Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə83/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   111
Funksional ekvivalent üsulunun məqsədi sözün mənasını yox, 
onun  referentinin  yerinə  yetirdiyi  funksiyanı  hədəf  dildə 
verməkdir. Məsələn, Дума - Duma (low chamber of the Russian 
Parliament), Верховная Рада (Ukrainian Parliament). Əgər bir 
söz  bir  sözlə  tərcümə  edilərsə,  onda  kultural  terminlərin  ikinci 
şəkildə, yəni kuplet şəklində tərcüməsi daha münasibdir. 
Təsviri  ekvivalent  üsulunda  sözün  referentinin  yerinə  onun 
funksiyası  ilə  birlikdə  təsviri  də  verilir,  məsələn:  yataghan 
(Turkish  yatağan  -  in  the  Muslim  countries  a  sword  or  long 
dagger  having  a  handle  without  a  guard  and  often  a  double 
curved blade): yashmak (Arab and Turkish - a veil concealing the 
face below the eyes, worn by Muslim women in public): samurai 
(in  Japan  a  member  of  the  military  castle,  a  Japanese  army 
officer).  Kultral  terminin  tərcüməsində  funksiya  və  izah  çox 
mühüm elementlərdir. 
Sinonimiya  (synonymy)  məxəz  dildəki  bir  sözün  əvəzinə 
kontekstə  görə  yaxın  mənalı  bir  sözün  işlənməsidir.  Bu  zaman 
həmin  sözlərin  iki  dildə  ekvivalentliyi  vacib  deyil,  həmin  söz 
mətndə  böyük  əhəmiyyət  kəsb  etmir.  Bu,  xüsusilə  sifət  və 
keyfiyyət bildirən zərflərə aiddir, məsələn kind person - personne 
gentille  -  səmimi  (mehriban)  insan:  racy  story  -  conte  pigant  - 
təsirli əhvalat: difficult - difficile - çətin: puny effort - effort faible 
- zəif cəhd. 
Sinonimiyadan о zaman istifadə olunur ki, məxəz dildəki sözə 
tərcümə  dilində  münasib  ekvivalent  olmasın.  Belə  hallarda 
komponent  təhlilinə  də  ehtiyac  duyulmur.  Bu  üsul  tərcümədə 
qənaətə,  azsölülüyə,  mətnin  daha  mühüm  seqmentlərini,  məna 
seqmentlərini  əks  etdirməyə  imkan  verir.  Sinonimiyadan  lüzum 
olmayan  hallarda  istifadə  zəif  tərcümənin  meydana  gəlməsilə 
nəticələnir. 
Kalka  (calque,  loan,  through  translation)  üsu/undan  adi 
sözbirləşmələri, 
təşkilat 
adlan, 
mürəkkəb 
isimlərin 
komponentlərinin  tərcüməsində  istifadə  olunur,  məsələn: 
superman - fov- 
175 


qəlinsan,  supernatural-Jovqəltəbii,  UNESCO-YUNESKO,  NA- 
TO-NATOv^ s. 
Transpozisiya  (transposition,  shift)  tərcümə  zamanı  məxəz 
mətndəki qrammatik quruluşun hədəf dildəki qrammatik quruluş 
ilə 
əvəzlənməsidir. 
Təkin 
cəmlə 
(potatoes-kartof 
applause-alqışlar,  news-xəbər,  xəbərlər,  information-məlu- 
mat(lar),  advice-məsləhət(lər));  əvəzliyin  isimlə,  ismin  fellə, 
budaq cümlənin söz birləşməsi ilə əvəzlənməsi bu üsulla aparılır. 
Deyilənlər yeganə hal deyil. Böyük bir məxəz mətni hədəf mətnlə 
tutuşdurub  istənilən  qədər  əvəzlənmə  aşkarlana  bilər.  Cümlədə 
söz  sırasının  dəyişməsi,  mürəkkəb  cümlələrin  parçalanıb 
sadələşməsi,  sadə  cümlələrin  birləşib  mürəkkəbləşməsi,  məlum 
növün məchulla və əksinə çevrilməsi də bu qəbildəndir. 
Modulyasiya  (modulation)  məxəz  mətndə  müəyyən  bir 
seqmentin,  yaxud  məxəz  dildəki  ifadənin  tərzinin  hədəf  dildə 
dəyişdirilməsidir. Bu zaman tərcüməçi məxəz dildəki seqmentə, 
fikrə  sanki  yeni  bir  yönümdən  yanaşır.  Hissənin  yerinə  tam, 
mücərrədin  yerinə  konkret,  məchulun  yerinə  məlumun  (və 
əksinə)  işlədilməsi  buna  misal  ola  bilər,  məsələn:  ay  ağa,  bu 
buğdaya səkkiz göz baxır - my lord, four persons are to live on 
this  wheat:  repression  was  headed  by  the  Communist  Party  - 
Stalin headed the repression: you are wanted on the telephone 
sizi telefona çağırırlar. 
Tanınmış  (recognized)  tərcümə  üsulunun  mahiyyəti  ondan 
ibarətdir ki, mütərcim müəyyən bir mətni tərcümə edərkən artıq 
rəsmi qaydada tanınmış, hamı tərəfindən qəbul olunmuş tərcümə 
variantından  istifadə  edir.  Bundan  həm  institutsional  terminlər, 
həm  də  bədii  ədəbiyyatın  tərcüməsində  istifadə  etmək  olar. 
Məsələn, Selincerin-The Catcher in the Rye, Moemin The Moon 
and  the  Sixpence  əsərlərinin  adlannm  Azərbaycan  dilindəki 
tərcümələri (Çovdarlıqda uçurumdan qoruyan. Ay və qara şahı) 
qüsurludur. Ancaq indi bunlan dəyişməyə haqqımız yoxdur. Yeni 
tərcümə, yeni nəşrdə düzəliş vermək, dəyişmək olar. Hardasa belə 
tərcümə haqqında fikir söyləmək olar, ancaq ta- 
176 


ninmiş tərcümə variantı yeni tərcümə variantı qəbul edilənə qədər 
yaşamalıdır. 
Tərcümə  yarlığı  (translation  label)  müvəqqəti  tərcümədir. 
Hədəf  dilə  ilk  dəfə  təqdim  olunan  institutsional  termin  əvvəlcə 
dımaqcıqda  yazılır,  sonra  isə  dımaqcıqlar  götürülür,  termin 
hərfən tərcümə olunur, məsələn: heritage language - irs diL 
Kompensasiya  (compensation)  tərcümə  zamanı  məna  itgisi, 
səs  effekti,  metafora,  praqmatik  effektin  itgisinin  əvəzinin 
sonrakı cümlə, yaxud hissədə ödənilməsidir. 
Tərcümədə  işlənən  komponentlərin  təhlili  {componential 
analysis) dilçilikdə istifadə olunan komponentlərin təhlili ilə eyni 
deyil.  Dilçilikdə  sözün  tərkibi  məna  komponentlərinə  görə 
parçalanır  və  təhlil  edilir.  Tərcümədə  isə  məxəz  dildəki  sözlə 
hədəf  dildəki  oxşar  mənalı  söz  müqayisə  olunur,  bu  sözlərin 
əvvəlcə  oxşar,  sonra  isə  fərqli  cəhətləri  tapılır.  Adətən  məxəz 
dildəki  sözün  mənası  hədəf  dildəki  sözün  mənasından  daha 
spesifikdir. Buna görə də mütərcim məna yaxınlığına nail olmaq 
üçün hədəf dildəki müvafiq sözə bir, yaxud iki məna komponenti 
əlavə edir. Məsələn: 
Yıxılmaq  =  to  fall  (+  suddenly  +  heavily)  mühüm  bir  şəxs, 
yaxud şey haqqında. 
nərmənazik = slender (-^ long + elegant) insan haqqında. 
qapı  =  door  (+  of  railway  carriage  or  car,  therefore  with 
window). 
Leksik  vahidin  məna  komponentləri  referensial,  yaxud 
praqmatik ola bilər. Məxəz dildəki söz tərkibi, forması, həcmi və 
funksiyası, kultral kontekst, konnotasiya, eləcə də işlənmə tezliyi, 
dövrü, sosiallığı, formallıq dərəcəsi, emosionallığı, texni- kiliyi, 
səs tərkibinin praqmatik effekti (onomatopiya, səs təkra- n və s.) 
ilə  hədəf  dildəki  sözdən  fərqlənə  bilər.  Məsələn,  chair  -  stul 
sözlərinin hər iki dildə referensial komponentləri var, praqmatik 
cəhətdən  neytraldır.  Ancaq  to  kick  the  bucket  praqmatik 
komponentə  malikdir,  Azərbaycan  dilində  bir  neçə  varianta 
uyğun gələ bilər. Tərcümədə komponent təhlilinin məq 
177 


sədi qənaət hesabına mümkün qədər daha çox dəqiqlik, dürüstlük 
(accuracy) əldə etməkdir. 
ixtisar və genişləndirmə (reduction and expansion) müəyyən 
qədər  qeyri-dəqiq  tərcümə,  fəhm  ilə  tərcümə  üsuludur.  Ondan 
qüsurlu  məxəz  mətnlərin  tərcüməsində  istifadə  olunur.  Bu 
prosesdə ən azı iki dəyişmə baş verir: 
1. Məxəz dildə sifətlə isimdən ibarət olan sözbirləşməsi hədəf 
dildə  bir  sözə  çevrilir.  Məsələn, 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin