“maliYYƏ” fənnindən mühazirə mətnləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə12/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   157
Maliyyə muhazirələri yeni (1)

Maliyyə və kredit. Dəyər bölgüsündə digər katiqoriyalarla birlikdə kredir də iştirak edir 
və  istehsal  prosesinin  ikinci  mərhələsində  yaranır.  Kredit  və  maliyyə  münasibətlərində 
dəyərin  hərəkəti  xüsusiyyətinə,  pul  vəsaitinin  mənbəyi  və  istifadə  isrtiqamətlərinə  görə 
fərqlənirlər:  
1. Maliyyə  münasibətlərində  dəyərin  hərəkəti  birtərəflidir,  kreditdə  isə  ikitərəfli  və 
qaytarılandır.  
2. Kredit resursları müəssisə və təşkilatların müvəqqəti azad pul vəsaitlərindən, maliyyə 
resursları isə dəyər bölgüsü mərhələsində yaranan gəlir və yığımlardan formalaşır.  
3. Kredit resursları borc alanların müddətlilik, haqqı ödənilmək və qaytarılmaq şərti ilə, 
maliyyə resursları isə qaytarılmamaq şərti ilə verilir.  
4. Maliyyədən  fərqli  olaraq  kreditin  pul  dövriyyəsi  ilə  daha  sıx  əlaqəsi  vardır.  Onun 
köməyi  ilə  təsərrüfat  subyektlərinin  tələbatı  təmin  edilir  və  pul  vəsaitinin  dövriyyəsi 
tənzimlənir.  
Maliyyə və kredit münasibətləri oxşar və fərqli xüsusiyyətlərə malikdir:  
Ümumi  cəhətlər  bunlardır. Münasibətlərin  pullu  əsaslarla  həyata  keçirilməsi,  bölgü  və 
yenidən  bölgü  xarakteri,  pul  vəsaiti  fondlarının  formalaşması  və  vəsaitlərin  istifadəsinə 
nəzarət.  
Fərqli  xüsusiyyətlər  aşağıdakılardır.  Kredit  münasibətləri  ödəniş  xarakterlidir, 
könüllülük əsasında həyata keçirilir və qaytarılmaq kredit münasibətlərinin əsas şərtidir.  
   

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin