7
FӘSİL 1. İNFLYASİYA: SӘBӘB-
NӘTİCӘ SPİRALI
Azәrbaycanda inflyasiyanın hesablanmasına alternativ
baxış hansı zәrurәtdәn doğdu? Bu sualı hәlә 2000-ci ilin
әvvәllәrindә Polşada fәaliyyәt göstәrәn yerli tәdqiqat mәrkәzi
cavablandırmışdı: makro-iqtisadi tarazılığı qorumaq üçün. Bu,
sadәcә, inflyasiya dәrәcәsi ilә bağlı cәmiyyәtdә yaranan
şübhәlәrә son qoymağa deyil, hәmçinin hökumәtin sosial-
iqtisadi siyasәtinә düzәlişlәr etmәk üçün әhәmiyyәtlidir.
Mәrkәzi vә Şәrqi Avropada ilk dәfә Polşanın Sosial vә İqtisadi
Araşdırma Mәrkәzinin başladığı bu tәdqiqat sonradan
Ukraynanın İqtisadi Tәhsil vә Araşdırma Alyansının
ekspertlәrinin diqqәt mәrkәzindә oldu. Nәhayәt, Azәrbaycanda
bu mәsәlәni ABŞ Beynәlxalq İnkişaf Agentliyinin maliyyә
dәstәyi ilә İqtisadi Tәdqiqatlar Mәrkәzinin ekspertlәri gündәmә
gәtirdilәr.
Azәrbaycanda inflyasiyanın ikirәqәmli hәddә çatması
problemin nә qәdәr aktual vә mübahisәli olduğunu bir daha
tәsdiq etdi. İnflyasiya vә sosial mühit indiqatorları arasındakı
mәnfi korelyasiya sübut olunmuş hipotezdir. Belәliklә dә,
ölkәdә mövcud olan inflyasiya sәviyyәsi haqqında gerçәk
mәlumata malik olmaq hәmin ölkәdә hәyat sәviyyәsini düzgün
qiymәtlәndirmәk vә iqtisadi inkişafın real xarakteristikasını
müәyyәn etmәk baxımından xüsusi әhәmiyyәt kәsb edir.
Azәrbaycan iqtisadiyyatının model ssenarilәrinin
hazırlanması vә adekvatlığı statistikanın, başda inflyasiya
göstәricilәri olmaqla, dәqiq hesablanmasını tәlәb edir.
İqtisadçılar Valdes vә Engelin neft qazancının “dәyişmәz
gәlirlәr” hipotezinә uyğun nәsillәr arasında bölgüsü dә İQİ-nin
nә dәrәcәdә adekvat olmasından xeyli asılıdır.
Dövlәt Statistika Komitәsi tәrәfindәn inflyasiyanın
hesablanması beynәlxalq metodologiyaya uyğun hәyata
keçirilir. “Azәrbaycanda alternativ inflyasiya metodologiyasının
hazırlanması” layihәsi çәrçivәsindә inflyasiya bütün ölkәlәrdә
8
olduğu kimi Laspeyres metodu ilә hesablanıb. Odur ki, bir çox
ölkәlәrdә olduğu kimi, Azәrbaycanda da hәmin metodika
әsasında inflyasiya sәviyyәsi hesablanarkәn eyni bir istehlak
sәbәtinin cari dövrdә (ayda, kvartalda vә ildә) qiymәtlәri
hәmin istehlak sәbәtinin keçәn dövrdәki qiymәtlәrinә
bölünmәklә tapılır. Mәntiqә әsaslanaraq verilәn “әgәr eyni
düstur istifadә edilәcәksә, bәs onda alternativlik özünü nәdә
göstәrәcәk” sualının cavablandırılması mәqsәdilә aşağıda qeyd
olunanları diqqәtinizә çatdırırıq.
Әvvәla, nәzәrdәn qaçırmayaq ki, Laspeyres metodu
inflyasiyanın hesablanmasının çox ümumilәşmiş vә yekun
formuludur. Daha doğrusu, bu hesablanmaya qәdәr vә
hesablanmadan sonra istifadә edilәn metodologiyalardan asılı
olaraq inflyasiya sәviyyәsini xarakterizә edәn nәticәlәr kәskin
fәrqlәnә bilәr.
İkincisi, mәqsәd sadәcә, Laspeyres metoduna deyil,
hәmçinin ölkәmizdә tәtbiq edilәn metodologiyanın tәtbiqi
üsullarına alternativliyin axtarılmasıdır. Elә mәşhur iqtisadçı
Skot Rogerin “problem inflyasiyanı hesablayarkәn hansı
metodologiyanın tәtbiqindә deyil, onun necә tәtbiq
olunmasındadır” fikirlәri dә bu qәnaәti güclәndirir.
Birinci alternativ yanaşma inflyasiyanın hesablanması
mәqsәdilә seçilәn (müşahidә edilәn) әmtәә vә xidmәtlәrin
qiymәtlәrinin müşahidәsi üsulu vә müşahidә aparılacaq
regionların seçilmәsi vә yekunda ölkә üçün hesablanan istehlak
qiymәtlәri indeksindә әks etdirilmәsi qaydası ilә bağlıdır. Bu
yanaşmada әsas mәqsәd istehlak sәbәtinә daxil olan әmtәә vә
xidmәtlәrin qiymәt müşahidәsinin hansı obyektlәrdә vә necә
aparılmasını müәyyәn etmәkdәn ibarәtdir. Digәr tәrәfdәn isә
әmtәә vә xidmәtlәrin qiymәtlәrinin qeydә alınması nәzәrdә
tutulan coğrafi yerin seçilmәsinin alternativ üsulları da bu
yanaşmanın әsas elementlәrindәndir. Belә ki, dünya
tәcrübәsindә qiymәt müşahidәsi aparılacaq regionlar әsasәn iki
meyarın – a) region әhalisinin ümumi ölkә әhalisinin tәrkibindә
tutduğu xüsusi payın vә b) regionun pәrakәndә әmtәә
dövriyyәsinin ölkәnin ümumi әmtәә dövriyyәsindәki xüsusi
9
çәkisinin – әsasında müәyyәn edilir. Hazırda DSK tәrәfindәn
İstehlak Qiymәtlәri İndeksi hesablanarkәn bu meyarlardan
birincisindәn istifadә olunur.
Odur ki, tәdqiqat qrupu alternativliyi fәrqlәndirәn әsas
mәqamlardan biri kimi regionların seçim meyarını әhalinin
sayına müvafiq deyil, BVF, BӘT vә digәr beynәlxalq tәşkilatlar
tәrәfindәn tәtbiqi tәklif olunan әmtәә dövriyyәsindәki payına
müvafiq çәkilәrә görә müәyyәnlәşdirib. Bu yanaşmaya bir
qәdәr dә aydınlıq gәtirәk. Belә ki, DSK-nın tәtbiq etdiyi vә
әhalinin sayı әsasında müәyyәnlәşdirdiyi metodiki yanaşma
üzrә rәsmi olaraq Bakı şәhәrindә 2 milyonadәk әhalinin
yaşadığını әsas götürәndә, paytaxtda qiymәtlәrin vә әmtәә
dövriyyәsinin regionlara nisbәtdә yüksәk olmasına
baxmayaraq, son nәticәdә onun tәdqiqata cәlb edilәn
obyektlәr arasında çәkisi aşağı olur. Bu isә öz növbәsindә
yüksәk qiymәtlәrin vә geniş әmtәә dövriyyәsinin mövcud
olduğu әsas regionun ümumi göstәriciyә tәsirinin azaldılmasına
gәtirib çıxarır. Әks halda, daha çox әhalinin yaşadığı, lakin
aşağı qiymәt sәviyyәsinә malik olan region daha böyük çәkiyә
malik olur ki, bu da ümumi indeksin aşağı düşmәsinә gәtirir.
Mәrkәzin tәdqiqat qrupu tәrәfindәn tәtbiq edilәn yanaşmada
isә hәmin regionda yaşayan әhalinin sayından asılı olmayaraq,
orada mövcud qiymәtlәrlә qeydiyyatdan keçәn әmtәә
dövriyyәsi әsas götürülür ki, bu da reallığa daha yaxın
nәticәlәrin әldә olunmasına şәrait yaradır.
İkinci alternativ yanaşma toplanmış qiymәtlәrin İstehlak
Qiymәtlәri İndeksindә (İQİ) әks etdirilmәsi vә ümumilikdә
indeksin interpretasiyası ilә bağlıdır. İstehlak Qiymәtlәri
İndeksinin alternativ metodologiyası problemi qeyd edilәn
yanaşma baxımından da әhәmiyyәtlidir. Belә ki, reallıqda elә
qeyri-monetar şoklar baş verir ki, bunlar öz növbәsindә
hesablanan inflyasiya göstәricisindә öz әksini tapır. Bu şoklar
içәrisindә: mövsümi tәsirlәr ucbatından bәzi әmtәә vә
xidmәtlәrin qiymәtlәrindә baş verәn dәyişikliklәr, enerji
mәhsullarının qiymәtlәrindәki dәyişikliklәri xüsusi qeyd etmәk
olar. Qeyd edilәn amillәrin yüksәk tәrәddüdlü, qısamüddәtli
10
xarakterә malik olmasını nәzәrә alaraq, hәr bir ölkәdә olduğu
kimi, Azәrbaycanda da tәyinatlı inflyasiya göstәricisindәn
istifadә edilmәsi lazımdır. Qeyd edәk ki, bu gün Azәrbaycan
Respublikası Milli Bankı qeyd edilәn göstәricini yalnız daxili
istifadә mәqsәdilә hesablayır.
Ümumiyyәtlә, ikinci yanaşma ilә bağlı qeyd edilәn bütün
mәsәlәlәrdә әsas mәqsәd ölkәdә mәhz xalis inflyasiyanın
hesablanması ilә bağlıdır. Yәni әsasәn İstehlak Qiymәtlәri
İndeksinin hesablanmasında istifadә edilәn bәzi
komponentlәrin (hansılarının ki, qiymәtlәri dövr әrzindә
birdәfәlik şoklara daha çox mәruz qalır vә daha çox qeyri-
iqtisadi amillәr әsasında formalaşır) çıxarılması nәticәsindә
yerdә qalan komponentlәr әsasında hesablanan xalis inflyasiya
göstәricisi ölkәnin Mәrkәzi Bankının antiinflyasiya siyasәtinin
formalaşdırılmasına vә ölkәdә baş verәn qiymәt artımının hansı
hissәsinin mәhz monetar amillәr hesabına baş vermәsini
müәyyәn etmәyә kömәklik edir. Bir sözlә, ölkәdә xalis
inflyasiyanın hesablanmasında әsas mәqsәd dayanıqlı bir
inflyasiya göstәricisi әldә etmәkdir.
“Alternativ inflyasiya metodologiyasının işlәnilmәsi”
layihәsi çәrçivәsindә inflyasiyanın sosial rifaha tәsiri
qiymәtlәndirilib. Yoxsulluq mәsәlәsi әn kәskin sosial
problemlәrdәn olan Azәrbaycanda inflyasiya dәrәcәsinin
yüksәlmәsindәn әhalinin böyük hissәsi narahat olur. Bu,
onların real gәlirlәrinә neqativ tәsir göstәrir - mәsәlәnin çox
sadә tәrәfi belәdir. Amma “inflyasiyanın sosial-iqtisadi tәrәflәri”
daha mürәkkәb vә dәrindir. Belә ki, inflyasiya istehlakçıların
real xәrclәrinin artmasına, yığımların dәyәrsizlәşmәsinә,
istehsalçıların rәqabәt qabliyyәtinin azalmasına, investisiya
iqliminin pislәşmәsinә vә son nәticәdә dә yerli istehsalçıların
keyfiyyәtli mәhsul istehsalına olan maraqlarının azalmasına
gәtirib çıxarır.
İnflyasiyanın tәkcә iqtisadi fenomen olmadığı, onun
hәmçinin sosial tәsirlәrә malik olduğu vә o cümlәdәn bu
faktorların tәsirinә mәruz qaldığı dәfәlәrlә qeyd edilmişdir.
Tәbii ki, inflyasiyaya kobud şәkildә “pulların dәyәrsizlәşmәsi”
11
kimi tәrif verilәrsә, bu halda, әsas diqqәtin әhalinin gәlirlәrinә
birbaşa, dolayısı ilәsә rifah sәviyyәsinә yönәlmәsi qaçılmazdır.
Әvvәllәr dә qeyd etdiyimiz kimi, inflyasiyanın sosial aspektdә
mәnfi tәsirlәrinin qarşısının alınmasında әsas addım әhalinin
real gәlirlәrinin qorunması, başqa sözlә desәk, әhalinin gәlirlәr
әldә etmә imkanlarının qiymәtlәrin artımı ilә
mәhdudlaşdırılmasının qarşısının alınmasından ibarәt olmalıdır.
Burada hәr şey “artım marafonunda” әhalinin gәlirlәrinin, ya
da inflyasiyanın irәlidә olmasından asılıdır.
İlk olaraq әhalinin pul gәlirlәrinin dinamikasina diqqәt
yetirәk. Azәrbaycan Respublikasında әhalinin pul gәlirlәri
2005-ci ildә 1991-ci illә müqayisәdә 19 min 316 dәfә artmışdır.
Bu artımın iqtisadiyyatda müsbәt effektinin vә hәyat
sәviyyәsinә pozitiv tәsirinin qiymәtlәndirilmәsi, tәbii ki,
yuxarıda qeyd etdiyimiz kimi, әhalinin on min dәfәlәrlә
yüksәlәn gәlirlәrinin müqabilindә qiymәtlәrin artımının nә
qәdәr “irәlidә” olmasından asılıdır. Әmәk haqqı artımının
әhalinin gәlirlәrinin çoxalmasında başlıca rol oynadığını nәzәrә
alsaq, hәr iki göstәricinin müqayisәsinin dә tәdqiqat
baxımından әhәmiyyәtini görә bilәrik. Azәrbaycanda 2003-
2004-cü illәrdә nominal әmәk haqqının keçәn illәrlә
müqayisәdә artmasına baxmayaraq, İQİ nәzәrә alınmaqla bu
göstәrici eyni sәviyyәdә qalmışdır. Belә ki, hәmin illәr üzrә
baxmayaraq ki, әmәk haqqının nominal baxımdan artımı İQİ
nәzәrә alınmaqla artımından çoxdur, lakin İQİ nәzәrә
alınandan sonra mәlum olur ki, 2003-2004-cü illәrdә әmәk
haqqının artım dinamikasında heç bir dәyişiklik müşahidә
edilmәmişdir. 2005-ci ildә isә hәr iki göstәrici – hәm әmәk
haqqının nominal baxımdan artımı vә hәm dә İQİ nәzәrә
alınmaqla artımı - keçәn ilin artımı ilә müqayisәdә aşağı
olmuşdur. İndi isә әhalinin adambaşına pul gәlirlәri vә
pensiyaların da İQİ nәzәrә alınmaqla vә nominal baxımdan
müqayisәsini nәzәrdәn keçirәk (bax: Cәdvәl 1)
|