təhsilini daha yüksək pillədə inkişaf etdirib onu mühəndis, texnik, psixoloq,
7
iqtisadçı, fizik, biznesmen, kimyaçı və s. ixtisas sahibi kimi formalaşdırmaq
çətindir.
Kimya dünya mədəniyyətinin tərkib hissələrindən biridir. Beləliklə, kimya
gündəlik həyatda, elmin digər sahələrinin inkişafında, texnika və texnologiyaların
təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın
köməkçisinə çevrilir. Şagirdlərin elmi bilik və bacarıqlarının daha da
genişlənməsinə imkan yaranır. Onlar kənd təsərrüfatının və sənayenin inkişafında,
ekoloji problemlərin həllində kimyanın rolunu təlim prosesində dərk edirlər.
Sivilizasiyalı cəmiyyətdə rasional davranmaq, özünün və ətraf mühitin
(hava, su, torpaq) təhlükəsizliyini təmin etmək, yaşayış mühitinin təmizliyini
qorumaq üçün hər bir insanın müəyyən kimyəvi bilik və bacarıqlara malik olması
vacibdir. Bundan əlavə xammal, energetika, ərzaq və tibb sahəsində problemləri
həll etmək üçün ümumi kimyəvi təhsilə ehtiyac vardır.
Ümumtəhsil məktəblərində kimya fənninin əsas məqsədi kimyəvi maddələrə,
onların bir-birinə cevrilməsi proseslərinin baş vermə səbəblərinə və idarə edilməsi
qanunauyğunluqlarına, maddələrin və kimyəvi proseslərin həyatda roluna, daha
çox istifadə olunan kimyəvi maddələrlə təhlükəsiz davranmaq qaydalarına dair
bilik və bacarıqların mənimsənilməsindən, məntiqi və yaradıcı təfəkkürün, ekoloji
mədəniyyətin inkişaf etdirilməsindən ibarətdir.
Məqsəd üzrə fəaliyyətlər təşkil olunur. Bu zaman:
Ümumi orta təhsil səviyyəsində kimyadan əldə edilən müvafiq bilik və
bacarıqlar şagirdlərə onları əhatə edən maddi aləmin və burada baş verən
hadisələrin təhlilinə və bunun əsasında gündəlik həyati problemlərin həllinə imkan
verir. Şagirdlərin intellektual inkişafına, uğurlu praktiki fəaliyyətinə zəmin yaradan
təfəkkür tərzi formalaşdırır. Başqa fənlərin öyrənilməsinə kömək edir və təhsilin
davam etdirilməsi üçün imkan yaradır.Müxtəlif forma və məzmuna malik
məlumatların məntiqi cəhətdən təhlil edilməsi təmin olunur.
Tam orta təhsil səviyyəsində fəaliyyətlərin genişləndirilməsi və inkişaf
etdirilməsi yolu ilə yeni anlayış və mahiyyətlərin, daha sistemli və tətbiqyönümlü
praktik vərdişlərin və bacarıqların aşılanması təmin olunur. Gələcək təhsil və peşə
fəaliyyətinin
davam
etdirilməsinə
zəmin
yaradan
kimyəvi
biliklərin
mənimsənilməsi və geniş dünyagörüşünün formalaşdırılması təmin olunur.
Dostları ilə paylaş: