Poliüzvisiloksanların xassələri və tətbiqi. Tərkibindəki Si—O rabitəsinin əlaqə
enerjisi 89,3 kkal.mol olduğu üçün poliüzvisiloksanların termosabitliyi yüksəkdir.
Bundan əlavə, poliüzvisiloksanlar termiki və termosidləşdirici destruksiyaya və
şaxtaya davamlıdır. Onların yüksək dielektrik göstəriciləri temperatur artdıqda belə
dəyişmir. Poliüzvisiloksan makromolekulları çox çevik olduqları üçün polimerlər
elastikdir.
Poliüzvisiloksan örtükləri hidrofobdur. Poliüzvisiloksanların kimyəvi davam-
lılığı yüksəkdir. Yağlar, zəif turşular, qələvilər və müxtəlif həlledicilər polimerin
xassələrinə o qədər də təsir etmir.
Poliüzvisiloksanlar lak, plastic kütlə, kauçuk rezin, qatran, maye yapışqanlar və
s. materiallar şəklində geniş tətbiq olunur.
Silisium-üzvi mayelər rəngsiz, asan həll olan yağlarıdr:
3
2
3
R
Si
O
R
Si
O
Si
R
n
Burada, R — CH
3
, C
2
H
5
radikallardır.
Bu yağların özlülüyü temperaturdan asılı deyildir, onların termiki davamlılığı
yüksəkdir. Onlar -60°C-dən +280°C-yə qədər temperaturlarda işlədilə bilər. silisium-
üzvi mayelər aviamotorların yağlanmasında geniş tətbiq olunur. Bundan başqa,
onlardan pres-qəliblərin yağlanmasında istifadə etmək olar.
Poliüzvisiloksanların adgeziyası çox da yüksək deyildir, lakin başqa qatranlarla
qarışdırıldıqda onların əsasında yüksək temperaturlu yapışqanlar almaq olur.
Poliüzvisiloksan kauçuklarının ən geniş yayılmış nümayəndəsi polimetilsiloksan
(silicon) kauçukudur:
16
Silikon kauçuklarının xətti quruluşu vardır. Bunlar tam doymuş polimer ol-
duqları üçün oksigenə davamlıdır. Silikon kauçuklarının molekul kütləsi
6
5
10
8
,
2
10
9
,
2
arasında dəyişir. Kauçuklar -40±45°C temperatur intervalında kris-
tallaşır, -65±-74°C temperaturlar arasında isə şüşələşir. Silikon kauçuklarının di-
elektrik xassələri yüksəkdir. Bu kauçukları vulkanlaşdırmaq üçün peroksidlərdən
istifadə edilir. Alınmış silikon rezinlərin əsas müsbət cəhəti onların yüksək termiki
davamlılığıdır. Rezinləri 200-250°C temperaturda 3-4 ay qızdırdıqda onların fiziki-
mexaniki xassələri az dəyişir, rezinlər 300°C temperaturda 30-40 saat işləyə bilir.
Rezinlər öz elastikliyini -60°C temperatur qədər itirmir.
Vulkanizatlar kipləyici kimi və şlanqlar hazırlanmasında tətbiq olunur. Silicon
rezinlərinin möhkəmliyi azdır. Bu onların mənfi cəhətidir. Bu qüsuru aradan
qaldırmaq üçün kauçuka flüoroplast qarışdırılır.
Silicon kauçukları əsasında izolyasiyaedici və hermetikləşdirici pastalar və
yapışqanlar hazırlanır.
Poliüzvisiloksanlar əsasında presmateriallar və penoplastlar hazırlana bilər.
presmateriallar qrupuna prestozlar, voloknitlər və laylı plastiklər daxildir.
Prestozlar yüksək temperatorda öz dielektrik xassələrini itirmir. Onların
əsasında elektro və radiotexniki detallar və s. hazırlanır.
Voloknitlər və laylı plastiklər istehsalında və laylı plastiklər istehsalında dol-
durucu kimi şüşə lifindən və şüşə parçasından istifadə edilir. Şüşə tekstolitdən,
voloknitdən 250-300°C temperaturda işləyən elektroizolyasiya məmulatları
hazırlanır.
CH
3
CH
3
CH
3
│ │ │
―Si―O―Si―... Si―O―
│ │ │
CH
3
CH
3
CH
3
n
17
Poliüzvisilikon penoplastları yanmır, yüksək temperatur davamlıdır, onların
gözəl dielektrik xassələri vardır. Onları almaq üçün hazırlanan kompozisiya poli-
metilfenilsiloksan qatranı, qaz əmələ gətirən maddə (diazominobenzol), doldurucu
(şüşə lifi) və bərkimə katalizatoru qatılır. Komponentləri qarışdırıb xüsusi pilləli
temperatur rejimi üzrə qızdırır və penoplast alırlar.
Dostları ilə paylaş: |