bir hissəsi, xarici iqtisadi fəaliyyətdən daxilolmalar təşkil edir.
Ümumi daxili məhsul, dövlət və bələdiyyə maliyyə resurslarının əsas mənbəyidir. Lakin
iqtisadi böhran və ya fövqəladə hallar baş verərsə dövlət və bələdiyyə maliyyə resursları
mənbəyi kimi əvvəllər yığılmış milli sərvət çıxış edə bilər.
Maliyyə resursları ümumi daxili məhsulun və milli gəlirin bölgüsü prosesində yaradılır.
Dövlət səviyyəsində mərkəzləşdirilmiş maliyyə resurslarının formalaşmasının əsas mənbəyi
milli gəlirdir. Milli gəlirin bölgüsü və yenidənbölgüsü əsasında dövlətin pul vəsaitləri
fondları yaradılır.
Milli sərvətin bir hissəsi ölkənin qızıl ehtiyatlarınının satışından daxilolmalar,
özəlləşdirmədən gəlirlər və s. formada cəlb edilir. Xarici iqtisadi fəaliyyətdən maliyyə
resursları xarici iqtisadi əməliyyatlardan gəlirlər, xarici dövlət borclanması, xarici investisiya
və s. şəkildə daxil olur.