Qaydalar ümumi MÜDDƏalar


Müəllifə  istinad  etmə:-



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#40422
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   17
Plagiat-qaydalar

Müəllifə  istinad  etmə:-  Akademik  yazının  əsas  xüsusiyyətlərindən  biri  öz  fikirlərinizi 

əsaslandırmaq  üçün  ədəbiyyatdan  istifadə  etməkdir.  Bu,  sizdən  müəyyən  bir  tədqiqat  sahəsindəki 

məsələnin müxtəlif tərəflərini təhlil etmək üçün ədəbiyyatla ətraflı tanışlıq tələb edir. Bu, o, deməkdir 

ki,  bu  müəllifləri  elmi  yazı  işinizə  daxil  edərək  və  onların  fikirlərini  qeyd  etməklə,  müəyyən  bir 

ədəbiyyat  araşdırmanız  nəticəsində  siz  ortaya  yenilik  gətirmişsiniz.  Yazınızda  müəlliflərə  istinad 

edilən bu üslub adətən, istinad etmə, və yaxud mətnarası istinadetmə adlanır. 

1. 

Cümlənizdə müəllifləri təqdim edərkən, məs., “İsmayılov deyir..., Əkbərov bildirir” kimi eyni 



felləri  işlətməkdən  yaxa  qurtarmağınız  və  cümlədəki  istinadlarınıza  müxtəliflik  gətirmək  üçün, 

aşağıdakı fellər siyahısından istifadə edə bilərsiniz: razılaşır, təsdiq edir, inanır, qəbul edir, iddia edir, 

mübahisə açır və s.  

2. 


Eyni soyadı daşıyan iki və ya daha çox müəllif olduğu təqdirdə, nəşr ilindən asılı olmayaraq, 

mənbələri bir-birindən fərqləndirmək üçün müəlliflərin adlarının və atalarının adlarının baş hərflərini 

də istinada daxil edin. Məs: Mötərizədə İdarəetmə prinsipləri əksər təşkilatı təcrübələrin təməlini təşkil 

edir. (İ.M. Nəcəfzadə, 1997; S.R. Nəcəfzadə, 1997) 

3. 

Əgər eyni müəllifin eyni ildə iki və daha çox elmi yazısı varsa, o zaman mətndə qeyd edilmiş 



ilk nəşr ilindən sonra “a” hərfini əlavə edin və ikincisindən sonra “b” hərfini daxil edin və bu şəkildə 

də  davam  edin.  Bu  detalın  da  sizin  istinad  siyahınızda  yer  almasına  əmin  olmalısınız.  Nümunə: 

Göyüşzadə (1999a) cəmiyyəti idarə etməkdə inancların rolundan söz açır, lakin Göyüşzadə (1999b) 

ictimai-siyasi həyatda qadınların iştirakının ölkənin gələcəyi üçün əhəmiyyətini vurğulayır. 

4. 

Bir paraqrafda eyni müəllifin adını ikinci dəfə çəkərkən, həmin paraqrafda nəşr ilini yalnız bir 



dəfə qeyd etmək lazımdır. Nümunə: Qəzəb məfhumu əsrlər boyunca müzakirə edilmişdir (Uilkinson, 

1976). Əslində, Uilkinson onu demək istəyirdi ki....   

 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin