tadt Mirzə Şəfi Vazehin rübailərini alman dilinə tərcümə
etmişdir. Sonralar o, həmin rübailəri tamamilə almanlaşdırmış və
on- lan özününkü kimi təqdim etmişdir. Digər bir misal “İncilin”
müxtəlif dillərə tərcüməsidir. Xristianlığı yaymaq üçün “İncil”
müxtəlif qəbilələrin, xalqların mədəniyyətinə, anlamına uyğun-
laşdmlmışdır. Bu da reseptora “İncilin” mahiyyətini asanlıqla
başa düşməyə imkan verir. Məsələn: İngilis missioneri Con
Evans
Kanadada
yaşayan
Krii
(Cree)
hindularını
xristianlaşdırmaq məqsədi ilə onlar üçün
işarələrdən ibarət əlifba
düzəltmiş və çox asan oxunan və başa düşülən tərzdə İncili
onlar
üçün tərcümə etmişdir(26).
Dünya təcrübəsində elə məqamlar var ki, məhz doğmalaşma
strategiyası nəticəsində bir sıra əsərlər hədəf dildə daha çox
yayılmış və bestsellerə çevrilmişdir.
Yadlaşdırma strategiyası doğmalaşdırmanm əksidir. Bu
strategiyalar haqqında ilk dəfə alman filosofu və ilahiyyatçısı
Frid- rix Şleyermaxer 1813-cü ildə tərcümə üsullan ilə bağlı
mühazirəsində danışmışdır(26). Onun fikrincə mütərcim ya
məxəz mətn müəllifini kənara qoyub oxucunu ona yaxmlaşdınr,
ya da hədəf mətnin oxucusunu kənara qoyub məxəz mətnin
müəllifini ona yaxmlaşdınr. Yadlaşdırma məxəz dil və
mədəniyyət elementlərinin hədəf dilə axınına səbəb olur. Burada
hərfilik daha çoxdur. Bədii mətnlərin tərcüməsində bu
strategiyadan istifadə etmək o qədər də münasib deyil, çünki
mətn əksər hallarda anlaşılmaz alınır və şərhlərlə dolu olur.
Elmi-texniki ədəbiyyatın tərcüməsində isə bu strategiya
qaçılmazdır, çünki bütün hallarda əcnəbi terminlərdən yan
keçmək mümkün deyil. Terminlərdə gedən unifıkasiya elmi
mətnlərdə monosemantizmin inkişafına gətirib çıxanr, məsələn:
Ka- taqoşina rus dilində lüzum olmadan
бинарная, триарная,
квадранарная, онозиция, гомогения, гетрогения kimi sözlərin
işlənməsini məhz bu cür izah edir(64).
Taktika strategiyanın müvəffəqiyyətini təmin edən üsullardır.
Strategiya ilə taktika mətnə tətbiq
edilən üsullarla cümlə və
182
daha kiçik dil vahidlərinə tətbiq edilən prosedurlara bənzədilə
bilər.
Dostları ilə paylaş: