dəfə fransız kimyaçı M. Berthelot tərəfindən 1851-ci ildə benzol və etilenin isti
borucuqlardan keçirilməsilə əldə edilmişdir. Ümumi məqsədli və kristalın
11
homopolimerleri ilə, stirol-akrilonitril (SAN), stirol-maleinli anhidrit (SMA), stiren-
bütadien (SBR) və stiren-akrilikler kimi müxtəlif kopolimerləri olur. Stirol mühit
temperaturunda belə çox asanlıqla polimerleşən bir monomerdir. Ancaq bu şəraitdə
polimerləşmənin başa çatdırılması aylarla sürər.
Temperaturun artması polimer-
ləşməni sürətləndirir, məsələn, 150ºC-də polimerləşmənin müddəti yalnız bir neçə
saatdır. Temperaturun yüksəldilməsi ilə bərabər bir katalizator əlavə edildikdə
reaksiyalar daha qısa müddətdə bitər. Yüksək molekulyar çəkili və davamlı məhsul
əldə etmək, yan reaksiyaları minimuma endirmək üçün proseslərin çoxu orta
dərəcələrdəki temperaturlarda və bir katalizatorla həyata keçirilir.
Polimerizasyon şərtləri və istifadə edilən katalizator sistemlərinə bağlı olaraq
izotaktik, sindiyotaktik və ataktik quruluşlu polistiren əldə edilir.
Ziegler-Natta katalizator sistemi ilə keçirilən polimerizasyon-da izotaktik
polimer yanında bir miqdar amorf məhsul da əldə edilir.
Katalizatorda müəyyən bir səviyyədən aşağı düşən Al / Ti nisbətinə paralel
olaraq amorf polistiren miqdarı artır; reaksiya katyonik polimerləşmə mexanizmi ilə
baş verir.
Polistirol asanlıqla qırılan, zərbəyədavamlılığı aşağı olan və çox məhdud
yerlərdə istifadə edilə bilən bir plastikdir.
Dostları ilə paylaş: