olmuşdu.
KƏLLƏ OTAX (əksər şivələrdə) – evin yuxarısında
tikilmiş otaq. –Kəllə otagı vermişəm gəlinə.
KƏLLƏPAÇA (əksər şivələrdə) – heyvanın baş, ayaq
v
ə qarnı ilə hazırlanan yemək. –Kəlləpaçanı sınığı-zadı olan
adam yes
ə qəşəx'di.
KƏLMƏÇİ (Nəhəcir) - gönü döyüb düzəltmək üçün
bürüncdən hаzırlаnаn аlət. -Kəlməçini dükаnа аpаr.
KƏLPEYSƏR (əksər şivələrdə) – boynu yoğun, kəl
kimi. –
Bı kəlpeysər oturub əvdə, arvadı göndərir
çöldə
işdəməyə.
KƏMƏRBƏSDƏ (Ordubad) – keyfiyyətli, əla növ
barama.
KƏMXORƏX' (Badamlı, Şada) – az yeyən adam.–
K
əmxorəx' adam çox kökəlməz.
KƏNАRƏ (Şahbuz) – xalça növü, xalçaların kənarına
salınan ensiz uzun xalça. -Kənаrələri gəti at həyətə yuyax.
KƏNDİRQƏYIŞ (Ləkətağ, Teyvaz) – zirək, cəld,
qıvraq adam. –Bir kəndirqəyiş kişidi, əlinnən hər iş gəlir.
KƏNGİZ (Nursu, Şada) - оt bitkisi, kökü yаnаcаq kimi
istifadə edilir. -Məhəmməd gеdib çöldən kəngiz gətirsin sаtsın.
KƏNİŞQAB (Daylaqlı) – taxtanın üzərində ensiz
kanal
açmaq
üçün istifad
ə olunan alət. –Kənişqab dülgərdə olar.
KƏNKAN (Şərur) – quyu qazan. –Kərəmin babası da
k
ənkanıydı, indi özü də.
151
KƏPƏNƏX' (əksər şivələrdə) - hеyvаn хəstəliyi. -
Vахdındа dеdim, аlmаdın, bах hеyvаnnаrın hаmısı kəpənəx'di.
KƏPİR (Qaraçuq, Naxçıvan) – lay-lay qopub ovulan,
m
əsaməli daş. –Kəpir daşdan düzüplər yollara avılır pütün.
KƏRDİ (əksər şivələrdə) - əkilmək
üçün müəyyən
hiss
ələrə bölünmüş yer, lək. –Pencərin hərəsinnən
iki-üş kərdi
əkirəm ki, hammısınnan əlimizin altda olsun.
KƏRDİVAR (Şahbuz) – lək düzəltmək üçün alət. –
K
ərdivarı kərdiləri düzəldəndə işdədillər.
KƏRDİYAR (Gömür, Nursu) – arpa və buğdanın
qarışığı. –Geşmişdə çox pişirdi kərdiyar əpbəyi.
Dostları ilə paylaş: