Baki universitetiNİn xəBƏRLƏRİ



Yüklə 431,1 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix02.01.2022
ölçüsü431,1 Kb.
#39725
1   2   3   4   5   6   7   8
5-13

niyə qoymursan gündə uzanam. Vəli, Vəli... 

Burada “Vəli” antroponiminin elə Vəlinin öz dilindən deyilməsi Hatəm 

kişinin bu adı çağırmasına mənfi münasibətin, daha doğrusu, etirazın təzahürü-

dür. Qeyd edək ki, ikinci təkrar birincinin eyni ilə təkrarı anlamına gəlməməli-

dir, yəni Hatəm kişininin bu adı  təkrar dediyi üçün Vəli bu adı  təkrarlamır. 

Vəlinin bu adı təkrar eləməsi onun özünün çağırma faktına mənfi münasibəti-




nin göstəricisi olaraq meydana çıxmışdır. Hətta Hatəm kişi tərəfindən bu ad 

bir dəfə deyilsəydi, yenə Vəli tərəfindən iki, hətta üç dəfə təkrar şəklində very-

lə bilərdi. “Personajın nitqi nə qədər ekspressivdirsə, yazıçı təkrirdən bir o qə-

dər çox istifadə edir” (9, 252). 

Lakin bu cür ifadə tərzi müəyyən qanunauyğunluqlarla müşayiət olunur. 

Elə məqamlar var ki, şəxs adının təkrarlanması konkret miqdarla müəyyənlə-

şir. Adın neçə  dəfə  təkrarlanması, bir tərəfdən, məqsədlə bağlıdırsa, digər 

tərəfdən, mətn situasiyasından, adın konkret mətn mühitindən, o cümlədən 

fonetik-intonasion mühitdən asılıdır. Məsələn, aşağıdakı misalda şəxs adı  nə 

bir, nə  də üç dəfə  təkrarlana bilər, yalnız iki dəfə  təkrar mümkündür: Bir də 



sən nə çox Koroğlu, Koroğlu deyirsən? (“Koroğlu”). 

Şəxs adının bu şəkildə təkrarlanması dialoji nitqdə olduğu kimi, monolo-

ji nitqdə  də ola bilər. Bu zaman həmin ad daha çox kinayə bildirir. Məs.: 

Koroğlu, Koroğlu... Mən də deyirəm bəs, görəsən, bu necə adamdı ki, bundan 

belə qorxurlar (“Koroğlu”). 

Burada bir məsələyə də toxunaq. Şəxs adının iki dəfə təkrarlanması daha 

çox müşahidə edilirsə, üç və daha çox təkrarlanması az hallarda özünün 

göstərir. Nağıl və dastanlarda bu hala rast gəlmək olur. Məs.: Bir də baxdılar, 



budu, Tüpdağıdan qışqıra-qışqıra gəlir: – Eyvaz...Eyvaz...Eyvaz (“Koroğlu”).  

Lakin bəzən  şəxs adının üç dəfə  təkrarlanması  əvəzinə, bu məzmun 

müəllif nitqində informativ şəkildə verilir. Məs.: Həmin qarı buludun içindən 

çıxdı, gəldi, oğlanı aldı qucağına, üzündən öpdü, ağzını qulağına yapışdırıb üç 

dəfə ucadan dedi: – Şahzadə Mütalib! (“Şahzadə Mütalib”). 

Sözsüz ki, nağıl xalq yaradıcılığının məhsuludur, onun dili də təbii xa-

rakterlidir. Yuxarıdakı misal haqqında da həmin fikri söyləmək olar. Lakin 

ədəbi dil baxımından bu cür ifadə düzgün qəbul edilə bilməz. Belə ki, “üç dəfə 

ucadan “Şahzadə Mütalib!” dedi” forması daha dəqiqdir. 

2) Şəxs adlarının təkrar şəkildə işlədilməsində digər məqsəd həmin şəx-

sin varlığını daha inandırıcı, təkidedici formada təsdiq etməkdir. Burada da 

məqsəddən, fakta münasibətdən asılı olaraq, təkrar müxtəlif formalarda mey-

dana çıxa bilər. Bu təkrarın  ən geniş yayılmış formasında ikinci adda şəxs 

sonluğunun ellipsisə uğramasıdır. Məs.: Dona xanım, axır ki, bu bəhanən də 



kəsildi. Koroğludu, Koroğlu! (“Koroğlu”) 

Qeyd edək ki, təkrarlanan söz və ya ifadələrdən  əvvəlkilərdə  işlədilən 

şəxs sonluğunun sonuncuda işlədilməməsi dilimizdə özünü göstərən üslubi 

faktlardandır. Bu hal bədii  əsərlərdə, habelə adi danışıqda daha çox diqqəti 

çəkir. Şeir dilində bu fakt xüsusilə ölçü, obrazlılıq yaratmağa xidmət edir; bu 

cəhət hətta müxtəlif səciyyəli, lakin paralel olan konstruksiyalarda meydana 

çıxır. Məşhur misralara müraciət edək: 

                           



Boyun sürahidir, bədənin büllur

                           

Gərdənin çəkilmiş minadan, Pəri! (M.P.Vaqif) 

Birinci misrada “büllur”, ikinci misrada “çəkilmiş” sözlərində -dir şəxs 

sonluğunun işlədilməməsi vəznin tələbi ilə olsa da, eyni zamanda yersiz tək-




rardan qaçma yolu ilə obrazlı ifadə tərzini formalaşdırmışdır. 

Şəxs sonluğunu bu şəkildə ellipsisi bir neçə təkrarda da özünü göstərir

belə ki, hər hansı söz, ifadə neçə dəfə təkrarlansa da, əvvəlkilərin hamısında 

şəxs sonluğu işlədilir, yalnız sonuncuda işlədilmir. A.Səhhətin məşhur “Vətə-

nim” şeirində olduğu kimi: 

                                 Könlümün sevgili məhbubu mənim 




Yüklə 431,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin