Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə68/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   111
Torcümənin növləri 
Təcümə verbal ünsiyyətin forması, məxəz mətnin növünə və 
tərcümə metodlanna görə təsnif oluna bilər. 
141 


Verbal  ünsiyyətin  formasına  görə  tərcümə  şifahi  və  yazılı 
olur. 
Şifahi 
tərcümənin 
ardıcıl 
(consecutive), 
sinxron 
(simullaneous)  və  pıçıltı  ilə  (whispered,  chuchotage)  kimi 
növləri  var.  Şifahi  tərcümə  şifahi  nitqin  tərcüməsidir.  Şifahi 
tərcüməçiyə Azərbaycan dilində dilmanc da deyilir. 
Şifahi  tərcümənin  tarixi  qədimdir.  Yazılı  tərcümənin  izləri 
qədim  Misirə  gedib  çıxdığı  kimi,  şifahi  tərcümənin  də  ilk  dəfə 
orda  intişar  tapdığı  söylənilir.  Şifahi  tərcümə  tarixdə  yeni  tor- 
paqlann,  ölkələrin,  xalq  və  qəbilələrin  kəşfi  və  istilalar  zamanı 
mühüm  rol  oynayıb.  Məsələn,  Makedoniyalı  İskəndərin  şərqə 
yürüşü, ispanlann Mərkəzi  və Cənubi  Amerikaya gedib  çıxma- 
lan, eləcə də Hindistandan tutmuş Balkanlara qədər gedib çıxan 
türklər,  ərəb  istilaçıları,  şübhəsiz  ki,  dilmancların  xidmətindən 
yararlanmışlar.  Hazırda  da  bu  sahəyə  maraq  çoxdur.  Biznes 
dilmanclığı,  sinxron  tərcümə,  məhkəmə  dilmanclığı,  icma 
dilmanclığı, lal dili dilmanclığı kimi sahələr inkişaf etmişdir. 
Ardıcıl tərcümədiTi dilmanc danışanın nitqinə bir neçə dəqiqə 
qulaq asır, qeydlər götürür, sonra isə həmin hissəni tərcümə edir. 
Bundan  sonra  yenə  natiq  nitqinə  davam  edir,  dilmanc  əvvəlki 
prosesi  davam  etdirir.  Natiq  nitqini  qurtarandan  sonra,  dilmanc 
da ondan sonra tərcüməni qurtarır. Sinxron tərcüməçilər icma və 
əlaqə (liaison) dilmanclığında işlənən cümləbəcüm- lə tərcüməni 
əsl ardıcıl tərcümə hesab etmirlər. Əsl ardıcıl tərcümədə natiq hər 
dəfə  bitkin  bir  fikri  ifadə  edir,  hər  cümlədən  sonra  dayanmır, 
dilmanc da eynilə onun hərəkətlərini təkrar edir. 
Pıçıltı  ilə  tərcümə  sinxron  tərcümənin  bir  növüdür.  Ancaq 
dilmanc  bu  işi  yerinə  yetirdikdə  tərcüməçi  köşkündə  yox,  öz 
müştərisinin  yanında  duraraq  məxəz  dildə  danışanın  fikirlərini 
hədəf  dildə  onun  qulağına  pıçıldayır.  Sinxron  tərcümədən  çox- 
dilli  auditoriyada,  pıçıltı  ilə  tərcümədən  isə  biznes  və  təkbətək 
görüşlərdə istifadə olunur. 
142 


Karlar üçün (işarələrlə) tərcümə, işarə dili adında dil yoxdur
bu qeyri-peşəkarlann uydurmasıdır, işarə dili verbal nitqi işarələr 
vasitəsilə  kar  və  lal  adamlara  çatdınr.  Burda  məqsəd  natiqin 
nitqini başa düşmək və onu işarələrlə dinləyənə başa salmaqdır. 
Vahid  işarə  dili  yoxdur.  Müxtəlif  ölkələrdə  işarələr  fərqli 
məna ifadə edə bilər. İşarələrlə tərcümədə dilmanc hamının gözü 
qabağında  olmalıdır  ki,  onu  görə  bilsinlər.  Dilmanc  natiqin 
nitqinə müdaxilə edib müəyyən bir şeyi aydınlaşdıra da bilər. 
Sinxron  tərcümə  birinci  dünya  müharibəsi  zamanı  meydana 
gəlib. O vaxtadək mühüm  beynəlxalq  görüş və forumlar dünya 
dili  olan  fransız  dilində  aparılırdı.  Birinci  dünya  müharibəsi 
zamanı  bəzi  yüksək  rütbəli  ABŞ  və  İngiltərə  rəsmiləri  fransız 
dilini bilmədikləri üçün danışıqlarda çətinlik yaranırdı, buna görə 
də onlar dilmanclardan istifadə etmək məcburiyyətində qalırdılar. 
Xüsusilə  Nürenberq  (1945-46)  və  Tokyo  (1946-48) 
proseslərindən sonra sinxron tərcümədən geniş istifadə olunmağa 
başladı. İndi bu tərcümə növü təkcə beynəlxalq forumlarda deyil, 
radio və televiziya verilişlərində, mühazirələrdə, treyninq- lərdə, 
ölkə  rəsmilərinin  səfərləri  zamanı  da  işlənir.  Odur  ki,  hazırda 
ingilislərin  konfrans  dilmanclığı  (conference  interpreta-  tion) 
adlandırdıqlan bu tərcümə növü öz adını doğrultmur. 
Əksər  sinxronçular  iki-üç  işlək  dili  bilirlər.  Bunlardan  biri 
mütərcimin  ana  dilidir.  O,  bu  dilə  və  bu  dildən  tərcümə  edir. 
İkinci dil xarici dildir. Mütərcim onu ana dili səviyyəsində bilir, 
bu dilə və ondan tərcümə edir. Üçüncü dil passiv dildir. Mütərcim 
bu dildən əvvəlki hər iki dilə tərcümə edir, lakin bu dilə tərcümə 
etmir. 
Sinxron  tərcümə  zamanı  mütərcim  onun  üçün  nəzərdə 
tutulmuş köşkdə oturaraq qulaqcıq (headset-nayunıUK) vasitəsilə 
natiqi  dinləyir  və  eyni  zamanda  tərcümə  mətnini  qarşısındakı 
mikrofona  danışır.  Konfrans  iştirakçıları  da  zalda  qulaqcıq 
vasitəsilə  tərcümə  mətnini  dinləyir,  zalda  danışan  natiqi  görür, 
lakin köşkdəki mütərcimi görmürlər. 
143 


Yazılı  və  şifahi  tərcümə  arasında  müəyyən  fərqlər  var. 
Nəzəriyyəçilər belə hesab edirlər ki, bu fəaliyyətin hər iki növü 
eyni  məqsəd  güdür.  Bəziləri,  xüsusilə  dilmanclar,  belə  hesab 
edirlər ki, bunlar iki müxtəlif, hətta bir araya sığmaz sənətlərdir. 
Bununla belə, yazılı və şifahi tərcümə arasındakı fərqlər barədə 
mübahisələr  də  var.  Belə  ki,  yazılı  tərcümədə  tərcüməçi  yazılı 
mətndən  çıxış  edir,  onun  öz  tərcüməsini  redaktə  etməyə, 
cilalalamağa vaxtı olur. Dilmanc isə şifahi nitqdən çıxış edir, öz 
tərcüməsinə əl gəzdirməyə vaxtı olmur. Buna görə də mü- tərcim 
yazılı  dilin  qaydalanm  bilməli,  hədəf  dildə  yaxşı  yazma 
qabiliyyətinə  malik  olmalıdır.  Dilmanc  isə  yaxşı  natiq  olmalı, 
səsindən yaxşı istifadə etməyi və mikrafon qarşısında danışmağı 
bacarmalıdır. 
Yazılı tərcüməçi terminologiyanı bilməli və dünya bilgisinə 
(world knowledge, background knowledge) malik olmalıdır. Eyni 
şeyləri  dilmanc  da  bilməlidir,  lakin  o,  bu  biliklərə  tərcümədən 
əvvəl yiyələnməlidir. Dilmanc tərcüməçiyə nisbətən daha çevik 
olmalıdır,  çünki  dilmancın  fikirləşməyə  vaxtı  yoxdur.  Bütün 
bunlardan  əlavə,  sinxron  tərcümənin  öz  qanunlan  var  ki,  onlar 
tərcümənin  qtztl  qanunları  (golden  rules)  adlanır.  Dilmanc 
aşağıdakılan yerinə yetirməlidir: 
■  konfrans salonunda oturanlar və natiq arasında ünsiyyəti 
təmin etməlidir
■  texniki vasitələrdən maksimum istifadə etməlidir; 
■  əmin olmalıdır ki, natiq və zaldakılar onu yaxşı eşidir; 
■  eşitmədiyi,  yaxud  pis  eşitdiyi  nəyisə  tərcümə 
etməməlidir; 
■  diqqətini maksimum cəmləməlidir; 
■  bilmədiyi ayn-ayn sözlərə vaxt ayırmaqla diqqətini əsas 
məsələdən yayındırmamalıdır; 
■  diqqətini  dəqiq  bölməyi,  həm  yaxşı  dinləməyi,  həm  də 
tərcüməsinə nəzarət etməyi bacarmalıdır; 
■  mümkün qədər sadə, qısa cümlələr işlətməlidir; 
■  hər bir cümlə müəyyən bir fikri ifadə etməlidir; 
144 


■  hər bir cümlə bitkin olmalıdır. 
■  cümlələri məntiqi səslənməlidir. 
Tərcüməyə sinxron deyilsə də, əslində əsl sinxron tərcümədə 
eynizamanhlıq  yoxdur,  çünki  iki  adam  eyni  vaxtda  eyni  şey 
haqqında olduğu kimi düşünə bilməz. Sinxron anlayışı nisbidir. 
Lakin  tərcümənin  sinxron  ola  bilməsi  üçün  müəyyən  imkanlar 
var. 
Belə  ki,  mühüm  beynəlxalq  çoxdilli  tədbirlər  əvvəlcədən 
planlaşdınlır. Tərcüməçilərə bir neçə ay qabaqcadan xəbər verilir 
ki, onlar mövzu ilə bağlı lüğətlər, məlumat kitablanna baxsınlar. 
Bundan  əlavə,  çıxış  edəcək  nümayəndələr  öz  məruzələrini 
əvvəlcədən təşkilat komitəsinə göndərirlər. Tərcüməçilər onlarla 
tanış  olur,  qaranlıq  məqamlan  aydınlaşdmrlar.  Əksər  hallarda 
dövlət başçılan və digər rəsmi şəxslər öz çıxışlannın tərcüməsini 
sinxronistlərə verirlər. Onlar natiqlə eyni zamanda həmin çıxışı 
oxuyurlar  və  arada  heç  bir  zaman  fərqi  yaranmır.  Məsələn, 
1996-cı  ildə  BMT  İstanbulda  “İnsanlar  və  məskun-  luq” 
mövzusunda konfrans keçirmişdi. Orda Azərbaycan rəsmilərinin 
çıxışlan  tərcümə  halında  əvvəlcədən  sinxronistlərə  verilmişdi. 
Yaxud,  2005-ci  ildə  Azərbaycan  Dillər  Universitetində 
tərcüməyə  dair  beynəlxalq  konfransın  plenar  iclasında  Ottava 
Universitetindən  prof.  Anni  Briset  çıxış  etdi.  Onun  məruzəsi 
əvvəlcədən göndərildiyindən bu sətirlərin müəllifi onu səliqə ilə 
tərcümə etmiş və sinxronist isə onu köşkdən natiqlə eyni zamanda 
səsləndirmişdi. Həmin çıxışın mətni “Dil və ədəbiyyat” jurnalı № 
2, Bakı 2007-ci ildə çap edilmişdir. 
Sinxron  tərcümə  təkcə  mütərcimdən  asılı  deyil.  Yaxşı 
natiqləri, məntiqi nitqi, aydın cümlələri sinxron tərcümə etmək o 
qədər də problem yaratmır. Məsələn, 90-cı illərin axırlannda bir 
beynəlxalq  forumda  Azərbaycanın  keçmiş  prezidenti  mərhum 
H.Əliyev  çıxış  edirdi.  Onun  yazılı  mətni  yox  idi,  aram-aram, 
aydın  danışırdı.  Tərcümə  gözəl  alındı.  Sonra  çıxış  edən  baş 
nazirin müavini mətni kağızdan surətlə oxumağa başladı. Şübhə 
145 


siz, onu nəinki tərcümə etmək, heç məxəz dildə izləmək mümkün 
deyildi. 
Sinxron  tərcümə  ilə  yazılı  tərcümənin  orijinala  sadiqlik 
əmsalı  eyni  deyil.  Məlumdur  ki,  dillərdə  eyniliyin  olmaması 
tərcümədə  itkiyə  səbəb  olur.  Sinxron  tərcümədə  bu  itki  daha 
çoxdur.  Məxəz  mətnə  sadiqlik  əmsalı  nəzəriyyəçilərə  görə 
təxminən  altmış  faizdir.  Sinxron  tərcüməçi  mövzunu  bilir,  öz 
bildiklərini  natiqin  çıxışından  tutduqlan  fikirlərlə  birləşdirərək 
nitqin ümumi məzmunu haqqında məlumat verir. 
Sinxron  tərcümənin  bir  sıra  texniki  cəhətləri  var.  Əvvəla, 
xüsusilə Azərbaycan dilindən tərcümə etdikdə natiqin  çıxışı  ilə 
tərcümə arasında boşluq yaranır, çünki Azərbaycan dilində xəbər 
cümlənin  sonunda  gələrək onu tamamlayır. Tərcüməçi  cümləni 
sona  qədər  eşitməsə  onu  tərcümə  edə  bilməz.  Buna  görə  də 
mütərcim tərcümə effekti yaratmaq üçün özündən əlavələr edərək 
boşluğa  yol  vermir.  Bu  cümlələr  ümumi  səciyyə  daşıyır  və 
natiqin  çıxışına  məzmun  cəhətdən  ziyan  vurmur.  Məsələn, 
tərcüməçi deyir: Cənab sədr, mənə söz verdiyiniz üçün təşəkkür 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin