3
ÖN SÖZ
İnflyasiya sәviyyәsinin hesablanmasında alternativ
metodologiyadan istifadә edilmәsinә nәinki keçid ölkәlәrindә,
hәtta inkişaf etmiş dövlәtlәrdә dә cәhd edilib. Belә cәhdlәr
Yeni Zelandiyada Mәrkәzi Bankın İdarә Heyәti sәdrinin
vәzifәsindәn uzaqlaşdırılması, Polşada isә
tәdqiqat
mәrkәzlәrinin prosesә fәal cәlb edilmәsi ilә nәticәlәnib.
Müstәqil Dövlәtlәr Birliyi mәkanında hәlәlik alternativ
metodologiyanın işlәnmәsi sahәsindә ciddi nailiyyәtlәr әldә
olunmasa da, Qırğızıstanda bu istiqamәtdә dәyәrli tәdqiqatlar
aparılmışdır.
Azәrbaycanda ilk dәfә olaraq inflyasiyanın alternativ
hesablanması ideyası ilә İqtisadi Tәdqiqatlar Mәrkәzi çıxış
etmişdir. Mәrkәzin ABŞ Beynәlxalq İnkişaf Agentliyinin maliyyә
dәstәyi ilә bu istiqamәtdә hәyata keçirdiyi layihә aktuallığı ilә
cәmiyyәtin vә hökumәtin diqqәtini cәlb edib. Yüksәk templi
iqtisadi artım dövrünü yaşayan Azәrbaycan Respublikası üçün
inflyasiyanın sәviyyәsinin vә ona tәsir edәn faktorların düzgün
müәyyәnlәşdirilmәsi, onların tәsirinin dәqiq qiymәtlәndirilmәsi
mühüm әhәmiyyәt kәsb edir. Elә buna görә dә İqtisadi
Tәdqiqatlar Mәrkәzinin ekspertlәri layihәyә start verәrkәn
onun aktuallığını vә zәrurәtini әsaslandırmaq o qәdәr dә çәtin
olmadı.
Azәrbaycanda inflyasiyanın hesablanması sahәsindә
mövcud olan problemlәr, rәsmi statistika orqanlarının
inflyasiyanın sәviyyәsi ilә bağlı elan etdiyi göstәricilәr hәlә
2006-cı ildә dәfәlәrlә beynәlxalq ekspertlәr tәrәfindәn şübhә
altına alınmışdır. Zaman-zaman müstәqil iqtisadçılar bu
şübhәlәrin әsaslılığını tәsdiq etmiş vә onların bu mövqeyi KİV
vasitәsilә ictimaiyyәt arasında populyarlaşmışdı. Parlamentdә
2007-ci ilin proqnoz büdcәsi әtrafında dinlәmәlәrin keçirildiyi
әrәfәdә Vergi Mәcәllәsindә gözlәnilәn dәyişikliklәrin yaratdığı
psixoloji effekt, hәmçinin Tarif Şurasının bәzi ener-
4
jidaşıyıcılarının qiymәtlәrinin kәskin artırılmasına dair 6 yanvar
2007-ci il tarixli qәrarının rәvac verdiyi ajiotaj Azәrbaycanda
inflyasiya probleminin nә qәdәr aktual vә mübahisәli olduğunu
bir daha tәsdiq etdi. Son zamanlar yerli ekspertlәr yalnız
inflyasiya sәviyyәsi barәsindә deyil, hәmçinin onun tәsiri
altında istehlakçıların dәyişәn maddi rifahı, yәni onların
cәmiyyәtdә mövcud olan maddi nemәtlәrdәn bәhrәlәnmә
sәviyyәsinin dinamikası haqqında da düşünmәyә vә fikir
yürütmәyә başlayıblar.
İnflyasiyanın dәqiq hesablanmasının perspektiv
proqnozların işlәnilmәsi istiqamәtindә
dә
әhәmiyyәti
danılmazdır. Hazırda tәbii resursların hasilatı vә emalı üzәrindә
qurulan iqtisadiyyatımızın bu resursların tükәnәcәyi dövrlәr
üçün inkişaf durumunun cari addımlardan asılı olduğunu isә
heç vaxt unutmamalıyıq. Eyni zamanda ölkәyә daxil olacaq
külli miqdarda neft pullarının inflyasiya yaradıcı tәsirinin
perspektiv qiymәtlәndirilmәsi dә xüsusi әhәmiyyәt kәsb edir.
Ev tәsәrrüfatlarının hәyat sәviyyәsindә baş verәcәk
dәyişikliklәr inflyasiyanın sәviyyәsinin daim diqqәt mәrkәzindә
saxlanılmasını, ümumiyyәtlә, onun dәqiq ölçülmәsini tәlәb
edir. Aydındır ki, hәyat sәviyyәsi aşağı olan әhali istәnilәn ölkә
üçün “bahalı” islahatların keçirilmәsini şәrtlәndirir. Belә olan
halda, düzgün siyasәtin işlәnilmәsi әtraflı, dәrin vә adekvat
tәhlil tәlәb edir. Hәmçinin bu tәhlil tәkcә bir dövlәt orqanı vә
tәdqiqatla mәşğul olan tәşkilat tәrәfindәn aparılmamalıdır.
Mәhz bu problemin hәllinә öz töhfәsini vermәk vә
inflyasiyanın gerçәk sәviyyәsi әtrafında yaranmış mübahisәli
vәziyyәtә aydınlıq gәtirmәk mәqsәdilә İqtisadi Tәdqiqatlar
Mәrkәzi ABŞ Beynәlxalq İnkişaf Agentliyinin maliyyә dәstәyi ilә
“Azәrbaycanda alternativ inflyasiya metodologiyasının
işlәnilmәsi” layihәsini hәyata keçirib. Layihә çәrçivәsindә (i)
Azәrbaycanda istifadә olunan İstehlak Qiymәtlәri İndeksinin
(İQİ) hesablanma metodologiyası ilә yaxından tanış olmaq vә
onun çatışmazlıqlarını aşkar etmәk; (ii)
Bu metodologiya ilә
bağlı mütәrәqqi dünya tәcrübәsi ilә tanış olmaq vә hәmin
tәcrübәlәrin Azәrbaycana tәtbiqi imkanlarını qiymәtlәndirmәk;
5
nәhayәt, (iii) Alternativ metodologiyaları әsas götürmәklә
Azәrbaycan Respublikasında alternativ qiymәt müşahidәsi
aparmaq vә sonda ölkә üçün alternativ İQİ hesablamaq
istiqamәtindә fәaliyyәtlәr hәyata keçirilib.
Layihә çәrçivәsindә aşağıdakı nәticәlәr әldә olunub:
• Azәrbaycanda ilk dәfә olaraq Dövlәt Statistika Komitәsinә
alternativ şәkildә qiymәtlәrin statistik müşahidәsi
aparılmış vә rәsmi göstәricilәrlә müqayisәyә gәlәn
inflyasiya sәviyyәsi hesablanmışdır;
• Dövlәt Statistika Komitәsi 2007-ci ildә Azәrbaycanda
ikirәqәmli inflyasiyanın olduğunu etiraf edib;
• Nazirlәr Kabinetinin 2007-ci ilin 1-ci rübünün vә yarım
ilin sosial-iqtisadi yekunlarına hәsr olunan müşavirәsindә
ölkәdә ikirәqәmli inflyasiya problemı prezident tәrәfindәn
hәlli vacib vәzifә kimi qoyulmuş vә hökümәtә anti-
inflyasiya tәdbirlәrini güclәndirmәk tapşırığı verilmişdir;
• Hәyata keçirilmiş ictimai maariflәndirmә kampaniyaları iş
adamlarının, әhalinin inflyasiya vә onun sosial –iqtisadi
tәsirlәri barәdә mәlumatlılıq sәviyyәsini artırmış vә
rasional gözlәmә imkanlarını genişlәndirmişdir;
• Layihә çәrçivәsindә hazırlanmış vә aidiyyatı orqanlara
göndәrilmiş tövsiyәlәr paketinә bır sıra qurumlardan, o
cümlәdәn İqtisadi İnkişaf, Әmәk vә Әhalinin Sosial
Müdafiәsi nazirliklәrindәn cavab alınmış vә tәqdim
olunmuş bәzi tövsiyәlәr artıq qәbul edilmişdir;
• Alternativ qaydada hesablanmış inflyasiya göstәricisi
mәtbuatın, tәdqiqatçıların, iş adamlarının, ev
tәsәrrüfatlarının istinad mәnbәyinә çevrilmişdir. Hәtta
Londonda nәşr olunan mәşhur “The Economist”
jurnalının 8 mart 2007-ci il tarixli sayında Britaniyanın
nüfuzlu araşdırma mәrkәzlәrindәn olan “Economist
Intelligence Unit” tәrәfindәn hazırlanaraq dәrc olunmuş
“Boom and gloom: Azerbaijan's economy, drunk on oil, is
suffering rapid inflation” adlı mәqalәdә USAİD-in dәstәyi
6
ilә hәyata keçirilmiş layihәnin yanvar ayı üzrә İQİ
nәticәlәrinә istinad edilib;
• Layihәnin nәticәlәrinә istinadların çoxalması onun
әsasında hesablanmış alternativ inflyasiya göstәricisinin
nәinki tanınması, eyni zamanda qәbul edilmәsindә
әhәmiyyәtli rol oynayıb ki, bu da son illәr hökümәt üçün
psixoloji baryer olan birrәqәmli inflyasiyadan ikirәqәmli
inflyasiyaya keçid problemini hәll edib.
Dostları ilə paylaş: |