ŞATIR I (əksər şivələrdə) – başqalarının əvəzinə
işləyən adam. –Görən desin ki, mən də bınnarın şatırıyam.
ŞATIR II (Şərur) – ev tikərkən damın üstünə qoyulan
tir.
ŞATIR III (Bənəniyar) – çörək bişirən adam. –
Z
ərfəgilin dədə-babadan sənəti şatırrıxdı.
ŞAY (Axura) – şad. –Eşitdim gələssiz oqqədə şay
oldum ki.
ŞELLƏNMƏX' (Cəhri) – yeyib-içib yatmaq, istirahət
etm
ək. –Cəməhət əvdə şellənəndə mən yer belliyiridim.
Dostları ilə paylaş: