Parafraz etmə
:-
Parafraz etməyə başlamazdan öncə, ÇOX VACİBDİR ki, verilmiş məlumatı
oxuduqdan sonra siz bu barədə ÖZ İDEYANIZI formalaşdırasınız və ya beyninizdə bir şəkil çizəsiniz.
Daha sonra bu üsuldan müəllifin ideyasını parafraz etmənizi YÖNLƏNDİRMƏK üçün bir model kimi
istifadə edə bilərsiniz. Parafraz etmək müxtəlif sözlərdən istifadə etməklə, məlumatı yenidən ifadə
etmək deməkdir. Xülasə etməkdən fərqli olaraq, parafraz etmə məlumatı 29 qısaltmaq demək deyil.
Parafraz etmə müxtəlif söz və söz birləşmələrindən, frazalardan istifadə etməklə, məlumatı yenidən
yazmağı tələb edir.
Nümunələr “Uşaqlar gündəlik həyatlarının böyük qismini məktəbdə keçirir. Onlar məktəbə yalnız
biliyə yiyələnmək üçün deyil, həm də dünyanı daha geniş anlamaq üçün, özləri haqqında, başqa
qruplarda necə davranmaq haqqında, yaşadıqları icma haqqında və ətrafdakı dünya haqqında
öyrənmək üçün gedir. Məktəb şagirdləri belə bir məlumatlanmanın baş verdiyi şəraitlə təmin edir.”
Leyden, S. (1985). Xüsusi qabiliyyətli uşaqlara kömək etmək. London: Krum Helm, səh. 38.
Parafraz etmə Cümlənin ortasında verilən istinad Leydenin (1985) göstərdiyi kimi, məktəb
uşaqların əsas vaxtlarını keçirdikləri yerdir. Uşaqlar məktəbə akademik informasiya əldə etmək üçün
getmirlər. Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar
həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya barədə də
öyrənirlər. Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar barədə öyrənməsinə imkan verən
şərait yaradır.
Nümunələr “Uşaqlar gündəlik həyatlarının böyük qismini məktəbdə keçirir. Onlar məktəbə yalnız
biliyə yiyələnmək üçün deyil, həm də dünyanı daha geniş anlamaq üçün, özləri haqqında, başqa
|