MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə65/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   60   61   62   63   64   65   66   67   68
frazeoloji

Vaxt bir x
əzinədir, verilib sənə 
Cavanlıqla itən haqdı, tapılmaz. 
B
əxti itirənin vaxtı var yenə 
Vaxtı itirənin bəxti tapılmaz (62, 49). 
 
Frazeoloji  novatorluq 
şeir  təcrübəsində  özünü  daha  çox 
doğruldur,  daha  artıq  miqyas  və  vüsət  ifadə  edir.  Frazeoloji 
birl
əşmələrin məna rəngi üzərində dərindən düşünüb onun incə 
boya  f
ərqlərini  duymaqla  şair  ənənəvi  ibarələrə,  basmaqəlib 
ifad
ələrə,  qədim  tarixi  olan  və  semantik  cəhətdən  daşlaşan  söz 
qrup
larına  yeni  bədii  həyat  verir.  Bu  üslubi  prosesin  səmərəli 
yekunu bir daha göst
ərir ki, dil üzərində səbrlə, vicdanla işləmək, 
üzüntülü 
əmək uğurlu poetik tapıntı ilə sona yetir, yaradıcılıq se-


          
 
 
151 
vinci v
ə qüruru ilə nəticələnir. Əbəs yerə deyilməmişdir ki, «Şeir 
dili  adi 
danışıq  dilinə  nisbətən  daha  çox  məhduddur.  Ümu-
miyy
ətlə,  danışıq  özlüyündə  gərgin  bir  əməkdirsə,  şeirlə 
danışmaq  (yazmaq)  qat-qat  ağır  zəhmətdir...  Beləliklə, 
özlüyünd
ə  şeirin  varlığı  bir  möcüzədir.  Qeyd  olunan 
m
əhdudluğa  baxmayaraq,  şeirin  ifadə  etdiyi  fikir,  məzmun  öz 
d
ərinliyi ilə fərqlənir. Sözün qədri şeirdə bilinir. Burada söz daha 
sanballı,  qiymətli  olur.  Şeirdə  ifadə  olunan  fikirdən  daha  artıq 
sözün  özü,  sözün  göz
əlliyi,  sözişlətmənin  «gözlənilməzliyi», 
orijinallığı,  yeniliyi  vacib  olur» (1, 172-173).  Lakin  bu  forma 
keyfiyy
ətləri  mündəricə  siqləti  ilə  tamamlananda  daha  qüdrətli 
görünür. 
Frazeoloji  novatorluq  z
əngin  ifadə  variasiyaları  yaradır, 
ekspressiv 
çalarlaşma  effekti  bu  novatorluqdan  baş  verir. 
Frazeoloji vahidl
ərin forma və semantikasında aparılan istənilən 
əməliyyat  şüurda  müəyyən  əlaqələr  yaradır.  Bu  assosiasiya 
z
əminində bədii söz öz hərarətini, emosional təsirini artırır. Mətn 
memar
lığında  təşkiledicilik  frazeoloji  dil  faktlarının  fəal  işt-
irakını təmin edir. Mətnin ifadə nizamında aparıcı mövqeyi olan 
frazeologizml
ər şeir dilinin zəngin ifadə qaynaqlarındandır. 
Frazeoloji novatorluqda xalq deyim t
ərzinin nəfəsi duyulur. 
Şeirin ideya məzmununun açılmasına təkan verir. Sənətkarcasına 
işlənməsi ilə bədii məntiqə xələl gətirmir, əksinə, dərhal belə bir 
poetik 
t
əəssürat 
formalaşdırır 
ki, 
ak
tuallaşdırılmış 
frazeologizml
ər şeirə xüsusi gözəllik, məlahət gətirən ünsürdür. 
Bel
ə  bir  mühüm  ifadə  üsulu  aşkarlayır  ki,  aktuallaşdırmanın 
imkanlarından  incə  zövq  və  bacarıqla  istifadə  yolları  üslubi 
z
ənginlik mənbəyidir. 
Frazeoloji  dil  vahidl
ərini  təşkil  edən  hər  bir  söz  ümumi 
m
əna  ətrafında,  daxili  həmrəylikdə  çıxış  edir.  Ümumi  struktur 
sxemind
ə  həmin  kəlmənin  yeri  olsa  da,  özünəməxsus  semantik 
yükü  dig
ər  söz  birliyində  əriyib  bir  xəlitə  yaradır.  Dilçilik 
elminin  mü
əyyənləşdirdiyi  kimi, «Frazeologizm  o  zaman 
yaranmağa  başlayır  ki,  onu  təşkil  edən  komponentlərin  müstə-


          
 
 
152 
qim  m
ənası  qurtarır» (31, 6). Frazeologiyanın  tərkib  hissəsini 
t
əşkil edən sözlərin müstəqil söz əlamətlərindən məhrum olması 
il
ə  məcazi-assosiativ  motivlər  əsasında  bədii  təcəssüm  vasitəsi 
kimi 
çıxış edir. 
Sabit  söz  birl
əşmələrdəki  məcazlaşma  aktuallaşdırılmış 
ifad
ələrdə iştirak edən sözlərə də sirayət edir və nəticədə hər bir 
m
əcazlaşmış  söz  və  ifadə  poetik  çalarlarla  yoğrulur.  Söz 
s
ənətkarının  fərdi  sənət aləmi,  lirik «mən»in  ictimai  fəallığı  da 
aktual
laşdırılma prosesinin gedişinə müsbət təsirini göstərir. Sə-
n
ətkarın  fərdi  üslubunu  müəyyənləşdirən  poetik  əlamətlərdən 
biri kimi bu proses b
ədii dil sənətkarlığının spesifikasını qabarıq 
nümayiş etdirir. 
Şeir  dilində  realizm,  ənənə  və  novatorluq  misraların 
özün
əməxsus  melodiyasında  özünü  bütün  qabarıqlığı  ilə  hiss 
etdirir. 
Yuxarıda  gətirilən  şeir  fraqmentlərindən  aydınca  sezilir  ki, 
frazeoloji  birl
əşmələr  bədii  düşüncə  və  ifadə  tərzinə  yeni  rəng 
verir. Onlar m
əna incəliyi baxımından da olduqca çeşidlidir. Şeir 
dilinin  ecazkar
lığında frazeoloji vahidlər başqa linqvistik mate-
riallardan yüks
əkdə dayanır. Məhəmməd (ə.s.) peyğəmbərin belə 
bir k
əlamı vardır: «Dünyanın bütün gözəlliyi dildədir» (52, 106). 
Göz
əlliklə dilin müştərək cəhətlərinin estetik duyumu frazeoloji 
birl
əşmələrin  təcəssümündə  aydın  anlaşılan  keyfiyyət  sə-
viyy
əsindədir.  Frazeologiya  xalq  müdrikliyi  ilə  şeiriyyətin  qo-
vuşduğu bir dil möcüzəsidir. 


          
 
 
153 
NƏTİCƏ 
 
1960-1980-ci  ill
ər  Azərbaycan  şeir  dili  qədim  və  köklü 
ənənələr  üzərində  ucalmaqla  özünün  də  yeni  cizgilərini 
yaratmışdır.  Göstərilən  üç  onillikdə  milli  poetik  proses 
h
ərəkətdən  qalmamış,  bədii  yeniliyin  məzmunu  müxtəlif 
yönüml
ərdə  hərəkətdə  olmuş,  bir  sıra  səciyyəvi  cəhətləri  ilə 
seçilmişdir.  Məhz  buna  görə  üslubi  axtarış  ruhu,  dilin  dərin 
qatlarına  meyl  bu  dövrü  xarakterizə  edən  əsas  cəhətlər  kimi 
t
əqdir olunmağa layiqdir. Poetik hərəkatdakı üslubi rəngarənglik 
v
ə mürəkkəblik bu mərhələnin əsas əlamətlərindəndir. 
Bu ill
ərdə, xüsusən üçüncü onillikdə yazılan əsərlərə, poetik 
t
əfəkkürə  həyəcanlı  və  qayğılı  bir  ruh  gətirildi.  Şeir 
yaradıcılığına, 
bununla 
bağlı 
şeirşünaslığın 
müxt
əlif 
probleml
ərinə  diqqətin  artmasının  gözəl  nəticələri  oldu.  Canlı 
ədəbi  prosesin,  şeirdə  müasirlik  duyğusunun  güclənməsi  təbii 
şəkildə  dil-üslubi  məsələlərinə  də  münasibəti  dəyişdi.  Şairlərin 
orijinal 
yaradıcılığında ciddi dönüş yarandı, bu dönüş təkcə bir 
qrup  q
ələm  ustadının  yaradıcılığı  ilə  məhdudlaşmadı,  dil 
s
ənətkarlığında  yeniləşmə,  ümumyyətlə, 1960-1980-ci  illər 
Az
ərbaycan poeziyası üçün səciyyəvi hadisəyə çevrildi. Bu illər 
Az
ərbaycan  poeziyası  sənətkarlıq  baxımından  yeni  yüksəliş 
dövrü  keçirdi,  bel
ə  ki,  bütün  ədəbi  nəsli  təmsil  edən  şairlər  bu 
sah
ədə xüsusi fəallıq göstərdilər. Poeziya aləminə qədəm qoyan 
g
ənc  qüvvələr  də  öz  səmərəli  ədəbi  fəaliyyyəti  ilə  şeirin  dil 
s
ənətkrlığında  yeni  ab-hava  yaratmağa  ciddi  səy  göstərdilər. 
Onların yaradıcılıq təcrübəsində dil problemi, üslubi novatorluq 
xüsusi yer  tutdu, yeni 
ədəbi şəraitin təsiri ilə şeirimiz yeni key-
fiyy
ətlər qazandı ki, bu uğurların başlıca mənbəyi bədii düşüncə 
t
ərzinin orijinallığı və yeniləşməyə meylli olmasında idi. 
1960-1980-ci  ill
ərin  bədii  söz  yaradıcılığı  danışıq  dili  ilə 
b
ədii  dil  arasındakı  sədd,  demək  olar  ki,  tam  şəkildə  aradan 
qalmışdır,  canlı  xalq  dilinə  məxsus  söz  və  ifadələrin  poeziya 
dilin
ə nüfuzu geniş vüsət almış, sənət dili yeni ruhda inkişafını 


          
 
 
154 
davam  etdir
mişdir. Şeir dili ilə xalq danışıq dili poeziyanın heç 
bir 
inkişaf  mərhələsində  bu  qədər  yaxın  olmamışdır.  Əslində 
burada 
yaxınlıqdan yox, eynilikdən söhbət açmaq daha doğru və 
əsaslıdır. Çünki 1960-1980-ci illər Azərbaycan şeirində onun dili 
il
ə canlı ünsiyyət dili arasındakı hədd, demək olar ki, yox dərə-
c
əsindədir.  Bu  illərdə  şeir  dilinin  bütün  üslubi  laylarında  xeyli 
t
əzələnmə getdi. Bu yeniləşmə bütün dil səviyyəsində baş verirdi. 
Yeni  mövzu,  m
əzmun  yeniliyi  təbii  olaraq  yeni  bədii  təsvir  və 
ifad
ə  vasitələri tələb  edirdi  və  bunun  nəticəsi  olaraq  şeir  dilinə 
t
əravətli söz və ifadələr daxil edilirdi. 
1960-1980-ci  ill
ər şeirinin yaradıcıları insan qəlbinin daxili 
dialektikasının  açılmasına,  ruhi-mənəvi  dinamizminə  daha 
d
ərindən nüfuz etməklə yanaşı, hər cür ritorikadan, süni poetik 
q
əliblərdən  də  qaçırdılar.  Deklorativlikdən,  qeyri-təbii  poetik 
modell
ərdən  uzaqlaşıb  böyük  səmimiyyətlə  öz  sözünü  deməyə 
üstünlük verirdil
ər. Bu dövrün lirikasında bədii mətləbi qəlbə və 
dil
ə yatımlı formalarda, yüksək sənət dili ilə deməyə meyl çox 
güclü idi. 
1960-1980-ci  ill
ər poeziyasına xas olan başlıca  meyllərdən 
biri  d
ə  dilin  bütün  leksik  laylarına  aid  vahidlərin  maksimum 
poetik  yük 
daşıma  cəhdidir.  Dövrün  ab-havasını  müasir  dillə 
ifad
əetmə prosesində dialektizmlərdən tutmuş poetizmlərə qədər 
h
ər sözü şeirin canlı bir varlıq kimi formalaşdırmaqda fəal üslubi 
mövqed
ə dayanmışdır. Hər sözün ədəbi hadisə kontekstində göz 
ox
şayan  görüntüsü  bu  dövr  şeir  dilinin  əsas  atributlarındandır. 
Sözün  üslubi  çevikliyi  v
ə  kamilliyi  1960-1980-ci  illər 
poeziyasının üslubi təmayüllərini təmsil edən qələm sahiblərinin 
h
ər  birinin  yazı  tərzində  bütün  dolğunluğu  ilə  özünü  nümayiş 
etdirdi. 
1960-1980-ci  ill
ər  Azərbaycan  şeir  dilinin  əsas  məzy-
y
ətlərindən biri öz təsir dairəsini genişləndirməyə nail olmasıdır. 
Ən mühüm faktor kimi bunu xüsusi olaraq vurğulamaq lazımdır 
ki, 
şeir dili əvvəlki onilliklərdə mövcud olan rəsmiyyətçilik mey-
lind
ən sözün tam və həqiqi mənasında azad olmağı bacardı. Bu 


          
 
 
155 
dil  öz  milli  kökl
ərinə  daha  çox  meylləndi,  xəlqilik  və  təbiilik 
bütün  ça
larları  ilə  şeir  dilində  nümayiş  olundu.  Bu  yaradıcılıq 
keyfiyy
ətləri  milli  dilimizin  frazeoloji  fonduna  münasibətdə 
bilavasit
ə öz əksini tapmışdır. 
Şeirin  sənətkarlıq  dəyərində,  bədii  keyfiyyətində  frazeoloji 
birl
əşmələrin  iştirakından  sözbət  gedirsə,  deməli,  poeziyada  dil 
m
ədəniyyəti,  söz  duyumu  və  deyiminin  vəhdəti  yüksək 
s
əviyyədədir.  Şairin  sözü  obraza  çevirmək  bacarığı,  obrazla 
frazeologizml
ərin ekvivalentliyini yaratma çevikliyi 1960-1980-
ci ill
ər poeziyasının ən yetkin təzahürüdür. Bu dövr şeir örnəklər 
göst
ərir ki, frazeologizmlər əksərən bədii fikrin əsasında dayanır, 
ideya-b
ədii  mündəricənin  mahiyyətinə  çevrilir.  Frazeoloji  söz 
birl
əşmələrinin doğurduğu ahəngin məcrasında bədii qayə daha 
uğurla açılır, ucadan deyilən «dəbdəbəli» sözlər, publisistik mü-
raci
ətlərdən  fərqli  olaraq  sabit  ifadələrin  yaratdığı  təəssürat 
asanlıqla  oxucunun  inamına  çevrilir.  Şeirin  bədii  strukturunda 
idiomatik ifad
ələr daha aydın cizgilərlə görünür. 
Frazeoloji dil 
faktlarının işlədiyi misralar yalnız məzmun ilə 
deyil,  b
ədii  formanı  xarakteri  ilə  də  yaddaqalandır.  Onun 
bünövr
əsində canlı danışıq dili durur və üslubi tələbə maksimum 
əməl  olunduğu  məqamlarda  yaratdığı  estetik  təəssürat  folklor 
dilnn 
şeir dilinə buraxdığı izlər kimi xoşagəlimli olur. Bu baxım-
dan  frazeologizml
ərin  şeir  dilində  yaratdığı  ab-hava  sayəsində 
b
ədii  niyyət  mükəmməlliklə  əks  olunmuş,  şairlər  frazeoloji 
q
əliblərin yeni ifadə yaratmaq imkanlarından yaradıcılıqla bəhrə-
l
ənmişlər. 
1960-1980-ci  ill
ər  mərhələsində  meydana  gələn  şeir  ör-
n
əkləri frazeoloji dil materallarının estetik ölçülərini, onların söz 
s
ənətkarları  tərəfindən  yaradıcı  şəkildə  «özününküləşdirmə» 
üsullarını  büruzə  verir.  Frazeologizmlər  sənət  dilinin  qaynağı 
olması ilə öz novator imkanlarını geniş şəkildə təzahür etdirməsi 
il
ə  əlamətdardır.  Folklor  çeşməsi  frazeoloji  birləşmələrin  bədii 
duruluğunda, ahəngində, ruhundadır. 


          
 
 
156 
Frazeoloji  birl
əşmələrin  bədii  sxemi  və  ümumiləşdirici 
q
əlibi ilə təsvir və tərənnümün daha mükəmməl vasitələrinə nail 
olunmuşdur.  Ulularımızdan  bizə  irs  qalan  bu  söz  yaradıcıları  – 
frazeoloji  dil  vahidl
əri şeir mətnində bədii idrak miqyasının ge-
nişliyini açıb göstərir. Folklor ifadəsi kimi müasir mətn mühitinə 
düşür və fikirlər, düşüncələr assosiasiyasında etibarlı təməl rolu-
nu 
oynayır.  Poeziya  onun  kamil  forma  imkanlarını,  ümumiləş-
dirm
ənin daha mürəkkəb üsullarını mənimsəyir. Estetik tələbkar-
lıq göstərməyin nəticəsi kimi frazeoloji birləşmələr şeir dili üçün 
yaraşıqdır. Milli koloritin, xəlqiliyin bədii siqləti, canı və qanı da 
frazeolji  birl
əşmələrdədir.  Xaq  həyatının  və  düşüncəsinin 
koloriti 
hopmuş idiomatik ifadələr heç bir lüğəvi materialın çata 
bilm
ədiyi  bədii  effekt  və  fikir  dolğunluğu  yaratma  imkanlarına 
malikdir.  Çünki  frazeologizml
ər  obrazlılığı  öz  içində  olan  ifa-
d
ələrdir  və  poetik  təcrübənin  verdiyi  imkanlara  arxalanaraq 
1960-1980-ci ill
ərin ədəbi nəsli üslubi tələblərin meyarı həddin-
d
ə öz çalarlarını da əlavə etmişdir. Məlumdur ki, şeir dilində bu 
cür deyi
liş tərzində folklor dili ilə danışıq dili şərikdir. Dilin fra-
zeoloji fonduna 
yaxından bələdlik imkan vermişdir ki, göstərilən 
zaman  k
əsiyində  şeirimiz  həyatın  müxtəlif  tərəflərini  olduğu 
kimi, daha 
canlı, daha zəngin əks etdirsin. Ümumiyyətlə, poetik 
düşüncələrin kamil ifadəsi, təbiiliyi və rəngarəngliyi 1960-1980-
ci  ill
ər  şeirinin  iliyinə  işləmişdir  və  frazeoloji  tərkiblər  poetik 
r
əngarəngliyin  göstəricisi  olmaqla  yanaşı,  obrazı  dəqiqliklə 
canlandırma  vasitəsidir.  Onda  dilin  poetik  qüdrəti  bütün 
qammaları ilə səslənir. 
Frazeologiyanın  poetik  gözəlliyi  şeirimizə  bayatı  və 
qoşmaların melodik intonasiyasını, ürəyəyatımlılığını gətirmişdir. 
Xalq dilind
ən götürülmüş idiomatika mətn üçün səciyyəvi poetik 
iqlimi 
novatorcasına təsdiq etmək tələbindən doğur. Bədii obraz 
frazeoloji  t
ərkibin kökündən cüxərir, üzərinə söz sənətkarı tərə-
find
ən  artırılan  çalarlarla  daha  da  püxtələşir.  Bu  prosesdə 
frazeologizml
ərin obrazlı mahiyyətinin maksimum dərəcədə üzə 
çıxması  şairin  yaradıcılıq  şəxsiyyətindən,  dildən  istifadə 


          
 
 
157 
s
əriştəsinin  səviyyəsindən  asılı  olur.  Ancaq  poetik  fəhmi 
n
əticəsində frazeoloji vahidlər mətn mühitinə uyğun və uyğunlu-
ğuna  görə  də  olduqca  uğurlu  poetik  nəfəs  hiss  etdirir.  Söz 
s
ənətkarları  frazeoloji  birləşmələrin  ifadə  tərzinə  müvafiq 
novatorluğu poetik dilin potensial semantikasına əsaslanır. Xalq 
hikm
ətinə  söykeənən  təfəkkür  inkişafı  dilə  təsir  edib  frazeoloji 
birl
əşmələrin  ümumiləşdirmə  xüsusiyyətindən  faydalanaraq 
aforizm  ya
radıcılığına meyl edir. Şair mövcud atalar sözü, afo-
rizm  v
ə  ibarələrin  qəlibinə,  poetik  sxeminə  uyğun  gələn  yeni 
ifad
ələr yaradır ki, bunlar da hikmət və müdriklik semantikasını, 
m
əna cəzabiəsini frazeoloji birləşmələrdən əxz edir. 
Şair  tərəfindən  müxtəlif  formalarda  təshih  olunan  fra-
zeologizml
ər  öz  dərinliyi,  müdrikliyi  ilə  ona  görə  müasir  və 
emosional  s
əslənir  ki,  yığcamlıq  onun  estetik  mayasıdır.  İlk 
baxışda sadə görünən frazeoloji novatorluğun semantikasında da 
folklor 
mayası var. Şeir dilinin sərrastlığı da, üslubunun təbiiliyi 
d
ə  həmin  mayadan  bəhrələnir.  Xalqın  bu  mənəvi  sərvəti  öz 
b
ədii-estetik  kəsəri  ilə  şairin  poetik  mükalimələrində  mənalı 
olduğu qədər də vüsətlidir. İfadə tərzinin və obraz sistemlərinin 
t
əzələnmə  prosesində  yaxından  iştirakı  da,  şeir-sənət  dilinə 
çevrilm
əsi də, üslubi vüsət alması da onun bətnindəki şeirləşmə 
üçün ilkin v
ə fitri xislətindən nəşət edir. 
1960-1980-ci  ill
ər  poeziyasında  frazeoloji  nova-torluq 
anlayışı  şairlik  mədəniyyəti,  bədii  yaradıcılıq  vərdişlərinin 
mük
əmməl  mənimsənilməsi  məzmunu  daşıyır.  Burada 
gerç
əkliyə  sənətkar  münasibətinin  ümumi  prinsipləri  əsas  yer 
tutur.  Bu  prizmadan 
yanaşmaqda aydın şəkildə sezmək olur ki, 
dil
ə  novatorcasına  yanaşma  nəticəsində  əmələ  gələn  ifadələr 
yüks
ək bədii keyfiyyətləri, yığcamlığı və konkretliyi ilə mükəm-
m
əl  poetik  əsərə  bərabər  tutula  bilər.  Şeir  mətnində  xalq 
müdrikliyinin  ifad
əsi  olan  sabit  söz  birləşmələrinin  ritm  və 
sintaktik 
quruluşuna uyğun gələn deyimlər həm müstəqim, həm 
d
ə  məcazi  mənada  el  sözlərinin  siqlətini  qazanır  və  aforizm 
mövqeyin
ə yüksəlir. 


          
 
 
158 
Frazeoloji  novatorluq  lirik  q
əhrəmanın  hiss  və  mənə-
viyyatını  bəsit,  zəif,  sönük  ifadəsindən  xilas  edir.  Obrazlarla 
z
əngin  olan  frazeoloji  birləşmələr  təsvir  obyektinin  əsas 
cizgil
ərinə, bədii hadisələrə qiymət verməyin estetik meyarıdır. 
Dig
ər  leksik  ünsürlərlə  müqayisədə  çox  intensiv  imkanlara 
malikdir  v
ə  buna  görə  də  üslubi  tutum  etibarilə  onun  geniş 
ölçül
əri vardır. 
Frazeoloji 
novatorluğu  üslubi-estetik  hadisə  kimi  izah  edə 
bilm
ək üçün 1960-1980-ci illər mərhələsində meydana çıxan şeir 
örn
əkləri  kəmiyyət  və  keyfiyyət  baxımdan  diqqət  çəkir. 
Göst
ərilən  zaman  kəsiyində  yazıb-yaradan  şairlərin  fərdi 
üslubunu 
araşdırmaq, onu dövrün ədəbi prosesi fonunda qiymət-
l
əndirmək,  ümumiyyətlə,  ədəbi  qüvvələrin  bu  sahədəki  fəa-
liyy
ətini  düzgün  müəyyənləşdirmək  baxımından  çox  önəmlidir. 
Söz  s
ənətkarlarının  qələmində  frazeoloji  birləşmələrin  üslubi 
dönüşləri daha fəal üslubi əməliyyatlara meydan açır. Məhz bu 
c
əhətləri şeir dilində onların işlənmə tezliyinə müsbət təsir göstə-
rir. 
İlhamlı  zəhmətin  bəhrəsi  kimi  xalq  deyim  üsullarına 
arxalanmaq 
frazeoloji 
novatorluğa  yol  açır.  Frazeoloji 
novatorluq  say
əsində  hər  misrada  bir  şeirlik  məna  gizlənir. 
Misraların  çoxu  aforizm  təsiri  bağışlayır,  hikmətli  sözlər  kimi 
s
əslənir.  Sabit  söz  birləşmələrini  «yonub»  onu  istədiyi  üslubi 
fiqurun  t
ərkibində  lazımi  yerinə  salmaqla  söz  sənətkarları 
Az
ərbaycan dilinin ülviliyini, müdrikliyini nümayiş etdirir. Onun 
gücü-qüdr
əti  ilə  oxucunun  duyğularına,  mənəvi  dünyasına 
əzəmət  və  qürur  bəxş  edir.  Onu  obrazlı  sözün  ətri,  misilsiz 
rahiy
əsi  ilə  məst  edir.  Dilimizin  frazeoloji  fondu  və  onun 
ifad
əlilik  qüdrəti  poetik  don  geymiş  bütün  məfhumları 
əsrarəngiz və ali yüksəkliyə qaldırır. 
 
 


          
 
 
159 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin