Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ


MAZOL  (Naxçıvan)  –  döyənək.  –Təzə  başmax  əyağımı mazol eliyip.  MEÇƏ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə158/245
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#40310
1   ...   154   155   156   157   158   159   160   161   ...   245
naxcivan

MAZOL 
(Naxçıvan)  –  döyənək.  –Təzə  başmax 
əyağımı mazol eliyip. 
MEÇƏ (Çənnəb, Üstüpü) – pişik balası. –Meçə dınqılı 
pişix'di. 
MEJMEYİN  (Camaldın)  –  mis qab.  –Bir mejmeyin 
c
əviz gətimişdi bizə. 
MERAT  (
əksər  şivələrdə)  –  sahibi olmayan əşya.  –
G
ətirip meratdarın töküp bıra yiyə də durmur.  
METİ-METİ  (Cəhri,  Naxçıvan,  Vayxır)  –  addım-
addım. –Uşağın ilanboğan vaxdıdı da, gərəx' meti-meti dalınca 
g
əzəsən. 
MЕV//MÖV//MÖY  (Culfа,  Оrdubаd)  –  tənək.  –Biz 
bаğdа mеv əkmişiх'. 
MEVBƏND  (Aza, Tivi) –  tənək  zoğlarını  ağaca 
b
ağlamaq üçün şiv. –Mevbəndnən mevi çəkip baxliyərıx. 
MЕVLIХ (Culfа, Оrdubаd) – üzümlük. –Bizdər üzüm 
оlаn yеrə mеvlıх dеyirıх. 
MEVRƏ  (Milax)  –  tənək odunu.  –Tənеyin  mеvrəsin 
qır, yаrpахlаrı хаrаb еləməsin. 
MEZƏR//MEYZƏR  (Boyəhməd)  –  toxum səpmək 
üçün işlədilən döşlük. –Səpinə gedəndə hammı mezer taxar. –
Qаbахlаr qızdаr, аrvаtdаr- hаmmı mеyzər tахаrdı. 
198 
 


Bu söz mayz
ər//meyzər  variantında  Goranboy, 
Ming
əçevir, Zaqatala, Qarakilsə, Şuşa şivələrində eyni mənada 
işlədilir (3, s.348). 
MƏDƏTÇİ  (Biçənək, Kükü) –  xalça-palaz toxuyana 
köm
ək edən adam. –Xanımı da ma: mədətçi veriplər. 
MƏHLİM  (Aşağı  Qışlaq)  –  məgər, bəyəm, deyəsən, 
gör
ən desin ki. –Məhlim cəməhətin  hammısı  bizi 
gözdüyürmüş.   
MƏXLƏS  (Dizə)  –  xülasə.  –Məxləs,  Aşığ  Hüseyin 
gördü ki, İreyhan xanım dirəşip.  
MƏKAVA  (Şahbuz)  –  çox duzlu xorək.  –Sən  bı 
m
əkavanı nətər yemisən mən heş bilmirəm.  
MƏKƏ (Culfa, Naxçıvan, Ordubad) – qarğıdalı. –Bizdə 
hammı məkə diyər. 
MƏLƏFƏ  (əksər  şivələrdə)  –  döşəkağı.  –Mələfəni 
salırıx döşəyin üsdə. 
MƏLƏMƏK  (Naxçıvan)  –  yalvarmaq.  –Neçə  gün 
qapısında mələdim ki, qızı versin, indi də belə. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin