34
BÖLMӘ 2. MӘRKӘZİ VӘ ŞӘRQİ AVROPA
ÖLKӘLӘRİNİN TӘCRÜBӘSİ
Әksәr inkişaf etmiş ölkәlәrdә olduğu kimi, Mәrkәzi vә
Şәrqi Avropa dövlәtlәrindә dә İQİ-nin hesablanmasında
Laspeyres vә Paşe indekslәrindәn istifadә edilir.
Mәrkәzi vә Şәrqi Avropa ölkәlәrinin әksәriyyәtinin Avropa
Birliyinә üzv olması inflyasiyanın hesablanmasında birliyin
qәbul etdiyi standartlardan istifadә edilmәsinә gәtirib
çıxarmışdır. Qeyd edәk ki, 1998-ci ilin may ayında Avropa
Birliyi İQİ-nin hesablanması vә tәtbiq edilmәsi ilә bağlı qәrar
qәbul etdi vә buna ilkin olaraq qurumun 11 ölkәsi qoşuldu.
1999-cu il yanvarın 1-dәn hәmin indeksin hesablanmasına
başlandı. İstehlak qiymәtlәrinin Avropa İndeksindәn daha çox
Avropa Mәrkәzi Bankının tәnzimlәdiyi avrozonada istifadә
edilir.
Bir çox Mәrkәzi Avropa ölkәlәrinin avrozonaya daxil
olmaq perspektivi olduğundan bu ölkәlәrdә hәmin indeksin
hesablanması zamanı pillәli keçid tәtbiq edilmәyә başlanıb.
İQİ-nin hesablanmasında әhalinin seçimindә әn çox
diqqәt cәlb edәn mәqamlardan biri bәzi insanların bu siyahıya
daxil edilmәsi, bәzilәrinsә xaric edilmәsidir. Belә fәqlәnmәni
xüsusәn rezidentlәrin xaricә gedәrkәn yaranan xәrclәri vә
xaricilәr hәmin ölkәyә gәlәn zaman baş verәn xәrclәr
şәrtlәndirir, eyni zamanda İQİ hesablanarkәn biznes vә şәxsi
xәrclәr arasında da fәrqlәr qoyulur.
Region ölkәlәrinin istifadә etdiyi metodologiyanın eyniliyi
diqqәti cәlb edir. Bәzi ölkәlәr, mәsәlәn, Rumıniya bilavasitә
Qәrbdә tәtbiq edilәn metodologiyadan yararlanır. Polşada
hökumәtlә “beyin mәrkәzlәri” hesab edilәn tәdqiqat qurumları
arasındakı әmәkdaşlıq diqqәti cәlb edir. Bolqarıstan isә tәtbiq
etdiyi metodologiyanın ildәn-ilә tәkmillәşdirilmәsi üzәrindә
işlәyir.
35
İQİ-nin hesablanması metodologiyasının tәkmillәşdi-
rilmәsi sahәsindә Bolqarıstan Mәrkәzi vә Şәrqi Avropa
ölkәlәrindә son illәr әn çox uğur әldә edәn ölkәlәrdәn hesab
olunur. Bu baxımdan, bu ölkәdә tәtbiq edilәn sistemin
tәdqiqatı xüsusi maraq doğurur.
Bolqarıstanda istehlak qiymәtlәri indeksi üç әsas sahәdә
istifadә edilir:
- makroiqtisadi indikator - Bolqarıstanda rәsmi inflyasiya
göstәricisi kimi;
- deflyator kimi;
- dövlәtin ödәdiyi maaşların, pensiyaların vә ayrı
gәlirlәrin mümkün qәdәr indekslәşdirilmәsi üçün alәt olaraq.
Bu ölkәdә İstehlak Qiymәtlәri İndeksinin strukturu Milli
Statistika İnstitutu tәrәfindәn hazırlanıb, Nizamlaşdırma
Komissiyası tәrәfindәn inkişaf etdirilib.
Burada struktur 5 sәviyyәlidir, iyerarxiya ilә qurulub:
1. Bölmә
2. Qrup
3. Sinif
4. Әmtәә malı qrupu
5. Elementar ümumi göstәricilәr
Bolqarıstanda İQİ aşağıdakı informasiyaya әsasәn
hesablanır:
Dostları ilə paylaş: |