Dissertasiya işinin əsas məqsədi. Tədqiqatın əsas məqsədi istehlakçıların
yüksək keyfiyyətli mallara olan daim artan tələbini ödəmək məqsədi ilə müəssisələr
tərəfindən istehsal olunan malların keyfiyyətli şəkildə istehlakçılara çatdırmaq üçün
işlədilən polimer əsaslı qablaşdırıcı materialların növləri, xassələri və onların
keyfiyyətinin ekspertizası məsələlərinin araşdırılmasından ibarətdir.
Qarşıya qoyulan məqsədə nail olmaq üçün tədqiqat işini də aşağıdakı məsələlər
təhlil edilmişdir:
Qablaşdırıcı materialların istehsalında işlədilən polimerləşmə üsulunun
mahiyyəti və ona təsir edən amillərin təhlili
Polimer qablaşdirici materiallarin keyfiyyətinə qoyulan ümumi istehlak
tələblərinin təsnifatı
Polimer qablaşdirici materiallarin keyfiyyətinin təyini üsulları
Polietilen və polipropilendən olan qablaşdırıcı materiallarının keyfiyyət
göstəricilərinin xarakteristikası
Qida məhsullari ilə təmasda olan polimer qablaşdirici materiallarin sanitar
gigyenik xassələrinin qiymətləndirilməsi
İstehlak bazarına daxil olan qablaşdırıcı materiallarının əsas növləri və
xarakteristikası
İstehlak bazarına daxil olan qablaşdırmada tətbiq olunan polimer
materiallarının ekspertizası
Polimer materiallarının xassələri və məhsulların keyfiyyətinin qorunub
saxlanılması müddəti.
5
İşin quruluşu. Dissertasiya işi üç fəsildən ibarət olmaqla giriş, ədəbiyyat icmalı,
nəticə və təkliflər hissələrini özündə birləşdirərək, müxtəlif ədəbiyyat mənbələrindən
istifadə edilmişdir. Dissertasiya işi 78 səhifə həcmində kompüterdə yazılmış, 9 cədvəl
və 3 qrafiki materiallardan ibarətdir.
Dostları ilə paylaş: |