1.4. Fəaliyyət xətləri
Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində
şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə
əlaqəlilik əsasında tətbiq olunur.
Kimya fənninin tədrisində aşağıdakı fəaliyyət xətləri əsas götürülür.
1. Maddələrin adlandırılması
2. Təyin etmə
3. Tərtib etmə
4. Xarakterizə etmə
5. İzah etmə
6. Problemlərin həlli
7. Kimyəvi təcrübələrin yerinə yetirilməsi
8. Məsələ və çalışma həlli, kimyəvi hesablamalar
9. Ünsiyyətqurma və əlaqələndirmə
10.Təqdimetmə
Fəaliyyət xətləri məzmun xətlərindən fərqlənməklə yanaşı, onların hər biri ilə
əlaqəlidir. Bu xətlər məzmun üzrə biliklərin əldə edilməsi və istifadəsi yollarını
müəyyənləşdirmək, onları təsvir etmək məqsədi daşıyır və şagirdlər tərəfindən
kimya fənninin əhəmiyyətinin dərk edilməsinə, ona kompleks bacarıqların toplusu
kimi baxılmasına xidmət edir. Şagird kimyadan mənimsəyəcəyi məzmuna müxtəlif
fəaliyyətlər vasitəsilə nail ola bilər. O, fəaliyyəti zamanı problemləri həll etmək
üçün mühakimələr yürüdür, onları sübut edir, kimyəvi məsələlərin müzakirəsində
iştirak edir. Fəaliyyət xətləri kurikulumun həyata keçirilməsi üçün məzmun
standartlarının mənimsənilməsini təmin edir.
Dostları ilə paylaş: |