Zərbəyədavamlı polistirol (ZDP). Xalq təsərrüfatında və məişətdə işlədilən
polistirolun yüksək dielektrik xassələri, şəffaflığı, asan rənglənməsi və s. bu kimi
müsbət cəhətləri ilə yanaşı, mənfi xassələri vardır (aşağı temperaturda yumşalır, çox
kövrəkdir, zərbəyə davamsızdır). Bu xassələri modifikasiya etmək üçün müxtəlif
üsullardan: adi birgəpolimerləşmədən, kauçuklar ilə qarışdırılmadan və calaq birgə-
polimerlər alınmasından istifadə edilir. Akrilnitril butadiyen sterol (ABS) adi
birgəpolimerlərə missal ola bilər. Bu plastik kütlə stirolun akrilnitril və butadiyen ilə
emulsiyada birgəpolimerləşməsi nəticəsində alınır. ABS plastikinin zərbəyə davam-
lılığı 50-70 kQ·sm/sm
2
-dır. Stirolun akrilnitril ilə birgəpolimerinin (CH-20 birgə-
polimeri) butadiyen-nitril kauçukuna qarışdırılması nəticəsində SNP markalı plastik
kütlə alınır. Qarışdırma prosesi ekstruderlərdə aparılır. Plastik kütlənin tərkibinə
sabitləşdiricilər, yağlayıcılar, rəngləyicilər və s. daxil edilir.
Markadan asılı olaraq SNP plastik kütləsinin zərbəyə davamlılığı 22-45
kQ·sm/sm
2
-ə bərabərdir. Lakin kauçukla fiziki qarışdırma üsulu ilə alınmış zərbə-
yədavamlı polistirolun emal zamanı mikro- və makrofazalı laylanması müşahidə
olunur. Bu səbəblərə görə zərbəyədavamlı polistiroldan bəzi məmulatların hazır-
lanması qeyri-mümkündür.
Stirolun polubutadiyen və butadiyen-stirol kauçukları ilə calaq birgəpoli-
merlərinin alınması sənaye miqyasında geniş yayılmış üsuldur. Sənaye miqyasında
zərbəyədavamlı polistirol fasiləsiz blok üsulu ilə alınır. Texnoloji sxem blokda
polistirol istehsal edən qurğunun sxemini xatırladır, lakin prosesdə bir neçə mərhələ
artıqdır: kauçukun xırdalanması; kauçukun stirolda məhlulunun hazırlanması; ilkin
polimerləşmə; tam polimerləşmə; soyudulma və dənəvərləşmə.
18
Sterol kauçuklarla calaq birgəpolimerinin alınması zəncirin ötürülməsi
reaksiyası üzrə sərbəst radikal mexanizmi ilə gedir. Hər bir radikal polimerləşmə
prosesi kimi bu proses də üç mərhələdən ibarətdir.
Fəal mərkəzlərin yaranması:
Zərbəyədavamlı polistirol aromatik və xlorlu karbohidrogenlərdə asan həll olur.
Cədvəl 1.1
Dostları ilə paylaş: |