İstehsal prosesi nəticəsində keyfiyyətcə tam formalaşmış malın istehlakçılara
çatdırılmasında keyfiyyəti qoruyub saxlayan amil kimi qablaşdırmanın müstəsna
əhəmiyyəti vardır. İstehlak qablaşdırması - əmtəənin simasıdır. Əmtəənin qorunması
funksiyasını yerinə yetirməklə qablaşdırma eyni zamanda həm də reklam vasitəsi
kimi xidmət edir. Qablaşdırma istehlakçıya əldə etdiyi mal haqqında onu
maraqlandıran bütün informasiyaları – onun xassələri haqqında, tətbiq sahəsi
İstehlak mallarının qablaşdırılması olduqca müxtəlifdir – yüngül paketlərdən və
sarğilardan tutumuş etibarlı konstruksiyalı, həcimli və xüsusi qablaşdırmaya qədər.
22
Məlumdur ki, məmulatların əsas hissəsi bu və ya digər taralar vasitəsilə daşınır.
Hazırkı tədqiqat işində plastik kütlədən olan qablaşdırıcı materialların bəzi növlərini
və onların hazırlanmasında istifadə olunan xammal və materialları nəzərdən
keçirəcəyik.
Istehlak qablaşdırmasını aşağıdakı kimi təsnifatlaşdırmaq olar: daxili
qablaşdırma (ilkin), xarici qablaşdırma (təkrar) və xüsusi qablaşdırma.
Istehlak qablaşdırmasına həm də aralıq qablaşdırıcı materiallar aid edilir.
Dostları ilə paylaş: