Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ


YASTAN (Biç ənək, Kolanı) – dağın ətəyi.  YАŞDАŞ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə238/245
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#40310
1   ...   234   235   236   237   238   239   240   241   ...   245
naxcivan

YASTAN (Biç
ənək, Kolanı) – dağın ətəyi. 
YАŞDАŞ (əksər şivələrdə) – eyni yaşda olan, yaşıd. –
Biz Tura
bnan yаşdаşıх, birimci sınıfa dа bir gеtmişiх'. 
YAŞMAX  (əksər  şivələrdə)  –  qapı  və  ya pəncərə 
ç
ərçivəsinin yanlarına vurulan ensiz taxta. –Qapı:n qoyup usda, 
bi d
ənə yaşmaxların vırmax qalır. 
YAŞMAX VIRMAX (Nehrəm) – üz gizlətmə, bir şeylə 
örtm
ə. –Bınnan əzələ arvatdar hammısı yaşmax vırardı. 
YATIR 
(Ağbulaq) – var-dövlət. –Babalarınnan onnara 
yatır qalmışdı.  
285 
 


YAVA 
I  (Şahbuzkənd)  –  pis.  –Yava  iş  gərəx'  görüp 
baisgarrığ eləmiyəsən.  
YAVA  II (Ç
ərçiboğan)  –  kəsərsiz, sözü keçməyən.  –
Dedim, ay Sartel, s
ən əvvəldən ağzıvı yava örgətmisən. 
YАVIХ  (Biləv,  Tivi)  –  yахın.  –Əvləri  uzах  dəyil 
yаvıхdı.  
YAVIMAX 
(Naxçıvan)  –  uyğunlaşmaq,  öyrəşmək, 
yaxınlaşmaq. –Tutu təzə gələndə heç adama yavımırdı.  
YАVINCI  (Culfа,  Şаhbuz)  –  möhtаc.  –Səni  görüm 
yаvıncı qаlаsаn. 
YАYХАNMАХ  (Babək,  Culfa,  Naxçıvan)  –  sərilib 
оturmаq. –Еlə də yаyхаnа-yаyхаnа оturmuşdu ki. 
YАZАBUĞА (Sələsüz, Türkeş) – buğа həddinə çatmış 
еrkək sığır. 
YAZI 
(Kolanı,  Şahbuzkənd)  –  çöl, səhra, düzənlik.  –
Davarı apar yazıya. 
YАZ QОDUĞU (Nахçıvan) - ərköyün, dəymədüşər. –
Еlə də əzilirdi ki, еlə bil yаz qоduğudu.   
YEDDİARXADÖNƏN (əksər şivələrdə) – nəsil, tayfa, 
soy-kök. –
Soltanın yeddiarxadönəni bı kətdə yaşıyıp. 
YEDDİLƏVİN  (Tivi)  –  xonça.  –Yeddiləvini təzə 
g
əlinə  düzəldarıx.  Bu  söz  yeddi  cürə  şirni  mənasını  verir. 
Oğlan  evi  qız  evinə  şirni  apararkən,  orada  şirninin müxtəlif 
növl
əri olur. Buna görə şirninin növünün çoxluğunu göstərmək 
m
əqsədilə ona yeddiləvin adı verilmişdir (4, s.235).
 
286 
 


YЕKƏХАNА  (Nахçıvan,  Şərur)  –  lоvğа.  –Vəli  özün 
çох yеkəхаnа аpаrır.  
YELƏN (Naxçıvan) – kiçik palaz. –Yeləni atıp oturarıx 
palqunda. 
YELƏNNƏMƏX'  (Cəhri)  –  hirslənmək.  –Elə  əvi 
yıxılımış bir söz deməmiş yelənniyir. 
YELİNSAV  (Sələsüz)  –  mal-qaranın  yelinində  əmələ 
g
ələn xəstəlik. –Yelinsav mal xəsdəliyidi. 
YELKAN  (L
əkətağ)  –  külək tutan sərin yer. –
Balqunumuz q
əşəx'  yelkandı,  yay  uzunu  günümüzü  urda 
savarıx. 
YELLİ  (Culfa,  Naxçıvan)  -  əsəbi, hirsli. –Bir adam 
hersd
ənəndə diyərix' ki, hələ yellidi, dindirmə. 
YELPƏNƏX'  (Bənəniyar)  –  xiyar. –Yelpənəx'  indi ta 
savıhasavışdı. 
YEMÇİLƏR  (Şahbuz)  –  ananın  şan  qovucuqlarına 
qoyduğu  sürfələrə  qida paylayan, qulluq edən  arılar.  –Ana 
yumurtanı qoyur, əməancax yemçilər yumurtalara qulluğ eliyir.  
YEMLİX' I (Babək, Kəngərli, Şahbuz) – sünbülləmiş, 
yem üçün yararlı olan zəmi. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin