Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


Dünya üzrə propilen istehsalı  (min ton)



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə8/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   4   5   6   7   8   9   10   11   ...   61
S-f-rov-H-mid

Dünya üzrə propilen istehsalı  (min ton)


 

təsir  edən  əsas  amillərdən  biridir.  Bu  amillər  monomerin  növündən  asılı  olaraq 



müvafiq standartlar üzrə normalaşdırılır. 

Ümumiyyətlə,  monomerin  quruluşunun  polimerləşmə  prosesinə  təsiri 

araşdırılarkən  nəzərə  almaq  lazımdır  ki,  monomerin  tərkibində  ən  azı  bir  ikiqat 

rabitəsi olan monomer olsun ki, polimerləşmə baş versin. 

Monomerin tərkibində iki və daha çox ikiqat rabitə olarsa, belə birləşmələr daha 

asan polimerləşərək yüksək molekullu birləşmə əmələ gətirir.  

Polietilen  və  polipropilenin  polimerləşmə  prosesinin  aktivliyini  və 

keyfiyyətliyinə  təsir  edən  əsas  amillər.  Bu  amillərə  polimerləşmə  reaksiyasını 

sürətləndirən  müxtəlif  katalizatorlardan  istifadə,  polimerləşmə  zamanı  temperaturun 

artırılması  və  polimerləşmə  prosesini  sürətləndirən  müxtəlif  inisiatorlardan  istifadə 

etmək olar. 

Polietilen  və  polipropilenin  polimerləşməsinə  polimerləşmə  şəraiti  xüsusi  təsir 

göstərir. Bu amillərə damcıda, emulsiya və suspenziyada, məhlulda, blokda, damcı və 

emulsiyada polimerləşmələri göstərmək olar.  

Polietilen  və  polipropilenin  blok  polimerləşməsi  zamanı  götürülmüş  etilen  və 

propilen  təmiz  halda  yalnız  katalizatorların  iştirakı  ilə  polimerləşərək  yüksək 

molekullu birləşmə əmələ gətirir. 

Əsas üsullardan biri sayılan məhlulda polimerləşmə zamanı həlledicidən istifadə 

edilir. Bu da götürülmüş monomerlərin və polimerin həll olmasına imkan verir.   

Polietilen  və  polipropilenin  alınması  zamanı  tətbiq  edilən  emulsiya  da  və 

suspenziyada  polimerləşmə  metodu  etilen  və  propilenin həll  ola  bilmədiyi  məhlulda 

dispers  hala  gətirilməsi  məqsədini  daşıyır.  Termoplastik  qatranların  emulsiya  və 

suspenziyalı  mühitə  polimerlər,  nizamlayıcıların,  tənzimləyicilərin,  katalizator  və  s. 

təsirində yerinə yetirilir.   

Polimerlərin damcıda polimerləşməsi zamanı reaksiyada iştirak edən reaksiyanı 

sürətləndirən maddə və digər bu kimi monomerlərdə həll olur və reaksiyanın getdiyi 

dövrdə  meydana  çıxan  istilik  asanlıqla  ayrılır  və  keyfiyyətli  yüksəkmolekullu 

polimerin alınmasına səbəb olur.  




 

Müasir  dövrdə  termoplastik  qatranların  alınmasında  texnikada  geniş  istifadə 



edilən  polimerləşmə  üsulu  monomerlərin  damcıda  və  emulsiyada  polimerləşmə 

üsuludur.  Belə  polimerləşmə  zamanı  daha  iri  molekullu  yüksək  yararlı  xassələrə 

malik  polimer  birləşmələri  alınır  ki,  bunlar  da  daha  çox  sənaye  əhəmiyyətli  hesab 

edilir. 



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin