1. Maddə və maddi aləm
Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Maddələri (bəsit, mürəkkəb, saf) , qarışıqları tərkibinə və fiziki xassələrinə
görə fərqləndirir.
1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və
bacarıqlar nümayiş etdirir.
1.2.1. Atomun tərkibini, atom-molekul təlimini izah edir.
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
1.3.1. Maddələrin formuluna əsasən sadə hesablamalar aparır.
2. Kimyəvi hadisələr
Şagird:
2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını
mənimsədiyini nümayiş etdirir.
2.1.1. Kimyəvi reaksiyalarin əlamətlərini, əsas tiplərini, baş vermə səbəblərini izah
edir.
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.
2.2.1. Sadə reaksiyaların tənliklərini tərtib edir.
2.2.2. Sadə reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır.
Dostları ilə paylaş: |