyada, həm Fransada katoliklər öz fəaliyyətlərini  İspan kralına qarşı çevirmişdilər. Lakin 1555-ci 
ildə dini müqavilə imzalanarkən məlum oldu ki, protestantları və katolikləri bir-birinin üzərinə salışdıran məhz 
V Karl olmuşdu.  
Məlum olduğu kimi, müstəqilliyə can atan alman protestant feodalları 30-cu illərdən etibarən  Şimali 
kalden  ittifaqı adlanan ittifaq yaratmışdılar. V Karl bu ittifaqı dağıtmaq üçün protestant knyazlıqlarının  ən 
qüvvətlisi saksoniyalı Morislə ittifaqa girmiş və nəticədə Şimal kalden ittifaqının üzvləri darmadağın edilmişdi. 
1526-1555-ci illəri əhatə edən və dini müharibə adı altında tarixə düşən mübarizənin gedişində əvvəlcə nəticə  V 
Karlın xeyrinə idi.Roma papası protestantları  lənətlədiyinə baxmayaraq V Karlın güclənməsi müqabilində 
protestant alman knyazlarına dəstək verməyə başladı.  Şimal Kalden ittifaqının qüvvələri dağıldıqdan sonra 
saksonlu Morisə  əhəmiyyət verməyən V Karl çox tezliklə  səhv etdiyini başa düşdü. Belə ki, V Karldan üz 
döndərən  Moris yenidən köhnə ittifaqın üzvləri ilə birləşdi.Roma papasının maddi və hərbi yardımı ilə V Karla 
qarşı hərbi əməliyyatlara başladı. Beş ildən çox davam etmiş mübarizə 1555-ci il Ausburq dini müqaviləsi ilə 
başa çatdı. 
Roma papasının protestantların tərəfinfində durması nisbi idi. Papa əslində onları yiretik – dindən 
dönmüş hesab edir və onlara qarşı mübarizədən imtina etmirdi. 1572-ci ilin avqustunda Varfolomey gecəsində 
iki min nəfərdən çox protestantın qırılması papanın protestantlara qarşı münasibətini göstərirdi.  
Diplomatik leksikona “V Karlın sirri” adı ilə daxil olmuş ifadə onu iki qat diplomatiyadan və intriqadan 
istifadə etməsi ilə bağlı olmuşdur. Sonralar kardinal Rişelye tərəfindən son dərəcə geniş şəkildə tətbiq olunmuş 
bu siyasətin mahiyyəti- V Karl diplomatları seçərkən onlara etimad göstərmir, diplomatın fəaliyyətinə nəzarət 
etmək üçün mandatı I-dən daha güclü  olan II şəxsi göndərirdi. Əgər I şəxs satqınlıq etsəydi, II – diplomat onu 
kənarlaşdıraraq danışıqları özü aparırdı.  Əgər  əksinə olsaydı, I göndərilən  şəxs V Karlın etibarlı  şəxslərindən 
olardı.   
V Karlın diqqət verdiyi məsələlərdən biri də nigah diplomatiyası idi. Bu yolla İspan Habsburqları öz 
sülalərini digər sülalələrlə qohum edir və bu qohumluğu siyasi təsir vasitəsinə çevirirdilər.  İspan kralının az 
yaşlı  oğlu Filip bu məqsədlə özündən 16 yaş böyük  İngiltərə  şahzadəsi Mariya Mediçiyə nişanlamış, lakin 
nigah baş tutsa da, fransız səfirinin işə qarışması  nəticəsində onun uğursuzluğu təmin olundu. İngiltərə 
parlamentinin hazırladığı nigah müqaviləsinə görə, İspaniya İngiltərədən Fransaya qarşı mübarizə üçün istifadə 
etməməli,  İngiltərənin mənafeyinə  zərər gətirməməli, Mariya Mediçi vəfat edərsə,  İngiltərə taxt-tacına iddialı 
olmamalı idi. Nigah müqaviləsində İngiltərə kralı ifadəsi ingilis kraliçasının əri ifadəsi ilə əvəzlənmişdi. Bu da 
son nəticədə II Filippin və onun varisinin İngiltərə  taxt-tacına olan iddiasına son qoymuşdu.  
Ausburq sülh müqaviləsi imzalandıqdan sonra V Karl hakimiyyətdən əl çəkərək monastıra getmiş, oğlu 
II Filipdə xarici və daxili siyasətdəki uğursuzluqdan yaxa qurtara bilməmişdi. Çünki Fransanın beynəlxalq 
aləmdə qüvvələr müvazinətini pozması ona qarşı kontinental Avropanın birləşməsi ilə nəticələnmişdi. 
İspaniyanın belə ağır vəziyyətə düşməsi ilk növbədə onun həddindən artıq dərəcədə qüvvətlənməsi və 
bu zəmində Avropa ölkələrinin koalisiyası ilə qarşılaşması  nəticəsində yaranmışdı.  V Karlın istifadə etdiyi 
üsullara üstünlük verən Rişelye xarici siyasətdə daha ehtiyatlı hərəkət etmiş, Fransaya qarşı düşmən dövlətlərin 
koalisiyasının yaranmasına imkan verməmişdi.  


 
67
XIV-XVII  əsrlər Fransız mütləqiyyətinin formalaşması dövrü kimi göstərilir. Belə ki, XI Lüdovik və 
onun varislərindən sayılan VIII Karl, XII Lüdovik, I Fransisko və II Henrnin hakimiyyəti illərində  İspan 
Habsburqları tərəfindən sıxışdırılan Fransa yardım əldə etmək üçün alman protestant knyazları və türk sultanları 
ilə ittifaqa girməyə çalışırdı. Türk sultanı Süleyman  Qanuninin 1526-1529-cu illər Viyana yürüşü bununla 
əlaqədar idi. Sultanın vəziri  İbrahim paşa Fransa ilə yaradılacaq ittifaqa Türkiyənin Avropada uğurlarının 
başlanğıcı kimi baxdığını gizlətmirdi.  
Məhz buna əsasən 1535-də Türk sultanı fransız kralı I Frasisklə sonralar “kaputiliyasiya müqaviləsi 
adını almış ittifaq və ticarət müqaviləsi” imzaladı. Müqaviləyə görə, Türkiyə boğazlarına gələn Avropa gəmiləri 
Fransız bayrağı qaldırmalı idilər. Kapitulyasiya müqaviləsi diplomatik leksikona qeyri-bərabər hüquqlu 
müqavilə kimi daxil olmuşdur. Kapitulyasiya iki fəsildən ibarət müqavilənin fəsillərinə verilmiş ad idi. 
Fransanın şərq ölkələri ilə ittifaqa böyük ehtiyacı var idi.   
Məlum olduğu kimi IV Xaç yürüşündən sonra 1261-ci ilə qədər Konstantinopol Avropa səlibçiləri ilə 
mübarizə aparmış  və onların qovulmasına nail olmuşdur. Elə bu dövrdə Anadoluda, Kiçik Asiya torpağında 
Osmanlı knyazlarının  əsası qoyulur və 1299-cu ildə Osmanlı dövləti təşəkkül tapmışdı. Bu dövrdən Türkiyə 
Avropa siyasəti meydanına çıxmış,  Ərəbistandan, sonra isə 2-ci dəfə Balkanlardan Prineyə  qədər  əraziləri 
nəzarəti altına aldı. Artıq XV əsrin II yarısı və XVI əsrdə Türkiyə Avropa siysətində əsas faktora çevrilmlşdi. 
Təsadüfi deyildir ki, Avropa monarxları bu faktorun təsiri ilə Fransaya münasibətdə mövqelərini dəyişmiş
Fransa da Antitürk koalisiyasına qatılmışdı. 
Rüşelyenin hakimiyyətinə qədər Fransa ayrı-ayrı məqəmlara baxmayaraq Avropadakı siyasətdə o qədər 
də güclü rola malik deyildi. XVI əsr Avropa diplomatiyasında İngiltərə də özünəməxsus şəkildə rol oynayirdı. 
Artıq bu dövr üçün İngiltərədə 2 palatalı parlament monarxiya quruluşu bərqərar olmuşdu. Lakin İngiltərə 
mütləqiyyəti heç vaxt İspaniya və Fransadakı kimi qüvvətli olmamış, məhz buna görə İngiltərə parlamenti ilə 
Kral arasında daxili və xarici siyasət məsələlərində güclü siyasi antoqonizmə yol verilməmişdi. Kral həmişə 
xüsusi xarici siyasət məsələləri ilə bağlı problemlərə nəzarəti parlamentlə bölüşmüşdü.  
XVI əsrin II yarısından etibarən İngiltirə  ilə İspaniya arasında  Avropa hegemonluğu uğrunda mübarizə 
kəskin xarakter aldı. İngilis dəniz quldurları İspaniyanın Amerikadan taladığı sərvətlərə şərik çıxırdı. 
Ingilis diplomatiyası  İspaniyanın Avropa hegomonluğunun köklərini qazırdı. Yaranmış  şəraitdə 
İspaniyada dəfələrlə İngiltərəyə qarşı xaç yürüşü keçirilməsi ideyası baş qaldırmışdı. İspaniya bu mübarizənin 
əvvəlində diplomatik fəaliyyətə üstünlük vermiş  və 1558-1603-cü illərdə  İngiltərə kraliçası olmuş Yelizaveta 
Stüartı fiziki baxımdan məhv etmək üçün konkret plan hazırlamışdı. Məlum olduğu kimi, Yelizaveta Stüartın 
atası VII Henrix həm Şotlandiya varisinin qızına, həm də İngiltirə şahzadəsi Anna Bolyuna nigahlı idi və hər 
nigahdan bir qızı doğulmuşdu. 
Şotlandiyada hakimiyyət uğrunda mübarizənin gedişində Yelizavetanın bacısı Mariya Mediçi 
Şotlandiyadan qaçmağa məcbur oldu. Londonda məskunlaşdıqdan sonra çox tezliklə II Yelizavetaya qarşı 
müxalifətin mərkəzi fiquruna çevrilmişdi.  İspaniya ilə aparılan yazışmaların bir neçəsinin  ələ düşməsi 
İngiltərədəki hakimiyyət uğrunda mübarizənin konturlarını müəyyənləşdirməyə imkan verdi. Bununla belə, nə 
xəfiyyə xidməti, nə də parlamentin müvafiq strukturları Yelizavetanı öz bacısını edam etməyə sövq edə bilmədi.  
Yaranmış şəraitdə Mariyanın həqiqətən Yelizavetaya düşmən olmasını sübut etmək üçün parlament bir 
sıra diplomatları  səfərbər etdi. Bunlardan biri də Uol Sinqem idi. Müxtəlif Avropa dillərində danışan,  gözəl 
xəttatlıq qabiliyyəti olan diplomatik ustalığa malik Uol Sinqem tezliklə Mariyanın hazırladığı  qəsdin üstünü 
açdı və Yelizavetanın göstərişi ilə Mariya Mediçi edam olundu. 
Ingiltərə öz müstəsna mövqeyindən çıxış edərək Avropa siyasətinə  fəal  şəkildə  təsir göstərməyə 
çalışırdı. Təsadüfi deyil ki, İspaniya tərəfindən sıxışdırılan Fransa bu məsələdə  İngıltərənin müttəfiqinə çevrildi. 
1588-ci ildə  İspaniyaya məxsus məğlubedilməz Armadanın La-manş boğazında dağıdılması ilə Avropanın 
tarixində Fransanın hegemonluğu dövrü başladı. 
XVI  əsrdə dünya siyasi meydanına çıxan dölətlərdən biri də çar Rusiyası idi. 1480- ci ildə Monqol 
imperiyasının əsarətindən qurtaran Rusiyanın xarici siyasətində 3 əsas vəzifə dururdu: 
- Baltik dənizinə çıxmaq; 
- Qara dənizdən çıxmaqla isti dənizlərə çıxış əldə etmək; 
- Avropa sərhədlərinə yaxınlaşmaq. 
Qərb dövlətlərinin Rusiya haqqında məlumatları epizodik xarakter daşıyır. Monqollar Rusiyadan 
qovulandan sonra Sileziyalı tacir Nikolay Peppel Rusiyada olur və burada gördüklərindən heyrətə gəlir. O, geri 
qayıtdıqdan sonra gördüklərinə dair kitab yazmış  və Avropada sensasiya yaratmışdı.O vaxta qədər Avropada 
hesab edilən Böyük Moskva knyazlığı Polşanın qəyyumluğu altındadır. Üç il sonra Moskvaya qayıdan Peppel 
Müqəddəs Roma imperiyasının agenti kimi imperatriçanın məktubunu gətirmiş  və rus çarı III İvanla 
görüşmüşdür.Peppel III İvana təklif etdi ki, o, Roma papasından kral adı almaq üçün xahiş etsin. Lakin III İvan 
imtina etmiş,yalnız IV İvan  Qroznı papadan çar titulunu almışdı. 
Müqəddəs Roma imperiyası ilə münasibətlərin qurulması üçün hətta Bizans şahzadəsi Zoya Paleoqolun 
Rusiya sarayına gəlin köçməsi də Rusiya ilə imperiya arasında və ya Roma papası arasında münasibətlərə start 


 
68
vermədi. Doğrudur, III İvan İtaliyaya-papanın yanına öz nümayəndəsini göndərdi. Onu burada elə “təmtəraqla” 
qarşılamışdılar ki, IV İvanın çar titulu aldığı dövrə  qədər, Roma ilə Rusiya arasında münasibətlər 
kəsilmişdi.Müasir Avropa müəlliflərindən biri yazırdı ki, son 500 il ərzində Rusiya özünün Avropaya aid olub-
olmamasını müəyyənləşdirə bilməmişdir. Xarici siyasəti qarşısında Avropa ilə bağlı konkret  vəzifələr duran 
əski və  müasir  Rusiya özünü bu dilemmadan qurtara bilməmişdi.  
Rusiyanın papa İtaliyası ilə diplomatik münasibətlərinin  olmaması bu dövlətin  heç də beynəlxalq 
münasibətlər orbitindən kənarda qalması demək deyildi. XVI əsr üçün Rusiyada xarici siyasət orqanları təşəkkül 
tapmış, Boyar dumasında bu sahə konkret fəaliyyət növünə çevrilmiş, Rusiyanın paytaxtında xaricilər üçün 
sonralar “Kitay qorod” adını almış  məhəllə meydana gəlmişdi. Lakin Avripa ölkələrindən fərqli olaraq, 
Rusiyaya gələn səfirlər, elçilər, tacirlər əhalidən təcrid olunmurdular. Onların çar sarayında qəbulu, ticarət üçün 
imtiyazların verilməsi, cavab elçilik heyətlərinin göndərilməsi mərasim forması almışdı.  
Avropadan fərqli olaraq Rusiyada qonşu ölkələrlə sülalə nigahlarına geniş yer verilirdi.Bir qayda olaraq 
elçi tacirlər Rusiyada olarkən onların gələcək xidmətindən istifadə edilməsi üçün təkliflər verilirdi. Məsələn: 
İngiltərənin Moskva şirkətinin agenti Antoni Cenkinson rus çarının yanında xidmətə götürülmüş və ona Rusiya 
adından Səfəilərlə danışıqlar aparmaq və müqavilə imzalamaq səlahiyyəti verilmişdi. Cenkinson analoji 
səlahiyyətləri Mərkəzi Asiya dövlətlərindən və Səfəvilərdən də almışdı. 
Rusiyanın beynəlxalq aləmə  çıxması  İvan Qroznunun fəaliyyəti ilə  sıx bağlıdır. Rusiyanın I Pyotrun 
hakimiyyətinin sonuna qədər xarici siyasət strategiyasından çıxmayan iki vəzifə vardır. 
- Baltik dənizi vasitəsilə Avropaya çıxış əldə etmək.   
- Qara dəniz boğazları vasitəsilə dünya okeanına çıxmaq. 
Bu iki vəzifənin reallaşması Rusiyanı Avropanın ayrılmaz hissəsinə çevirdi.1547-ci ildə  İvan Qroznı 
Roma papasından çar titulunu aldı. Bundan sonrakı rus çarlarının hamısı  həmin titulu daşıyirdı. Rurikoviçlər 
sülaləsinin son nümayəndəsi olan IV İvan Qroznı Rusiyanın türk-tatar ünsüründən təmizlənməsində mənfur rol 
oynamış şəxsiyyətlərdən biri idi.Bu yolda o, yaxın məsləhətçisi və uşaqlıq dostu Andrey Kurpskini də qurban 
vermişdi. IV İvanın 1564-1572-ci illərdə  həyata keçirdiyi “Opriçnina” siyasəti Rusiyanın xarici siyasətində 
olduqca böyük dəyişikliklərə gətirib çıxardı.Ancaq bu dəyişikliklər Rusiyanın xeyrinə olmadı. 
Məlum olduğu kimi, Polab slavyanları vaxtilə Baltik dənizinin sahilində  məskunlaşmış, sonralar bu 
ərazilər Kiyev Rus dövlətinin himayəsində olmuşdu.Lakin Rusiyanın zəifləməsi üzündən Baltik dənizinin 
sahillərində    İsveçin, finlərin yaşayış  məskənləri peyda olmuş  və bu ərazi XIII-XIV əsrdən etibarən  İsveç 
krallığının tərkibinə daxil olmuş  və bu ərazilərin geri qaytarılması  uğrunda mübarizə müharibəyə  gətirib 
çıxarmışdı. Rusiyanın xarici siyasətində Livoniya müharibəsi mühüm yer tuturdu. 
İvan Qroznunun dövründən etibarən Boyar dumasının içərisindən seçilmiç xüsusi istedada malik ayrı-
ayrı adamlar Avropaya və şərq ölkələrinin sarayına elçi kimi göndərilirdi.Əsas məqsəd Rusiyanın kənd və meşə 
təsərrüfatı mallarına alıcı tapmaqdan ibarət olurdu. Bismark sonralar yazırdı ki, 3 ilə yaxındır ki, Rusiyanın 
aqrar sahələrinin məhsullarının başlıca alıcısı alman knyazlıqlarıdır. Sonralar Almaniya ilə Rusiya arasında 
başlanmış gömrük müharibəsi bu zəmində baş vermişdi.  
IV İvanın dövründən etibarən meydana gəlməkdə olan prikazçılıq sistemi xarici siyasət və xarici ticarət 
məsələlərini  əhatə edirdi. Xarici siyasətlə  əsasən puşkar və yam prikazları paralel məşğul olurdular. Çox 
keçmədən bu sahəyə qoşulan və ordu quruculuğunu həyata keçirən daha iki prikaz meydana gəldi. 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin