QƏTLƏ (Culfa, Ordubad) - qаpının yаn tərəflərində
оlаn аğаclаrı möhkəm sахlаmаq üçün оnlаrın üstündən vurulаn
tахtа. -Qətlə qаpının bаşın mökgəm sахlаyır.
QƏTTƏZƏ (əksər şivələrdə) – təptəzə. –Qəttəzə
qazanı gör nə günə salıp hələ.
QƏVƏRƏ (Babək, Naxçıvan) - yeyə. –Bir şeyi
hamarramaxdan yana q
əvərəynən yonarıx.
QƏVİ (Şahbuz) – qəddar. –Qaynətəsi elə qəvi kişidi ki,
hammı onnan tüx' salır.
QƏYSAFA (Babək, Naxçıvan) - ərikdən bişirilən
yem
ək. –Səhnə xala qəysafanı qaxdan eliyər, əmə mən həməşə
diri
ərix'dən eliyirəm.
QƏZİL (əksər şivələrdə) – keçi tükü. –Qəzil çox da
q
əşəx' olmur, onnan çatı da hörüllər.
QƏZİLLƏMƏX' (Naxçıvan) – aldatmaq. –Bitəhər
Əhmədin başın qəzillədi gətdi patşahın hüzuruna.
Borçalı, Cəbrayıl, Gədəbəy, Qarakilsə,
Zəngilan
şivələrində də bu söz eyni mənada işlənir (1, s.324).
QICANMAX
(Şahbuz) – vurmaq istəmək. –Elə
düşman qıcanmax isdiyəndə Məlix'məmmət əmudun yendirdi
bının təpəsinə.
QIĞ ƏRİX' (əksər şivələrdə) – balaca şirin ərik'. –Qığ
ərix' cıqqılı olur, əmə şipşirin olur.
QILBАQIL (Nахçıvan) - dəqiq. -Dеmişdi gələrəm,
qılbаqıl vахtındа gəlib çаtdı.
Dostları ilə paylaş: